Layihə tərifləri (əlaməti və,s)


LAYİHƏLƏRİN İDARƏ OLUNMASI METODOLarı, Metodologiyası



Yüklə 115,09 Kb.
səhifə2/7
tarix13.04.2023
ölçüsü115,09 Kb.
#105377
1   2   3   4   5   6   7
layihə isi cvb

LAYİHƏLƏRİN İDARƏ OLUNMASI METODOLarı, Metodologiyası
Metodologiya tədqiqat prosesini araşdırılan iqtisadi hadisə və ya prosesin mahiyyətini, onun hərəkətverici qüvvələrini və inkişaf istiqamətlərini aşkar etməyə imkan verən metod və üsulların zəruri dəsti ilə təmin edən elmi prinsiplərin müəyyən məcmusu kimi qəbul olunur. Bizim tədqiqat məqsədləri üçün bu cür prinsiplərə aşağıdakıları aid etmək olar:
- təklif edilən tövsiyələrin, onların layihənin ümumi məqsədinə nail olmağa, qarşıya qoyulan konkret məsələlərin həllinə yardım edən, iqtisadi elmin müasir nailiyyətlərinin işlənilməsi üçün istifadə edilməsinin, innovasiya, investisiya və maliyyə menecmenti, heyətin idarə olunması, məntiqi və iqtisadi-riyazi modelləşdirmə metodlarının əsaslandırılmış olması prinsipi;
- tarixilik prinsipi layihələrin idarə olunması, bu fəaliyyət sferasında ziddiyyətlərin həll edilməsi və daha yaxşı nəticələrin yayılması sahəsində toplanmış praktiki təcrübənin istifadə edilməsindən ibarətdir;

  • sistemlilik prinsipi layihəyə xarici mühit amillərinin təsiri altında olan,

daxili münasibətlərin çox müxtəlifliyi ilə fərqlənən, strukturunun, funksiyalarının və emercentliyinin vəhdətinə və sinerjiyə malik mürəkkəb sistem kimi yanaşmanı şərtləndirir. Deməli, sistemin ünsürlərinin qarşılıqlı təsirini elə təşkil edilməsinə nail olmaq lazımdır ki, bu, layihələrin idarə olunması səmərəliliyini yüksəltməyə imkan versin;
- komplekslilik prinsipi innovasiya sistemi şəraitində texnologiyaların ötürülməsi mexanizminə təsir edən bütün xarici və daxili amillərin nəzərə alınmasını müəyyən edir;
- təsnifat prinsipi idarə oluna bilməsi və iş səmərəliliyinin yüksəldilməsi məqsədilə sistemdə təsnifat əlamətlərinə görə bircins olan ünsürlərin ayrılmasından ibarətdir;
- səmərəlilik prinsipi layihələrin idarə olunması metodlarının həm layihə iştirakçılarının, eləcə də bu layihənin yerinə yetirildiyi daha yüksək səviyyəli sistem (müəssisə, bölgə, region) üçün pozitiv nəticələrin əldə edilməsinə yönəlmiş olmasını nəzərdə tutur. Bu pozitiv nəticələr özünü həm layihə və ya müəssisənin iqtisadi səmərəliliyi göstəriciləri kimi miqdarca, həm də iştirakçı müəssisələrin rəqabətliliyinin, onların innovasiya fəallığının və s. keyfiyyətcə yüksəlməsində büruzə verə bilər.
Layihələrin idarə olunması metodlarının spektri kifayət qədər genişdir. Bunlara həm menecmentin ümumi metodları (planlaşdırma, səmərəliliyin qiymətləndirilməsi), həm də layihələrin idarə olunmasının ayrıca fənn və elm sahəsi kimi əsasını qoyan spesifik metodları aid etmək olar. Sonunculara kritik yolun təhlili metodunun (Critical Path Method — CPM, 1957) da daxil olduğu şəbəkə planlaşdırması və idarəetməsi, proqramların (layihələrin) təhlili və qiymətləndirilməsi (Program Evaluation and Review Technique — PERT, 1958) metodları aiddir.
Layihələrin idarə olunması metodlarının tətbiqi və təkmilləşdirilməsi
Amerika hərbi və kosmos layihələri ilə əlaqədardır. Lakin keçən əsrin 50-ci illərindən etibarən layihələrin idarə olunması metodları digər təyinatlı layihələrdə də tətbiq edilməyə başladı. Yuxarıda adı şəkilən iki metod modifikasiya edilərək aşağıdakı yeni metodlarla zənginləşdirildi:
• Metra Potential Method (MPM, 1958);
• Generalized Activity Network (GAN, 1962);
• Precedence Diagramming Method (PDM, 1964);
• Graphical Evaluation and Review Technique (GERT, 1966).
Microsoft mütəxəssislərinin rəyinə görə layihələrin idarə olunması metodlarının tətbiqi aşağıdakı əsas elementlər mövcud olduqda uğurlu olacaqdır:
-layihə miqyasının məhdudluğu - məhsulun dəqiq müəyyən edilməsi, zamana və heyətə görə məhdudiyyətlər;
- məhsulun hissələrə ayrılmasının mümkünlüyü - texniki xarakteristikaları, funksiyaları, altsistemləri və obyektlərə görə modullaşdırılması;
-layihənin parçalanmasının mümkünlüyü - ayrı-ayrı texniki xarakteristikaları, mərhələli altlayihələri işləyən dəstə və qrupların ayrılması;
-kiçik qrupların yaradılması və onların idarə edilməsi - müstəqilliyə və məsuliyyətə malik çoxlu sayda kiçik istehsalat qruplarının olması;
-əlaqələndirmənin gücləndirilməsi və sinxronlaşdırma üçün tətbiq olunan az sayda sərt qaydanın olması - məhsulun gündəlik olaraq formalaşdırılması, səhvlərin dərhal axtarışı və düzəldilməsi, mərhələli stabilləşdrimə;
- həm dəstələr daxilində, həm də onlar arasında yaxşı kommunika-siyanın (ünsiyyətin) olması - məsuliyyətin bölüşdürülməsi, açıq mədəniyyət;
- istehsalat prosesini dəyişən şəraitə uyğunlaşmaq üçün zəruri olan çevikliyi - məhsulun özəl xassələrinin inkişaf etdirilməsi, layihə daxilində zaman resurslarının planlaşdırılması, istehsalat prosesinin özünün inkişaf etdirilməsi.

Yüklə 115,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə