Layihə tərifləri (əlaməti və,s)



Yüklə 115,09 Kb.
səhifə6/7
tarix13.04.2023
ölçüsü115,09 Kb.
#105377
1   2   3   4   5   6   7
layihə isi cvb

İOS STANDARTI
Layihələrin idarə olunmasının effektivliyi məsələlərinə müraciət layihənin keyfiyyətinin idarə olunması sisteminin işlənilməsinə ehtiyac doğurmuşdu. Bu zaman son məhsulun keyfiyyətinə tələblə birgə layihə proseslərinin keyfiyyətinə də diqqət yetirilməyə başlandı.
İSO 10006 standartı baxılan standartlar seriyasının əsas sənədidir. Əsas diqqət son nəticəyə nəzarət deyil, optimal prosesin layihələndirilməsi və bu prosesə nəzarət prinsipinə yönəlmişdir. Həmin standart layihələrin idarə olunması prosesinin on qrupunu əhatə edir.
Birinci qrup layihəni sifarişçinin tələbatının ödənilməsinə yönəldir və işlərin gediş istiqamətini müəyyən edir. İkinci qrup proseslərin qarşılıqlı əlaqələrinin idarə olunmasını əhatə edir. Digər səkkiz qrup layihə tapşırığı, müddətləri, risk və maddi-texniki təchizatla əlaqəli proseslərdir.
İSO 10006 beynəlxalq standartı müxtəlif şərait və şərtlər daxilində ən geniş spektrli - kiçik və iri, qısa və uzunmüddətli layihələrə yönəlmişdir. Bu standart layihələndirilən məhsula (texniki vasitələr, proqram təminatı, yarımfabrikatlar, xidmətlər və ya onların kombinasiyasına) yönəlməmişdir. Buna görə də onun əsasını təşkil edən çərçivə tələbləri həmin rəhbərliyin sonradan hər hansı layihənin işlənilmə və realizə edilməsinin konkret şəraitinə adaptasiya edilməsini tələb edir.
Standart - layihə, layihə məhsulu, layihənin planı, layihə iştirakçısı, proses, işlərin gedişinin qiymətləndirilməsi kimi terminlər daxil olmaqla, əsas anlayışları İSO 8402-dən əxz etmişdir. Layihələrin idarə olunmasının bütün proseslərinə (planlaşdırma, təşkil, monitorinq və nəzarətə) keyfiyyət menecmenti prosesləri və vəzifələri tətbiq edilir.
Nəhayət, layihələrin idarə olunmasının kamilliyi standartlarını da qeyd etmək lazımdır. Təşkilatın layihələrin idarə olunması kamilliyi səviyyəsinin qiymətləndirilməsi standartı - OPM3 (Organization Project Management Maturity Model) 2004-cü ildə dərc edilmişdir. Bu standarta təşkilatda layihələrin idarə olunmasının vəziyyətinin təyin edilməsi metodologiyası daxildir. Layihələrin idarə olunmasında təşkilati kamillik layihələri, şirkətin strateji məqsədlərinə daha effektiv surətdə nail olmaq üçün təşkilatın seç-mək və idarə etmək qabiliyyətidir. Layihələrin idarə olunmasında təşkilatın kamillik səviyyələrinin ümumi xarakteristikası cədvəl də verilmişdir.
OPM3 təşkilatlara layihələrin effektiv realizasiyası üzrə imkanlarını inkişaf etdirməyə və qiymətləndirməyə kömək edən hərtərəfli yanaşmadır. O, layihələrin idarə olunmasında təşkilati kamilliyin açarı olaraq qarşılıqlı əlaqəli üç elementdən ibarətdir:
-“bilik” elementi layihələrin idarə olunmasının yüzlərlə ən yaxşı təcrübəsi olub, layihələrin idarə olunmasının təşkilati kamilliyinin bu və ya digər səviyyəsini xarakteriszə edir;
-“qiymətləndirmə” elementi təşkilatlara layihələrin idarə olunmasınında cari kamilliyi qiymətləndirməyə kömək edən alətdir


Layihələrin idarə olunması üzrə Amerika institutunun (Project Management Institute - PMI)
1. Layihələrin idarə olunması üzrə Amerika institutunun (Project Management Institute - PMI) Project Management Body of Knowledge (PMBOK) standartı. Bu standart təxminən dörd ildə bir dəfə yenilənir. Standartın ən geniş yayılmış redaksiyalarından biri 2000-ci il tarixli, lakin ən aktual, dördüncü versiyası 2008-ci ilin sonunda dərc olunmuşdur. Standart əvvəlcə Amerika milli standartlar institutu tərəfindən ABŞ milli standartı kimi qəbul edilmişdi, hal-hazırda isə dünya standartı kimi istifadə olunur.
Standartın əsasını layihələrin idarə olunmasına prosesli yanaşma təşkil edir. Mümkün proseslərin ümumi çoxluğunu şəkil də göstərilən üçölçülü fəza kimi təsvir edək. Koordinat oxları üzərində çərçivə standartlarında adıçəkilən ölçülər qeyd edilmişdir. Bu fəzanın hər bir nöqtəsi elementar idarəetmə prosesidir. Məsələn “sistemin tətbiq edilmə mərhələsində risklərin planlaşdırılması”. Seçilmiş elementar proseslər layihələrin idarə olunması prosedurlarını təşkil edir. Bunlar “ox” prinsipi əsasında qurula bilər.

Standart, layihə menecmenti sahəsində istifadə olunan və onlardan əksər hallarda bir çox layihələrdə istifadə edilməsinin mümkün olması üçün formalizə olunmuş və strukturlaşdırılmış ümumi prinsip və yanaşmalardan ibarətdir. Layihələrin idarə olunması ilə bağlı doqquz bilik sahəsi müfəssəl təsvir olunur:


-layihənin inteqrasiyasının idarə olunması (Project Integration Management);
-layihənin məzmununun idarə olunması (Project Scope Management);
-layihə müddətinin idarə olunması (Project time Management);
-layihənin dəyərinin idarə olunması (Project Cost Management);
-layihənin keyfiyyətinin idarə olunması (Project Quality Management);
-layihənin insan resurslarının idarə olunması (Project Human Resource Management);
-layihədə qarşılıqlı əlaqələrin idarə olunması (Project Communications Management);
-layihənin risklərinin idarə olunması (Project Risk Management);
-layihənin müqavilələrinin idarə olunması (Project Procurement Management).
Hər bir bilik sahəsinə layihə realizə edilərkən bu və ya digər mərhələdə menecer tərəfindən yerinə yetirilən ayrı-ayrı proseslər daxildir. Standartda layihələrin idarə olunması üçün istifadə edilən prosesyönümlü yanaşma prosesin realizə olunması üçün menecerə lazım olan giriş sənədlərinin və verilənlərinin, layihənin realizə edilməsi zamanı menecerin istifadə edə biləcəyi metod və vasitələrin, prosesin çıxış sənədlərinin siyahısının dəqiq və formal təsvirinin olmasını nəzərdə tutur.

Layihələrin təsnifatı


Layihələrin təsnifatı üçün iqtisadçılar və menecerlər tərəfindən istifadə edilən əsas meyarlar bunlardır:
layihənin miqyası;
layihənin realizasiya müddəti və zəruri investisiyaların həcmi;
layihənin müəyyən aspektlərdə mürəkkəbliyi;
layihənin yenilik (təkrarlanma) dərəcəsi;
layihənin icraçı təşkilat və onun nəticələrindən istifadə edən təşkilat üçün əhəmiyyəti;
layihənin reazlizasiya proseslərinin onun məzmununu təşkil edən şəraiti və şərtlərinin xüsusiyyətləri;
resurslar və müddətlər üzrə məhdudiyyətlər;
işlərin və nəticələrin keyfiyyətinə tələblər;
investisiya prosesinin mərhələlərini əhatə dərəcəsi və s.
Miqyasına görə layihələr kiçik, orta və iri layihələrə bölünür. Çox iri layihələr meqa-layihələr kimi qeyd olunur.
Kiçik layihələr, iş həcminin fiziki və dəyər ölçüsünün nisbətən kiçik olması ilə yanaşı, texnoloji prosesin nisbətən sadəliyi və zəruri resursların kiçik nomenklaturası ilə xarakterizə olunur, lakin bu bəzi hallarda yüksək dəyərə malik material və texniki vasitələrin istifadə olunmasını istisna etmir.


Kiçik layihələrin kəmiyyət parametrləri təxminən 10-15 mln dollarlıq kapital qoyuluşu və 50 min insan/saat əmək məsrəfi ilə təqdim oluna bilər. Kiçik layihələr bir tərəfdən işlənilməsi və icrası, layihə dəstəsinin yaradılması prosedurları sadələşdirilməklə yerinə yetirilə bilər, digər tərəfdən bu layihələr işlərin müddətinin və zəruri resursların həcminin daha dəqiq hesablanmasını, eləcə də texnoloji proseslərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş qrafikə riayət olunmasını tələb edir, çünki istənilən kənarlaşmalar layihənin gedişinə, onun dəyəri və başa çatdırılması müddətlərinə böyük təsir göstərə bilər.
Kiçik layihələr, bir qayda olaraq, layihənin bütün proseslərini - texnoloji, təminat, təshih və s. proseslərini əlaqələndirən bir rəhbər tərəfindən yerinə yetirilir. Layihə dəstəsi (istehsalat-idarə kollektivi) çevikliyi (bir-birini əvəz edə bilməsi), müxtəlif məsələləri dəqiq bilməsi və icra etməsi, həm texnoloji, həm də təşkilati bacarıqlara malik olması ilə fərqlənməlidir.
Orta layihələr kiçik layihələrdən həm işlərin və bütün növ resursların həcminə, həm də layihənin ayrı-ayrı elementlərinin mürəkkəbliyi və kapital qoyuluşunun miqyasına görə fərqlənir. Bəzi məlumatlara görə orta layihələri yüzlərlə milyon dollar investisiya və 2-5 illik realizasiya müddəti ilə xarakterizə etmək olar.
İri layihələr öz parametrlərinə görə orta layihələrdən bir neçə dəfə artıqdır. İri layihənin effektiv realizasiyası layihənin mərhələli şəkildə işlənilməsi və yerinə yetirilməsi (Stage Gate Process) metodu kimi müasir idarəçilik alətindən istifadə olunmasını, layihə dəstəsinin işinin əlaqələndirilməsini, layihənin strukturlaşdırılmasına ciddi yanaşmanı, layinəni reazlizasiyanın monitorinq edilməsini tələb edir. İri layihənin, məsələn, neft emalı zavodunda bir qurğunun (büdcəsi 200 mln dollara yaxın olan) inşasına cavabdeh olan layihə dəstəsi iri şirkətlərin təcrübəsinə görə 20-30 nəfər, bütün zavodun inşasına cavabdeh olan layihə dəstəsi, podratçılar nəzərə alınmamaqla, 100-150 nəfərdən ibarət ola bilər. Meqalayihələr bir-biri ilə qarşılıqlı əlaqədə olan, ümumi məqsəd ətrafında və yerinə yetirilmə müddəti ilə birləşmiş çoxlu sayda layihədən ibarət məqsədli proqramlardır. Belə proqramlar beynəlxalq, milli, regional, sahələrarası, sahələr üzrə və qarışıq ola bilər. Bunlar yuxarı səviyyədə - dövlət, regional və bələdiyyə idarəetmə səviyyəsində formalaşdırılır, dəstəklənir və əlaqələndirilir və həddən artıq yüksək dəyəri (milyard dollarla), əmək tutumu (20 mln insan/saat) və uzun realizasiya müddəti ilə (5 il və daha çox) fərqlənir.
Layihənin realizasiya müddəti və zəruri investisiyalar həcmindən asılı olaraq, layihələr qısamüddətli, ortamüddətli və uzunmüddətli layihələrə bölünür. Qısamüddətli layihələrin müddəti 1 ilə qədər, orta və uzunmüddətli layihələrin müddəti sahələrin xüsusiyyətləri ilə müəyyən edilir, lakin ənənəvi olaraq ortamüddətli layihə 1 ildən 3 ilə qədər. Uzunmüddətli isə 3 ildən artıq davam edə bilər.
Layihələrin sahə mənşəyi əlamətinə görə siyahısı istisadiyyat və sosial sferanın sahələri və altsahələrinin siyahısını (sənaye, tikinti, nəqliyyat, səhiyyə, turizm və s.) təkrarlayır.
Mürəkkəbliyinə görə layihələri aşağıdakı növlərə bölmək olar: sadə, təşkilati, texniki cəhətdən mürəkkəb, resurslar cəhətdən mürəkkəb və kompleks şəkildə mürəkkəb layihələr.
Mürəkkəb layihələr qeyri-ənənəvi yanaşmalar və yüksək məsfərlərlə yanaşı, texniki, təşkilati və resurs məsələlərinin həll edilməsini nəzərdə tutur. Bundan başqa, mürəkkəb layihələr həm də onların yerinə yetirilməsinə hazırlıq prosesində dekompozisiyanın, daha sadə hissələrə, elementlərə mürəkkəb layihənin nisbətən müstəqil yerinə yetirilə biləcəyi altlayihələrə bölünməni də nəzərdə tutur.
Layihənin əlaməti kimi yenilik dərəcəsi onun və ya onun elementlərinin məzmunu, mahiyyəti, yerinə yetirilmə şərtləri və şəraiti, təşkil olunması üsul və metodlarının olub-olmaması ilə müəyyən edilir.
Bu meyara görə layihələri tam yeni, unikal layihələrə bölmək olar. Unikal layihələr, hər şeydən əvvəl, yüksək risk dərəcəsi və resursların genişmiqyaslı məsrəfləri ilə fərqlənir.
Yeni layihələrə mahiyyət etibarı ilə təkrarlanan, lakin əvvəllər xeyli fərqli şəraitdə (təbii-iqlim, sosial-iqtisadi, nəqliyyat, demoqrafik şəraitdə) yerinə yetirilən layihələr də aiddir.
Qalan digər hallarda layihə icraçıları, bir qayda olaraq, texniki və təşkilati cəhətdən nisbətən yoxlanılmış təkrar layihələrlə işləyirlər.
Layihə nəticələrinin icraçı və istifadəçi üçün əhəmiyyət dərəcəsinə görə layihələr həlledici, xeyli əhəmiyyətli, orta əhəmiyyətli və cüzi əhəmiyyətli layihələrə bölünür. Layihənin əhəmiyyət dərəcəsi təsnifat əlaməti kimi iki məna - tam kəmiyyət, demək olar ki, güc, miqyas mənası və keyfiyyət - müqayisəli parametrik məna daşıyır. Təbii ki, bu əlamət mütləqdir, yəni marağı olan təşkilatlar və şəxslər üçün əhəmiyyəti olmayan layihə olmamalıdır.
Əgər layihənin nəticələri onun icraçıları sistemi ilə istifadəçiləri sisteminin gələcək mövcudluğunu müəyyən edərsə, bu, yüksək əhəmiyyət dərəcəsini bildirir. Bu zaman layihənin əhəmiyyət dərəcəsi həlledici kimi işarə oluna bilər. Əgər layihənin yerinə yetirilməsi istifadəçinin obyektin kəmiyyət və keyfiyyət göstəricilərini əsaslı surətdə yaxşılaşdırarsa, xeyli əhəmiyyətli layihə hesab edilir. Layihə nəticələrin istifadəçisinin xarakteristikalarının müəyyən, lakin həlledici olmayan yüksəlməsinə gətirib çıxarırsa, layihəni orta əhəmiyyətli kimi qiymətləndrimək lazımdır. Layihə sistemə praktiki təsir etmədikdə layihənin icra edilməsi faktını nəzərə almaqla ona cüzi əhəmiyyət meyarı tətbiq etmək olar. Layihənin nəzərdə tutduğu proseslərin realizasiya xüsusiyyətlərindən asılı olaraq aşağıdakı layihələri fərqləndirmək olar:
- xarici mühit şəraitinin əsas parametrlərinə adekvat olan;
- mühiti amilləri nəzərə alınmaqla xüsusi tədbirlər tələb edən;
- mövcud şəraitdə yerinə yetirilə bilməyən və (və ya) bu şəraitin dəyişdrilməsini tələb edən layihələr.
Layihənin bu və ya digər işləri üçün resurslar və müddətlər üzrə məhdudiyyətlərdən asılı olaraq layihələrin təsnifatı müxtəlif təbiətli amillərə görə aparılır:
- iqlim şəraiti;
- layihənin bütün xidmət altsistemlərinin zamana və keyfiyyət səviyyəsinə görə dayanıqlı işləməsinin təmin edilməsi;
- layihənin resurs kompleksinin yaradılması, lazımi səviyyədə dəstəklənməsi və rezervlənməsi.
Layihə işlərinin və nəticələrinin keyfiyyətinə tələblərdən asılı olaraq layihələr qüsursuz, yüksək keyfiyyətli və standart layihələrə bölünür.
Qüsursuz layihələr keyfiyyət tələblərinin müəyyən olunmuş yuxarı sərhədinə istiqamətlənir.
Yüksək keyfiyyətli layihələr işlərin keyfiyyətinə tələblərin normadan yüksək xarakteristikalarına riayət olunmaqla yerinə yetirilir.
Standart layihələr bütün normativ müddəalara (ümumi, sahə, təbiəti mühafizə və s.) riayət edilməklə yerinə yetirilir.
Layihələrin qeyd edilmiş bu növlərindən başqa, elmi ədəbiyyatda innovasiya layihələri sinfi də nəzərdən keçirilir.
İnvestisiya layihələrinin mütləq əksəriyyəti innovasiya mürəkkəbəsinə malik olduğu üçün layihələrin investisiya və innovasiya növlərinə bölünməsi kifayət qədər şərtidir. Buna baxmayaraq, layihələrdə innovasiyaların yaradılmasına yönəlmiş işlərin həcminin artması layihələrin xarakteristikasını dəyişdirir.
Belə ki, innovasiya layihəsi investisiya layihəsindən aşağıdaklarla fərqlənir:
- layihənin parametrlərinin (məqsədlərə nailolma müddətlərinin, qarşıdakı xərclərin, gələcək gəlirlərin) qeyri-müəyyənlik dərəcəsinin (texniki, kom-mersiya) daha yüksək olması ilə. Bu, ilkin maliyyə-iqtisadi qiymətlən-dirmənin dürüstlüyünü azaldır və təcrübədə layihələrin qiymət­ləndirilməsi və seçilməsi üçün əlavə prosedurların istifadə olunmasını nəzərdə tutur;
- layihələrin gerçəkləşdirilməsinə unikal resursların (yüksək ixtisaslı mütəxəssislərin, yaradıçı əmək adamlarının, materialların, cihazların və s.-nin) cəlb edilməsi ilə;
- layihə çərçivəsində gözlənilməz, lakin müstəqil kommersiya dəyərinə malik aralıq və ya son nəticələrin alınması ehtimalının yüksək olması ilə. Bu, innovasiya prosesinin idarə olunmasının çevikliyinə, yeni biznes sahələrinə tez daxilolma qabiliyyətinə, texnologiyalara, əmtəə nişanlarına əlavə tələblər irəli sürür.
İnnovasiya prosesinin mərhələlərini əhatə dərəcəsinə görə elmi-tədqiqat sınaq-konstruktor işlərindən, yeniliyin mənimsənilməsi və onun kommersiyalaşdırılmasından ibarət layihələr tam innovasiya layihələri kimi, innovasiya prosesinin yalnız ayrı-ayrı mərhələlərini özündə ehtiva edən natamam innovasiya layihələri kimi təsnif oluna bilər.
Layihələrin müfəssəl təsnifatı iqtisadçı və menecerlərə perspektiv və realizə oluna bilən layihələri kifayət qədər dəqiq fərqləndirməyə, beləliklə də yerinə yetirilən məqsədlər qoymağa, həmin məqsədlər nail olmaq üçün real müddətlər təyin etməyə və onların uğurla gerçəkləşdirilməsi üçün optimal zəruri resurslar cəlb etməyə imkan verir.


Yüklə 115,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə