Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə49/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   45   46   47   48   49   50   51   52   ...   78

 
147 
təzyiqinə  məruz  qalır.  Belə  olan  təqdirdə  mühafizəkarlar  ijtimai 
tərəqqiyə,  yeniləşməyə  müqavimət  göstərən  qorxulu  qüvvəyə 
çevrilir. 
Mühafizəkarlıq ideya-siyasi jərəyanı XVIII  əsrin sonu-XIX 
əsrin  əvvəllərində  zadəganların  mənafeyinin  müdafiəçisi  kimi  
fomalaşsa  da  XIX  əsrin  sonlarında  klassik  liberalizmin  bir  sıra 
müddəalarını  mənimsəmiş,  burcua  aristokratiyasının  ayrı-ayrı 
fraksiyalarının  ideya-siyasi  platformasına  çevrilmişdir.    Bu 
jərəyan  bəzi  hallarda  öz  sosial  statusunun  gələjək  taleyindən 
ehtiyatlanan,  gələjəyini  qeyri-müəyyən  görən  xırda  və  orta 
sahibkarların  müdafiəçisi  kimi  də  çıxış  etmişdir.    Bəzən 
mühafizəkar  dəyərləri    və  normalarını  əhalinin  elə  qrupları 
(fermerlər,  sənətkarlar,  dükançılar  və  b.)  müdafiə  edirlər  ki, 
əslində  bu  dəyərlər  heç  də  həmin  qrupların  mənafeyinə  uyğun 
gəlmir.  Mühafizəkarlığın  sinfi  mənafeləri  əsas  götürməməsi  də 
müəyyən dərəjədə onun yayılmasına imkan yaradır. 
Mühafizəkarlığın  bir  xarakterik  əlaməti    də    onun  ikili 
təbiətə  malik  olmasındadır.  Bir  tərəfdən  o,  təkamül,  inkişaf, 
köhnənin inkar edilməsi, keçmişlə əlaqənin kəsilməsi və yeninin 
yaranması tərəfdarı kimi təzahür edir, digər tərəfdən isə yaşamaq 
qabiliyyəti  olan  bütün  ənənələri,  keçiji  olmayanları,  bəşəri 
olanları  qoruyub  saxlayan,  onları  gələjəyə  ötürən  jərəyan  kimi 
çıxış edir. Qeyd  etmək lazmdır ki,  istənilən ijtimai-siyasi sistem 
varisliyi  saxlamaq  şərtilə  bir  sıra  aspektlərdə  yeniləşə  bilər. 
Məsələn,  Böyük  Fransa  inqilabından  sonra  bu  ölkə  öz  milli 
simasını heç də itirmədi.  Belə ki, inqilabdan sonra milli şüurun 
əsası  olan  adət-ənənələr,  etiqad,  köhnə  davranış  normaları  və  s. 
mühafizə olunub saxlandı. 
Mühafizəkarlıq  öz  ikili  təbiətində  ən  çox  ikinji  tərəfə,  yəni 
köhnəni  qoruyub-saxlamağa  və  gələjəyə  ötürmək  səylərinə 
üstünlük  verir.  Mühafizəkar  həmişə  mövjud  olan  dünyanı, 
quruluşu  mümkün  ola  bilən  dünya  və  quruluşdan  üstün  tutur. 
Əlbəttə,  inkaredilməz  faktdır  ki,  tarixi  inkişaf  gedişində  əldə 
olunan  nailiyyətləri,  dəyərləri  qoruyub-saxlayaraq  gələjək 


 
148 
nəsillərə çatdıra biləjək partiya və təşkilatlara istənilən ölkənin və 
millətin ehtiyajı vardır.  
Dünyanın dəyişkən olduğunu dərk edən  mühafizəkarlar baş 
verən dəyişikliklərin heç də hamısını inkar edə bilmir, bu sahədə  
liberal  jərəyanla  rəqabət    gedişində  məğlubiyyətə  uğramaqdan 
ehtiyatlanaraq  tarixi  şəraitə  uyğun  dəyişməyə  məjbur  olur.  XIX 
əsrin  II  yarısından  başlayaraq,  xüsusilə  XX  əsrdə  (bir  sıra 
hallarda  isə  II  Dünya  müharibəsindən  sonra)  sosial-iqtisadi  və 
ijtimai-siyasi  dəyişikliklərə  uyğunlaşan  mühafizəkarlar  əvvəllər 
inkar  etdikləri  bir  sıra  ideya  və  prinsipləri  yenidən  qəbul  etmək  
məjburiyyətində  qaldılar.  Onlar  azad  bazar  münasibətlərini, 
konstitusionalizmi,  hakimiyyət  orqanlarının  nümayəndəlik  və 
seçkili  sistemini  bu  mənada  qəbul  etməyə  bilməzdilər.    Bir  sıra 
ideyalara  sadiqliyini  saxlayan  mühafizəkarların  əksəriyyəti  II 
Dünya  müharibəsindən  sonra  rasionalizmin  və  texnokratizmin 
tərəfində durdular.  Məhz bu səbəbdən 50-ji illərdə özünəməxsus 
liberal-mühafizəkar  sazişi  və  ya  mühafizəkar  düşünjənin  mötədil 
qanadı ilə liberallar arasında konsensus yarandı.  Bu özünü ABŞ-
da  liberal-mühafizəkar  konsensusu  kimi,  Qərbi  Avropanın  əksər 
ölkələrində  isə  sosial-demokratlar,  liberal  və  mühafizəkarlar 
arasında bağlanmış saziş kimi təzahür etdirdi.  
Qeyd  etmək  lazımdır  ki,  II  Dünya  müharibəsindən  sonrakı 
ilk  onilliklərdə  Qərb  dünyası  qarşısında  duran  bir  sıra 
problemlərin  həllində  «rifah  dövləti»  prinsiplərinin  reallaşması 
mühüm  rol  oynadı.    Sosial-demokratlar  və  burcua-liberal 
partiyaları  tərəfindən  həyata  keçirilən  bir  çox  islahatlar 
mühafizəkarların  əksəriyyəti  tərəfindən  müdafiə  edildi  və  bu 
islahatlar  əhalinin  maddi  vəziyyətini  yaxşılaşdırdı,  həmkarlar 
ittifaqlarının  iqtisadi  və  siyasi  mövqelərini  möhkəmləndirdi, 
onların  dövlət-siyasi  sisteminə  təsirini  güjləndirdi.  Lakin  60-jı 
illərdə  kapitalist  ölkələrində    sosial-iqtisadi  və  siyasi  sahələrdə 
böhran  hallarının  artması  liberal-mühafizəkar  konsensusuna 
zərbə  vurdu.    Belə  olan  halda  həm  liberallar,  həm  də 
mühafizəkarlar böhranı aradan qaldırmağın yollarını axtarmağa 


 
149 
başladılar.  Yaranmış  reallığa  uyğun  yeni  ideya-siyasi  və  sosial-
siyasi strategiyanın işlənib-hazırlanması zərurətə çevrildi.  
Əlbəttə,  sosial  və  iqtisadi  problemlərin  həlli  üçün 
məsuliyyət  ilk  növbədə  liberalların  «rifah  dövləti»  («firavanlıq 
dövləti»)  üzərinə  düşdü  və  təbii  olaraq  bütün  bədbəxtliklərin 
səbəbini bu dövlətdə görməyə başladılar. «Rifah dövləti»nin  və 
iqtisadiyyatın  dövlət  nizamlanmasının  keynsçilik  sisteminin  
qeyri-effektliyi belə bir fikrin əmələ gəlməsinə səbəb oldu ki, həm 
sollar,  həm  də  liberallar  yeni  reallıqlara  uyğun  gələn 
alternativlər  tapmaq  qabiliyyətinə  malik  deyillər.  Bu  səbəbədən, 
sollar  və  liberallar  arasında  dövlət  nizamlanmasının  rolu, 
miqyası,  ətraf  mühitin  qorunması  barədə  fikir  ayrılığı  baş  verdi.  
Belə  olan  təqdirdə,  əhalinin  geniş  təbəqələri  sollardan 
uzaqlaşmağa  başladı.    Sol  intellektual  dayağın  itirilməsi  onların 
zəifləməsi, eyni zamanda, şəraitdən çıxmaq yolunu göstərən ideya 
və 
konsepsiyaların 
qəhətliyi 
nətijəsində 
bu 
boşluğu 
mühafizəkarlar və sağlar doldurmuş oldular.    
XX  əsrdə    konservatizm  və  liberalizm  ideologiyalarının 
məzmununda  mühüm,  bir  sıra  aspektlərində  isə  radikal 
dəyişikliklər  edilmişdir.  Aydındır  ki,  tarixi  şəraitdən  asılı  olaraq 
bir  sıra  mühüm  ideyaların  məzmununda  bu  və  ya  digər  dərəjədə 
dəyişikliyə  məruz  qalma  gözlənilən  haldır.    Məsələn,  vaxtilə 
liberal ideyalar mühafizəkar mahiyyət kəsb etdiyi kimi, ayrı-ayrı 
mühafizəkar ideyalar da liberal məzmunla dolğunlaşmışdır. 
Adları  çəkilən  ideya-siyasi  və  sosial-fəlsəfi  anlayışlar  eyni 
zamanda özündə bir sıra daxili jərəyanları, ideya və istiqamətləri 
də  birləşdirir.  Məsələn,  konservatizmdə    «sağlar»  öz  sosial, 
siyasi,  psixoloci  və  digər  xüsusiyyətlərinə  görə  bir-birindən 
kəskin surətdə fərqlənən müxtəlif ideya-siyasi mövqeləri özündə 
əks  etdirir.  Buraya  mötədil  mühafizəkarlar,  qatı  mühafizəkarlar, 
sağ radikallar və faşist görüşləri aiddir. Bu görüşlər arasında ayrı-
ayrı  kəsişmə  nöqtələri  olsa  da,  onlar  bir-birindən  öz  proqram 
məqsədləri  və  bu  məqsədə  nail  olmaq  metodlarına  görə 
fərqlənirlər. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə