Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə20/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   16   17   18   19   20   21   22   23   ...   78

 
59 
bağlarınızı  alıb  öz  xidmətçilərinə  paylayajaq,  məhsulunuzun, 
mal-qaranızın  onda  birini  mənimsəyəjək,  siz  özünüz  isə  onun 
qullarına  çevriləjəksiniz.  Sonralar  siz  düşdüyünüz  bu  vəziyyətə 
görə  hökmdara  etiraz  edəndə  Allah  buna  görə    sizə  javab 
verməyəjəkdir». 
İsrail xalqı  bu qorxulu xəbərdarlığa əhəmiyyət verməyərək 
monarxiyanı  qurur.  Bu  fakt  sübut  edir  ki,  dövlətin  kökləri  ilahi 
mənşəyə malik deyildir. Allahın xəbərdarlığı yalnız Qədim İsrailə 
aid  olmayıb,  bizim  günlərdə  də öz  əhəmiyyətini  saxlayır.  Tomas 
Peyn  (1737-1809)  «Sağlam  düşünjə»  (1776)  əsərində  bu  fikri 
yada salmış və amerikanlara xatırlatmışdır ki, Samuildən bu yana 
3000 il ərzində  hökmranlıq edən «bir sıra xeyirxah hökmdarların 
xarakteri    həmin  dövlət  formasını,  yəni  monarxiyanın 
«mənşəyinin qüsurlu tərəfini» işıqlandırmağa qabil deyil».   Yeri 
gəlmişkən  qeyd  edək  ki,    T.Peyn  bu  əsərində  Amerika  xalqını 
müstəqillik 
uğrunda 
müharibəyə 
və 
şimali 
Amerika 
müstəmləkələrini  metropoliyadan  ayrılmağa  çağırır.    Bu  çağırış 
təbii-hüquq konsepsiyasına əsaslanır və ABŞ-ın 1776-jı il iyulun 
4-də  qəğul  edilmiş  müstəqillik  haqqında  Bəyannaməsində  öz 
əksini  tapmışdır.  Həmin  bəyannamə  xalqın  suverenliyi,  zülmkar 
hökmdarlara qarşı üsyan hüququnu, müstəqil dövlət yaratmaq və 
xalqın  mənafeyinə  uyğun  gələn  siyasi  forma  seçmək  hüququnu 
elan  etmişdi.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  yəhudilər  hökmdar 
hakimiyyətinə  nail  olsalar  da  «hökmdar  ali  qanuna  tabe 
olmalıdır,  çünki  onun  özü  də  insandır»  kimi  ideyanı  inkişaf 
etdirən ilk xalq olmuşdur. 
Ali qanunun təbii hüquq konsepsiyası Qədim Yunanıstanda 
da  inkişaf  etmişdir.  E.ə.  V  əsrdə  yunan  dramaturqu  Sofokl 
«Antiqona» əsərində Antiqonanın tarixi haqqında danışır. Əsərdə 
göstərilir  ki,  Antiqonanın  qardaşı  Polinik  qədim  Misirin  Fiv 
şəhərinə hüjum zamanı öldürülmüşdür. Bu xəyanətinə görə tiran 
Kreont  Polinikin  dəfn  olunmasını  qadağan  etmiş  və  onun 
jəsədinin  şəhərin  darvazasından  asılaraq  orada  çürüməsi  haqda 
əmr  vermişdir.  Lakin  Kreontun  iradəsinin  ziddinə  olaraq 
Antiqona  öz qardaşının dəfn olunmasına nail olur. Bu hərəkətinə 


 
60 
görə Kreontun qarşısında  javab verən Antiqona bildirir ki, insan 
tərəfindən  müəyyən  edilmiş  qanun,  hətta  o  hökmdar  olsa  belə, 
«İlahi qanunu, təbii qanunu,  yazılmamış möhkəm qanunu» poza 
bilməz.  «Çünki bu İlahi qanun dünən  yaranmayıb, onun nə vaxt 
meydana çıxdığını heç kim bilmir». Sofoklun heç bir tragediyası 
afinalılara  «Antiqona»  qədər  təsir  etməmişdir.    Bu  əsərə  görə 
həmvətənləri 
Sofoklu 
mükafatlandırmış, 
onu 
Samos 
müharibəsində Perikllə birgə sərkərdə təyin etmişlər. «Antiqona» 
əsəri  haqqında  belə  bir  fikir  məşhurdur  ki,  Sokrat  nəsrdə  hansı 
rolu oynamışdırsa, Sofokl da poeziyada o dərəjədə rol oynmışdır. 
Həm  Sokrat,  həm  də  Sofokl  Allah  qanununu,    yazılmamış  təbii 
qanunları  yerdəki  hökmdarların  əmrlərindən,  hakimlərin 
hökmlərindən,  insanlar  tərəfindən  yazılmış  qanunlardan  üstün 
tutmuşlar.  
Qanun  ideyası  zamanın  sınağından  çıxaraq,  bütün  Avropa 
sivilizasiyası boyu inkişaf etmişdir. Qədim Romada bu, stoiklərin 
fəlsəfəsində  öz  inkişafını  tapmışdır.  Stoiklər    təsdiq  edirdilər  ki, 
idarə  edən  xalq  olsa    belə,  onun  da  etdikləri  təbii  hüquqlara 
uyğun  olaraq  ədalətli  olmalıdır.  Qərbin  savadlı  adamları 
stoiklərin nümayəndəsi, latın nəsrinin böyük müəlliflərindən olan 
qədim Roma natiqi Siseronun mətnlərini əzbərdən bilirdilər. Ona 
görə  də  bir  çox  əsrlər  stoiklərin  bu  ideyası  minilliklərin 
süzgəjindən keçib gəlmiş və öz təsirini avropalıların təfəkküründə 
saxlaya  bilmişdir.      E.ə.  IV  əsrin  sonlarına  yaxın  yunan 
demokratiyasının  böhranı  güjlənirdi.  Afina  və  digər  yunan 
polisləri  özlərinin  siyasi  müstəqilliklərini  itirərək  Makedoniyalı 
İskəndərin  imperiyasının  tərkibinə  daxil  olmuşdu.  İskəndərin 
ölümündən sonra imperiya sürətlə tənəzzülə uğradı, bu isə qədim 
yunan  jəmiyyətinin  mənəvi  həyatında  dərin  dəyişiklikliklər 
yaradaraq  fəlsəfənin  seyri  –  etik  jəhətlərini  güjləndirdi.  Bu  
zaman  ellin  fəlsəfəsinin  əsas  jərəyanlarından  biri  olan  stoisizm 
meydana gəlmişdi.  
Stoiklər  stoya  (Afina)  fəlsəfi  məktəbinin  ardıjılları  hesab 
olunur. Onların həyat idealı sakitlik, daxili və xariji qıjıqlandırıjı 
amillərə  reaksiya  verməmək  qabiliyyəti  ilə  əlaqədardır.  Banisi 


 
61 
K.Zenon,  üzvləri  Seneka,  Epiktet,  Mark  Avreli  olan  stoisizmə 
görə  insanın  vəzifəsi  təkjə  müdrik  olub,  həzz  almağı  bajarmaq 
deyil,  xeyirxah  fəaliyyət  göstərməkdir.  Xeyirxah  həyat  sürmək 
üçün  əvvəljə  insan  xeyirxahlığın  nə  olduğunu  bilməlidir.  Məhz 
insanın  bəşəriyyət  qarşısında  vəzifəsi  xeyirxahlığı  dərk  edib 
həyata  keçirməkdir.    Stoiklər  üçün  həqiqətin  yalnız  bir  meyarı 
vardır,  bu,  hissi  qavrayışdır.  Ontoloci  baxışlarında  təbiətdə  iki 
elementin olduğu qəbul edilir. Bunlar ilkin materiyadır ki, bundan 
jisimlər  yaradılır;  ikinjisi,  həmin  materiyadan  jisimləri  yaradan 
fəal  ünsür,  yəni  zəka,  tale,  Allah,  ilahi  zəkadır  ki,  maddi  aləmə 
qanunauyğunluqlar  gətirib,  onu  idarə  edir.  Stoiklərin    etikası 
ilahiyyat  anlayışı  ilə  sıx  əlaqədardır.  Əgər  ilahi  zəka  böyük 
yaradıjı  qanundursa,  onda  əməli  əxlaqi  qanun  elə  fəaliyyət 
göstərməlidir ki, zəka qanuna uyğun jərəyan etsin.  
Stoiklərin nümayəndəsi olan Siseronun ölümündən təqribən 
70  il  sonra  «vergiləri  ödəmək  lazımdırmı?»  sualına  İsa 
peygəmbər belə javab vermişdir: «Hökmranlıq hökmdara, ilahilik 
isə  Allaha  məxsusdur».    Beləliklə,  İsa  peyğəmbər  dünyanı  iki 
şahlığa, səltənətə bölmüşdür və bununla da bildirmişdir ki, heç də 
bütün  həyat  dövlətin  nəzarəti  altında  deyildir.  Bu  radikal  ideya 
dövlətin  tam  nəzarəti  altında  olan  Şərq  kilsəsində  deyil,  Qərb 
xristianlığında  möhkəmlənmişdir.  Şərq  kilsəsi  dövlətin  tam 
nəzarəti  altında  olduğundan,  orada  jəmiyyət  üçün  alternativ 
hakimiyyət  mənbələrinin  inkişafına  yer  belə  qoyulmamışdır. 
Bunu eyni  zamanda  islam  dini  haqqında  da demək olar.  Belə  ki, 
uzun  müddət  –  həm  ərəb  xilafəti,  həm  Osmanlı  imperiyası 
dövründə bütün dünyəvi və dini hakimiyyət xəlifənin və  sultanın 
əlində jəmləşmişdir. 
Roma-katolik kilsəsi adlanan Qərb kilsəsinin müstəqilliyi o 
demək  idi  ki,  Avropada  bir-birilə  hakimiyyət  uğrunda  mübarizə 
aparan  iki  təsirediji  güjə  malik  institut  var  idi.  Yaranmış  bu  jür 
vəziyyət  nə  dövlətə,  nə  də  kilsəyə  xoş  gəlmirdi.  Lakin 
hakimiyyətin  onlar  arasında  bölünməsi  şəxsiyyətin  azadlığı  və 
vətəndaş jəmiyyətinin inkişafı üçün imkan yaratmışdı. Papalar və 
imperatorlar  tez-tez  bir-birini  hakimiyyətdən  devirirdi.  Kilsə  ilə 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə