Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə48/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   44   45   46   47   48   49   50   51   ...   78

 
144 
Konservativ  doktrinada  «nüfuz  hakimiyyəti»  konsepsiyası 
ilə demokratiya haqqında təsəvvürlər sıx bağlıdır. Bu doktrinaya 
görə,  demokratiya  nə  qədər  səbirli,  dözümlü  olarsa,  o  qədər 
həyat  qabiliyyətli  olar.  Mühafizəkarların  fikrinjə,  təjrübə, 
səlahiyyət  və  istedad  tələb  olunan  yerdə  demokratiya 
qəbuledilməz  olur.  Tam  özünüidarəetmə  kimi  başa  düşülən 
demokratiya mifdir, heç bir sosial reallığa uyğun gəlmir, belə ki, 
siyasət  səlahiyyətli  elitanın  fəaliyyət  dairəsidir.  Kaltenbrunnerin 
ideyası  ilə  səsləşən  konservativ  nəzəriyyə  azadlıq  nəzəriyyəsidir. 
Bu nəzəriyyəyə görə azadlıq anlayışı reallığa maksimal dərəjədə 
uyğun gəlməlidir və azadlıq anlayışı insanın ikili təbiətindən irəli 
gəlir. Hələ E.Berk deyirdi ki, o, yeganə bir azadlıq tanıyır – bu, 
qayda-qanunla  bağlı  olan  azadlıqdır.  O  qeyd  edirdi  ki,  azadlıq 
qayda-qanundan asılı olmadan mövjud deyil, yəni sosial xarakter 
daşıyır.  Buna  görə  də  həqiqi  konservatizm  azadlığın  abstrakt, 
qeyri-tarixi 
modelindən  imtina  etməlidir.  Geniş  liberal 
azadlıqların  tərəfini  saxlamaqla  nə  onu  mütləqləşdirmək,  nə  də 
«təbii 
insan 
hüquqları» 
konsepsiyasına 
əsaslanmaqla 
ideallaşdırmaq olmaz. Unutmaq olmaz ki, liberal demokratiyaya 
görə  də  istənilən  fərdi  maraq  o  zaman  reallaşır  ki,  öz  şəxsi 
mənafeyindən yüksəkdə dura bilsin. 
Konservatizmə  görə,  hər  bir  insanın  hüququ,  o  jümlədən, 
şəxsi  azadlıq  eyni  zamanda  həm  təbii,  həm  də  sosial  xarakter 
daşıyır:  təbiidir  ona  görə  ki,  Allah  tərəfindən  yaradılmış  insana 
mənsubdur,  sosialdır,  ona  görə  ki,  insan  bu  hüquqlardan  yalnız 
təşkil  olunmuş  jəmiyyətdə  istifadə  edir.  Müasir  konservatizmin 
hərdən fərdi azadlıq bayrağı altında çıxış  etməsinə baxmayaraq 
(qeyd  etmək  lazımdır  ki,  bu  daha  çox  iqtisadi  doktrina  üçün 
xarakterikdir), ona fərdiyyətçilik nəzəriyyələri yaddır.  
Çətin  həll  edilən  problemlərdən  biri  azadlıq  və  ədalətin 
uyğunlaşdırılmasıdır.  R.Xiqqins  qeyd  edir  ki,  «azadlıqla  qayda-
qanun,  azadlıqla  ədalət,  bərabərliklə  təşəbbüs,  fərdiyyətçiliklə 
həmrəylik  arasında  konfliktlərin  həll  edilməsi  üçün  praktikada 
yoxlanılmış  göstəriş  mövjud  deyildir».  Bu  fikirlə  konservativ 
müəlliflərin  əksəriyyəti  razılaşır.  Konservatizm  ilk  növbədə 


 
145 
liberal  modelə  əsaslanan  rasional  seçim  prinsipi  əleyhinə  çıxış 
edir.  Məsələn,  D.Bell  ijtimai  müqavilə  haqqında  tezisi  formal 
qəbul  edərək  hesab  edir  ki,  bu,  yalnız  aşağıdakı  əsasda 
mümkündür:  a)  keçmişə  hörmətlə  yanaşmaq;  b)  məhdudlaş-
dırılmayan  arzular  üzərində  fərdi  və  sosial  tələbatların 
prioritetliyini etiraf etmək; j) bütün insanlarda onların jəmiyyətə 
mənsubluğu  hisslərini  aşılayan  ədalət  konsepsiyasının  etirafı 
haqqında  müqavilə.    D.Bellə  görə,  mövjud  olan,  eyni  zamanda 
insanlara  fayda  gətirən  bərabərsizlik  ədalətlidir.  Çünki  istənilən 
rifah  və  dəyər  dərhal  hamının  malına  çevrilməzsə,  eqalitar  şüur 
ondan  imtina  etməyi  tələb  edir.  Bu  jür  şüur  keçmiş  tarixi  məhv 
edir  və  jəmiyyətin  gələjək  nailiyyətlərinə  mane  olur.  Ədalətli 
bərabərsizlik  kimi  ədalətliliyin  konservativ  anlayışı  ənənəsinin 
əsasını  Berk  qoymuşdur.  O,  hesab  edirdi  ki,  «hamının  bərabər 
hüququ  olsa da,  hər  halda  eyni  deyildir». Bundan  nətijə  çıxaran 
müasir  konservatorlar  radikalizm  dərəjəsinə  görə  bir-birində 
fərqlənirlər.  Avropa  «yeni  sağları»  fərqlərin  etirafının  və 
dərkinin  mürəkkəb  iyerarxiyalar  üçün  perspektivlər  açması  kimi 
qəbul  edirlərsə,  mötədil  konservatorların  əksəriyyəti  möhkəm 
iyerarxiyalaşmış jəmiyyətlərə şübhə ilə yanaşırlar. 
Aydındır  ki,  müasir  konservatizm  düzgün  və  tam  işlənmiş 
doktrina təsiri bağışlamır, bu doktrina çoxüzlü və çox paradoksal 
xarakter  daşıyır.  Amerikan  konservatizminin tədqiqatçısı  Allison 
qeyd edir ki, «konservatorlar eyni zamanda həm fərdiyyətçi, həm 
də  kollektivçi,  həm  nüfuz  və  həm  də  azadlığın  ardıjılları,  həm 
mistik, həm də ağıllı praktik insanlar rolunda çıxış edirlər».  
Konservatizmin  ideologiya,  o  jümlədən  siyasi  ideologiya 
kimi inkişafının qeyri-iradiliyini onun reallığa adekvat münasibət 
göstərməsi  ilə  əlaqələndirən  liberalizm  jərəyanı  olmuşdur.  Bir 
çox  tədqiqatçılar  təsdiq  edir  ki,  müasir  konservatorları 
neoliberallar,  konservativ  liberallar  və  ya liberal konservatorlar 
adlandırmaq  olar.  Liberalizm  və  konservatizmin  qarşılıqlı  təsiri 
öz  ifadəsini  klassik  sosial  fikrə  münasibətində  də  tapır.  Belə  ki, 
liberallar  E.Berkin  ideyalarını  qəbul  edir,  konservatorlar  isə 


 
146 
klassik  liberalizmin  irsini  mənimsəyir.  İ.Kristol  qeyd  edir  ki, 
«neokonservatorlar Lokka hörmətlə yanaşır». 
Baş  vermiş  dəyişikliklərə  qiymət  verilməsi  sahəsində 
konservativ 
fikrin 
öz  daxilində  vahid  mövqe  yoxdur. 
Konservatorları  indiyədək  liberalizmin  sosial  islahatçılığı, 
qanunçuluq  məsələlərinə  hədsiz  dərəjədə  «liberal»  münasibəti, 
ijtimai  əxlaq  sahəsində  hər  şeyi  məqbul  sayması  heç  jür  qane 
etməmişdir.  İnteqrativ  şüur  liberalizmə  yad,  konservatizmə  isə 
xas  şüurdur.  Bu  şüura  görə  dövlətin,  millətin  mənafeyi  fərdi  və 
qrup  maraqlarından  üstündür.  Konservatizm  üçün  ijtimai  borj 
hissləri  birinji  yerdədir,  şəxsiyyətin  azadlığı  onunla  həmahəng 
olmalıdır.  Liberalizm  üçün  isə  şəxsiyyətin  azadlığının  təmin 
olunması  əsasdır,  ijtimai  borj  və  vəzifələr  fərdin  azadlığı  və 
hüquqları  ilə  razılaşdırılmalıdır.  Konservatorlar  liberalizmin 
siyasi 
fəlsəfəsinə  qarşı  çıxırlar.  İqtisadiyyatda  bazar 
münasibətlərinin  azadlığını  müdafiə  edən  konservatorlar,  eyni 
zamanda,  bu  prinsiplərin  bütövlükdə  jəmiyyətə  keçirilməsinə 
qarşı çıxırlar. 
Lakin  XX  əsrin  70-80-ji  illərində  mühafizəkarlar  öz 
strategiyasını  ideoloci  jəhətdən  əsaslandırmaq  məjburiyyəti 
qarşısında  qalmış  oldular.  Mühafizəkarlığın  ən  mühüm 
müddəaları    ona  əks  olan  ideya-siyasi  jərəyandakı  dəyişikliklərə 
javab  reaksiyası  kimi  əmələ  gəlmiş  və  təkamülə  uğramışdır.  
Doğrudan  da  mühafizəkarlıq  liberalizmə,  burcua  reformizmi  və 
sol  radikalizmin  müxtəlif  formalarına,  sosial-demokratiyaya 
münasibətdə həmişə ikinji dərəjəli xarakter daşımışdır
Əgər  liberalizm  və  sosializm  ilk  başlanğıjdan  sinfi  ideya-
nəzəri  jərəyan  kimi  əmələ  gələrək,  burcuaziya  və  fəhlə  sinfinə 
arxalanırdısa,  konservatizmin  bu  mənada  işi  çox  mürəkkəb 
olmuşdur.  Siyasi  şüur  tipi  kimi  və  ideya-siyasi  istiqamət  kimi 
konservatizm  o  siniflərin,  təbəqə  və  qrupların  ideologiyasıdır  ki, 
məhz  onların  mövqeyini  ijtimai-tarixi  və  sosial-iqtisadi  inkişafın 
obyektiv meylləri təhlükə altına alır. Bu jür imkanlı sosial qruplar 
nəinki  daim  artan  çətinliklərin    və  demokratik  qüvvələrin 
təzyiqinə,  habelə  əhalinin  az-çox  dəyişkən  nümayəndələrinin  də 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə