Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix14.09.2018
ölçüsü0,61 Mb.
#68436
1   2   3   4   5   6   7   8   9   ...   25

 

4

hazırda  Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  maliyyələşdirilir  və 



gələcəkdə də bu vəziyyət cüzi bir dəyişikliklə davam edəcəkdir.  

Beləliklə,  qeyd  etdiyimiz  kimi  suveren  respublikamızda  büdcə  məsələsi 

sisteminə  də  ciddi  təsir  göstərir  və  zəruri  dəyişikliklərə  səbəb  olur.  Bundan  asılı 

olaraq  da  bazar  iqtisadiyatı  şəraitində  büdcənin  mahiyyəti  və  əhəmiyyəti, 

xərclərinin  təsnifatı,  proqnozlaşdırılması,  icrası  və  ona  maliyyə  nəzarəti  və 

sonunda xüsusən də maliyyələşdirilmənin təkmilləşdirilməsi müstəsna əhəmiyyətə 

malik olması ilə aktualdır.  

Bazar  iqtisadiyyatı  dövründa  büdcə  xərclərinin  maliyyələşməsi  kimi    əsas  və 

vacib bir məsələnin həyata keçirilməsi və faktiki son illərdəki maliyyələşdirmənin 

dinamikası  və  nəzərdə  tutulmuş  məbləğlərlə  icranın  vəziyyəti  və  istiqaməti 

göstərilmişdir. 

Beynəlxalq  iqtisadi  inteqrasiya  üçün  bu  istiqamətdə  vacib  olan  uçot  və 

nəzarətin  xüsusi  rolu  aydın  tədqiq  edilmişdir.  Daha  sonra  bazar  iqtisadiyyatı 

tələblərinə  uyğun  büdcə  xərclərinin  səmərəliliyinin  artırılması  məsələləri  indiki 

vəziyyətdə mümkün qədər

 

istifadə etməklə tədqiq edilir.  



Dissertasiya işinin məqsədi. Tədqiqatın məqsədi Azərbaycanda dövlət büdcə 

xərclərinin  müasir  vəziyyətini  təhlil  etmək,  optimallaşdırılması  və  ümumiyyətlə 

Azərbaycan  Respublikasının  büdcə  sisteminin  səmərəsinin  yüksəldilməsinə  səbəb 

ola biləsi elmi-praktiki tədbirlər işləyib hazırlamaqdan ibarətdir. 



Tədqiqatın  obyekti.  Tədqiqat  işinin  obyekti  Azərbaycan  Respublikasında 

müasir  dövrdə  ölkənin  maliyyə  siyasəti,  bu  siyasətin  icrası  gedişində  dövlətin, 

büdcə  sistemi  orqanlarının  fəaliyyəti,  ölkədə  həyata  keçirilmiş  maliyyə  sahəsində 

müasir təcrübədən ibarətdir.  



Tədqiqatın predmeti. Tədqiqat  işinin predmeti Azərbaycan Respublikasında 

bütün səviyyələrdə büdcə xərclərinə aid nəzəri və praktiki problemlərin məcmusu, 

bu sahədə dövlət orqanlarının vəzifələrindən ibarətdir.  Baxmayaraq ki, bu sahədə 

ölkəmizdə  son  20  ildə  xeyli  irəliliəyişlər  hiss  edilir,  hələ  də  bu  sahədə  öz  həllini 

tələb edən xeyli problemlər mövcuddur. 



 

5

Tədqiqatın  metodoloji  bazası.  Tədqiqatın  metodoloji  bazası  Azərbaycan 

Respublikası  hökumətinin  Azərbaycan  Respublikasının  büdcə  sisteminin  qərar  və 

qətnamələri,  Milli  Məclisin  qərarları,  müzakirə  materialları,  büdcə,  maliyyə  və 

vergi  orqanları  rəhbərləri  və  aparıcı  mütəxəssislərin  iqtisadiyyat,  maliyyə  və  pul 

dövriyyəsinə aid təklif və tövsiyyələrindən ibarətdir. Dissertasiya işinin yazılışında 

bir  sıra  Azərbaycan  və  xarici  ölkə  iqtisadçı  alimlərin,  monoqrafiya  və 

məqalələrindən istifadə edilmişdir.  

Dissertasiya  işi  girişdən  üç  fəsil,  nəticə  və  istifadə  olunan  ədəbiyyat 

siyahısından ibarət olaraq yazılmışdır. 

Birinci  fəsildə  dövlət  büdcəsinin  xərclərinin  nəzəri  və  metodoloji  əsasları 

nəzəri cəhətdən izah olunur.  

İkinci fəsildə dövlət büdcə xərclərinin səmərəli təhlili araşdırılır. 

Üçüncü  fəsildə  dövlət  büdcə  xərclərinin  səmərəliliyinin  artırılması  yolları 

informasiya axınının avtomatlaşdırılması tədqiq olunmuşdur. 

Dissertasiya işinin sonunda müəyyən nəticəyə gəlinmişdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

6

 



FƏSİL I DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİNİN NƏZƏRİ 

METODOLOJİ ƏSASLARI 

1.1.  Dövlət büdcə xərclərinin mahiyyəti və təsnifatı 

Büdcə  xərcləri  dövlətin  öz  vəzifə  və  funksiyalarını  yerinə  yetirməsi  ilə 

əlaqədar olaraq  yaranan  məsrəflərdir. Bu  məsrəflər dövlətin  mərkəzləşdirilmiş pul 

vəsaiti  fondlarının  müxtəlif  istiqamətləri  üzrə  istifadəsi  prosesində  əmələ  gələn 

iqtisadi münasibətləri əhatə edir.  

Büdcə xərcləri iqtisadi funksiyası çoxlu növləri ilə xarakterikdir. Xərclərin hər 

bir  növü  kəmiyyət  (miqdarı)  və  keyfiyyət  xarakteristikasına  malikdir.  Keyfiyyət 

xarakteristikası  hər  bir  xərc  növünün  iqtisadi  təbiətini  və  ictimai  təyinatını, 

kəmiyyət  xarakteristikasını  isə  onun  həcmini  (miqdarını,  ölçüsünü)  müəyyən 

etməyə imkan verir. 

Büdcə  xərclərinin  növləri  bir  sıra  amillərlə  təyin  edilir:  dövlətin  təbiəti  və 

funksiyaları  ilə,  ölkənin  sosial-iqtisadi  inkişaf  səviyyəsi  ilə,  büdcənin  xalq 

təsərrüfatı  ilə  əlaqəsinin  genişliyi,  dövlətin  inzibati-ərazi  quruculuğu,  büdcə 

vəsaitlərinin  verilmə  forması  vəs  ilə  müəyyən  edilir.  Bu  amillər  sosial-iqtisadi 

inkişafın  müəyyən  mərhələsində  bu  və  digər  dövlətin  büdcə  xərcləri  sistemini 

əmələ gəlir.  

Cəmiyyətin  iqtisadi  həyatında  büdcə  xərclərinin  rolu  və  əhəmiyyətini 

aydınlaşdırmaq məqsədi ilə onları müəyyən əlamətlərinə görə təsnifləşdirilir.  

Büdcə  təsnifatının  əhəmiyyətin  ondan  ibarətdir  ki,  məlumatlardan 

(rəqəmlərdən) 

bacarıqla 

istifadəyə, 

büdcə 

elementləri 



üzrə 

xərclərin 

qruplaşdırılmasına, büdcə vəsaitlərinin real hərəkətinin vəziyyətini görməyə, sosial 

proseslərin  və  iqtisadiyyatın  inkişafına  aktiv  təsir  göstərməyə  imkan  yaradır. 

Hesabat  və plan  məlumatlarının  tutuşdurulması, təhlil  və  müqayisə etməyə  imkan 

verir.  Büdcə  fondlarından  səmərəli  istifadə  etmək  üçün  əsaslı  nəticə  və  təkliflərin 

əsaslandırılmağa,  sosial-iqtisadi  inkişafın  istiqamətləri  müəyyən  etmək  üçün  əsas 

pul vəsaitlərinin istifadəsi əsas açarını cəmləşdirməyə imkan verir. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə