Layihə tərifləri (əlaməti və,s)



Yüklə 115,09 Kb.
səhifə1/7
tarix13.04.2023
ölçüsü115,09 Kb.
#105377
  1   2   3   4   5   6   7
layihə isi cvb


Layihə tərifləri (əlaməti və,s)
LAYİHƏ – insanlar, materiallar və maliyyə resurslarının cəmləşdirilib məhdud vaxt və büdcə şəraitində nadir işlər toplusunu yerinə yetirmək üçün təşkil edilmiş hərəkətlər çoxluğudur. Layihələr müəyyən keyfiyyət və kəmiyyət dəyişiklikləri aparmaqla yerinə yetirilir.
LAYİHƏ – başlanğıcı və sonu müəyyənləşdirilmiş idarə olunan nadir işlər çoxluğudur. Layihələr işlərin yerinə yetirilmə ardıcıllığı qrafikinə əsasən büdcə məhdudiyyəti və müəyyən nəticələr əldə etmək məqsədilə müxtəlif şəxslər və ya təşkilatlar tərəfindən idarə olunur.
LAYİHƏ – nadir məhsul istehsal edən və xidmət göstərən müvəqqəti müəssisədir. Burada «müvəqqəti»lik layihənin başlanğıc və sonu olması ilə bağlıdır. Layihənin başlanma (start) tarixi oldugu kimi onun nə zamansa sona çatma (finish) tarixi də mövcuddur. Hər bir layihənin istehsalı yeg­anədir, yəni nadirdir.
VEBSTER lüğətinə əsasən LAYİHƏ – hər hansı bir şeyi düşünmək və ya planlaşdırmaq deməkdir.
ABŞ-IN LAYIHƏLƏRIN IDARƏ EDILMƏSI INSTITUTUNUN (PMBOK Guide) LAYIHƏLƏRƏ VERDIYI TƏRIF :
LAYIHƏ - əvvəlcədən təyin olunmuş müəyyən məqsədli bir müəssisədir. Layihənin ugurla başa çatması müəyyən edilmiş məqsədlərə çatmaq deməkdir.
LAYIHƏLƏRIN IDARƏ EDILMƏSI INGILTƏRƏ ASSOSIASIYASININ LAYIHƏ­LƏRƏ VERDIYI TƏRIF :
LAYİHƏ – vaxt, büdcə və keyfiyyət kimi parametrlə tələblərini irəli sürən müəyyən məqsədli sərbəst müəssisədir.
ALMANIYA MENENCERLƏRININ TƏRIFI:
LAYIHƏ - təkraredilmez şərtlərlə xarakterizə olunan məqsədli müəssisədir. Bu şərtlər aşagıdakılardır:
- məqsədin müəyyənləşdirilməsi;
- vaxt, büdcə va başqa ehtiyatlar üzrə məhdudiyyətlər;
- ətraf mühit təsirlərinin müəyyənləşdirilməsi;

  • layihələrin yerinə yetirilməsi planı.

  • LAYIHƏLƏRIN AŞAĞIDAKI ƏLAMƏTLƏRI VARDIR:

  • -dəyişkənlik əlaməti;

  • -vaxt məhdudiyyəti əlaməti;

  • -büdcə əlaməti;

  • -ehtiyatlar əlaməti;

  • -təkrarolunmazlıq əlaməti;

  • -yenilik əlaməti;

  • -bütövlük, tamlıq əlaməti;

  • -hüquqi təminat əlamətləri;

  • -təşkilat əlamətləri;

  • -məhdudiyyət əlamətləri.

  • Dəyişkənlik əlaməti. Bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə «yaşayır». Layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir. İşlər yerinə tam yetirildikdən sonra onlar passivləşdirilir. Beləliklə, hər bir iş (element) ayrılıqda öz məqsədinə çatdıqca layihənin ümumi vəziyyəti dəyişir. Bu səbəbdən layihə dəyişir və layihədə dəyişkənlik əlaməti görünür.

  • Vaxt məhdudiyyəti əlaməti. Layihələrdə müəyyən vaxt çərçivəsində məqsədə nail olmaq mümkündür. Layihələri digər tədbirlərdən və obyektlərdən fərqləndirən əsas parametrlərdən biri vaxt məhdudiyyətidir. Hər bir işin başlanğıcı və sonu olduğu kimi layihələrin də başlanma (start) və son (finish) vaxtları var. Bu vaxt göstəriciləri adətən məhdud olurlar. Bu səbəbdən layihənin uğurla başa çatmasında əsas şərtlərdən biri onun verilmiş vaxt çərçivəsində yerinə yetirilməsidir.

  • Büdcə əlaməti. Hər bir layihə üçün büdcə müəyyənləşdirilir. Bu büdcəyə müəyyən metodlar vasitəsilə nəzarət edilir. Bəzi layihələr büdcə əsasında və çərçivəsində yaradılır. Buna görə də büdcə əlamətinə görə iki növ layihə mövcüddur:Layihənin məqsədi formalaşandan sonra onun büdcəsi müəyyənləşdirilir;Büdcə məlum olduqdan sonra ayrılmış vəsaitə uyğun layihələr.

  • Ehtiyatlar əlaməti. İstənilən layihənin yerinə yetirilməsində büdcədən başqa digər vəsaitlərdən istifadə edilməsi tələb olunur. Hər bir vəsait büdcə ilə bağlı olduğu üçün onun mənimsənilmə həcmi məhdudlaşdırılır. Layihənin təsdiq edilməsi üçün əsas amillərdən biri də ehtiyatların mənimsəmə qrafikidir. Bu plan-qrafikin düzgün yerinə yetirilməsi layihənin məqsədə çatmasına xidmət edir.




  • Təkrarolunmazlıq əlaməti. Elə iki layihə yoxdur ki, onlar tam eyni olsunlar. Hətta bir-birinə çox yaxın olan və oxşayan layihələrdə belə fərqlər mövcuddur. Layihə işlər çoxluğudur. Hər bir işi yerinə yetirmək üçün müəyyən vaxt, büdcə ayrılır və müxtəlif ehtiyatlar mənimsənilir. Bu müxtəliflik hər bir işə nadirlik xüsusiyyəti və ya təkrarolunmazlıq əlaməti verir. Layihələrdə hər hansı bir işin müxtəlif vəsaitlərlə və ya müxtəlif vaxtlarda yerinə yetirilməsi onun təkrarolunmazlıq əlaməti sayılır.

  • Yenilik əlaməti. Hər bir layihə tədqiqat obyektidir və bu səbəbdən layihələrdə həmişə tədqiqat və inkişaf əlamətləri hiss olunur. Yenilik əlamətləri xüsusən təşkilati layihələrdə özünü daha çox biruzə verir. Zaman keçdikcə, ətraf aləm inkişaf etdikcə layihələr qarşısında qoyulan tələblər dəyişir və müasirləşir. Müasir dövrümüzdə olan tələblər mütənasib olaraq layihələrdə öz əksini tapır. Bu səbəbdən hər bir yeni layihədə müasir dövrün tələblərinə cavab verən yeniliklər mövcuddur.

  • Bütövlük, tamlıq əlaməti. Tamlıq əlaməti – layihələrin bütün parametrlərlə tam xarakterizə olunması deməkdir. Layihəyə təsir edən bütün parametrlərin hamısının layihədə öz əksini tapması layihənin bütöv olmasını xarakterizə edir. İlk növbədə layihələrdə nəzərdə tutulan faktorların sayı və layihənin nəticəsinə bir başa və ya dolayısı yolla təsir edən parametrlərin sayını müəyyələşdirmək layihənin tam olmasına gətirir. Bu zaman deyirlər ki, layihə bütövdür və ya tamdır.

  • Hüquqi təminat əlamətləri. Layihələrdə iştirak edən tərəflərin hüquqi təminatı və onlar arasında münasibətlərin qurulması layihənin uğurlu olması üçün əsas şərtlərdən biridir. Yeni iqtisadi şəraitdə və müstəqil dövlət quruculuğu ərəfəsində layihələrin yerinə yetirilməsində hüquqi nöqteyi nəzərdən problemlər yarana bilər. Bu səbəbdən layihələrdə müvafiq qanunlar və normativ sənədlər öz əksini tapmalıdır.

  • Təşkilat əlaməti. Təriflərdən göründüyü kimi layihə kiçik bir müəssisədir. Hər bir müəssisənin təşkilati strukturu olduğu kimi layihələrin də yerinə yetirilməsi üçün təşkilati strukturlar tələb olunur. Böyük layihələrdə tələb olunan əsas parametrlərdən biri «təşkilati strukturların yaradılması»dır. Bu struktur kiçik layihələrdə özünü doğrultmadığı üçün onlar tələb olunmur.

  • Məhdudiyyətçilik əlaməti. Layihə digər obyektlər kimi ətraf mühitlə sıx bağlıdır. Layihədə görülən işlərin hər birinin dəqiq həddi olmalıdır. Ümumiyyətlə, layihələr hər hansı çərçivə daxilində yerinə yetirilir. Layihə yerinə yetirildiyi mühitdə özünü qabarıq şəkildə göstərməlidir. Layihə özünəməxsus xüsusiyyətləri ilə digər işlərdən fərqlənməlidir. Layihələr ətraf mühitlə sıx bağlı və əlaqəli olduqları üçün onlara müəyyən xüsusiyyətə malik olan tam sistem kimi baxmaq olar.




Yüklə 115,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə