Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə45/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   41   42   43   44   45   46   47   48   ...   78

 
134 
spontan  surətdə  yaranır.  Yəni  minlər  və  milyonlarla  insan  öz 
xüsusi məqsədlərinə çatmaq üçün  fəaliyyətlərini digər insanların 
fəaliyyətləri ilə əlaqələndirir və bu hal qayda-qanunun yaranması 
ilə nətijələnir. İnsan jəmiyyətinin ən mühüm institutları olan dil, 
hüquq,  pul  və  bazar  spontan  olaraq,  mərkəzləşdirilmiş  rəhbərlik 
olmadan  yaranıb,  inkişaf etmişdir.  Spontan  qayda-qanunun digər 
nümunəsi  insanlar  arasında  birlik  və  əlaqələrin  vahid  mürəkkəb 
şəbəkəsi olan vətəndaş jəmiyyətidir; vətəndaş jəmiyyəti daxilində 
birliklər  müəyyən  məqsədlər  üçün  yaradılır,  lakin  vətəndaş 
jəmiyyətinin  özü  təşkilat  deyildir  və  ayrıja  götürülmüş  məqsəd 
daşımır; 
Hüququn aliliyi:   Libertarizm nə hər şeyin ijazə verildiyi 
dəyər,  nə  də  gedonizm  (gedonizm  –  həyatın  zövq  və  səfa  üçün  
yaranmış  olduğunu  iddia  edən  qədim  yunan  fəlsəfəsi)  deyildir. 
Liberatristlər qanunlar çərçivəsində  azad jəmiyyəti təklif edirlər. 
Belə bir jəmiyyətdə insanlar öz həyatlarını yaşamaqda o vaxtadək 
azad  sayılırlar  ki,  eyni  dərəjədə  başqalarının  da  hüquqlarına 
hörmət  edirlər.    Hüququn  aliliyi  o  deməkdir  ki,  insanlar  ümumi 
qəbul edilmiş hüquq normalarına və həmçinin spontan  yaranmış 
hüquq normalarına tabe olurlar; 
-  Məhdudlaşdırılmış  hakimiyyət:      Hüququ  təmin  etmək 
üçün  insanlar  hökumət  yaradır.  Lakin  hökumət  təhlükəli 
institutdur.  Libertarizm  hakimiyyətin  mərkəzləşməsinə  güjlü 
antipatiyaları  ilə  seçilirlər.    Onlar  hakimiyyəti  bölmək  və 
məhdudlaşdırmaq  istəyirlər.  Bu  isə  o  deməkdir  ki,  libertarizm 
hakimiyyətin  yazılmış  konstitusiyalar  ilə  məhdudlaşdırılmasını 
üstün  tuturlar.    Libertarizm  ideologiyasının  əsas  siyasi  nətijəsi 
hakimiyyətin məhdudlaşdırılmasıdır; 
-Azad  bazar:    Azad  bazar  azad  insanlardan  təşkil  olunmuş 
iqtisadi  sistemdir.  Libertaristlər  belə  hesab  edirlər  ki,  dövlətin 
azad  seçim  prosesinə  müdaxiləsi  nə  qədər  minimuma  endirilsə, 
insanlar eyni zamanda daha azad olar və daha çox varlana bilər; 
-Xeyirxah 
istehsal: 
Müasir 
libertaristlər  insanların 
qazanmaq  hüquqlarını  müdafiə  edirlər  və  heç  bir  istehsalla 


 
135 
məşğul  olmayan,  lakin  onların  əlindən  bu  qazanjı    alan 
siyasətçilərin və bürokratların əleyhinə çıxırlar;   
-Maraqların  təbii  harmoniyası:    Libertaristlər  belə  hesab 
edirlər ki, ədalətli jəmiyyətdə dinj surətdə istehsalla məşğul olan 
insanların  maraqları  harmonikdir.  Azad  bazarın  olduğu  şəraitdə 
fermerlər və tajirlər, istehsal edənlər və idxal edənlər arasında heç 
bir konflikt yarana bilməz; 
-Sülh:    Libertaristlər  həmişə  müharibə  əleyhinə  çıxırlar. 
Onlar  başa  düşürlər ki,  müharibə  özü  ilə  ölüm və  dağıntı gətirir, 
ailələri  və iqtisadiyyatı dağıdır, hakimiyyətin hakim sinfin əlində 
jəmləşməsinə imkan yaradır.    
Müasir  liberal  partiyalar  adətən  çoxpartiyalılığa,  insan 
azadlıqları  və  hüquqlarının  maddi  əsası  kimi  xüsusi  mülkiyyətə 
əsaslanan  hüquqi  dövlət  qurulmasını,  koalision  hökumət 
yaradılmasını, birbaşa prezident seçkiləri keçirilməsini, dövlət və 
ijtimai  instituların  ideologiyasızlaşmasını  öz  qarşısına  məqsəd 
qoyur.  Bu mövqedə duran partiyalar bir nəfərin iradəsi ilə dövlət 
idarəetmə  üsulunu  inkar  edir,  istənilən  diktatura  əleyhinə  çıxır, 
bir  ideologiyanın  hökmranlığını,  bir  partiyanın  inhisarını  rədd 
edir,  sağ  və  sol  radikalizmi  qəbul  etmir,  ideoloci  fərziyyələrə 
deyil, sağlam fikrə əsaslanan düşünülmüş islahatlar tərəfdarıdır. 
Liberallar  həmişə  qanun  çərçivəsində  fəaliyyət  göstərən 
bütün  partiyalarla  əməkdaşlıq  etməyə  hazır  olduqlarını  nümayiş 
etdirirlər.  Onlar  jəmiyyətin  xalqın  dostları  və  düşmənlərinə 
bölünməsini  qəbul  etmir,  milli  ayrı-seçkilik  əleyhinədir,  ümumi 
siyasi 
tətilləri  məqbul  saymırlar  və  ijtimai  həyatın 
humanistləşməsinin,  daxili  problemlərin  iqtisadi  metodlarla  həll 
edilməsinin tərəfdarı kimi çıxış edirlər.  
Siyasi  və  iqtisadi  azadlıq  olmadan  ümumi  bərabərlik 
jəmiyyəti  qurmaq  təjrübəsi  XX  əsrin  80-ji  illərin  axırlarında 
SSRİ-nin  süqutu  ilə  iflasa  uğradıqda  Avropa  və  Amerikanın 
demokratik  dövlətləri  Lokkun  liberalizmini  və  Russonun  «yaxşı 
dövlət»  ideyasını  qəbul  edərək  hərtərəfli  inkişafa  nail  oldular. 
İnsanın  söz  və  yığınjaq  azadlığına  sosial  müdafiə  hüququ  da 
əlavə olundu. İnsan hüquqları, bazar iqtisadiyyatı və inkişaf etmiş 


