Layihə tərifləri (əlaməti və,s)


LAYİHƏLƏRİN MENECER VƏ İQTİSADÇININ MEYARLARINA GÖRƏ TƏSNİFATI



Yüklə 115,09 Kb.
səhifə4/7
tarix13.04.2023
ölçüsü115,09 Kb.
#105377
1   2   3   4   5   6   7
layihə isi cvb

LAYİHƏLƏRİN MENECER VƏ İQTİSADÇININ MEYARLARINA GÖRƏ TƏSNİFATI
İqtisadi hadisələrin çox müxtəlif olması layihələrin növləri və tiplərinin çoxluğunu müəyyən edir. Layihələrin təsnifatı, yəni onların qruplara bölünməsi müxtəlif meyarlara görə yerinə yetirilə bilər: dəyişikliklərin səviyyəsi və miqyasına görə, əhatə dairəsinə görə, keyfiyyətə tələb və onun təmin edilməsi üsullarına görə, layihələr məcmusuna görə, iştirakçıların səviyyəsinə görə, məqsədin xarakterinə görə, investisiya fəaliyyəti obyektinə görə, layihənin yaranmasının əsas səbəbinə görə və s. Lakin konkret layihə digər ixtiyari layihədən, ilk növbədə, mahiyyəti, məzmunu, yerinə yetiriləcəyi nəzərdə tutulan hərəkətlər, proseslər və işlərin əhəmiyyəti, eləcə də təbii ki, layihəni gerçəkləşdirən sistemə nəzərən kənar şərtlərin yerinə yetirilməsi məqamları və sistemdaxili amillərlə fərqlənir. Layihələrin əsaslandırılmış və tammənalı təsnifatı üçün istənilən mümkün layihəni hərtərəfli xarakterizə edən bütün parametrləri əhatə edən əlamətlərin kifayət qədər tam toplusunu istifadə etmək lazımdır. Eyni zamanda bu əlamətlərin müəyyən edilməsində ifratçılığa, yəni onların sayının çoxaldılmasına yol vermək olmaz, çünki bu, layihənin xassələrinin fərqləndirilməsi və onun sonradan idarə olunması üçün identifikasiya edilməsini çətinləşdirir.
Layihələrin təsnifatı üçün iqtisadçılar və menecerlər tərəfindən istifadə edilən əsas meyarlar bunlardır:
layihənin miqyası;
layihənin realizasiya müddəti və zəruri investisiyaların həcmi;
layihənin müəyyən aspektlərdə mürəkkəbliyi;
layihənin yenilik (təkrarlanma) dərəcəsi;
layihənin icraçı təşkilat və onun nəticələrindən istifadə edən təşkilat üçün əhəmiyyəti;
layihənin reazlizasiya proseslərinin onun məzmununu təşkil edən şəraiti və şərtlərinin xüsusiyyətləri;
resurslar və müddətlər üzrə məhdudiyyətlər;
işlərin və nəticələrin keyfiyyətinə tələblər;
investisiya prosesinin mərhələlərini əhatə dərəcəsi və s.
Miqyasına görə layihələr kiçik, orta və iri layihələrə bölünür. Çox iri layihələr meqa-layihələr kimi qeyd olunur.

Yüklə 115,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə