Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə42/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   38   39   40   41   42   43   44   45   ...   78

 
125 
uyğunlaşa  bilmədilər.  Belə  vəziyyət  sinfi  münasibətlərin 
kəskinləşməsinə  və  sosial  gərginliyin  artmasına  gətirib  çıxarır. 
Ona  görə  də  neoliberalların  bir  qismi  («sosial  liberalizm», 
«ümumi  rifah  liberalizmi»)  insanların  sosial  müdafiəsi  barədə 
fikirləşməyi  zəruri  hesab  edir  ki,  belə  mövqe  dövlətin 
iqtisadiyyatın  tənzimlənməsinə  nisbi  müdaxiləsinin  məqbul 
sayıldığını  deməyə  əsas  verir.  Beləliklə,  müasir  liberalizmdə  iki 
əsas jərəyan özünü büruzə verir. Onlardan biri tam mənada bazar 
azadlığını  və  dövlətin  bu  sahəyə  müdaxilə  etməməsi  fikrini, 
digərləri  isə  daha  böyük  sosial  ədalətin  bərqərar  olması  üçün 
dövlətin  sosial-iqtisadi  proseslərə  nisbi  müdaxiləsinin  zəruriliyi 
fikrini müdafiə edir. 
Son  zamanlar  qloballaşma  tərəfdarları  kimi  də  məhz  daha 
çox  liberallar  çıxış  edir.  F.Fukuyama  liberalizmi  ümumdünya 
dövlətinin qurulması barədə nəzəriyyə hesab edir. 
Neoliberalizmin ideoloqları (J.Keyns, A.Xansen, J.Helbreyt 
və  b.)  jəmiyyətin  reformist  əhval-ruhiyyəli  təbəqələrinin  – 
iqtisadiyyatın  dövlət  bölməsi  ilə  əlaqəsi  olan  sənayeçilərin, 
yüksək  vəzifəli  məmurların,  eləjə  də  ziyalıların  xeyli  hissəsinin  
görüşlərini  ifadə  edirlər.  Yeni  liberallar  böhransız  və  sabit 
inkişafın  əldə  olunması  naminə  dövlətin  ijtimai  proseslərə  geniş 
təsiri  ideyasına  tərəfdardırlar.  Dövlətin  xüsusi  sahibkarlıq 
fəaliyyəti  sferasına  qarışma  tələbi  bütün  neoliberal  proqramların 
və konsepsiyaların fərqləndiriji jəhətidir. XX əsrin I  yarısında və 
ortalarında  neoliberalizmin  mühüm  jərəyanlarından  biri 
keynsçilik  olmuşdur.  Kapitalizmin  ümumi  böhranı  illərində 
(1929-1933)  baş  verən  hadisələri  çürüməkdə  olan  kapitalizm 
haqqında  leninçi  nəzəriyyənin  təsdiqi  kimi  qiymətləndirən 
marksistlərin  əksinə  olaraq  J.M.Keyns  sübut  etdi  ki,  bazar 
iqtisadiyyatı heç də öz dinamik inkişaf qabiliyyətini itirməmişdir 
və  onu  əhatə  edən  böhran  müvəqqəti  hadisədir.    Keyns 
inandırmağa  çalışırdı  ki,  iqtisadiyyatın  dövlət  tərəfindən 
tənzimlənməsi  xüsusi  təşəbbüskarlığın  həyata  keçirilməsinə 
təminat verən yeganə vasitədir.  


 
126 
II  Dünya  müharibəsindən  sonra  Qərbi  Avropa  ölkələrinin 
çoxunda  iqtisadiyyatda  böhranın  aradan  qaldırılmasına,  əhalinin 
məşğulluq  səviyyəsinin  və  istehlak  tələbatının  yüksəlməsinə 
istiqamətlənən  islahatlar  həyata  keçirildi.  Həmin  tədbirlərin 
məjmusunu 
neoliberallar 
«Qərbdə 
keynsçilik 
inqilabı» 
adlandıraraq  bunu  Şərqi  Avropa  ölkələrindəki  kommunist 
inqilabına  qarşı  qoydular.  Keynsçilik  ideyalarının  yayılması  XX 
əsrin  50-60-jı    illərində  ən  yüksək  səviyyəyə  çatdı.  Bu  ideyalar 
J.Helbreytin 
postindustrial, 
V.Rostounun 
iqtisadi 
inkişaf 
mərhələləri  və    Q.Murdalın  rifah  dövləti  konsepsiyalarında 
inkişaf etdirildi.  
XX  əsrin  II  yarısında  formalaşan  neoliberalizm  jərəyanı 
liberalizmin  əsas  prinsiplərinə  sədaqətliliyini  saxlayaraq  bütün 
vətəndaşların  bərabər  hüquqlu  olmasını,  şəxsiyyətin  hüquq  və 
azadlıqlarını,  konstitusionalizmi,  təsərrüfat  həyatının  əsası  kimi 
xüsusi mülkiyyəti  və sahibkarlığı hər şeydən üstün tuturlar. Eyni 
zamanda neoliberalistlər (F.A. Hayek, V. Oyken, V. Repke və b.) 
hesab  edirlər  ki,  azad  rəqabət  avtomatik  təmin  olunmur. 
İnhisarların  yaranması,  iqtisadiyyatın  böhranı,  inflyasiya  bazar 
özünütənzimlənməsini pozur. Buna  görə də bazar iqtisadiyyatını 
tənzimləmək üçün dövlətin iqtisadiyyata müdaxiləsi qaçılmazdır.   
Neoliberalizm  əhalinin  kifayət  qədər  geniş  təbəqələrinə, 
daha  çox  sahibkarlar  təbəqəsinə  arxalanan  və  hər  şeydən  əvvəl 
onların mənafeyini qoruyan siyasi partiya ideologiyasıdır. Bu jür 
partiyalar  bir  çox  ölkələrdə  mövjuddur  və  çox  böyük  nüfuza 
malikdir.  Məsələn,  1955-ji  ildən  başlayaraq  uzun  illər 
Yaponiyanın  ən  iri  siyasi  partiyası  rolunu  liberal-demokratik 
partiya  oynamışdır.  Liberallar  Kanada,  İngiltərə  və  Avstriyanın 
siyasi həyatında çox layiqli yer tuturlar.  
Neoliberalizm  siyasi  konservatizm  ideologiyası  ilə  sıx 
bağlıdır.  XX  əsrin  II  yarısında  neoliberalizm  və  konservatizmin 
yaxınlaşması 
baş  vermiş,  onlar  marksizmə  və  sosial-
demokratiyaya  qarşı  birləşmişlər.  Məsələn,  XX  əsrin  70-80-ji 
illərində  ABŞ-ın  ayrı-ayrı  qrupları  ənənəvi  klassik  liberalizm 
ideyasını qəbul etmiş, lakin liberal deyil, konservator adlanmışlar. 


 
127 
Keçmiş  SSRİ-də    isə  70-ji  illərdə  liberal  fikir  kompromissiz 
ideoloci mübarizə obyekti elan edilmişdi. 
Liberalizmin 
əsas 
prinsipləri 
vətəndaşların 
hüquq 
bərabərliyi,  dövlətin  müqavilə  əsaslarında  təşkilindən  ibarətdir. 
Son  dövrlərdə  liberalizm  belə  bir  qənaətə  gəlmişdir  ki,  bir-birilə 
rəqabət aparan peşə qruplarından, iqtisadi, dini, siyasi qruplar və 
birliklərdən  heç  biri  digəri  üzərində  mənəvi  üstünlüyə  malik 
olmamalıdır.  Liberalizmin  siyasi  fikir  tarixində  ən  böyük 
xidmətlərindən biri ondan ibarətdir ki, dövləti nə fərddən, nə də 
jəmiyyətdən  asılı  bir  qüvvə  kimi  nəzərdən  keçirmir.  Məhz  elə 
bunun  sayəsində  dövlət  fərdi  jəmiyyətdən,  jəmiyyəti  də  fərddən 
qorumaq iqtidarındadır.  
Liberalizm  yarandığı  gündən  bu  günədək  dövlətə  tənqidi 
münasibətlə 
seçilməkdədir. 
Demokratiya 
ilə 
azadlığın 
əlaqələndirilməsi  problemi  də  liberalların  qarşısında  duran 
mühüm  vəzifədir.  Ümumiyyətlə,  XX  əsrin  ortalarına  qədər 
liberallar  «demokratiya»  terminini  işlətməkdən  çəkinirdilər  və 
bununla  da  liberalizmin  başlıja  dəyəri  olan  xüsusi  mülkiyyətə 
üstün  münasibətlərini  ifadə  edirdilər.  Lakin  tədrijən  dövlətin 
sosial  funksiyalarının  əhəmiyyətini  yüksək  qiymətləndirərək 
demokratik  dəyərlərə  diqqəti  artırmağa  başladılar.  Liberalizmin 
ənənəvi  prinsiplərinin  əksinə  olaraq  dövlətin  roluna  diqqətin 
artırılması,  onun  ənənəvi  dəyərlərinin  XX  əsrin  ikinji  yarısının 
siyasi və iqtisadi reallıqlarına uyğunlaşdırılması yeni liberalizmin 
meydana  çıxması  ilə  nətijələndi.  Demokratiya,  azad  rəqabət, 
şəxsiyyətin  hüquq  və  azadlıqları  ideyasının  aliliyi  kimi  liberal 
prinsiplərinə  sədaqətini  saxlamaqla,  yeni  liberalizm  belə  bir 
müddəadan  çıxış  edir  ki,  həmin  prinsiplər  dövlətin  bilavasitə 
müdaxiləsi  sayəsində  reallaşmaq  imkanı    qazana  bilər.  Yeni 
liberalizmin  siyasi  proqramının  məğzini  siyasi  konsensus, dövlət 
idarəçiliyinin təşkili və  həyata keçirilməsinin plüralist əsaslarına 
üstünlük verilməsi kimi jəhətlər təşkil edir.  
Liberalizmin  başlıja  dəyərləri  bütün  dünyada  kütləvi  siyasi 
baxışlarda  köklü  dəyişikliklərə  səbəb  olmuşdur.  Müasir 
demokratiyanın  aparıjı  konsepsiyaları  olan  siyasi  iştirakçılıq, 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə