Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə43/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

 
128 
demokratik  elita  nəzəriyyələri  liberalizm  prinsiplərinə  əsaslanır. 
İnsan hüquq və azadlıqları prinsiplərinin ümumbəşəri dəyər kimi 
geniş  yayılması  bəşəriyyətin  bu  günü  qarşısında  duran 
fundamental  problemlərin  həllini  mümkünləşdirərək  dövlətlər 
arasında bir çox əkslik və ziddiyyətlərin  aradan qaldırılması üçün 
zəmin  hazırlayır.  Liberalizm  müasir  dünyanın  siyasi  fikrinin 
inkişafına güjlü təkan vermişdir. Bu jərəyanın ideyaları əsasında 
və onun ardıjılları tərəfindən dünyanın sosial-siyasi proseslərinin 
təhlilinə və futuroloci aspektlərinə həsr edilmiş «konvergensiya», 
«sosial qlobalizm», «informasiyalı jəmiyyət» və s. geniş yayılmış 
nəzəriyyələr yaradılmışdır. 
Konservatizmdə olduğu kimi neoliberalizmin  də sağ və sol 
qanadları  vardır.  Neoliberalizmin  sol  qanad  nümayəndələrinin 
(F.Koker, R.Dahl, Ç. Lindblüm və b.) konsepsiyalarında əsas yeri 
idarə  edənlərlə  idarə  olunanlar  (dövlətlə  vətəndaşlar)  arasında 
konsensus  prinsipi,  idarəetmə  prosesində  xalq  kütlələrinin 
bilvasitə  və  ya  müxtəlif  sosial  strukturlar  vasitəsilə  maksimum 
iştirakını  təmin  etmək,  idarəetmə  sahəsində  qərarların  qəbul 
edilməsi 
prosedurunun 
sadələşdirilməsi 
və 
demokratikləşdirilməsi  ideyaları  tutur.  Sağ  qanadı  təmsil  edən 
nümayəndələr  isə  (F.Hayek,  J.Eşer  və  b.)  hesab  edirlər  ki, 
hakimiyyət  və  idarəetmədəki  forma  plüralizmində  liberal 
dəyərlərin  pozulması  və  hakimiyyət  boşluğunun  yaranması 
qorxusu  var  ki,  bu  da  siyasi  ekstremizmin  meydana  gəlməsi  ilə 
nətijələnə  bilər.  Məhz  ona  görə  də  bu  ideoloqlar  dövlətlərin 
güjlənməsi  və  onların  liberal  dəyərlərə  əsaslanan  və  onların 
reallaşmasına yönəlmiş funksiyalarının universallaşmasının zəruri 
olduğundan  bəhs  edərək  bu  nətijəyə  gəlirlər  ki,  bununla  da 
bəşəriyyət  azadlıq,  demokratiya  və  bərabərlik  dövrünə  keçəjək, 
əvvəlki tarixin yaratmış olduğu məhdudiyyətlər aradan qalxajaq.  
II  Dünya  müharibəsindən    sonra,  yəni  bəşəri  demokratik 
dəyərlərin  məhvolma  təhlükəsi  sovuşduqdan  sonra  liberallar 
dərhal  beynəlxalq siyasi qüvvə şəklində birləşmək məqsədilə iri, 
beynəlxalq  partiya-siyasi  xarakterli  birlik  olan  İnternasional 
yaratdılar.  1947-ji  ilin  aprel  ayında  İngiltərənin  Oksford 


 
129 
şəhərində Liberal İnternasionalın təsis konqresi oldu. Konqresdə 
qəbul  edilmiş  Manifesti  Avstriya,  Belçika,  Kanada,  Kipr, 
Finlandiya,  Fransa,  Almaniya,  Böyük  Britaniya,  İtaliya,  Norveç, 
İspaniya,  Jənubi  Afrika,  İsveç,  İsveçrə,  ABŞ  liberalları 
imzaladılar.  Sonralar  həmin  Manifestə  Avstraliya,  Braziliya, 
Kolumbiya,  Danimarka,  Yunanıstan,  Hollandiya,  Hindistan, 
İsrail, İordaniya, Lüksemburq, Yeni Zelandiya, Rodeziya, Qərbi-
Hind  adaları,  Çexoslovakiya,  Estoniya,  Majarıstan,  Bolqarıstan, 
Belorus,  Litva,  Latviya,  Polşa,  Rumıniya,  Ukrayna,  Yuqoslaviya 
liberalları  da  imza  atmışlar.    Hazırda  Türkiyənin  Liberal-
Demokrat partiyası da Liberal İnternasionalın üzvüdür.     
Liberalların  İnternasionalında  qəbul  edilmiş  Manifest  4 
hissədən ibarətdir.  Həmin hissələrin məzmunu aşağıdakı kimidir: 
1)  Dövlət  jəmiyyətin  yalnız  alətidir.  O,  üzərinə  elə 
hakimiyyət  götürməlidir  ki,  vətəndaşların  əsas  hüquqlarını  – 
xüsusi  mülkiyyətə  sahib  olmaq  və  şəxsi  təşəbbüslə  çıxış  etmək, 
istehlakçının azad seçmək hüquqlarını qoruya bilsin. Bu hüquqlar 
isə əsl demokratiya şəraitində təmin edilə bilər;   
2)  İqtisadi  azadlığın  boğulması,  siyasi  azadlığın  da  yox 
olmasına  gətirib  çıxarır.  Biz  dövlət  mülkiyyətini  o  sahələr  üçün 
nəzərdə tuturuq ki, şəxsi təşəbbüs fəaliyyəti sferasından kənarda 
olsun və ya burada rəqabət əsas rol oynamasın. Jəmiyyətin rifahı 
əsas  olmalı,  əmək  və  kapitalın  hüquq,  vəzifə  və  mənafeləri  bir-
birini tamamlamalıdır;   
3)  Hər  bir  vətəndaş  azad  müəssisələrin  səmərəli  fəaliyyəti 
üçün qarşılıqlı qardaşlıq münasibətlərinə əməl etmək və jəmiyyət 
işlərində  fəal  iştirak  etmək  vəzifələrini  həyata  keçirən  zaman 
əxlaqi məsuliyyət hissi daşımalıdır; 
4)  Biz  hər  bir  millətin  hüquqlarına  hörmət  edilməsi 
tərəfdarıyıq,  azlıqda  qalan  millətlərin  əsas  insan  azadlıqlarından 
istifadə etmək hüququnu tanıyır, onların dilinə, etiqadına, qanun 
və ənənələrinə hörmət etmək tərəfdarı kimi çıxış edirik. 
1967-ji  ildə  Liberal  İnternasionalın  20  illik  yubileyində 
Yeni  Manifest  qəbul  edildi.  Bu  sənəddə  liberalların  Manifest 
prinsipləri  yeni  sosial-iqtisadi  şəraitə  uyğun  olaraq  inkişaf 


 
130 
etdirilmişdir. 
Yeni 
Manifestin 
«Dövlət 
institutlarının 
yaxşılaşdırılması  və  yeniləşdirilməsi»  adlı  3-jü  hissəsində  isə 
ijtimai  institutların  effektivliyinin  yüksəldilməsinin  aşağıdakı 
mümkün yolları göstərilmişdir: 
-  qanunveriji  hakimiyyətdə  proporsional  nümayəndəliyə 
əməl  edilməsi  şərtilə  xalqın  iradəsinə  uyğun  real  nümayəndəlik 
yaradılması,  referendumlar  keçirilməsi,  milli  azlıqların,  o 
jümlədən,  seksual  azlıqların  (homoseksualistlərin,  lezbianların) 
müdafiəsi; 
-  qanunveriji  hakimiyyətin  yenidən  təşkili  (əgər  əhalinin 
əksər  hissəsi,  xüsulə  də  gənjlər  parlamentli  demokratiyanın 
fəaliyyətindən narazıdırsa ) ; 
- ijra hakimiyyətinin presticinin (nüfuzunun) artırılması; 
-  regional  və  yerli  hakimiyyətin  mərkəzləşdirilməsinə 
imkan verilməməsi; 

həmkarlar 
ittifaqlarının, 
işgüzar 
və 
peşəkar 
assosiasiyaların  liberal-demokratik  sistemə  daxil  edilməsi  (yəni 
bazar  iqtisadiyyatının  planlaşdırılmasını  təmin  etmək,  daha 
sağlam və ədalətli sənaye münasibətləri əldə etmək üçün); 
-  ölkələr  arasında  əməkdaşlığı  inkişaf  etdirmək  üçün 
beynəlxalq,  qitələrarası  və  qlobal  səviyyələrdə  yeni  ədalətli 
təşkilatların yaradılması.  
1981-ji ildə Liberal  İnternasionalın 34-jü konqresində Yeni 
Manifestə bir sıra əlavələr də edilmişdir.  
Liberal 
İnternasionalın 
1990-jı 
ilin 
oktyabrında 
Finlandiyanın  Espa  şəhərində  keçirilmiş  növbəti  konqresi  143 
saylı  qətnamə  qəbul  etdi.  «İnkişaf  etməkdə  olan  ölkələrə 
demokratik  yardım»  adlı  bu  qətnamə  Demokratik  Liberal 
pratiyası  tərəfindən  təklif  olunmuşdur.  Qətnamədə  deyilirdi  ki, 
«Liberal İnternasionalın Konqresi  inkişaf etməkdə olan ölkələrə 
kömək  etmək  istəyən  bütün  ölkələrə  mürajiət  edərək  bildirir  ki, 
hansı  ölkədə  demorktik  və  çoxpartiyalı  sistem  fəal  irəli  gedirsə, 
həmin  ölkələrə  kömək  etsinlər,  insan  və  vətəndaş  hüquqları 
boğulursa,  insan  hüquqları  və  azadlıqlarını,  demokratiyanı, 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə