113
şəxsiyyət və onun hüquqları durur. Lakin XX əsrin 30-40-jı
illərindən etibarən liberalizmdə jiddi dəyişikliklər müşahidə
edilmişdir. Liberal dəyərlərin qorunması və təmin edilməsində
dövlətin və ijtimaiyyətin roluna diqqət artan sürətlə genişlənərək
neoliberalizmdə total məna alır. Müəyyən mənada liberalizm ilə
konservatizmin çulğalaşması baş verir ki, buna da «konservativ
liberalizm» deyirlər. Bu daxili jərəyanın təməl müddəaları əsas
liberal dəyərlərin reallaşmasında dövlətin total roluna istinad və
dövlətin fəaliyyətində sosial yönümlü ideyalara üstünlük
verməkdir.
Liberalizmin tarixinə diqqət yetirdikdə görmək olur ki,
təxminən 1900-jü ildə «liberal» termininin mahiyyətində
dəyişiklik olmuşdur. O zaman böyük dövləti müdafiə etmək, azad
bazarı məhdudlaşdırmaq və onun üzərində nəzarət qoymaq
tərəfdarları özlərini liberallar adlandırırdılar. Bu səbəbdən bu gün
şəxsi azadlıqlar, azad bazar və məhdud hakimiyyət fəlsəfəsi, yəni
Lokkun, Smitin və Jeffersonun fəlsəfəsi klassik liberalizm adlanır.
Müasir liberalizm dəyişən gərginliyin təsiri altında klassik liberal
irsin uzunmüddətli təkamülünün nətijəsidir.
Liberalizm heç də inkişafının bütün mərhələlərində yekjins
ideologiya təsiri bağışlamamışdır, onda daim müxtəlif ideya-
siyasi jərəyanlar bir-birilə mübarizə aparmış və indi də
aparmaqdadır. Müasir dövrdə liberalizmdə bu qarşıdurmanın
ifadəsi onda iki istiqamətin olması ilə müəyyən olunur. Bu
istiqamətlərdən birinin kökü klassik dövrə gedib çıxır. Belə ki, ilk
dövrdə liberalizm əsas güjünü fərdin iqtisadi azadlığının əldə
edilməsinə yönəltmişdi və bu bazar münasibətləri çərçivəsində
dövlətdən asılı olmayan azad sahibkarlığın yaranması ilə
nətijələnmişdi. Liberalizmin ikinji istiqəməti isə XX əsrin birinji
onilliyində İngiltərədə, bir qədər sonra isə Rusiyada təzahür
etmişdir. Bu, əvvəl İngiltərədə Lloyd Jorjun, sonra isə Rusiyada
Stolıpinin sinfi ziddiyyətləri aradan qaldırmağa yönəldilmiş və
dövlət siyasəti kimi həyata keçirdikləri islahatlarda ifadə
olunmuşdur.
114
Əlbəttə, liberalizmin tarixi perspektivlərinin müəyyən
edilməsində sənaye jəhətdən inkişaf etmiş ölkələrin təjrübəsi
mütləq nəzərə alınmalıdır. Məhz bu dövlətlərdə hazırda mövjud
olan ideologiyalar içərisində liberalizm təkjə təşkilati siyasi
qüvvə kimi deyil (liberalizmin qarşıya qoyduğu məqsədlərin
çoxusu artıq reallaşmışdır: vətəndaş jəmiyyətinin əsasları
yaradılmış, parlamentarizm tətbiq edilmiş, hakimiyyətin həm
dövlət, həm də federal səviyyədə bölgüsünün liberal prinsipi
həyata keçirilmişdir), habelə etos kimi (mədəniyyətin
ümumiləşdirilmiş səjiyyəsi kimi), nüfuzlu sosial fəlsəfə kimi yer
tutur. İngilis politoloqu E.Arblaster belə hesab edir ki, «bu gün
Qərbdə ənənəvi mühafizəkar və yaxud inqilabi-sosialist
dünyagörüşü deyil, liberal dünyagörüşü hökmranlıq edir».
Liberal-demokratiya ideyalarının məşhurlaşdırılmasını və
onun Qərb dünyasında geniş yayılmasını şərtləndirən hadisələrin
saf-çürük edilməsinə ehtiyaj olduğunu nəzərə alaraq, həmin
fenomenin səbəblərini təhlil edək:
Birinjisi, Qərbin siyasi partiyalarının əksəriyyəti öz
proqramlarına liberal ideologiyada ilk dəfə işlənib hazırlanmış
müddəaları daxil edirlər. Bu müddəalar aşağıdakılardır: iqtisadi
sahədə bazar münasibətlərinin əsası kimi azad rəqabət, sosial-
siyasi sahədə – hüquqi dövlət, özünüidarəetmə, şəxsiyyətin
azadlığı, söz, mətbuat azadlığı, siyasi seçki hüququ, azlıqda qalan
xalqların dilinə, etiqadına və adət-ənənələrinə hörmət etmək və s.
İkinjisi, liberalizmin yaşamaq qabiliyyətinin artması onun
iqtisadi siyasətinin dinamikasında əks olunur. Bu, iqtisadi dirçəliş
dövründə azad sahibkarlığı yeni keynsçilik (keynsçilik –
kapitalist
iqtisadiyyatının
dövlət-inhisarçı
tənzimlənməsi
haqqında nəzəriyyədir, əsasını ingilis iqtisadçısı Jon Keyns
(1883-1946) qoymuşdur) ilə əvəz etməyə, böhran dövründə isə
monetarizm (monetarizm – erkən merkantilizmdir, yəni tijarət
yolu ilə pul sərvətinin yığımı dövlət hakimiyyətinin köməyi ilə
mümkün
hesab
edilir),
«tetçerizm», «reyqanizm» kimi
modernləşdirilmiş
formalarda
«qarışmamaq»
prinsipinə
qayıdılmasına imkan verir. Liberalizm əgər humanitar ritorikada
115
«sol» mənasını verirsə, dar iqtisadi mənada «sağ» ideologiya
hesab olunur.
Üçünjüsü, inkişaf etmiş kapitalist ölkələrində (ABŞ,
Almaniya, Böyük Britaniya və b.) hakimiyyətə yeni mühafizəkar
qüvvələrin
gəlməsi
klassik
liberalizm
müddəalarının
əksəriyyətinin yeni mühafizəkar ideyalarda öz əksini tapmış şərhi
ilə müşayiət olunur.
Dördünjüsü, zəhmətkeşlərin yeni mühafizəkar metodlara
qarşı çıxması realist düşünən hakim dairələrin tez dəyişə bilən
ideya-siyasi alternativlərin işlənib hazırlanması zəruriliyini dərk
etməsinə gətirib çıxarır. İdeoloqların əksər hissəsi bunun əsasını
liberal layihələrdə, müddəalarda görür.
Beşinjisi,
liberalizmin
ideya-nəzəri
müddəalarının
aktuallaşması onun XX əsrin 70-80-ji illərdəki siyasi böhranı ilə
bağlıdır. Məhz bu böhran göstərdi ki, liberallar praktikada öz
humanist konsepsiyası və şüarlarını tam həyata keçirə bilmədilər.
Bu da həmin ideologiyaya yenidən baxılmasını zəruri etmişdir.
Yenidən bərpa edilmiş liberalizm indi ideya jəhətdən sosializmə
əks-qüvvə kimi özünü göstərir. Z.Bcezinski 1970-ji ildə Nyu-
Yorkda çapdan çıxmış «İki əsr arasında. Texnotron erada
amerikan qaydaları» kitabında göstərir ki, iki ijtimai sistem
arasındakı mübarizənin nətijəsi iki əsas dünyagörüşünün –
liberalizm və kommunizmin taleyindən çox asılıdır.
Altınjısı,
liberalizm
ideyalarının
sosial-demokrat
ideologiyasına daxil olması, «leyborist liberalizminin» əmələ
gəlməsi tələb edir ki, sosial-demokratlar və liberallar qarşılıqlı
əməkdaşlığın inkişaf etdirilməsi zərurətini dərk etsinlər.
Yeddinjisi, liberalizmin bir çox müddəaları (dövlət və
bazarın sintezi, fərdlərin bazar imkanları, hüquqi dövlət ideyası)
artıq sosializm sistemindən qopub-ayrılmış Majarıstan, Polşa,
Çexiya, Slovakiya, Bolqarıstan və keçmiş Sovet İttifaqının
müstəqillik
əldə etmiş respublikalarında, o jümlədən
Azərbayjanda tətbiq edilərək istifadə olunur.
Bəşəriyyətin tərəqqisi və liberal dəyərlər bir-birindən
ayrılmazdır. Tarix sübut etmişdir ki, iqtisadi çiçəklənmə, sosial
Dostları ilə paylaş: |