Layihə tərifləri (əlaməti və,s)


LAYİHƏNİN İQTİSADİ MODELİ



Yüklə 115,09 Kb.
səhifə5/7
tarix13.04.2023
ölçüsü115,09 Kb.
#105377
1   2   3   4   5   6   7
layihə isi cvb

LAYİHƏNİN İQTİSADİ MODELİ
Layihənin iqtisadi modeli realizasiya mərhələləri üzrə nəticələrin və xərclərin paylanmasını göstərir. O, resurs təminatının vasitəsi olub, layihənin yerinə yetirilməsi gedişində resursların cəlb olunması və paylanmasını reqlamentləşdirən plan sənədlərinin hazırlanması üçün əsasdır.
Layihənin iqtisadi modelinin yaradılması onun idarə olunması üçün zəruri tələbdir. Kifayət qədər tam olmayan iqtisadi model kifayət olmayan resurs təminatı və ya ayrı-ayrı mərhələlərin yerinə yetirilmə müddətinə riayət olunmaması nəticəsində planlaşdırılmış səmərəliliyin əldə edilməməsinə gətirib çıxaracaqdır. İqtisadi model, bir qayda olaraq, təşkilat daxilində layihənin sponsoru tərəfindən təsdiq olunur və investorla razılaşdırılır. Bu, ümumi şəkildə aşağıdakı kimi təqdim oluna bilər (şəkil).

Layihənin iqtisadi modelinin yaradılmasının vacib şərti alternativlik prinsipidir:
1) konkret layihənin nəticələri layihə gerçəkləş­dirilməyəcəyi halda olacaq nəticələrlə müqayisə edilir;
2) konkret layihənin nəticələri digər layihələrin təşkilatın əlində olan nəticələrilə ("başqa layihə ilə") müqayisə edilir;
Layihənin iqtisadi modelinin işlənilməsi aşağıdakı işlərin yerinə yetirilməsini nəzərdə tutur:
1) bazarın öyrənilməsi və istehsalat resurslarının təhlili əsasında layihənin məqsədlərinin əsaslandırılması;
2) layihənin dəyərinin ilkin qiymətləndirilməsi və dövriyyə kapitalının artmasının proqnozlaşdırılması;
3) investisiya prosesinin və layihənin özünün davametmə müddətinin, layihənin istismara başlanması müddətinin qiymətləndirilməsi;
4) layihənin realizasiya nəticəsində kapital artımının proqnozlaşdırılması;
5) maliyyə mənbələrinin (sponsorların) və həcminin müəyyən edilməsi;
6) layihənin əsas xarakteristikalarının təyin edilməsi.
Bunlara aşağıdakıları aid etmək olar:
- alternativ texniki həllərin olması;
- layihə məhsuluna tələbat;
- layihənin davametmə müddəti və o cümlədən onun investisiya fazaları;
- layihə məhsulunun və xidmətlərinin baza, cari və proqnoz qiymətlərinin təyin edilməsi;
- layihə məhsulunun ixrac perspektivləri;
- layihənin mürəkkəbliyi;
- normativ və layihə-smeta sənədlərinin həcmi və tərkibi;
- layihə gerçəkləşdirilən bölgədə investisiya iqlimi;
- layihənin xərcləri və nəticələrinin nisbəti.
Layihənin iqtisadi modelinin erkən mərhələlərdə işlənilməsinə baxmayaraq, layihə inkişaf etdikcə onun parametrlərinin dəqiqləşdirilməsi tələb olunacaqdır. İqtisadi model, bir qayda olaraq, ilkin texniki-iqtisadi əsaslandırma, biznes plan, layihənin büdcəsi kimi sənədlərdə konkretləşdirilir.

Yüklə 115,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə