Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə35/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

 
104 
jəmiyyətinin başlanğıj dövrü kapitalizmin ilk ibtidai forması oldu. 
Burcua  siyasi ideologiyasına  aid  olan konsepsiyalar  kapitalizmin 
ilk  ibtidai  dövrü  üçün  səjiyyəvi  sayılan  vətəndaş  jəmiyyətini 
zəruri  hadisə  kimi  qiymətləndirərək,  həmin  jəmiyyətə  ideoloci 
jəhətdən haqq qazandıran nəzəriyyəyə ehtiyaj duyulduğunu qeyd 
etdilər.  XIX  əsrin  birinji  yarısına  xas  olan  spesifik  şəraitdə 
burcua siyasi fikrinin başlıja istiqaməti liberalizmdən ibarət oldu. 
Liberalizm 
«vətəndaş  azadlığı»nı  müdafiə  etməyə  və 
əsaslandırmağa başlıja diqqət yetirdi.  O, «vətəndaş  azadlığı»nı 
xüsusi  təşəbbüskarlıq  azadlığı,  sahibkarlıq,  müqavilə,  eləjə  də 
söz,  vijdan,  rəy  və  mətbuat  azadlığı  kimi  başa  düşürdü. 
Liberalizm  konsepsiyasına  görə  dövlət  şəxsiyyətin  «vətəndaş 
azadlığı»na  əsaslanan  təhlükəsizliyini,  xüsusi  mülkiyyəti  təmin 
etməli  və  jəmiyyətin  müdafiəsinə  diqqət  yetirməlidir.  Bu  fikir 
həmin  dövrün  siyasi  iqtisadında  məşhur    «azad  tijarət»  formulu 
kimi ifadə olunmuşdu. 
Beləliklə,  insan  hüquqları  ideyasının  inkişafında  sənaye 
inqilabının,  böyük  elmi  kəşflərin  vüsət  alması  və  dinin  nüfuz 
dairəsinin  azalması  ilə  səjiyyələnən  XIX  əsr  xüsusi  yer  tutur. 
Liberalizmin  atası  sayılan  J.Lokkun  «İjtimai  müqavilə»sində 
meydana  çıxan  «insanın  təbii  hüquqları»na  XIX  əsr  mənəvi  və 
iqtisadi  aspekti  əlavə  etdi:  yaxşı  yaşayışa  nail  olmaq  (indi  bunu 
liberallar  bəyan  edirdilər)  və  normal  jəmiyyət  qurmaq  üçün 
hüquq və azadlıqlar labüddür. Amma, hər halda, bəzi müəlliflərin 
fikrinjə,  liberalizmin  əsl  atası  J.Bentam  sayılmalıdır.    Onun 
J.S.Mill  tərəfindən  inkişaf  etdirilən  ideyaları  insan  hüquqlarının 
labüdlüyünün fundamental əsaslarına çevrildi. 
Klassik  liberalizmin  formalaşması  fransız  siyasi  xadimi  
B.Konstanın  və  ingilis  filosofları    J.Bentam    və  J.S.Millin 
konsepsiyalarında 
başa 
çatmışdır. 
Bu 
konsepsiyalarda 
şəxsiyyətin ijtimai həyatın bütün sferalarında reallaşmasının əsası 
olan xüsusi mülkiyyət  prinsipinin etik əsasları verilmişdir. 
Fransada  liberalizmin  ən  böyük  nümayəndəsi  olan 
Benjamen  Konstan  öz  əsərlərində  başlıja  diqqəti  şəxsi  azadlığın 
əsaslandırılmasına  yetirir  və  bu  azadlığı  vijdan,  söz  azadlığı  və 


 
105 
sahibkarlıq,  xüsusi  təşəbbüskarlıq  mənasında  başa  düşür. 
Konstan  azadlığın  iki  növünü,  yəni  siyasi  azadlığı  və  şəxsi 
azadlığı  fərqləndirir.  Onun  fikrinjə,  qədim  xalqlar  yalnız  siyasi 
hakimiyyətin  həyata  keçirilməsində  iştirak  etmək  hüququna  aid 
olan  siyasi  azadlıq  haqqında  təsəvvürlərə  malik  olmuşlar 
(qanunların qəbul olunması, ədalət mühakiməsində iştirak etmək, 
vəzifəli şəxslərin seçilməsi, müharibə və sülh məsələlərinin həlli). 
Lakin  müasir  xalqlar  azadlığı  başqa  jür  başa  düşür,  siyasi 
hakimiyyətdə  iştirak  hüququnu  az  qiymətləndirirlər.  Konstana 
görə, bu ondan irəli gəlir ki, indi artıq böyük dövlətlər mövjuddur 
və  bir  nəfər  vətəndaşın  səsi  həllediji  əhəmiyyət  daşımır.  Digər 
tərəfdən,  qədim  dövrlə  müqayisədə  adamların  siyasi  işlərlə 
məşğul  olması  üçün  vaxt  imkanı  məhduddur.  Eyni  zamanda, 
qədim xalqların mübariz ruhu tijarət ruhu ilə əvəz olunmuşdur və 
müasir  xalqlar  sənaye  və  tijarətlə  məşğul  olduğundan  idarəetmə 
məsələləri ilə maraqlanmağa, dövlətin işinə qarışmağa vaxt tapa 
bilmirlər. Nəhayət, Konstan belə nətijəyə gəlir ki, yeni xalqların 
azadlığı  fərdlərin  dövlət  hakimiyyətindən  asılı  olmaması  ilə 
səjiyyələnən şəxsi, vətəndaş azadlığıdır.  
Konstan  azadlıqla  hakimiyyəti  eyniləşdirən  Russonun 
nəzəriyyəsini  və  xalq  suverenliyinin  digər  tərəfdarlarını  tənqid 
edərək  bildirirdi  ki,  xalqın  məhdudlaşdırılmayan  hakimiyyəti 
fərdi  azadlıq  üçün  təhlükə  törədir.  Filosofun  fikrinjə,  yakobinlər 
diktaturası 
və 
terrorçular 
dövründə 
aydın 
oldu 
ki, 
məhdudlaşdırılmayan  xalq  suverenliyi  mütləq  monarxiya 
suverenliyindən az təhlükəli deyil. Ona görə də xalqın suverenliyi 
məhdudlaşdırılmasa fərdin təhlükəsizliyini təmin etmək olmaz və 
suverenliyin 
hüdudu 
ədalət 
və 
insan 
hüququ 
ilə 
məhdudlaşdırılmalıdır.  
İngilis  liberalizminin  nümayəndəsi    Jeremi  Bentam  isə  ilk 
əsərlərində  təbii  hüquq  nəzəriyyəsini  rədd  edirdi.  O,  həyata 
keçirilməsini  qeyri-mümkün  hesab  etdiyinə  görə  «ijtimai 
müqavilə»  anlayışını  da  mənasız  sayırdı.  J.Bentam    insan  və 
vətəndaş hüquqlarına dair fransız bəyannaməsini (1789) hərtərəfli 
tənqid  edir  və  qəti  şəkildə  bildirirdi  ki,  şəxsiyyətin  hüququ 


 
106 
ideyası  anarxiyanın  əsaslandırılmasına,  dövlət  hakimiyyətinə 
müqavimət  göstərilməsinə  gətirib  çıxarır.  Filosof  yalnız  dövlət 
tərəfindən yaradılan hüququ real hüquq kimi qəbul edir. Lakin o, 
bildirir  ki,  mövjud  qanunlar  köhnə  və  qeyri-mükəmməldir.  O, 
qanunverijiliyin  təkmilləşdirilməsi  meyarını  bunda  görür  ki, 
qanunverijilik  son  nətijədə  hisslərdə  və  təjrübədə  sarsılmaz  əsas 
əldə  etməlidir.  Bu  jür  əsas  axtarışlarını  J.Bentam  utilitraizm 
(mənfəət) nəzəriyyəsində işləyib başa çatdırır. Filosofun fikrinjə, 
faydalanmaq  prinsipi  insanları  həyatdan    zövq  almağa  və  jəza 
orqanı olan hakimiyyətə tabe edir. Qanun nə qədər jəzalandırma 
ilə  bağlıdırsa,  o  öz-özlyündə  şərdir  və  hər  bir  qanun  azadlığın 
pozulmasıdır.  Lakin  qanun  zərurətdir,  çünki  onsuz  təhlükəsizliyi 
təmin  etmək  qeyri-mümkündür.  Utilitraizm  nəzəriyyəsinə  görə, 
tərəflər xüsusi mənafelərindən çıxış edərək müqavilənin şərtlərini 
özləri müəyyənləşdirməlidir.  
İngilis  nəzəriyyəçisi  J.S.  Mill    müasir  liberal  nəzəriyyəni 
inkişaf  etdirən  və  onu  ijtimai  həyatın  müxtəlif  sahələrinə  tətbiq 
edən  külli  miqarda  fəlsəfi  əsər  çap  etdirmişdir.  Mill  belə  hesab 
edirdi  ki,  insan  hüquqları  hər  jür  hörmətə  layiqdir,  çünki  bu 
hüquqlar  jəmiyyətin  sabit  inkişafı  və  ümumi  xoşbəxtliyin  əldə 
edilməsi  üçün  zəruridir.  J.S.Millin  «Azadlıq  haqqında»  və  b. 
əsərləri liberal proqramın nümunəsidir. O, dövlət və jəmiyyətin 
fərdlə  münasibətlərini  müəyyən  edən  adi  prinsipi  göstərmiş  və 
qeyd  etmişdir  ki,  insan  tərəqqi  edən  varlıqdır.  Bu  prinsipin 
istənilən  şəraitdə  tətbiqi  insanı  istənilən  vəhşilikdən  xilas  edir.  
Millə  görə,  millətin  uğurlu  inkişafı  üçün  dövlət  tərəfindən  siyasi 
təqibləri  dayandırmaqla  yanaşı  jəmiyyətin  şəxsi  həyata 
müdaxiləsinə də son qoymaq gərəkdir.  
J.S.Millin  utilitarizm  fəlsəfəsinə  görə,  hər  bir  insanın  öz 
mənafeyi  var  və  o  öz  mənafeyini  başa  düşməyə  qadirdir,  onu 
həyata  keçirməyə  jan  atır;  sərfəlilik  subyektiv  anlayış  olduğuna 
görə hər kəs onu öz bildiyi kimi dərk edir; nəyin həqiqətən sərfəli 
olduğunu  anjaq  bazar  müəyyən  edə  bilər;      insana  yaşamaq, 
işləmək  və  bazarda  sərbəst  şəkildə  hərəkət  etmək  imkanı 
verilməlidir  və  bu,  son  nətijədə  jəmiyyətə  insanın  lider, 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə