Yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir liderdir


Məktəbəqədər təhsil yeni inkişaf mərhələsində



Yüklə 10,26 Kb.
səhifə2/3
tarix23.12.2023
ölçüsü10,26 Kb.
#154499
1   2   3
Heydər Əliyev^

Məktəbəqədər təhsil yeni inkişaf mərhələsində

  • Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatmış, məktəbəqədər təhsillə əhatə səviyyəsi 12 faizdən 19 faizə yüksəlmişdi. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, 35200 yerlik yeni körpələr evi-uşaq bağçası binaları tikilib istifadəyə verilmişdi.

Ümumi təhsildə əsaslı keyfiyyət dəyişiklikləri

  • Son illər təhsil siyasətində məktəbəhazırlıq prioritet istiqamətlərdən birini təşkil etmiş, ilk dəfə olaraq ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2003-cü ildəki 15 faizdən 75 faizə çatdırılmışdır.
  • Heydər Əliyev sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini dərindən bilərək əsas diqqəti bu sahəyə yönəltmiş, ümumi orta təhsilə keçidin başa çatdırılması, kənd məktəblərinin iş şəraitinin daha da yaxşılaşdırılması barədə ardıcıl qərarlar qəbul etmişdi. 
  • 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən 3 dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdırılmışdı. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı isə 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minədək artmışdı.1970-80-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilmişdi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.

1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb


1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında Ümummilli Lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılması barədə iş adamlarına çağırış etdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət əhəmiyyətli şəkildə artdı, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə başlandı.
ABŞ-ın humanitar təşkilatları, Yaponiya hökuməti, Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı, bir sıra nazirliklər və dövlət şirkətlərinin maliyyə vəsaitləri hesabına ölkənin müxtəlif regionlarında yeni məktəb binaları inşa edildi.

Yüklə 10,26 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə