Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə59/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   55   56   57   58   59   60   61   62   ...   78

 
177 
bir  hissəsi,  deputatlar  isə  onların  dörddə  bir  hissəsi    tərəfindən 
seçiləndə  də  demokratiya  təhlükə  altında  olur.  Avtoritar 
bürokratik  sosializmin  təjrübəsi  göstərdi  ki,  Platon  xalqın  çox 
hissəsi  tiranı  arzulaya  bilər  dedikdə  haqlı  imiş.  Eyniyyət 
demokrtiyası  –  mütləq  çoxluğun  demokratiyasıdır,  bir  çox 
hallarda siyasi bürokratiyanın diktaturasına doğru aparır. 
XX  əsrdə  kütlələrin  ijtimai  şüuruna  daha  çox  sosial-
demokratiya  ideologiyasının  təsir  göstərdiyi  şəksizdir.  Sosializm 
ideologiyasının təzahür formalarından biri olmaq etibarilə sosial-
demokratiya    sosial  və  dövlətlərarası  aləmin  üstünlüklərini 
müdafiə  etməklə  yanaşı,  həm  də  ədalətli  ijtimai  quruluş  idealını 
azadlıq  və  həmrəylik  prinsipləri  ilə  əlaqələndirmişdir.  Bu 
ideologiyanın 
mahiyyətini 
sinfi 
mübarizədən, 
xalq 
hakimiyyətindən  imtina  etməklə  burcua  jəmiyyətinin  tədriji 
islahatlar  yolu  ilə  təkmilləşdirilməsi  təşkil  edir.  Lakin  klassik 
(elmi) sosializm  ideyası  olan marksizmin ruhunu  sinfi mübarizə, 
zəhmətkeşlərin 
inqilabi 
hərəkatını  sosializm  təlimi  ilə 
birləşdirmək,  kommunizm  jəmiyyətinin  radikal  vasitələrlə 
bərqərar edilməsi təşkil edir.   
Müasir  sosial-demokrat  proqram  və  hərəkatının  əsasını 
«demokratik  sosializm»  konsepsiyası  (bu  termin  ilk  dəfə 
K.Kautski  tərəfindən  işlədilib)  təşkil  edir.  XIX  əsrin  ikinji 
yarısında  meydana  gəlmiş  sosial  demokratiya  müasir  dövrdə 
beynəlxalq  fəhlə  hərəkatının  nüfuzlu  ideya  jərəyanlarından  biri 
olaraq  qalır.  Hazırda  dünya    inkişafının  bir  çox  digər  məsələləri 
ilə  yanaşı,  onun  gələjəyi  haqqında  doktrinaların  işlənib 
hazırlanması da sosial-demokratiyanın diqqət mərkəzindədir.   
Dünya 
inkişafının 
doktrinaları 
sosial-demokratların 
proqram  bəyannamələrində  də  öz  əksini  tapmışdır.    Bunlar 
aşağıdakılardır:  «Demokratik  sosializmin  məqsəd  və  vəzifələri» 
(1951-ji ildə Frankfurt-Mayn şəhərində Sosialist İnternasionalının 
təsis konqresində qəbul olunmuşdur);  «Dünya bu gün – sosialist 
perspektivi» (1962-ji ildə Osloda qəbul olunmuşdur);  «Prinsiplər 
bəyannaməsi»  (1989-ju  ildə  Stokholm  konqresində  qəbul 
olunmuşdur).  II İnternasionalın 100  illiyini qeyd edən Stokholm 


 
178 
konqresi  elan  etdi  ki,  Sosialist  İnternasionalına  «müxtəlif 
ənənələri  rəhbər  tutan,  lakin  eyni  məqsədlə:  demokratik 
sosializmlə  birləşən  partiyalar  və  təşkilatlar  daxildir».  Hazırda 
İnternasional həmin ideyanın varisidir.  
«Prinsiplərin  Berlin  bəyannaməsi»  (1989)  adlanan  sənədin 
əsas 
ideyası 
sosial-demokratiyanın 
təkmilləşməsinin 
tərəfdarlarının  daha  geniş  birliyinə  nail  olmaqdır.  Proqramda 
təkjə  Almaniyanın  daxili  problemlərinin  deyil,  bütövlükdə 
beynəlxalq  məsələlərin  həlli  yollarından  söhbət  açılır.  Bunlar 
aşağıdakılardır: 
-  qloballaşan  dünyada  jəmiyyətin  ijtimai  və  ekoloci 
məsuliyyəti; 
- beynəlxalq təhlükəsizlik probleminin həlli; 
- üçünjü dünya ölkələrinin inkişafına imkan yaradan ədalətli 
dünya iqtisadiyyatı; 
-  sosial  bərabərlik  (əsasən  qadın  və  kişi  bərabərliyi) 
probleminin həlli; 
- əhalinin həyat şəraitinin yaxşılaşdırılması və s. 
Dünya  inkişafının  sosial-demokrat  doktrinası  «demokratik 
sosializm»  adlanır.  Doğrudur,  bu  doktrinanın  jizgiləri  heç  vaxt 
dəqiq  və  onun  özü  bütün  partiyalar  üçün  məjburi  olmamışdır.  
İnternasionalın  sənədlərində  qeyd  olunur  ki,  «bizim  hərəkat 
mahiyyətjə  plüralist  hərəkatdır  və  sosializmin  konkret  bir  fəlsəfi 
şərhi  ilə  özünü  eyniləşdirmir.  Biz  belə  hesab  edirik  ki,  sosialist 
nəzəriyyəsi dəyişən həyat şəraitinə uyğunlaşmalıdır…»         
Sosial-demokratiya bunu əsas tutur ki, sosializm məqsəddir 
və  bəşəriyyət  onu  yeni  siyasi  və  sosial    məzmunla 
zənginləşdirərək,  ona  doğru  jan    atır.  Doktrinada  göstərilir  ki, 
demokratik  sosializmin prinsiplərinin  həyata keçirilməsi uzun  və 
çətin vəzifədir və sosial-demokratlar yenijə həmin vəzifəni yerinə 
yetirməyə başlayırlar. 
İnternasionalın  XVIII  konqresi  demokratik  sosializmin 
aşağıdakı  prinsiplərini  irəli  sürdü:  Avropada  sosial  və  ekoloci 
jəhətdən  yeniləşmiş  sənaye  sivilizasiyasının  və    sosial  təminat 
dövlətinin  qurulması;  yeni  texnologiyaların  tətbiq  edilməsinin 


 
179 
məsuliyyətinin  dərk  edilməsi.  Konqres  habelə  ümumbəşəri 
dəyərlərin  və  mənafelərin  üstünlüyünü  və  həmrəyliyin 
əhəmiyyətini də qeyd etdi.  
«Demokratik  sosializm»  doktrinasında  «sosial  mülkiyyət» 
və  «sosial  dövlət»  anlayışları  mühüm  yer  tutur.    «Sosial 
mülkiyyət»ə zəhmətkeşlərin nümayəndələrini jəlb etmək  yolu ilə 
dövlət  mülkiyyəti,  bələdiyyə  sahibkarlığı,  zəhmətkeşlərin  satın 
aldıqları  müəssisələr  daxildir.  Bu  konsepsiya  əsas  prinsipi 
istehsalın  idarə  olunmasında  zəhmətkeşlərin  iştirakını  nəzərdə 
tutan  «iqtisadi  demokratiya»  konsepsiyası  ilə  səsləşir.  Həmin 
məsələlərin 
həllində 
həmkarlar 
ittifaqlarına, 
kollektiv 
müqavilələrə  mühüm  yer  ayrılır.  «Sosial  dövlət»  insanın  sosial 
müdafiəsi  üzrə  tədbirlərin  məjmusunu  birləşdirir.  Ayrı-ayrı 
ölkələrdə onun müxtəlif variantları mövjuddur.  
Demokratik  sosializm  konsepsiyasının  məzmununu  təşkil 
edən  başlıja  müddəalar  və  prinsiplər  aşağıdakılardır:    iqtisadi 
həyatın  dövlət  tərəfindən  tənzimlənməsinə  yol  verilməsi  və 
qarışıq  iqtisadiyyatın  üstünlüyü,  bəzi  iri  sənaye  müəssisələrinin 
milliləşdirilməsi,  dövlətin  sosial  funksiyasının  güjləndirilməsi, 
jəmiyyət  həyatının  fərdi  və  kollektiv  başlanğıjları  arasında 
optimal  variantların  tapılması,  vətəndaşlara  jəmiyyətin  müxtəlif 
sferalarının  idarə edilməsində geniş səlahiyyətlər verilməsi və s.. 
Qeyd  etmək  lazımdır  ki,  hazırda  sosial-demokratiyanın 
mövjud  olduğu  bütün  ölkələrdə  «demokratik  sosializm» 
konsepsiyasında  mühüm  dəyişikliklər  baş  verir.  Bəzi  müəlliflər, 
hətta, 
«sosializmsiz 
sosial-demokratiyanın» 
meydana 
gəlməsindən danışırlar. 
Lakin  bütün  bunlar  bir  sıra  ölkələrdə  sosial-demokratların 
həyata  keçirdikləri  sosial  siyasət  nətijəsində  əldə  edilən  uğurları 
inkar  etmək  üçün  əsas  vermir. 80-ji illərin  sonları üçün  dünyada 
27  sosial-demokrat  partiyası  ya  hökumətə  başçılıq  edirdi,  ya  da 
milli dövlətin tərkibinə daxil idi.  
XX  əsrin  90-jı  illərinin  əvvəllərində  dünyada  80-dən  çox 
siyasi  partiya  sosial-demokrat  proqramını  qəbul  etmişdi  ki, 
bunların  da  30-a  qədəri  ya  təklikdə,  ya  da  digər  partiyalarla 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə