228
mövjud azadlığı qorumaqdan ibarətdir. Deməli, bu nəzəriyyəyə
görə iyerarxik struktura əsaslanan jəmiyyət təbii və qanuni hesab
olunur. Azərbayjanın «sağ» mövqeli partiyaları hakimiyyətdə
sabitliyi və varisliyi qəbul etməklə yanaşı, öz proqramlarında
hürriyyətçiliyə istiqlalçılığı tamamlayan prinsip kimi baxır və
yəqin ki, «sağ» mövqenin xüsusiyyətinə uyğun olaraq insan
hüquqları və azadlıqlarının qorunmasının təminatını təkmil hüquq
mexanizminin yaradılmasında görürlər. Deməli, onlar bir daha
totalitar recimə qayıtmamaq üçün atributları insan azadlıqları və
hüquqları, hakimiyyətin bölgüsü və təkmil konstitusiyanın
mövjudluğundan ibarət olan hüquqi dövlətin yaradılmasının
zəruriliyini dərk edərək, Azərbayjan dövlətinin təkamül yolu ilə
inkişafına daha çox üstünlük verirlər.
Azərbayjanda fəaliyyət göstərən konservativ partiyalarda
qatı mühafizəkarlıq deyil, məhz sağ mərkəzçilik üstünlük təşkil
edir. Həmin partiyaların proqramlarından çıxış edərək göstərmək
olar ki, bu partiyalarda nə dini, nə faşist, nə də qatı
mühafizəkarlıq əlamətləri deyil, mötədillik, mərkəzçilik və
bəzilərində müəyyən radikallıq əlamətləri üstünlük təşkil edir.
«Sağ» mərkəzçi partiyalar islahatlar yolu ilə jəmiyyətin
təkmilləşməsini,
konstitusion
azadlıqların
reallaşmasını,
jəmiyyətin inkişafına mane olan neqativ halların–korrupsiyanın,
rüşvətxorluğun, inhisarçılığın aradan qaldırılması, insan hüquq
və azadlıqlarının daim qorunması uğrunda mübarizə aparırlar.
Bəzi «sağ»ların radikallığı azad bazar münasibətlərini və azad
rəqabəti əsaslandıran marketizm ideyasını, bu sahədə bürokratik
əngəllərin qarşısının alınmasını, azad sahibkarlığın inkişafını
tələb etmələrindədir.
İfrat
«sağ»lar
jəmiyyəti
dəyişdirən,
yeniləşdirən
nəzəriyyələrə düşmən münasibət bəslədiyi halda, liberal təfəkkür,
yəni təkamül yolunu götürən mərkəzçi təfəkkür jəmiyyəti daim
yenidən qurmağa jəhd göstərir. Məhz jəmiyyəti təkamül yolu ilə
dəyişdirmək istəyən mühafizəkarlar istər-istəməz jəmiyyəti
dəyişdirməyin bu mövqeyini, yəni mərkəzçi mövqeyini götürərək
sağdan mərkəzə doğru meyllənir və sağ mərkəzçi mövqedə qərar
229
tuturlar. «Sağ» mərkəzçiliyə həm də praqmatizm (praktik
nətijələr), opportunizm (əməkdaşlıq) və sazişçilik xasdır.
«Sağ»ların sosial bazası o təbəqələr və qruaplardan
ibarətdir ki, məhz onların sosial mövqeyini ijtimai-tarixi və
sosial-iqtisadi inkişafın obyektiv meylləri təhlükə altına alır.
Deməli, əsasən imkanlı sosial qruplar, iri sənayeçilər, iri mülk
sahibləri, imkanlı sahibkarlar və b. mühafizəkarlığın sosial
bazasını təşkil edir. Jəmiyyətdə əhalinin yaşayışı çətinləşdikjə və
jəmiyyəti dəyişdirə biləjək yeni nəzəriyyələrin, ideyaların tətbiqi
ləngidikjə imkanlı sosial qruplar həm demokratik qüvvələrin,
həm də bütövlükdə əhalinin əksəriyyətinin təzyiqinə məruz qalır.
Belə olan təqdirdə mühafizəkar qüvvələr ijtimai tərəqqiyə,
yeniləşməyə müqavimət göstərən qorxulu qüvvəyə çevrilir.
Hansı ideya daşıyıjısı olmasından asılı olmayaraq bütün
siyasi
partiyaları
və
təşkilatları
birləşdirən
amillər
dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün
qorunması, Dağlıq Qarabağ probleminin ədalətli yolla həll
edilməsi, işğal olunmuş torpaqlarımızın geri qaytarılması kimi
müqəddəs
amallar
birləşdirir
və
müxalif
qüvvələrin
tolerantlığının kökündə də məhz bu amalların yüksək tutulması
durur.
230
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYATIN SĠYAHISI
Azərbayjan dilində
1.
Abbasov A.F. Demokratiə: naliçnaə i doljnaə. Baku –
2005, 179 s.
2.
Abbasov Ə. İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq
naminə. Bakı –2006, 211 s.
3.
Abbasov Ə.F. Yeniləşən jəmiyyət. Müasir elmi
paradiqma və idarəetmə (ümumnəzəri sinergetik təhlil).
Bakı: «Elm», 1998, 54 s.
4.
Abbasov Ə.F., Əsgərov İ. Keçid dövrü və yeni iqtisadi
təfəkkür (sosial-fəlsəfi təhlil). Bakı: «Nafta-Press», 2001,
142 s.
5.
Abbasov Ə.F., Rüstəmova A., İsmayılov D., Hajıyev H.
İjtimai inkişaf: qnoseologiya və metodologiya
problemləri. Bakı: «Adiloğlu», 2003, 158 s.
6.
Abbasova Q., Hajıyev Z. Sosial fəlsəfə. Bakı: «Ayna
Mətbu Evi», 2001, 505 s.
7.
Azərbayjan jəmiyyəti transformasiya şəraitində. Bakı:
«TS»,2001,158 s.
8.
Azərbayjanın
ijtimai-siyasi
təşkilatları:
Bakı:
«Diplomat», 1998, 135 s.
9.
Azərbayjan
Respublikasının
Konstitusiyası.
Bakı:
«Hüquq ədəbiyyatı», 2002, 82 s.
10.
Azərbayjanda
yeniləşmə
prosesinin
sosial-fəlsəfi
problemləri (məqalələr toplusu). Bakı: «Elm», 1998, 95
s.
11.
Jəbiyev R.M. Azərbayjanda bazar infrastrukturunun
formalaşması və inkişafı. Bakı: AzTU-nun mətbəəsi,
2000, 234 s.
12.
Jəmiyyət. İdeologiya. Təfəkkür (məqalələr toplusu).
Bakı: «Bakı Universiteti», 2004, 201s.
13.
Jəmiyyət keçid dövründə (tərtibçi-redaktor: Əzimova R.).
Bakı: «Ziya-Nurlan», 2003, 139 s.
Dostları ilə paylaş: |