 
136 
sosial  təminat  müasir  demokratiyanın  başlıja  məzmununa 
çevrildi. Bizdə isə liberal dəyərlər əsasında yaranan demokratiya 
prinsipləri bu illərdə hələ yenijə özünə yer etməyə jəhd göstərirdi. 
Keçmiş  sovet  imperiyasının  dağılması  prosesində 
Azərbayjanda ilk kütləvi təşkilat kimi yaranmış Azərbayjan Xalq 
Jəbhəsinin  (1989)  mahiyyəti  həm  insanın,  həm  də  xalqın  öz 
müqəddəratını  təyin  etməsi  uğrunda  hərəkatdan  ibarət  idi.  O 
zaman  AXJ-nin  himayəsi  altında  azad  mətbuat  yarandı.  Qəbul 
edilmiş  AXJ  Proqramı  ölkənin  siyasi  fikir  tarixində  yeni  səhifə, 
yeni  söz  oldu.  Azərbayjan  xalqı  liberal  dəyərlərdən  ibarət  olan 
hüquqi  dövlət,  vətəndaş  jəmiyyəti  və  dövlətin  əzməyə  hüququ 
olmadığı əsas insan hüquqları haqqında ilk dərsi ondan aldı.  Bu 
gün  Azərbayjanda  insan  hüquqları  uğrunda  mübarizəni  çoxlu 
sayda  siyasi,  ijtimai  və  hüquq  müdafiəsi  ilə  məşğul  olan  təşkilat 
vardır. Bu təşkilatların, demək olar ki, hamısı, o jümlədən liberal 
dəyərlərin  daşıyıjıları  olan  siyasi  partiyalar  AXJ  ümummilli 
hərəkatının  «bətnindən»  çıxıb,  onların  proqramları  isə  indiyəjən 
özündə  Xalq  Jəbhəsinin  ilk  Proqramının  (16  iyul,  1989)  ruhunu 
və  «möhürünü»  daşıyır.      Hazırda  Azərbayjanda  liberalizm 
ideologiyasının  daşıyıjıları  kimi  «Əhrar»,  Azərbayjan  Liberal  və 
Azərbayjan Liberal-Demokrat partiyaları və b. fəaliyyət göstərir. 
Həmin  siyasi  partiyalar,  eyni  zamanda  demokratik  partiyaların 
əksəriyyəti öz proqramlarına liberal ideologiyada ilk dəfə işlənib 
hazırlanmış  müddəaları  daxil  etmişlər.  Bu  müddəalara  bazar 
münasibətlərinin  əsası  kimi  azad  rəqabət,  hüquqi  dövlət, 
özünüidarəetmə,  şəxsiyyətin  azadlığı,  söz,  mətbuat  azadlığı, 
siyasi  seçki  hüququ,  azlıqda  qalan  xalqların  dilinə,  etiqadına  və 
adət-ənənələrinə hörmət etmək və s. aiddir. 
Beləliklə,  Azərbayjanda  liberalizm  artıq  təşkilati  siyasi 
qüvvə  kimi  fəaliyyət  göstərir  və  liberalizmin  qarşıya  qoyduğu 
məqsədlərin çoxusunun reallaşmasına misal olaraq göstərə bilərik 
ki,  respublikamızda  vətəndaş  jəmiyyətinin  və  hakimiyyətin 
əsasları yaradılmış, parlamentarizm tətbiq edilərək  hakimiyyətin 
dövlət    səviyyəsində  bölgüsünün  liberal  prinsipi  həyata 
keçirilmişdir. Liberalizmin bir çox müddəaları - dövlət və bazarın 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə