Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə57/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

 
171 
(kommunizm,  avrokommunizm).  Burada  söhbət  yeni  görüşlərə 
müsbət və ya mənfi qiymət verilməsindən getmir.   
Marksizm-leninizmdən 
fərqli  olaraq  müasir  sosial-
demokratizm reformist jərəyanı ideologiyasıdır. Bu ideologiyanın 
sosial  bazası  əsas  etibarilə  əhalinin  zəhmətkeş  təbəqələri,  
ziyalılar və inkişaf etmiş kapitalist ölkələrinin sahibkarlarının bir 
hissəsidir. Marksizm və leninizmdən fərqli olaraq müasir sosial-
demokratizm  reformist  ideologiyadır  və  bu  jəhətdən  də  həmişə 
marksizm tərəfindən kəskin tənqid atəşinə mərüz qalmışdır. 
Sosial-demokratiya  ideologiyası  XIX  əsrin  birinji  yarısında 
təşəkkül  tapmışdır.  Hələ  o  zaman  dərin  ijtimai  dəyişikliklər 
həyata  keçirilməsində  zəhmətkeşlərə  kömək  edən  dövlət  ideyası 
nəzərə çarpmışdı.  Bunun üçün dövlət demokratik mahiyyət kəsb 
etməli,  ümumi  seçki  hüququ    həyata  keçirilməli,  heç  bir  əmlak 
senzinə  yol  verilməməli  idi.  Sosial-demokratiya  ideyalarının 
yayılması  həm  də  ondan  irəli  gəlirdi  ki,  onun  tərəfdarları 
sosializm  jəmiyyətinin  zorakılıqla,  güj  vasitəsilə  yaranmasına 
inanmırdılar.  
XIX əsrin ikinji yarısında sosial-demokratiya nəzəriyyəsinin 
ən  görkəmli nümayəndəsi publisist  və vəkil F.  Lassal olmuşdur. 
Lassalın nəzəriyyəsi marksizmdən fərqlənirdi. Lassal fəhlə sinfini 
zorakı  yolla  kommunist  inqilabına  çağırmaq  istəmirdi.    Onun 
fikrinjə,  dövlətin  əxlaqi  təbiəti,  onun  hüquqi  və  yüksək 
əhəmiyyəti  bundan  ibarətdir  ki,  bəşər  nəslini  azadlığa 
istiqamətləndirir.  
Qeyd  etmək  lazımdır  ki,  XIX  əsrin  ortalarında  «dövlət 
sosializmi»  kəskin  tənqidə  məruz  qalmışdı.  «Reqlamentator», 
«despotik»,  insanların  əksəriyyətinin  qanuni  arzularını  və 
tələbatlarını ödəməkdən uzaq olan dövlətin əvəzinə  «demokratik 
sosializm»  irəli  sürülürdü.  «Demokratik  sosializm»  sinfi 
mübarizəni,  sosialist  inqilabını,  proletar  diktaturasını  inkar  edir. 
Bu  ideologiyaya  görə,  sosializm  yalnız  «demokratiya»,  yəni 
kapitalistlər  də  daxil  olmaqla  jəmiyyətin  bütün  sosial  təbəqə  və 
qruplarının  ahəngdar  birliyi  kimi  mövjuddur.  «Demokratik 
sosializm»  doktrinasına  görə,  «xalis  sosializm»  jəmiyyətinə 


 
172 
istehsal vasitələri üzərində ijtimai mülkiyyət, fəhlə sinfinin rəhbər 
rolu və  onun siyasi  avanqardlığı,  marksist-leninçi  ideologiya xas 
deyil.  
XX  əsrin  əvvəllərində  marksizmin  üstün  sosialist  doktrina 
kimi  qərarlaşmasına  baxmayaraq,  bu  nəzəriyyənin  tərəfdarları 
arasında  kapitalizmin  tarixi  taleyi  və  sosializm  barədə,  fəhlə 
sinfinin mənafeyini müdafiə etmək üsulları haqqında fikir ayrılığı 
üzə çıxdı. Nətijədə marksizmdə müxtəlif istiqamətlər üzə çıxdı. 
Marksizmlə  ideya 
mübarizəsi  aparan  K.Kautskinin, 
A.Bebelin,  E.Bernşteynin  baxışları  sosializm  ideologiyasında 
yeni  bir  təriqətin  –  sosial  demokratiyanın  əsasını  qoydu. 
Marksdan  fərqli  olaraq  Bernşteyn  iddia  edirdi  ki,  kapitalizmin 
sonunun çatması hələ xeyli uzaqdır. Bernşteynin fikrinjə, əksinə, 
həmkarlar  ittifaqı  və  sosial-demokrat  hərəkatının  inkişafı 
burcuaziyanı  məjbur  edir  ki,  fəhlə  sinfinin  vəziyyətini 
yaxşılaşdıran güzəştlər etsin.  
Sosial-demokratiyanın  təkamülçülük  mövqeyinin  əsası 
E.Bernşteynin  «Hərəkət  hər  şeydir,  son  məqsəd  isə  heç  nə» 
şəklində ifadə olunmuş məşhur tezisi ilə qoyulmuşdur. Bu fikirlə 
Bernşteyn  fəhlə  sinfinin  inqilabi  mübarizəsinin  və  bu 
mübarizənin  son  məqsədinin  (sosializm  qurmağın)  mənasızlığını 
iddia  edirdi.   O,  fəhlə  sinfini  yalnız  hərəkət etməyi, başqa sözlə, 
öz  yaşayış  vəziyyətini  yaxşılaşdırmaq  üçün  burcuaziyadan 
iqtisadi-sosial  güzəştlər  əldə  etməyi    lazım  bilirdi.  Bernşteyn 
islahatlar  vasitəsilə  kapitalizmin  sosializmlə  əvəz  olunajağını 
əsaslandırmağa çalışırdı.  
K.Kautski  isə  Bernşteynin  marksizmə  zidd  olan  bəzi 
fikirlərini rədd edərək sosialist inqilabının zəruriliyini əsaslandırır 
və onun sosial-demokrat partiyalarını sosial islahatlar partiyasına 
çevirmək  çağırışlarına  etiraz  edirdi.  Kautski  təsdiqləyirdi  ki, 
kapitalizmin  saxlanması  şəraitində  islahatlar  müvəqqəti  və  səthi 
xarakter  daşıyır  və  son  nətijədə  yalnız  sosial  ziddiyyətlərin 
artmasına  və  mübarizənin  kəskinləşməsinə,  bütövlükdə  isə 
jəmiyyətin  yenidən  qurulmasına  gətirib  çıxarır.  Bernşteynin 
reformizmini  tənqid  edən  inqilabçı  marksistlər  –  K.Kautski  və 


 
173 
digər  sosial-demokratlar  bolşeviklərlə  birləşmədilər,  özlərini  isə 
«marksist  mərkəz»  adlandırırdılar.  Mərkəzçilər  fəhlə  sinfinin 
siyasi  hakimiyyətini  kapitalizmin  yüksək  inkişaf  səviyyəsi  ilə 
əlaqələndirirdilər  və  hesab  edirdilər  ki,  belə  halda  fəhlə  sinfi 
əhalinin  əksəriyyətini  təşkil  edəjəkdir.  Buna  görə  sosial-
demokratlar 
siyasi 
mübarizənin 
məqsədini  parlamentdə 
əksəriyyət  təşkil  edərək  parlamentin  hökumət  üzərində 
hökmranlığa nail olmasında görürdülər. Kautski güman edirdi ki, 
mövjud  burcua  idarəetmə  aparatı  bir  saat  ərzində  xalis  proletar 
idarəçiliyi  ilə  əvəz  oluna  bilməz,  buna  görə  proletar  inqilabı  ilk 
başlanğıjda (keçid dövründə) koalisiyalı hökumət yaratmalıdır. 
Marksistlərdən fərqli olaraq,  sosial-demokratların müdafiə 
etdikləri 
əsas 
dəyərlər 
sosial 
barışıq, 
dövlətlərarası 
münasibətlərdə 
sülh 
və 
əməkdaşlıq  kimi  ümumbəşəri 
prinsiplərdir.  Sosial-demokrat  təriqətində  bütünlükdə    sosializm 
ideologiyası  üçün  həllediji  əhəmiyyət  daşıyan  ədalətli  jəmiyyət  
yaratmaq jəhdləri fərdlərin azadlığı və təşəbbüskarlığı prinsipi ilə 
üzvi əlaqə şəklində təzahür edir.  Hər jür zorakılığı və ekstremist 
meylləri  rədd  edən  sosial-demokratiya  sinfi  mübarizə    və  sosial 
kataklizmlər  yolu  seçmiş  marksistlərdən  fərqli  olaraq,  jəmiyyətin 
dəyişdirilməsinin    yeganə  məqbul  yolunu  sosial  islahatlarda, 
tədrijən  xalq  hakimiyyətinə,  yerli  özünüidarəçilik  prinsiplərinə 
gətirib  çıxara  biləjək  məqsədyönlü  təkamül  prosesində  görürlər
Sinfi  mübarizə  konsepsiyasına  qarşı  sosial-demokrat  təriqəti 
«sosial partnyorluq» konsepsiyasını irəli sürür.            
Sosial-demokratlar 
kapitalizm 
iqtisadi 
və 
ijtimai 
münasibətlərinin  tədrijən  sosialist  jəmiyyətinə  transformasiya 
olunmasının 
real 
imkanlarını 
qəbul 
edirlər. 
Sosialist 
dəyişikliklərinin    aləti  kimi  dövlət  qəbul  edilir  və  bu  dövlət 
ölmür,  daha  da  təkmilləşir.  İqtisadi  sferaya  nisbətən  nisbi 
müstəqil  olan  dövlət  iqtisadi  sferaya  fəal  təsir  göstərir.  Bütün 
sosial-demokratlar  demokratiyanın  keçiji  olmaması  və  mövjud 
dövlətin islah olunması imkanları xəttinin tərəfində durur. 
Sosial-demokratiyanın  əsas  prinsipi  azadlıq  prinsipidir
ədalət  prinsipi  «şəxsiyyətin  hər  jür  diskriminasiyasına  son 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə