Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə36/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

 
107 
iqtisadiyyatın  isə  dövlət  tərəfindən  idarə  olunması  üsulundan 
daha  böyük  fayda  verəjək.  Mill  yazırdı:  «Haqqında  danışmalı 
yeganə azadlıq öz yolunla öz xeyrinin dalınja getmək azadlığıdır, 
o  vaxtajan  getmək  ki,  başqalarını  bu  azadlıqdan  məhrum  edib, 
yaxud 
başqalarına 
maneçilik  törədib,  onların  xeyrini 
mənimsəməyə  çalışmayasan».      Şəxsi  maraq  və  sərfəlilik 
konsepsiyası  Böyük  Britaniya  və  ABŞ-da  təkjə  fəlsəfi  fikrə  yox, 
eləjə də mədəniyyət, təhsil, idarəçilik, jinayət hüququ və iqtisadi 
islahatlara 
çox  böyük  təsir  göstərdi.  İjtimai  həyatın 
müvəffəqiyyətlilik  meyarı  kimi  sərfəlilik  «təbii  hüquqlar»ı  əvəz 
etdi: insan hüquq və azadlıqları ümumi rifah halının yaxşılaşması 
üçün  labüddür;  başqa  sözlə,  insan  hüquqları  olmadan  uğurlu  və 
ədalətli dövlət qurmaq mümkün deyil. XIX əsrdə insan hüquqları 
ideyasının  mənəvi-əxlaqi jəhəti Qərbdə o qədər dərin iz buraxdı 
ki,  böyük  gəlir  gətirən  qul  alverinin  Avropada  və  ABŞ-da 
qadağan edilməsinə səbəb oldu.    
Liberalizmin  iqtisadi  sahədə  nəzəri  mənbələrindən  biri 
fiziokratların  (fiziokrat  –  XVIII  əsrin  ikinji  yarısında  Fransada 
torpağı  və  əkinçiliyi  yeganə  sərvət  mənbəyi  hesab  edən  siyasi-
iqtisadi  jərəyan  tərəfdarı)  görüşləri  olmuşdur.  Fiziokratlar  azad 
rəqabət  və  dövlətdən  asılı  olmayan  iqtisadi  fəaliyyət  tərəfdarı 
kimi  çıxış  edirdilər.    Digər  nəzəri  mənbə  ingilis  klassik  siyasi 
iqtisadçılarının  (A.Smit və  D.Rikardo) əsərləri olmuşdur. Onlar 
da  azad  bazar  münasibətlərinin  tərəfdarları  olmuşlar.  A.Smit 
liberalizmi  özünütənzimləyən  tarazlaşdırılmış  bazar  nəzəriyyəsi 
kimi  əsaslandırmışdır.    A.Smitin  və  H.Spenserin  ideyalarının 
təsiri  ilə  ABŞ  və  Böyük  Britaniyada  yeni  bir  ideya  –  iqtisadi 
azadlıq  ideyası,  xüsusi  biznes  işinin  dövlət  müdaxiləsindən  azad 
olmaq tələbatı ilə əsaslandırıldı. 
Azərbayjanda isə liberal ənənələrin, modernizmin yaradıjısı 
görkəmli  filosof,  maarifçi  və  dramaturq  Mirzə  Fətəli  Axundov 
sayılır.    M.F.Axundov  yazırdı:  «Jəmiyyət  öz  fərdlərinə  fikir 
azadlığı verməzsə və onları ata-babasının qərar verdikləri şeylərlə 
kifayətlənməyə  və  bunlardan  kənara  çıxmamağa  məjbur  edərsə, 
bu  halda  onlar  dəyirman  atlarına  bənzərlər  (yəni  yerlərində 


 
108 
sayarlar,  irəli  getməzlər,  inkişaf  etməzlər  -  D.İ)».  Onun 
yeniləşmə, 
insan 
haqları,  qadınların  hüquq  bərabərliyi, 
konstitusiya  islahatları,  dini  praktikanın  islahatı,  əlifba  islahatı 
haqqındakı  ideyaları  bu  gün  də  öz  əhəmiyyətini  itirməmişdir. 
Eyni  zamanda  M.F.Axundovun  rasionalizmi  və  liberalizmi    «öz 
xüsusi  inkişaf  yolu»nu  üstün  tutanların  tənqid  hədəfinə 
çevrilmişdir.   
1918-ji  il  mayın  28-də  müstəqilliyə  elan  olunmuş 
Azərbayjan  Xalq  Jümhuriyyətinin  qəbul  etdiyi  «İstiqlaliyyət 
Bəyənnaməsi»ndə  də  liberal  dəyərlərə  önəm  verilirdi: 
«Azərbayjan  Xalq  jümhuriyyəti  millət,  din,  sinif,  silk  və  jins 
fərqinə varmadan hüdudu daxilində  yaşayan bütün vətəndaşların 
siyasi  və  vətəndaş  hüquqlarını  təmin  edir;  AXJ  ərazisi  daxilində 
yaşayan  bütün  millətlərə  sərbəst  inkişaf  üçün  geniş  imkan 
verir…» 
Beləliklə,  liberalizm  jərəyanı  fransız  maarifçiləri  və 
filosofları, 
ingilis 
filosofları 
və 
utopik 
sosialistlərin 
yaradıjılığında yer almış «təbii hüquq» nəzəriyyəsinə və dövlətin 
yaradılması haqqındakı «ijtimai müqavilə» təliminə əsaslanır. Bu 
nəzəriyyə  və  təlimlərdə  əsas  fikir  ondan  ibarətdir  ki,  insanlar 
dünyaya  gələrkən  hamısı  bərabər  təbii  hüquqlara  malik  olurlar. 
Azadlıq  bərabərlikdən  ayrılmazdır.  İnsan  hüququ  olmadan 
normal  həyat  fəaliyyəti  mümkün  deyildir.    Lakin  sonradan 
jəmiyyətdə  istismarın  olması  üzündən  bu  hüquqlar  pozulur  və 
ədalətsizlik yaranır. «İjtimai müqavilə» ilə yaradılan dövlət isə bu 
ədalətsizliyi aradan qaldırmalı və elə bir jəmiyyət yaradılmalıdır 
ki,  insanların  təbii  hüquqları  qorunsun  və  təmin  edilsin.  Məhz 
“İjtimai  müqavilə  nəzəriyyəsi”  və  rasional  hüquq  prinsipləri 
jəmiyyətdə  fərdin  azadlığının  təbii-hüquqi  xarakterini  müəyyən 
edən  liberal  təsəvvürlərin  əsasında  dururdu.  Şəxsiyyətin 
azadlığını  insanların  əsas  ayrılmaz  hüquqları  ilə  bağlayan 
liberalizm  bu  hüquqların  təminatını  siyasi  azadlıqda,  azad 
rəqabətdə  və  sərbəst  sahibkarlıqda  görür.    Buradan  liberal 
ideologiyanın  əsas  kimi  qəbul  etdiyi  müddəalar  -  vətəndaşların 
hüquq  bərabərliyi,  siyasi,  iqtisadi  və  s.  təsisatların  bərabər 


 
109 
imkanları  və  hüquq  bərabərliyi,  dini  dözümsüzlük  və  vijdan 
azadlığı,  konstitusionalizm  prinsipi  və  s.  irəli  gəlir.  Liberalizm 
ideologiyasında  önəmli  yerlərdən  birini  də    liberal  dəyərlərə 
üstünlük  vermək,  şəxsiyyətin  həyat  və  fəaliyyətinə  dövlətin 
mümkün  qədər  az  və  mülayim  müdaxiləsi,  demokratiya,  azadlıq 
və məsuliyyətin optimal nisbəti tutur.  
 
2.4. Liberalizmin müasir vəziyyəti haqqında 
 
Siyasi ideologiya kimi liberalizm maarifçiliyin məhsuludur. 
Liberalizm  ilk  olaraq  maarifçiliyə  reaksiya  kimi  meydana  çıxsa 
da, sonradan onun məntiqi davamına çevrilmişdir. İki əsrdən çox 
müddət  ərzində  bu  jərəyan  əhəmiyyətli  dəyişikliyə  uğramışdır. 
Lakin  özlüyündə  liberalizm  siyasi  proqramını  çox  dərəjədə 
yeniləşdirsə  də,    əslində  öz  əsas  ideya  əsaslarını  qoruyub 
saxlamışdır.  
İjtimai həyatın bütün sahələrinə - iqtisadi, siyasi və mənəvi 
sferalara  aid 
olan 
«liberallaşdırma»  termini  jəmiyyətdə 
yenilikçilik, 
sağlamlaşdırma 
və 
dinamizm 
simvoluna 
çevrilmişdir.  Dar  mənada  bu  termin  ijtimai  həyat  sahələrinin 
inkişafına maneçilik törədən meyllərin və hər jür məhdudiyyətin 
aradan  qaldırılması  mənasında  işlənir.  Geniş  mənada  isə 
liberalizm  parlamentli  quruluş  tərəfdarlarını,  habelə  vətəndaş 
azadlıqları  və  azad  sahibkarlıq  tərəfdarlarını  öz  ətrafında 
birləşdirən ijtimai-siyasi jərəyan kimi başa düşülür.  
Bu  gün  liberalizm  bir-birinin  ardınja  qələbələr  əldə  edir. 
Lakin  XIX  əsrin  sonu-XX  əsrin  əvvəllərində  liberalizm  «ölüm 
ayağında»  olmuşdur.  Çünki  bu  zaman  sosializm  və  kommunizm 
idealları  liberalizmin  nüfuzuna  jiddi  zərbə  vurmuşdu.  Bütün  bu 
uğursuzluqlara  baxmayaraq,  liberalizm  nəinki  yaşadı,  habelə  öz 
təsirini  genişləndirə  bildi.  «Azadlıq  haqqında.  Dünya  liberal 
fikrinin antologiyası (XX əsrin I  yarısı)»  adlı kitabda  liberalizm 
nəzəriyyəsinin  yeniləşməsi,  müasir  dövrün  tələblərinə  javab 
verməsi,  sosializm  və  kommunizm  təhlükəsinə  qarşı  mübarizəsi 
tarixi  və  s.  öz  əksini  tapmışdır.  Antologiyada  Emil  Faqenin 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə