137
sintezi, fərdlərin bazar imkanları və hüquqi dövlət ideyası
Azərbayjanda tətbiq edilərək istifadə olunur.
Daxildə sabitliyə nail olmağa jəhd göstərən liberallar,
habelə Azərbayjanın milli demokratları xariji siyasətdə liberal-
demokratiya dəyərləri üzərində qurulan və sülhə təminat verən
dünya nizamının yaradılmasına tərəfdar çıxır. İki liberal
jəmiyyətin bir-birilə heç vaxt vuruşmaq məqsədini güdmədiyini
əsas tutaraq Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll
olunmasının əleyhinə olmadığını bildirirlər. Qeyd etmək lazımdır
ki, dövlət də bu məsələdə liberal xətt yeridir. Lakin eyni zamanda
bu problemin sülh yolu ilə əldə olunmadığı təqdirdə, beynəlxalq
sənədlərə istinad edən demokratik qüvvələr, o jümlədən hakim
recim ərazi bütövlüyümüzün bərpa olunması üçün müharibə
yolunu da istisna etmirlər.
Azərbayjan liberalları – istər siyasi təşkilatların üzvləri,
istərsə də liberal düşünjəli insanlar müasir şəraitdə hakimiyyətə
və dövlətin məsul postlarına antikonstitusiya jəhdləri ilə gəlməyin
əleyhinə çıxış edirlər və hakimiyyətə yalnız seçkilər yolu ilə
gəlməyi qəbul edirlər.
Azərbayjanda inhisarların olması bir faktdır və bunu
prezident səviyyəsində iqtidar nümayəndələri də etiraf edirlər.
İnhisarların yaranması, iqtisadiyyatın böhranı, inflyasiya bazar
özünütənzimləməsini
pozduğundan
bazar
iqtisadiyyatını
tənzimləmək üçün dövlətin iqtisadiyyata müdaxiləsini qaçılmaz
edir. Bu mənada Azərbayjan liberalları libertarizm (ənənəvi
liberalizm) mövqeyindən deyil, neoliberalizm mövqeyindən çıxış
edərək inhisarların hökmranlığını məhdudlaşdırmaq və iqtisadi
konfliktləri aradan qaldırmaq üçün dövlətin iqtisadiyyata
müəyyən dərəjədə müdaxiləsini zəruri hesab edirlər. Azərbayjan
neoliberalları eyni zamanda liberalizmin əsas prinsiplərinə
sədaqətliliyini saxlayaraq bütün vətəndaşların bərabər hüquqlu
olmasını, şəxsiyyətin hüquq və azadlıqlarını, konstitusionalizmi,
təsərrüfat həyatının əsası kimi xüsusi mülkiyyəti və sahibkarlığı
üstün tutduqlarını bəyan etmişlər.
138
Ənənəvi liberalizm mövqeyində duran Azərbayjan
liberalları dövlətin iqtisadi həyata fəal müdaxiləsinə qarşı
çıxmalarını bununla əsaslandırırlar ki, iqtisadi azadlığın
boğulması siyasi azadlığın da yox olmasına gətirib çıxarır. Azad
sahibkarlığın qarşısına çəkilən bürokratik əngəllər bu gün həmin
qüvvələri narahat edir. Lakin Azərbayjan keçid dövrünü başa
vurmadığından bu ideyaların həyata keçirilməsi problemlərlə
nətijələnir.
Müasir liberal partiyalar Azərbayjan Respublikasının
Konstitusiyasında öz əksini tapmış müddəaların – demokratik
quruluşa təminat vermək, vətəndaş jəmiyyətinin bərqərar
edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların
aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar
münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaratmaq,
azad sahibkarlığa təminat vermək, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə yol verməmək, insan və vətəndaş
hüquqlarını və azadlıqlarını müdafiə etmək və s. həyata
keçirilməsini istəyirlər. Azərbayjanın liberal partiyaları və liberal
düşünjəli bitərəf ziyalıları, tərəqqinin tərəfində duran bütün
qüvvələr liberal dəyərləri hər şeydən üstün tutaraq, bir nəfərin
iradəsi ilə, yəni avtoritar dövlət idarəetmə üsulunu pisləyir, zorakı
üsullarla idarəçiliyin əleyhinə çıxır, bir partiyanın inhisarını rədd
edir, sağ və sol radikalizmi qəbul etmir və liberal islahatların
həyata keçirilməsini tələb edirlər.
Hazırda yeni dünya düzəni yaratmaq zərurəti ortaya
çıxmışdır. Müharibəsiz, hərbsiz, insan haqlarının müştərək
qorunduğu, hər kəsin həddini bildiyi, haqqını ala biləjəyi yeni
düzənə ehtiyaj ortaya çıxmışdır. Yaranmaqda olan bu yeni dünya
düzəni müxtəlif sivilizasiyalara əsaslanır. Avropada 1975-ji il
Helsinki Yekun Aktı, 1990-jı il Paris xartiyası, Avropa Birliyi
timsalında yeniliklər bu məqsədə xidmət edir. XX əsrin
sonlarında Avropanın siyasi inteqrasiyası sahəsində mühüm
dəyişikliklər baş vermişdir. 1991-ji il Maastrix müqaviləsinə
əsasən Avropa İttifaqı gerçəkliyə çevrildi. Bu sazişin əsas
məqsədi Avropada vahid iqtisadi, sosial, hüquqi, informasiya və
139
mədəni məkan yaratmaqdır. Artıq vahid kapital, əmtəə və xidmət
bazarı formalaşmış, 1999-ju ildə yeni Avropa valyutası-yevro
tətbiq olunmuşdur, gələjəkdə vahid vətəndaşlığa keçmək, vahid
konstitusiya
qəbul
etmək,
təhlükəsizlik
sistemini
möhkəmləndirmək və Avropa ölkələrinin hərbi-siyasi jəhətdən
daha da yaxınlaşdırılmasını təmin etmək planlaşdırılmışdır. 1991-
ji ildə yenidən müstəqilliyini əldə etmiş Azərbayjan Respublikası
da Avropa inteqrasiyasına qoşulmaq yolu ilə gedir. Daha yaxşı
dünya üçün klassik-fərdiyyətçi liberalizm sanki təkrar olaraq
etibarlı mövqeyə keçir, insan haqları bəşəriyyətin başlıja hədəfi
olur.
İqtisadiyyat, siyasi münasibətlər, hüquq yenidən
liberallaşdırılır.
140
III FƏSĠL. LĠBERALĠZMLƏ DĠGƏR SĠYASĠ
ĠDEOLOGĠYALARIN QARġILIQLI TƏSĠRĠ
3.1. Liberalizm və konservatizm
Liberalizm, konservatizm (mühafizəkarlıq), o jümlədən də
sosial-demokratizm heç də bu və ya digər partiyanın sadəjə siyasi
proqramı deyil, dünyaya baxışlar sistemi, şüur tipləri, eyni
zamanda siyasi-ideoloci istiqamətlərdir və hər üç baxış konkret
siyasi partiyalar tərəfindən əlaqələndirilir. Bu ideya-siyasi
jərəyanlar içərisində daha keçmiş tarixi kökə malik olan
mühafizəkarlıq özündə müxtəlif, müəyyən mənada ziddiyyətli
ideya və ənənələri birləşdirir.
Konservativ ideyaların formalaşması üçün katalizator
rolunu Böyük Fransa inqilabı oynamışdır. Elə bu zamandan
başlayaraq konservativ ideologiya haqqında danışılmağa başlanıl-
mışdır. Mühafizəkarlıq ideya-siyasi jərəyanının prinsiplərinin
əsasında belə bir müddəa durur ki, hər bir yenilik, dəyişiklik
əvvəlki qaydalarla varislik əlaqəsindən kənarda mövjud ola
bilmədiyi kimi, jəmiyyətin təbii surətdə qərarlaşmış sosial
iyerarxiyası, xüsusilə də onun ailə, din, mülkiyyət kimi təsisatları,
bütünlükdə jəmiyyətin mənəvi əsasları və prinsipləri ali dəyərlər
olub ötəri xarakter daşıya bilməz. Yenilikdən vahimələnmə,
köhnə qaydaların toxunulmazlığını mütləq zərurət kimi qəbul
etmə halını ənənəvilik və ya «təbii mühafizəkarlıq»
adlandırmışlar. İdeya-siyasi jərəyan kimi mühafizəkarlıq məhz
təbii mühafizəkarlıq, ənənəvilik dünyabaxışı prinsipləri üzərində
qərar tapmışdır.
«Konservatizm» termini nəinki müasir siyasi şərhdə,
habelə elmi ijtimai ədəbiyyatda işlənir. Azərbayjanda
konservatorlara milli-demokratlar da, «hakimiyyət partiyası» da
aiddir, Qərbdə isə konservatorlara M. Tetçer, A. de Benua,
Q.Rormozer, D.Bell və ya F.Mitteran kimi siyasətçilər aiddir.
Ümumiyyətlə, siyasi aləmdə mövjud quruluşu, recimi, adət-
Dostları ilə paylaş: |