116
ədalət və şəxsiyyətin azadlığı liberal məzmun aldıqda daha həyati
olur. Daxildə sabitliyə nail olmağa jəhd göstərən liberallar xariji
siyasətdə liberal-demokratiya dəyərləri üzərində qurulan dünya
nizamının yaradılmasına tərəfdar çıxır. Liberalların baxışlarına
görə bu jür dünya nizamı sülhə təminat olur. Onların qənaətinjə,
iki liberal jəmiyyət bir-birilə heç vaxt vuruşmaq məqsədini
güdmür.
Liberalların fikrinjə, müasir şəraitdə başqa ölkələrdə (o
jümlədən, totalitar diktatdan azad olmuş) demokratiyanın
yaranması daha çox dərəjədə demokratik idarəetmə fomalarının
qarşılıqlı təsiri yolu ilə həyata keçirilməlidir. Bu mənada, bir
ölkədəki demokratiyanın başqa ölkəyə «diffuziya» etməsi şəraitin
«diffuziya» etməsinə çevrilir. Bu isə suverenlik, insan
hüquqlarının qorunması, plüralizm, jəmiyyətin bütün üzvlərinin
mənafelərinin harmoniyası, hökumət seçkilərinin dövriliyi,
müstəmləkə sisteminin dağılmasının müdafiə edilməsi, tərksilah
və b. kimi hüquqi normalar və siyasi ideyalara uyğun
demokratikləşmədir.
Demokratiya və insan hüquqlarının dünyada geniş
yayılmasında ən böyük xidmət ABŞ-a məxsusdur. II Dünya
müharibəsindən sonra siyasətə demokratiya dalğasında gələn
«liberallar» («idealistlər») hökumətdən təkidlə tələb etdilər ki,
ölkədə və xarijdə insan hüquqları məsələsi ilə bağlı öz
öhdəliklərini yerinə yetirsin. «Realistlər» isə bu zaman liberallara
qarşı çıxaraq göstərirdilər ki, insan hüquqları hər hansı bir
dövlətin daxili işi, onun inkişafı ilə bağlı məsələdir. 70-ji illərdən
başlayaraq xariji siyasətdə ABŞ Konqresi insan hüquqları
məsələsinə xüsusi diqqət yetirməyə başladı. Liberalların təsirilə
Nümayəndələr palatasında bir neçə qərar qəbul edildi və insan
hüquqları «ABŞ xariji siyasətinin prinsipial məqsədi» kimi
götürüldü. Konqres azadlığı boğan ölkələrə hərbi köməyi,
maliyyə və ərzaq yardımını qadağan etdi. Bundan əlavə, ABŞ-ın
Beynəlxaq
Valyuta
Fondu
və
Beynəlxalq
Bankdakı
nümayəndələrinə insan hüquqlarının pozulmasında günahkar olan
hökumətlərə kredit verilməsinə qarşı çıxmaq tövsiyə olunurdu.
117
Konqres öz qərarı ilə Dövlət Departamentində insan hüquqları
üzrə büro yaratdı və tapşırdı ki, dünyanın ayrı-ayrı ölkələrindəki
hüquq pozuntularına dair illik hesabat hazırlasın. Konqres hüquq
pozuntuları dedikdə «fiziki işgənjələr, kobud, qeyri insani və
təhqiramiz rəftar, yaxud jəza; ittihamnamə olmadan uzun müddət
həbsdə saxlama, qeyri-qanuni tutub saxlama nətijəsində insanın
yoxa çıxması, yaxud insanın yaşamaq hüququnun və şəxsi
təhlükəsiziyinin jinayətkarjasına pozulması ilə bağlı digər hallar»
nəzərdə tutur.
Əvvəldə qeyd edildiyi kimi, feodal recimlər əleyhinə
mübarizədə yaranmış liberalizm, yəni dövlətin, iqtisadiyyatın və
siyasi münasibətlərin formalaşması nəzəriyyəsi indi bütün
dünyanı bürümüş siyasi hərəkata çevrilmişdir. Liberal mövqe hər
bir insanın həyati imkanlarının genişlənməsinə istiqamətlənmiş
siyasi fəaliyyət mövqeyidir. Liberal siyasət şəxsiyyətə öz inkişafı
üçün zəruri meydan açmaq qabiliyyətinə malikdir. Bu jür siyasət
fərdin hərtərəfli inkişafını məhdudlaşdıran bürokratik və totalitar
mövjudluğu qətiyyətlə inkar edir. Bu mənada, müasir şəraitdə
liberal olmaq hakimiyyətə və dövlətin məsul postlarına
antikonstitusiya jəhdləri ilə gəlməyin əleyhinə olmaq deməkdir.
Buna görə də liberallar hakimiyyətə yalnız parlament yolu ilə
gəlməyi qəbul edir.
Liberalların fikrinjə, liberalizmin inkişaf tarixinin təhlili
göstərir ki, bəşəriyyəti gələjək bəlalardan qurtara biləjək yeganə
ideya-siyasi jərəyan varsa, o da liberalizm jərəyanıdır. Bəzi
siyasətçilər isə liberalizmi məjazi mənada, yəni ijtimai həyatda
mənfi təzahürlərə qarşı fəal mübarizə apara bilməmək, prinsipsiz,
sazişçilik mənasında başa düşür.
Bəşəriyyətin tərəqqisi və liberal dəyərlər bir-birindən
ayrılmazdır. Tarix sübut etmişdir ki, iqtisadi çiçəklənmə, sosial
ədalət və şəxsiyyətin azadlığı liberal məzmun aldıqda daha həyati
olur. Daxildə sabitliyə nail olmağa jəhd göstərən liberallar xariji
siyasətdə liberal-demokratiya dəyərləri üzərində qurulan dünya
nizamının yaradılmasına tərəfdar çıxır. Liberalların baxışlarına
görə bu jür dünya nizamı sülhə təminat olur. Onların qənaətinjə,
118
iki liberal jəmiyyət bir-birilə heç vaxt vuruşmaq məqsədini
güdmür.
Liberalizm
millətçiliklə sıx bağlıdır. Ümumiyyətlə,
millətçilik ideologiyasının Avropadan dünyaya yayıldığı güman
edilir. Bəziləri Avropada millətçi baxışların 1648-ji il Vesfaliya
sülhündən, hətta ondan da əvvəl başlandığını söyləyirlər.
Vesfaliya sülhü Avropada 30 illik müharibəyə son qoyan və
«Müqəddəs Roma imperiyası»nın (962-1805) İsveç və Fransa ilə
bağladığı sülh müqaviləsi idi. Vestfaliya sülhünün qərarı ərazi
dəyişikliklərinə, dini münasibətlərə və imperiyanın siyasi
quruluşuna aid idi. Bu müqavilə nətijəsində Habsburqlar
imperiyası xeyli ərazi itirərək zəifləmiş, Habsburqların vahid
katolik imperiya yaratmaq jəhdləri iflasa uğramış, İsveçrə və
Hollandiya respublikaları müstəqilliyə nail olmuşdular.
Milli
dövlətlərin
formalaşması,
milli
birliyin
möhkəmlənməsi prosesi tarix səhnəsinə siyasi həyatda mühüm
rol oynayan millətçi ideologiyaların çıxması ilə müşayiət
olunmuşdur. Millətçiliklə liberalizm arasında əlaqənin olduğunu
söyləyənlər isə millətçilik jərəyanının başlanğıjını 1789-ju il
Böyük Fransa inqilabı ilə bağlayırlar. Əlbəttə, liberal millətçilik
monarxiyaya və imperializmə bir reaksiya olaraq yaranmış,
mürtəje, mühafizəkar jərəyan kimi yox, müdafiə məqsədli jərəyan
kimi ortaya çıxmışdır. Sözsüz ki, liberalizm və millətçilik
arasındakı əlaqə siyasi ədəbiyyatda ayrıja bir müzakirə
mövzusudur. Bəzi tədqiqatçılar Avropada millətçi jərəyanların bir
liberal doktrina şəklində ortaya çıxdığı və sonradan yayıldığı
fikrini irəli sürür.
Qeyd etmək lazımdır ki, liberal ideologiyanın məhsulu olan
Fransız inqilabının (1789-1794) liberal prinsiplərlə bağlılığı qısa
dövrə aiddir. Bu dövrdə «İnsan və vətəndaş hüquqları
Bəyannaməsi» (1789) qəbul edilmişdir. ABŞ-ın «İstiqlaliyyət
Bəyannaməsi»
(1776)
nümunəsində
hazırlanmış
bu
«Bəyannamə» millilik prinsipinin üstün olduğunu elan etmişdi.
«Bəyannamə»yə görə, ali hakimiyyətin mənbəyi xalq və millət
hesab olunurdu. Bu ifadə mütləqiyyətin ləğvi demək idi, lakin
Dostları ilə paylaş: |