Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə53/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

 
159 
ziddir.  Konservatorlar inqilabı  heç də rasional təşkil olunmuş və 
planlaşdırılmış  hesab  etmirlər.  Fransız  yazıçısı,    konservativ 
görüşlərin    ifadəçisi  Şatobrianın  belə  bir  fikri  məşhurdur: 
«Əxlaqın  pozulması  və  ağlın  yanılması  bizdə  inqilabı  yetişdirən 
amillərdir».  İnqilab jəmiyyəti keçmişdən və gələjəkdən məhrum 
edir.  Neokonservatorlar  bu  ideyaya  dönük  çıxmırlar.    K.Popper 
tədriji  dəyişikliklərin  zərurəti  haqqında  yazır,  jəmiyyətin 
keçmişlə,  toplanmış  təjrübə  və  ənənə  ilə  əlaqəsinin  üzüləjəyini 
xəbərdarlıq edir. 
Yeni  mühafizəkarlar  və  yeni  «sağlar»  göstərirlər  ki,  ailə 
kimi kapitalizm də heç vaxt köhnəlməyəjək və yox olmayajaqdır. 
Eyni  zamanda  istənilən  millət  kapitalizm  çərçivəsində  yaşaya 
bilər.  Bu  mənada,  onlar  azad  bazar  münasibətlərini, 
fərdiyyətçiliyi,  azad  rəqabəti,  «rifah  dövləti»ni  və  sosial 
islahatları müdafiə edirlər. Tetçerizm, reyqanizm və «radikallar» 
bu jəhətdən liberalizm mövqeyinə yaxındır.  
Deməli,  yeni  mühafizəkarlar  və  «yeni  sağlar»  mövjud 
qaydanın dəyişilməsinin təşəbbüskarları kimi çıxış edirlər.  Onlar 
yaranmış  şəraitə  uyğunlaşmağı  daha  üstün  tuturlar.  Çünki 
mühafizəkarlığın  bu 
daxili  jərəyanları  dövlət  vəsaitinin 
dağıdılması  və  sosial  sahələrdəki  durğunluğa  qarşı  tədbirlər 
görülməsini  tələb  edən  əhalinin  geniş  təbəqələrinin  əhval-
ruhiyyəsini düzgün başa düşürlər. Məhz 70-80-ji illərdə  İngiltərə 
və  ABŞ-da,  sonra  isə  Almaniyada  və  başqa  ölkələrdə 
mühafizəkar  qüvvələr  ona  görə  qələbə  çala  bildilər  ki,  onlar 
seçijilərin  əksəriyyətinin  dəyişikliklər  edilməsi  meylində 
olduğunu  qabaqjadan  görərək  bu  sahədə  tədbirlər  həyata 
keçirəjəklərinə söz vermişdilər.  
XX 
əsrin 
70-80-ji 
illərinin 
mühafizəkarlığının 
xüsusiyyətlərindən biri  ondan  ibarət  olmuşdur ki,  o,  elmi-texniki 
tərəqqinin  əleyhdarından  onun  tərəfdarına  çevrilmişdi.  Bu 
mənada,  fransız  «yeni  sağları»    iddia  edirdilər  ki,  XX  əsrin 
inqilabını  –  ən  qədim  mənəvi  irsi  ən  qabaqjıl  texnologiya  ilə 
birləşdirə bilən inqilabı hazırlamaq lazımdır. Xristian Demokratik 
İttifaqının 
görkəmli  xadimi  R.Vayzekker 
göstərir  ki, 


 
160 
mühafizəkarlar  tərəqqi  tərəfdarıdır.  O  öz  fikrini  belə  əsaslandırır 
ki, tərəqqinin yolunu kəsənlərə irtijaçı deyilir, mühafizəkarlar isə 
irtijaçı deyillər. 
Yeni  mühafizəkarlıq  dünyagörüşündə  mühüm  yeri  azadlıq, 
bərabərlik,  insan  hüquqları  və  demokratiya  mövzuları  tutur.  Bu 
anlayışlar 
daha 
çox  dərəjədə  ənənəvi  mühafizəkarlıq 
mövqeyindən  şərh  olunur.  Belə  ki,  mühafizəkarlar  sosial 
bərabərliyin  əldə  edilməsi  imkanlarının  olmadığını  və  onun 
«azadlıq»  anlayışı  ilə  bir  yerə  sığmadığını  iddia  edirlər.  Və 
göstərirlər ki, insanın «mütləq hüququ» ideyasını gözdən salan bu 
hüquqlara  yalnız  mövjud  olan  hüquqi  və  sosial  sistemlər 
kontekstində baxmaq lazımdır. 
Mühafizəkarlar  şəxsiyyətin  əsas  hüququnun  mülkiyyət 
hüququ  olduğu  fikrini  söyləyirlər.  Onlar  qeyd  edirlər  ki,  insanın 
qanuni  yolla  əldə  etdiyi  mülkiyyəti  dövlət  müsadirə  edə  bilməz. 
Əgər  dövlət  buna  yol  verərsə,  onda  o,  fərdin  fundamental 
hüququna  sui-qəsd  etmiş  olar  və  hətta  öz  hüququnu  da  pozmuş 
olar.    Çünki  belə  olan  təqdirdə  mülkiyyət  sahibi  olan  fərd 
dövlətdən  asılılığını  tanımaq  istəmir.  Bu,  mühafizəkarlığın 
mülkiyyət 
hüququna 
«mütləq» 
yanaşma 
üsuludur.  
Mühafizəkarlığın  mülkiyyət  hüququna  digər  yanaşma  üsulu  isə 
«tarazlaşdırma»  üsuludur.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
mühafizəkarların  əksəriyyəti  məhz  ikinji  üsul  tərəfdarıdır. 
«Tarazlaşdırma»  üsuluna  görə,  xüsusi  mülkiyyət  istehsal 
imkanlarının  artmasına,  o  jümlədən,  bütövlükdə  jəmiyyətin 
rifahının  artmasına  gətirib  çıxarmalıdır.  Əgər  ijtimai  sərvətin 
artma  prosesi  getməzsə,  onda  xüsusi  mülkiyyət  hüququ 
məhdudlaşdırılmalıdır.  
Yeni  mühafizəkarların  və  «yeni  sağlar»ın    dünyagörüşün-
dəki  «azadlıq»  anlayışına  görə,  azadlıq  fərdlə  jəmiyyətin 
qarşılıqlı münasibətləri baxımından şərh olunduğundan onun həm 
neqativ, həm də pozitiv aspektləri vardır. Belə ki, onlar «azadlıq» 
anlayışının  şərhində  jəmiyyətin  həm  tarixi,  həm  etik,  həm  də 
məntiqi  jəhətdən  fərddən  üstün  olduğunu  bildirərək  jəmiyyəti 
birinji yerə çəkirlər.  Bu mühafizəkarlara görə, dövlət jəmiyyətin 


 
161 
siyasi  aləti  olduğundan  insan  hüquqlarını  da  təmin  etməli  və 
qorumalıdır. 
«Yeni  sağlar»ın  ayrı-ayrı  qrupları  isə  fərdi  azadlıq 
ideyasından imtina edərək avtoritarizm prinsiplərini təbliğ edirlər. 
Onlar  yeni  dövrdə  insanın  avtoritarlıq  və  iyerarxiya  zülmündən 
xilas olmaq jəhdlərini, «yeni dünya» xatirinə «mövjud dünyadan» 
imtina  etmək  fikrini  pisləyir,  insan  hüququ  ideyasını    kollektiv 
hüquq  ideyası  ilə  əvəz  etməyə  çağırırlar.  Onların  fikrinjə, 
jəmiyyət  və  dövlət  insana  konkret  şəraitdən,  etnik  və  mədəni 
şəraitdən  asılı  olaraq  malik  olduqları  hüquq  qədər  hüquq 
verməlidir. 
Göründüyü 
kimi, 
yeni 
mühafizəkarların 
dövlətə 
münasibətinin  mahiyyəti  ondan  ibarətdir  ki,  onlar  bir  tərəfdən 
dövlətə qanunların və əxlaqın mənbəyi, qoruyujusu kimi baxırlar. 
Bu mənada, qeyd edirlər ki,  güjlü hakimiyyət  olmasa jəmiyyətdə 
anarxiya olar.  Digər tərəfdən isə göstərirlər ki, güjlü dövlət fərdi 
azadlığın 
boğulması  aləti  ola  bilər.  Buna  görə  də  
mühafizəkarlığın  nəzəriyyəçiləri  həmişə  qeyd  edirlər  ki, 
«dövlətdən  fərqli olaraq öz ölçüsünə görə ondan kiçik olan  insan  
assosiasiyaları  daha  vajibdir».    Bu  fikri  əsas  götürən  yeni 
mühafizəkarlar 
XVIII-XIX 
əsrlərdəki 
azad 
sahibkarlıq 
kapitalizmi  dövründə  mövjud  olmuş  daha  sadə,  daha  mütəşəkkil 
və  yekjins  jəmiyyətin  yenidən  bərqərar  olmasını  istəyirlər. 
Beləliklə, onlar ailədə, jəmiyyətdə, kilsədə mövjud olmuş ənənəvi 
dəyərlərin və idealların bərqərəar olmasına jəhd göstərirlər.   
Müasir yeni  mühafizəkarlar və «yeni sağlar» siyasi manevr 
edərək  mövjud  sistemin  sabitliyinə  çalışan  mühafizəkar  və 
mərkəzçi  qüvvələri  «yeniləşmiş»  mühafizəkarlıq  ətrafında 
birləşdirmək  ideyasını  irəli  sürür  və  göstərirlər  ki,    bu  jür  yeni 
birlik  burcua  jəmiyyətinin  ənənəvi  idealları  və  dəyərlərinə  ikinji 
nəfəs  verə  bilər.    Bu  məqsədlə,  bir  sıra  sağ  və  mühafizəkar 
qruplaşmalar  liberalların  və  hətta  onların  ayrı-ayrı  ideya  və 
konsepsiyalarını  öz  ideya-siyasi  proqramlarında  birləşdirməyə 
jəhd göstərirlər.   


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə