Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə51/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

 
153 
böhranına  qədər  davam  etdi.  Rifah  dövlətini  tənqid  etmək 
sahəsində  Avropa  sağları  daha  kəskin  mövqedən  çıxış  edirlər. 
Belə mövqe onların liberalizmi və sosializmi tənqid etmələrindən 
irəli gəlir.    
«Nekonservatizm»  termini  bütövlükdə  yeni  konservativ 
hərəkatı  xarakterizə  etmək  üçün  deyil,  bu  hərəkatda  müəyyən 
istiqaməti  –  siyasi-ideoloci  istiqaməti  xarakterizə  etmək  üçün 
işlənir. Qeyd etmək lazımdır ki, konservatizmlə liberalizmin bir-
birindən əxz etdiyi dəyərlər çoxdur.  Məhz XX əsrin 70-ji illərində  
bir  çox    liberal  dəyərləri  qəbul  edən  mühafizəkarlıq  
neokonservatizm  adlandı  və  iqtisadiyyatla bağlı dəyərləri (azad 
bazar,    azad  rəqabəti)  qəbul  edərək  islahatçı  xarakter  daşıdı. 
Eyni  zamanda    digər  demokratik  dəyərləri  qəbul  edərək 
tərəqqinin  düşməni  olmadığını  sübut  etdi.  Qərb  ölkələri  
çərçivədən  çıxan    azadlıqların  jəmiyyətə  nejə  zərbə  vurduğunun 
50-60-jı  illərdə  şahidi olmuşdu.   O  vaxtlar  bolluq jəmiyyəti  olan 
«rifah  dövlətində»  fərdiyyətçiliyin  önə  keçməsi  nətijəsində 
əxlaqsızlıq  baş  alıb  gedir,  ailələr  dağılırdı,  kütləvi  mədəniyyət 
jəmiyyət  üçün  parazitlərə  çevrilən    narkomanları,  alkoqolları, 
tüfeyliləri, 
homoseksualistləri, 
diggerləri, 
 
hippiləri, 
başıqırxıqları,  metallistləri  və  b.  yetişdirdi.    Məhz  bu  neqativ 
halların  və  yaranmış  ideoloci  boşluğun  qarşısını    70-ji  illərdə 
konservatizm ideologiyası aldı.  
Beləliklə,  70-ji  illər  Qərbi  Avropa  və  Şimali  Amerika 
ölkələrində    siyasi  konservatizmin    mövqeyinin  güjlənməsi  ilə 
əlamətdar  olmuşdur.  Belə  ki,  konservatizm  jərəyanına  mənsub 
partiyalar  seçkilərdə  qalib  gələrək  hakimiyyət  başına  keçmiş  və 
jəmiyyətdə nüfuz qazanmışdılar.   Eyni zamanda sosial-reformist 
qüvvələr  əvvəlki  siyasi  təsirlərini  itirərək    ikinji  dərəjəli  rol 
oynamağa  başlamışdılar.  Bu  dövrdə  «sağa  dönüşün»    siyasi 
səbəblərini  bəzi tədqiqatçılar praktik siyasət sferasında axtarırlar.  
Ümumiyyətlə,  konservatizmin    ideya  sferasındakı  uğurları  bu 
sosiomədəni  fenomenin  daha  dərin  təhlilini  tələb  edir.  Bu 
danılmaz  faktdır  ki,  əgər  Qərb  jəmiyyətlərində  konservatizmin 
mədəni,  mənəvi  əsası,  o  jümlədən  bazası  güjlü  olmasaydı,  onda 


 
154 
bu  jərəyan  sosial-iqtisadi,  siyasi  və  ideya  sferalarında  qələbələr 
qazana bilməzdi.  
Konservatizmin  yenidən    dirçəlməsi  mədəni  böhran 
dövründə  baş  vermişdir.  Bu  elə  bir  dövr  idi  ki,  «yaranmış  yeni 
şərait»  gündəliyə Avropa sivilizasiyasının  əsasında duran son iki 
əsrlik  mədəni  paradiqmaya  yenidən  baxmaq  məsələsini 
qoymuşdu.  Amerikan  neokonservatizminin  doğulması  da  70-ji 
illərin sonuna təsadüf edir. Bu zaman ABŞ-da neoliberalların bir 
hissəsi  sağa  doğru  meyl  edərək  siyasi  konservatorlarla,    habelə 
liberal  dəyərləri  bölüşdürən  konservatorlarla  ittifaq  yaratmaq 
üçün  imkanlar  axtarırdı.  80-ji  illərin  əvvəllərinədək  liberal 
konservatorların  əksəriyyəti  ABŞ-da  demokratik  partiyalara 
meyllənmiş oldu. Hərəkat elə də geniş xarakter almasa da, ABŞ-
ın hər iki böyük  partiyasına mühüm tə’sir  göstərdi. Qeyd etmək 
lazımdır  ki,  Amerikan  konservatizminin  bir  çox  müddəaları 
Şimali Amerika siyasi mədəniyyətindən daha çox Britaniya siyasi 
mədəniyyətinə 
yaxındır. 
Təsadüfi  deyil  ki,  amerikan 
konservatizminin nümayəndələri daha çox E.Berkin irsinə böyük 
diqqət verirlər. 
Avropada 
neokonservatorlar 
ən  iri  sağ  mərkəzçi 
partiyalarda  təmsil  olunmuşlar.  Lakin  onlar  həmin  partiyalarda 
üstünlük  təşkil  etmirlər.  Böyük  Britaniyada  konservativ  partiya 
öz  sıralarında  neokonservatorları  və  ənənəvi  konservatorları 
birləşdirir. Almaniyada Xristian Demokratik İttifaqı (XDİ) sosial 
liberallarla  konservativ  jərəyanlar  arasında  qarşıdurmanı  aradan 
qaldıra  biləjək  qüvvə  rolunu  oynamağa  iddia  edir  və  bütün 
xristian-demokratik  qüvvələr  kimi  konservativ  hərəkatda  xüsusi 
mövqeyə malikdir. 
Neokonservatorlar müasir konservatizmin mötədil qanadını 
özündə əks etdirir. Bu onunla bağlıdır ki, onların əksəriyyəti üçün 
əsas  maraq  sahəsi  real  siyasət  və  iqtisadiyyat  sahəsidir.  Lakin 
neokonservatorların  əksəriyyəti  iqtisadiyyatı  əsas  nizamlayıjı 
mexanizm  kimi  qəbul  etmirlər.  Neokonservatorlara  bəzən 
antietatistlər  də  deyirlər.  Neokonservatorlar  liberallar  kimi 
dövlətin 
iqtisadi 
azadlıqlara 
müdaxiləsinin 
maksimum 


 
155 
azaldılmasını istəyirdilər. İqtisadi dəyişiklikləri əsas prioritet kimi 
götürən  M.Tetçer  belə  hesab  edirdi  ki,  «sahibkarların  demokra-
tiyası» məqsəd deyil, vasitədir, vahid güjlü millətə doğru yoldur. 
Alman  liberal  konservatoru  L.Şpetin  fikrinjə,  «etik  və  ya 
jəmiyyətin  dəyər  normaları  həmişə  texnika  sahəsində  bu  və  ya 
digər  inkişafın  tanınması  üçün  dəyər  ölçüsüdür».  M.Tetçerin 
«sahibkarların  demokratiyası»  şüarı  yalnız  xüsusi  biznesə  geniş 
yol  açmaq  deyil,  bu  həm  də  özəlləşdirməyə,  xüsusi  sahibkarlıq 
prinsipinin tətbiqinə (sosial xidmət sahəsində), əksər insanların öz 
işlədikləri  müəssisələrin  sahibkarına  çevrilməsinə  imkan 
yaratmağı özündə əks etdirirdi.   
1980-ji  il  prezident  seçkilərində  qalib  gəlmiş  R.Reyqan  da 
öz  növbəsində  ABŞ-ın  II  Dünya  müharibəsindən  sonrakı 
tarixində  dönüş  yaratdı.    Reyqan  «Mühafizəkar  inqilab»  xəttini 
irəli  sürərək,  F.Ruzveltin    dövlətin  iqtisadiyyatı  tənzim  etmək, 
sosial  kompromislərə  yol  verilməsi  taktikasından  imtina  etdi.  
Reyqan 
özü  bazar  iqtisadiyyatı  şəraitində  sahibkarlığı 
janlandırmaq  yolu  ilə  istehsalı  yüksəltmək  xəttini    götürdü.  
Həmin  xətti  həyata  keçirmək  üçün  ilk  növbədə  gəlir  vergiləri 
azaldıldı.  «Reyqanomika»  proqramının  həyata  keçirilməsi 
nətijəsində  iqtisadi  böhran  dayandırıldı,  inflyasiya  və  işsizlik 
aşağı  salındı,    iqtisadiyyyatın  yüksəliş  səviyyəsi  sürətləndi,  tətil 
hərəkatının  qarşısı  alındı.  Bütün  bunlar  Reyqanın  1984-jü  il 
prezident  seçkilərində  yenidən  qələbəsini  təmin  etdi.  Reyqandan 
sonra  prezident  seçilmiş  mühafizəkar  Jorj  Buş  (1988-1992)  
Reyqan xəttini davam etdirdi, oğul J.Buş da (2000-2008) bu xəttə 
sadiq  idi.  2008-ji  ildə  hakimiyyətə  gəlmiş  demokrat  Barak 
Obama prioritetlərin dəyişdiyini bildirdi.   
Bütövlükdə  qeyd  etmək  lazımdır  ki,  bir  sıra  ölkələrdə 
hakimiyyət 
başında 
duran 
konservatorlar 
dövlətin 
iqtisadiyyatdakı  rolunu  əhəmiyyətli  dərəjədə  zəiflətmişlər.  Bu, 
yalnız  özəlləşdirmə  nətijəsində  deyil,  dövlətin  iqtisadiyyata 
müdaxiləsində  direktiv  metodlarla  idarəetmədən  imtina  etməyin 
nətijəsində  mümkün  olmuşdur.  Konservatizmin  bu  və  ya  digər 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə