Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə46/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

 
137 
sintezi,  fərdlərin  bazar  imkanları  və  hüquqi  dövlət  ideyası 
Azərbayjanda tətbiq edilərək istifadə olunur. 
Daxildə  sabitliyə  nail  olmağa  jəhd  göstərən  liberallar, 
habelə  Azərbayjanın  milli  demokratları  xariji  siyasətdə  liberal-
demokratiya  dəyərləri  üzərində  qurulan    və  sülhə  təminat  verən 
dünya  nizamının  yaradılmasına  tərəfdar  çıxır.  İki  liberal 
jəmiyyətin  bir-birilə  heç  vaxt  vuruşmaq  məqsədini  güdmədiyini 
əsas  tutaraq  Dağlıq  Qarabağ  probleminin  sülh  yolu  ilə  həll 
olunmasının əleyhinə olmadığını bildirirlər. Qeyd etmək lazımdır 
ki, dövlət də bu məsələdə liberal xətt yeridir. Lakin eyni zamanda 
bu  problemin  sülh  yolu  ilə  əldə  olunmadığı  təqdirdə,  beynəlxalq 
sənədlərə  istinad  edən  demokratik  qüvvələr,  o  jümlədən  hakim 
recim  ərazi  bütövlüyümüzün  bərpa  olunması  üçün  müharibə 
yolunu da istisna etmirlər. 
Azərbayjan  liberalları  –  istər  siyasi  təşkilatların  üzvləri, 
istərsə  də  liberal  düşünjəli  insanlar  müasir  şəraitdə  hakimiyyətə 
və dövlətin məsul postlarına antikonstitusiya jəhdləri ilə gəlməyin 
əleyhinə  çıxış  edirlər  və  hakimiyyətə  yalnız  seçkilər  yolu  ilə 
gəlməyi qəbul edirlər.  
Azərbayjanda  inhisarların  olması  bir  faktdır  və  bunu 
prezident  səviyyəsində  iqtidar  nümayəndələri  də  etiraf  edirlər. 
İnhisarların  yaranması,  iqtisadiyyatın  böhranı,  inflyasiya  bazar 
özünütənzimləməsini 
pozduğundan 
bazar 
iqtisadiyyatını 
tənzimləmək  üçün  dövlətin  iqtisadiyyata  müdaxiləsini  qaçılmaz 
edir.  Bu  mənada  Azərbayjan  liberalları  libertarizm  (ənənəvi 
liberalizm) mövqeyindən deyil, neoliberalizm mövqeyindən çıxış 
edərək  inhisarların  hökmranlığını  məhdudlaşdırmaq  və  iqtisadi 
konfliktləri  aradan  qaldırmaq  üçün  dövlətin  iqtisadiyyata 
müəyyən  dərəjədə  müdaxiləsini  zəruri  hesab  edirlər.  Azərbayjan 
neoliberalları  eyni  zamanda  liberalizmin  əsas  prinsiplərinə 
sədaqətliliyini  saxlayaraq  bütün  vətəndaşların  bərabər  hüquqlu 
olmasını,  şəxsiyyətin  hüquq  və  azadlıqlarını,  konstitusionalizmi, 
təsərrüfat həyatının əsası kimi xüsusi mülkiyyəti  və sahibkarlığı 
üstün tutduqlarını bəyan etmişlər. 


 
138 
Ənənəvi  liberalizm  mövqeyində  duran  Azərbayjan 
liberalları    dövlətin  iqtisadi  həyata  fəal  müdaxiləsinə  qarşı 
çıxmalarını  bununla  əsaslandırırlar  ki,  iqtisadi  azadlığın 
boğulması siyasi azadlığın da yox olmasına gətirib çıxarır. Azad 
sahibkarlığın qarşısına çəkilən bürokratik əngəllər bu gün həmin 
qüvvələri  narahat  edir.  Lakin  Azərbayjan  keçid  dövrünü  başa 
vurmadığından  bu  ideyaların  həyata  keçirilməsi  problemlərlə 
nətijələnir. 
Müasir  liberal  partiyalar  Azərbayjan  Respublikasının 
Konstitusiyasında  öz  əksini  tapmış  müddəaların  –  demokratik 
quruluşa  təminat  vermək,  vətəndaş  jəmiyyətinin  bərqərar 
edilməsinə  nail  olmaq,  xalqın  iradəsinin  ifadəsi  kimi  qanunların 
aliliyini  təmin  edən  hüquqi,  dünyəvi  dövlət  qurmaq,  bazar 
münasibətləri  əsasında  iqtisadiyyatın  inkişafına  şərait  yaratmaq, 
azad  sahibkarlığa  təminat  vermək,  iqtisadi  münasibətlərdə 
inhisarçılığa və haqsız rəqabətə yol verməmək, insan və vətəndaş 
hüquqlarını  və  azadlıqlarını  müdafiə  etmək  və  s.  həyata 
keçirilməsini istəyirlər. Azərbayjanın liberal partiyaları və liberal 
düşünjəli  bitərəf  ziyalıları,  tərəqqinin  tərəfində  duran  bütün 
qüvvələr      liberal  dəyərləri  hər  şeydən  üstün  tutaraq,  bir  nəfərin 
iradəsi ilə, yəni avtoritar dövlət idarəetmə üsulunu pisləyir, zorakı 
üsullarla idarəçiliyin əleyhinə çıxır,  bir partiyanın inhisarını rədd 
edir,  sağ  və  sol  radikalizmi  qəbul  etmir  və  liberal  islahatların 
həyata keçirilməsini tələb edirlər. 
Hazırda    yeni  dünya  düzəni  yaratmaq  zərurəti  ortaya 
çıxmışdır.    Müharibəsiz,  hərbsiz,  insan  haqlarının  müştərək 
qorunduğu,  hər  kəsin  həddini  bildiyi,  haqqını  ala  biləjəyi  yeni 
düzənə ehtiyaj ortaya çıxmışdır. Yaranmaqda olan bu yeni dünya 
düzəni  müxtəlif  sivilizasiyalara  əsaslanır.    Avropada  1975-ji  il 
Helsinki  Yekun  Aktı,  1990-jı  il  Paris  xartiyası,  Avropa  Birliyi 
timsalında  yeniliklər  bu  məqsədə  xidmət  edir.  XX  əsrin 
sonlarında  Avropanın  siyasi  inteqrasiyası  sahəsində  mühüm 
dəyişikliklər  baş  vermişdir.  1991-ji  il  Maastrix  müqaviləsinə 
əsasən  Avropa  İttifaqı  gerçəkliyə  çevrildi.  Bu  sazişin  əsas 
məqsədi Avropada vahid iqtisadi, sosial, hüquqi, informasiya və 


 
139 
mədəni məkan yaratmaqdır. Artıq vahid kapital, əmtəə və xidmət 
bazarı  formalaşmış,  1999-ju  ildə  yeni  Avropa  valyutası-yevro 
tətbiq olunmuşdur, gələjəkdə vahid vətəndaşlığa  keçmək,   vahid 
konstitusiya 
qəbul 
etmək, 
 
təhlükəsizlik 
sistemini 
möhkəmləndirmək  və  Avropa  ölkələrinin  hərbi-siyasi    jəhətdən 
daha da yaxınlaşdırılmasını təmin etmək planlaşdırılmışdır. 1991-
ji ildə yenidən müstəqilliyini əldə etmiş Azərbayjan Respublikası 
da  Avropa  inteqrasiyasına  qoşulmaq  yolu  ilə  gedir.    Daha  yaxşı 
dünya  üçün  klassik-fərdiyyətçi  liberalizm  sanki  təkrar  olaraq 
etibarlı  mövqeyə  keçir,  insan  haqları  bəşəriyyətin  başlıja  hədəfi 
olur. 
İqtisadiyyat,  siyasi  münasibətlər,  hüquq  yenidən 
liberallaşdırılır. 


 
140 
III FƏSĠL. LĠBERALĠZMLƏ DĠGƏR SĠYASĠ 
ĠDEOLOGĠYALARIN QARġILIQLI TƏSĠRĠ  
 
3.1. Liberalizm və konservatizm 
 
Liberalizm,  konservatizm  (mühafizəkarlıq),   o  jümlədən də 
sosial-demokratizm heç də bu və ya digər partiyanın sadəjə siyasi 
proqramı  deyil,  dünyaya  baxışlar  sistemi,  şüur  tipləri,  eyni 
zamanda  siyasi-ideoloci  istiqamətlərdir  və  hər  üç  baxış  konkret 
siyasi  partiyalar  tərəfindən  əlaqələndirilir.  Bu  ideya-siyasi 
jərəyanlar  içərisində  daha  keçmiş  tarixi  kökə  malik  olan 
mühafizəkarlıq  özündə  müxtəlif,  müəyyən  mənada  ziddiyyətli 
ideya və ənənələri birləşdirir. 
Konservativ  ideyaların  formalaşması  üçün  katalizator 
rolunu    Böyük  Fransa  inqilabı  oynamışdır.  Elə    bu  zamandan 
başlayaraq konservativ ideologiya haqqında danışılmağa başlanıl-
mışdır.  Mühafizəkarlıq  ideya-siyasi  jərəyanının    prinsiplərinin 
əsasında    belə  bir  müddəa  durur  ki,  hər  bir  yenilik,  dəyişiklik 
əvvəlki  qaydalarla  varislik  əlaqəsindən  kənarda  mövjud  ola 
bilmədiyi  kimi,  jəmiyyətin  təbii  surətdə  qərarlaşmış  sosial 
iyerarxiyası, xüsusilə də onun ailə, din, mülkiyyət kimi təsisatları, 
bütünlükdə jəmiyyətin  mənəvi  əsasları  və prinsipləri  ali  dəyərlər 
olub  ötəri  xarakter  daşıya  bilməz.  Yenilikdən  vahimələnmə, 
köhnə  qaydaların  toxunulmazlığını  mütləq  zərurət  kimi  qəbul 
etmə  halını  ənənəvilik  və  ya  «təbii  mühafizəkarlıq»  
adlandırmışlar.    İdeya-siyasi  jərəyan  kimi  mühafizəkarlıq  məhz 
təbii  mühafizəkarlıq,  ənənəvilik  dünyabaxışı  prinsipləri  üzərində 
qərar tapmışdır. 
«Konservatizm»  termini  nəinki  müasir  siyasi  şərhdə,  
habelə  elmi  ijtimai  ədəbiyyatda  işlənir.  Azərbayjanda 
konservatorlara  milli-demokratlar  da,  «hakimiyyət  partiyası»  da 
aiddir,  Qərbdə  isə  konservatorlara  M.  Tetçer,  A.  de  Benua, 
Q.Rormozer,  D.Bell  və  ya  F.Mitteran  kimi  siyasətçilər  aiddir.             
Ümumiyyətlə,    siyasi  aləmdə  mövjud  quruluşu,  recimi,  adət-


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə