Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə32/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

 
95 
filosof qeyd edirdi ki, dövlət tərəfindən hamıya bərabər imkanlar 
yaradılmalıdır  ki,  hamı  mülkiyyətə  sahib  ola  bilsin.  Dövlətin 
borjudur ki, insanların xüsusi mülkiyyətinin və xüsusi mülkiyyət 
hüququnun təminatçısı olsun. 
J.Lokkun  jəmiyyət  və  dövlət  haqqında  olan  baxışlarındakı 
ziddiyyət  bununla  bitmir.  O,  dövlət  haqqındakı  təlimində  sosial-
siyasi  kompromis  tərəfdarı  olub,  bir  tərəfdən  monarxiyanı,  digər 
tərəfdən isə parlamenti saxlamaq tərəfdarı kimi çıxış edir. Dövlət 
quruluşu  haqqında  danışarkən  isə  o,  hakimiyyətin  üç  yerə 
bölünməsini  təklif  edir:  -  qanunveriji  (parlament),  ijraediji 
(məhkəmə,  ordu),  federativ  (yəni  başqa  ölkələrlə  münasibət 
yaradan  –  kral,  nazirlər).  Mütləq  monarxiyanı  rədd  edən  J.Lokk 
hakimiyyətin  bölüşdürülməsini  irəli  sürür  və  burada  əsas  yeri 
qanunveriji  orqana  verir.  Bu  da  onu  T.Hobbsdan  fərqləndirən 
əsas  jəhətdir.  «Hakimiyyətin  belə  bölünməsi  bütün  normal 
ölkələrə və yaxşı təşkil edilmiş dövlətlərə xasdır» - deyə, J.Lokk 
yazır.  Lakin  bu  bölgü  konstitusiyalı  monarxiyanı  saxlamaq 
vasitəsidir.  Şanlı  inqilabdan  (1688)  sonra  İngiltərənin  yeni 
quruluşu  öz  dövrü  üçün  demokratik  və  irəliyə  doğru  atılmış  bir 
addım olmasına baxmayaraq, bəzi radikal qüvvələri razı salmadı. 
J.Lokk  xalqın  üsyana  olan  hüququnu  belə  izah  edirdi:  «Əgər 
qanunçu  xalqın  əlindən  onun  mülkiyyətini  alıb  məhv  etməyə 
çalışırsa,  yaxud  onu  despotik  hakimiyyətin  quluna  çevirmək 
istəyirsə, onda o, özünü xalq ilə müharibə vəziyyətinə salır, xalq 
da  öz  növbəsində  itaətdən  çıxıb  üsyan  edir»  və  nətijədə  «xalq 
vəziyyətin əsl hakiminə çevrilir». 
Bu  o  zamanlar  idi  ki,  mövjud  Stüartlar  sülaləsi  artıq  öz 
mürtəje siyasəti ilə xalqı öz üzərinə qaldırmış və nətijədə xalq da 
onun hakimiyyətinə son qoyaraq ölkədə yeni qaydalar yaratmışdı. 
Bu  siyasi  hadisələr  isə  heç  şübhə  yoxdur  ki,  Stüartlara  müxalif 
olan  bir  sıra  qüvvələr  tərəfindən  və  eləjə  də  J.Lokk  tərəfindən 
ideoloci jəhətdən hazırlanmışdı. 
J.Lokkun  bu  fikri  XIX  əsrin  birinji  yarısında  Azərbayjan 
mütəfəkkiri 
M.F.Axundov 
tərəfindən  daha  da  inkişaf 
etdirilmişdir.    M.F.Axundov  xalqın  üsyan  etmək  hüququnun 


 
96 
(«despotun  atasına  od  vurmaq»    hüququnun)  olduğunu 
«Kəmalüddövlə  məktubları»  əsərində  əsaslandırmışdır.  Eyni 
zamanda M.F.Axundov J.Lokkdan da irəli gedərək konstitusiyalı 
monarxiyanın  parlamentli  respublika  quruluşu  ilə  əvəz  edilməsi 
zərurətini söyləmişdir. Lakin J.Lokk inqilabdan qaçınmaq üçün əl 
yeri  də  qoyurdu:  yəni  xalqı  inqilab  həddinə  gətirib  çıxarma, 
onunla dil tap. Bu, liberalizmin təməl daşını təşkil edirdi. 
J.Lokkun  ideyaları  içərisində  təbiət-jəmiyyət  problemləri 
sırasında  bəşəriyyətin  qorunub  saxlanması  ideyası  da  böyük 
əhəmiyyət  kəsb  edirdi.  Daha  doğrusu,  təbiətə  qarşı  mübarizə 
aparan insan axırda öz-özünə qəbir qazmış olur. J.Lokk irəlijədən 
bugünki böhran hallarını görür və həyəjan təbilini çalırdı. 
J.Lokkun  dinə  münasibəti  də  maraqlıdır.  O,  «Dini 
dözümlülük haqqında məktub»unda kilsənin dövlətdən ayrılması 
və dini etiqad azadlığı uğrunda çıxış edirdi. İnsanın şəxsi əqidəyə, 
təkrarsız  daxili  aləmə  malik  olmaq  hüququnu  dərk  etməsi  XVI 
əsrdə Qərbi Avropanın ijtimai şüurunda dini reformasiya uğrunda 
kütləvi  hərəkat  dövründə  yayılmağa  başlamışdır.    Lüteran, 
kalvinist  və  b.  protestant  jərəyanlarının  və  təriqətlərin  meydana 
gəlməsi, təriqətçilərin öz əqidələrini inadkarlıqla müdafiə etməsi 
jəmiyyətdə dini dözümlülük ideyasının yaranmasına, vahid dövlət 
dininin  tətbiqindən  imtina  edilməsinə  səbəb  olmuşdu.  1640-jı  il 
İngiltərə inqilabının gedişində independent və leveller partiyaları 
əsas tələblərdən biri kimi etiqad azadlığını irəli sürürdülər.  Lokk 
insanın  öz  müqəddəratını  təyin  etməsinin  tərəfdarı  idi  və  dini 
etiqad  azadlığını  dövlətin  insanı  məhrum  edə  bilməyəjəyi  əsas 
«təbii hüquq»lardan biri kimi qəbul edirdi. 
Katiolisizmin  tüğyan  etdiyi,  protestantların  təqib  olunduğu 
bir  müddətdə  dini  tolerantlığı  təbliğ  etmək  böyük  səy  və  jürət 
tələb  edirdi.  J.Lokkun  dinin  dövlətdən  ayrılması  ideyasını  təbliğ 
edən əsərləri gizlin, anonim çap olunurdu. Dini görüşlərində o, bu 
məsələlərdən    kənara  çıxır.  İ.Narski  yazır  ki,  J.Lokkda  ağıl  ilə 
dinin mübahisəsində, Tolandoda olduğu kimi, heç də həmişə ağıl 
qəti qələbə çalmır. J.Lokk kilsə xadimlərinin bir çox ehkamlarına 
kinayə  ilə  yanaşırdı.  Özünün  sonunju  əsərində  o,  ağılın  dindən 


 
97 
yüksəkdə  dayandığını,  dinin  real  faktlarla  təsdiq  olunmadığını 
göstərir.  J.Lokkun  dinə  aid  olan  əsərlərində  dini  tolerantçılıq 
(dözümlülük)  məsələləri  xüsusi  yer  tutur.  «Dini  dözümlülük 
haqqında təjrübə» əsərində J.Lokk belə bir sual qoyur: «Dövlətin 
marağı    baxımından  hansı  dini  azadlıq  daha  əlverişlidir?».  Bu 
sahədə  adamların  fikrini  və  hərəkətini  o,  aşağıdakı  kimi 
qruplaşdırır: 
 
1.
 
Dövlət və jəmiyyət dini işlərə qarışmır; 
2.
 
Din dövlətin və jəmiyyətin işinə qarışmır; 
3.
 
Heç biri o birinin işinə qarışmır. 
J.Lokkun  dini  dözümlülük  konsepsiyası  ateizmə  gətirib 
çıxarmır,  əksinə,  o,  dövlətdən  tələb  edirdi  ki,  ateistlərə  yer 
verməsin,  çünki  onlara  and  içdirmək  mümkün  deyil,  yəni  onlar 
«ijtimai  müqavilə»  də  bağlamazlar.  Dini  plüralizm  dövlət  üçün 
təhlükəli deyil, amma katoliklərə qarşı dözüm göstərmək olmaz. 
Çünki onlar, əvvəla, krala deyil, papaya tabedirlər, ikinjisi, onlar 
başqa  dinlərə  dözmürlər.  J.Lokk  eyni  zamanda  qeyd  edirdi  ki, 
jəmiyyətdə  və  ölkədə  dini  seçim  azadlığı  mövjud  olmalıdır. 
«İnsanların  hüquqları  dini  əlamətə  görə  pozulmamalıdır»,  din 
dövlətdən  ayrılmalıdır,  «heç  kim  öz  inamını  başqasına  təlqin 
etməyə  çalışmamalıdır»  və  s.  Bu  ideyların  şübhə  yoxdur  ki, 
gələjək  üçün  çox  böyük  təsiri  olmuş,  sonrakı  nəsillər  həmin 
ideyalardan xeyli bəhrələnmişdir. 
Lokkun  bu  ideyaları  böyük  ruh  yüksəkliyi  ilə  qarşılandı. 
Avropa hələ də kral mütləqiyyətinin hakimiyyəti altında idi, lakin 
İngiltərədə  Stüartların  idarəçiliyindən  sonra  hakimiyyətin  bütün 
formalarına  şübhə  ilə  yanaşırdılar.  Təbii  hüquqların,  qanunun 
hakimiyyətinin    və  inqilab etmək  hüququnun bu jür  güjlü  fəlsəfi 
müdafiəsi  İngiltərədə  çox  hərarətlə  qarşılandı.  Lokkun    və 
levellerlərin  ideyaları    İngiltərədən  gedən  gəmilərlə  Yeni 
Dünyaya (Amerikaya) çatdırıldı. 
Lokkun dəqiq və başadüşülən şəkildə əsaslandırdığı klassik 
liberalizm  prinsipləri  tezliklə  Qərbdə  şöhrət  qazandı.  Lokkun 
formalaşdırdığı  prinsiplər  hazırkı  dövrdə  də  öz  aktuallığını 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə