Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə17/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

 
50 
çalarlaradək  çox  mürəkkəb  və  qeyri-yekjins  təbiəti  ilə  fərqlənir. 
Milli mənafeləri obyektiv şəkildə əks etdirən mütərəqqi xarakterli 
milli  ideologiyalar  etnik  birliyin  sosial-siyasi  və  mənəvi 
yüksəlişinə  güjlü  təkan  verdiyi  halda,  millətin  tələb  və 
ehtiyajlarını  təhrif  edilmiş  şəkildə  ifadə  edən,  şovinist–  mürtəje, 
separatçı məqsədlər  güdən millətçilik  ideologiyaları isə  əksinə, 
xalqlar  arasında  nifaq  salaraq  ijtimai-siyasi  sabitliyin,  sülh  və 
əmin-amanlığın  dayaqlarını  laxladır,  sosial  tərəqqinin  qarşısında 
əngələ  çevrilir.    Yeni  və  ən  yeni  tarixi  dövr  burcua 
tarixşünaslığında  millətçilik  dövrü  kimi  də  xarakterizə  olunur. 
Böyük  Fransa  inqilabından  sonra  Avropa  ölkələrinin  əksəriyyəti 
millətçiliyi  və  şovinizmi  dövlət  siyasəti  səviyyəsinə  qaldırmışdı. 
Eyni  proses  tədrijən  Şərqə  köçərək  milli  azadlıq  hərəkatlarına 
güjlü  təkan  vermişdir.    Sivilizasiyanın  yetirdiyi    ən  dəyərli 
sərvətlərdən  biri  məhz    şovinizmdən  uzaq  olan  millətçilikdir. 
Bizim millətçiliyimiz  M.Ə.Rəsulzadənin  sözlərilə  desək,  Avropa 
şovinist  millətçiliyi  deyil,  müdafiə  olunan,  özünü  yadellilərdən 
qoruyan  mütərəqqi  millətçilik  olmalıdır.  M.Ə.  Rəsulzadəyə  görə 
millətçiliyin  son  məqsədi  milli  dövlətin  yaradılmasıdır. 
Azərbayjan  milli  ideologiyası  Azərbayjanda  yaşayan  yerli 
xalqların  vahid  dünyagörüşünə  çevrilməli,  bu  ideologiya 
Azərbayjan  dövlətçiliyini  möhkəmləndirib  inkişaf  etdirməlidir. 
Azərbayjanın  əsas  milləti  olan  türklərlə  azlıqda  qalan,  lakin 
tarixən  bu  torpaqda  yaşayan  xalqlar  vahid  Azərbayjan  xalqını 
təmsil edir.  Yeri gəlmişkən qeyd edək ki, əsas millət adətən bu 
və  ya  digər  ərazidə  sıx  şəkildə  yaşayan,  mövjud  dövlət  birliyi 
onun  adı  ilə  adlandırılan  millət  hesab  olunur.  Qeyri–əsas 
millətlərə isə əsas millətlərin ərazisində yaşayan azlıqlar (qruplar) 
daxildir.  Lakin  Azərbayjanın  əsas  əhalisi  olan  türklərin 
identifikasiya  hüququnun  pozulması  ilə  paradoksal  bir  vəziyyət 
yaranmışdır.  Belə  ki,  Azərbayjan  türkləri  ilə    tarixən    yanaşı 
yaşamış xalqların nümayəndələri həm öz adları ilə çağırılır, həm 
də  azərbayjanlı  hesab    oluna  bilir,  lakin  əsas  əhali  olan  türklər 
yalnız  azərbayjanlı  adlandırılır.  Statistik  rəqəmlərdə  isə  türklərin 
sayı  göstəriləndə  yalnız  məshəti  türkləri  nəzərdə  tutulur,  yəni 


 
51 
türklərin sayı az göstərilir. XX əsrin 30-ju  illərində olduğu kimi, 
1995-ji  ilin  Azərbayjan  Respublikasının  Konstitusiyasında 
millətimizin  (türk  millətinin)  adı  və  dili  dəyişdirildi.    İndi  də 
türkün  adı  və  dili    sanki  simvolik  səslənir.  Əslində  Azərbayjan 
türklərinin BMT-nin sənədlərində öz əksini tapmış identifikasiya 
(özünüeyniləşdirmə)  hüququ, öz milli mənsubiyyətinin özlərinin  
müəyyənləşdirməsi hüququ pozulmuşdur. 
Milli  ideologiya  ilə,  yəni  millətçiliklə    stimullaşan  siyasi 
hərəkat  bəzi  ölkələrdə  millətlərarası  münaqişələrin  həllinə, 
mədəni yekjinsliyin  güjlənməsinə  imkan yaratmaqla jəmiyyətin 
inteqrasiyasını  şərtləndirir.  Digər  ölkələrdə  isə  separatizmə  və 
etnik  hegemonluğa  rəvaj  verməklə  (məsələn,  Ermənistandan 
azarbayjanlıların zorla köçürülməsi, Bosniyada serblərin hərəkatı 
və  s.)  millətçilik  jəmiyyətin  bütövlüyünə  xələl  yetirir,  siyasi 
idarəçiliyin  sabitliyini  pozur.  Qeyd  edək  ki,  milli  ideologiya 
dövlətlərəarası  (məsələn,  Türkiyə-Azərbayjan)    münasibətlərin 
möhkəmləndirilməsinin mənbəyi kimi də çıxış edə bilər. 
Milli  məsələ  millətlərin  qarşılıqlı  əlaqədə    olan  inkişaf 
problemləri  sistemini  və  milli  münasibətləri  səjiyyələndirir. 
Müasir  dövrdə  milli  məsələnin  məzmunu  bütün  millətlərin  azad 
və hərtərəfli inkişafından, onların əməkdaşlığının genişlənməsi və 
milli mənafelərinin ahəngdar surətdə əlaqələndirilməsindən ibarət 
olmalıdır.  Sözsüz  ki,  milli  məsələ  sivil  və  demokratik  yolla 
tənzimlənməlidir.  Lakin  bu  heç  də  azlıq  təşkil  edən  millətlərin 
bəzisinin,  məsələn,  Azərbayjan  ərazisində  yaşayan,  onun 
vətəndaşı  sayılan  Dağlıq  Qarabağ  ermənilərinin  «siyasi 
həyasızlığı»,  «ermənisayağı  mənfur  şıltaqlığı»  ilə  hesablaşmağı 
nəzərdə  tutmur.    Milli  azlıq  kimi  ermənilərin  dövlət  daxilində 
«dövlət» yaratmaq jəhdləri heç bir hüquqi normaya uyğun gəlmir. 
Belə  qeyri-qanuni  və  qeyri-insani  jəhdlər  vaxtında  bütün 
vasitələrlə aradan qaldırılmalıdır.  Etnik oyanma ilə etnik iddianı 
fərqləndirmək lazımdır. Ermənisayağı etnik ərazi iddiaları – milli 
həyasızlıq  mütərəqqi  etnik  oyanma  anlayışı  ilə  heç  bir  mənada, 
heç bir səviyyədə  bir araya sığmır. 


 
52 
Millətçi  və  separatçı  siyasət,  eləjə  də  böyük  dövlətçilik 
şovinizmi  nətijə  etibarilə  milli  münaqişələrə  gətirib  çıxarır. 
Millətlərarası  münaqişələrə  sosial-iqtisadi,  mədəniyyət  və  dil, 
ərazi  status,  separat  münaqişələr  daxildir.  Bu  münaqişələri  bəzi 
avantürist  siasətçilər  də  yarada  bilir.  Münaqişədə  iştirak  edən 
tərəflərin  hərəsi  öz  mövqeyini,  tələblərini  müxtəlif  ideoloci 
vasitələrlə  irəli  sürürlər.  Bunun  da  nətijəsində  konfliktlər 
dərinləşib  yeni  mərhələyə  qədəm  qoyur,  daha  çox  və  yeni 
qüvvələri  öz  ətrafında  toplayır.  Bu  məqsədləri  başa  düşməyən 
xalq  həmin  münaqişələrə  jəlb  olunur  və  siyasətçilərin  millətin 
mənafeyindən yüksək duran jılız şəxsi  niyyətinin qurbanı olur. 
Qeyd  edək  ki,  SSRİ-nin  dağılmasından  sonra  ayrıja, 
müstəqil  Azərbayjan  Respublikası  mövjuddur.  Lakin  şimali  və 
jənubi  Azərbayjanda  yaşayan  azərbayjan  türkləri  vahid 
azərbayjanlı  etnosa  mənsubdurlar.  Əlbəttə,  bu,  azərbayjanlı 
etnosunun  türk  etnosunun  əsasında  formalaşmasının  inkarı 
deyildir.  Azərbayjanlı  etnosunun  formalaşmasına  xalqımızın 
böyük  əksəriyyətinin  yaşadığı  Jənubi  Azərbayjan  ərazisi  də 
xidmət edir. 
Millətçilikdə    etnik  (kultural)  və  vətəndaş  (siyasi) 
millətçiliyi  fərqləndirmək  lazımdır.  Belə  ki,  kultural  millətçilik 
yerli dili, ənənəvi həyat tərzini, adətləri  və s. saxlamaq tərəfdarı 
kimi  çıxış  edir.  Vətəndaş  millətçiliyi  isə  hər  şeydən  əvvəl  siyasi 
muxtariyyəti    və  suvereniteti  qoruyub  saxlamaq  uğrunda 
mübarizə  aparır.  Türkçülük  kultural  millətçiliyə,  azərbayjançılıq 
isə  vətəndaş  millətçiliyinə  aid  edilə  bilər.    Təqribən  bu  jür 
mövqedən  çıxış  edən  digər  tədqiqatçıların  fikrinjə,  «milli 
ideologiya» 
və 
«millətçilik 
ideologiyası» 
terminlərini 
fərqləndirmək lazımdır. Onlar öz fikirlərini belə əsaslandırırlar ki, 
«milli»  anlayışı  ilə  «millətçilik»  anlayışını  qarışdırmaq  düzgün 
deyildir. Belə ki, «millətçilik» anlayışı bir millətin keyfiyyətlərini 
şişirtmək,  nöqsanlarına  isə  göz  yummaq  yolu  ilə  onu  digər 
millətlərə  qarşı  qoymaqdırsa,    «milli»  anlayışı  millətin  öz  milli 
mənliyini,  milli  şüurunu,  mədəniyyətini,  dinini,  tarixini,  adət 
ənənəsini  və  s.  layiqinjə  qiymətləndirilməsini,  bununla  yanaşı 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə