Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə28/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   24   25   26   27   28   29   30   31   ...   78

 
83 
I  Karlın  edamından  (1649)  sonra  da  hakimiyyət  Oliver 
Kromvelin əlində olan zaman çox qızğın intellektual müzakirələr 
(mübahisələr)  gedirdi.  Levellerlər  tam  ideyalar  toplusu  irəli 
sürmüşdü ki, bu da liberalizm adı ilə bizə məlum olmuşdur. Onlar 
dini  azadlığın  və  qədim  ingilis  hüquqlarının  müdafiəsini 
özünüifadə  və  təbii  hüquqlar  kontekstində  irəli  sürürdülər. 
«Bütün  tiranlar  əleyhinə  yönəlmiş  ox»  adlı  məşhur  həjvdə 
levellerlərin liderlərindən biri Riçard Overton bildirirdi ki, hər bir 
insan «özü özünü ifadə edir», özü özünə mənsubdur, yəni özünün 
özünə  mülkiyyət  hüququ  var  və  beləliklə,  yaşamaq  hüququ, 
azadlıq  və  mülkiyyət  hüququna  malikdir.  «Heç  kim  mənim 
hüquqlarım  və  azadlığım  üzərində  mülkiyyətə  malik  deyil,  və 
mənim  özüm  də  başqalarının  hüquqları  və  azadlığı  üzərində 
hakimiyyətə malik deyiləm». 
Levellerlər  hərəkatı  jəmi  dörd  il  (1645-1649)  sürdü  və 
onların  tələblərini  həddindən  artıq  radikal  hesab  edən  parlament 
tərəfindən  yatırıldı.  Lakin  yüz  ildən  bir  qədər  çox  müddətdən 
sonra 
«Xalq  sazişi»  müddəalarındakı  ideyalar  ABŞ-ın 
İstiqlaliyyət  Bəyannaməsi və Konstitusiyasında  öz əksini tapmış 
oldu.  Kromvelin  1649-ju  ildən  başçılıq  etdiyi  İngiltərə 
respublikası  uzun  müddət  qala  bilmədi.  Belə  ki,  I  Karlın  edam 
edilməsi  və  ölkədə  burcua  quruluşunun  yaradılması  hakim 
burcuaziyanı  və  feodal  zümrəsini  heç  də  razı  salmamışdı. 
Kromvel 1653-jü ildə özünün hərbi diktaturasını quraraq inqilaba 
və respublikaya son qoydu. 1658-ji ildə Kromvel öldükdən sonra 
hakimiyyət onun oğluna keçsə də,  o, bu jür qarışıq vaxtda dövləti 
idarə edə bilmədi.  
Beləliklə,  levellerlərin  və  digər  radikalların  səyinə 
baxmayaraq  1660-jı  ildə  Stüartlar  sülaləsi  yenidən  hakimiyyətə 
gəldi.  Edam  edilmiş  kralın  oğlu  II  Karl    həmin  il  taxta  dəvət 
edildi.  Kral  vijdan  azadlığına  və  əkinçilərin  hüquqlarına  hörmət 
edəjəyini,  torpaqların  yeni  sahiblərində  qalajağını,  parlamentin 
razılığı  olmadan  vergi  qoymayajağını  öhdəsinə  götürmüşdü.  Bu, 
Stüartlar sülaləsinin restavrasiyası, məhdud monarxiyanın bərpası 
demək idi. Xalqın sevinjlə qarşıladığı kral zəbt edilmiş torpaqları 


 
84 
öz  əvvəlki  sahiblərinə  qaytarmağı  əmr  etdi,  vahid  anqlikan 
kilsəsini  bərpa  və  protestant  sektalarını  qadağan  etdi.  Həm  II 
Karl,  həm  də  ondan  sonra  hakimiyyətə  gələn  qardaşı  II  Yakov 
kral  hakimiyyətini  genişləndirməyə  jəhd  göstərir  və  verdiyi 
vədlərə əməl etmirdilər.   Lakin inqilab ölkəni dəyişmişdi və onu 
köhnə qaydalarla idarə etmək mümkün deyildi. Parlament kralın 
onu buraxmasına imkan verməmək məqsədilə kralın xərjləri üçün 
hər  il  parlament  tərəfindən  pul  vəsaitinin  müəyyən  olunması 
haqqında qərar qəbul etdi, kralın hər hansı fərman verməməsinə 
nəzarət  edərək,  ölkədəki  qanunları  yalnız    özü  qəbul  etməyə 
başladı.  
Parlamentdə  bu  zaman  «torilər»  (kralın  tərəfdarları)  və 
«viqilər»in (parlamentin üstünlüyünü müdafiə edənlər) partiyaları 
yaranmışdı. 
Onların 
arasında 
mübarizə 
1679-ju 
ildə 
kəskinləşəndə  viqilər  kraldan  tələb  edir  ki,  öz  kiçik  qardaşını 
katolik  olduğuna  görə  vərəsəlik  hüququndan  məhrum  etsin.    II 
Karl  bu  tələbi  yerinə  yetirməkdən  imtina  edərək  parlamenti 
buraxır. Bundan sonra parlament dörd il çağırılmır. Üsyan etmiş 
viqilər  darmadağın  edilir,  onların  liderləri  edam  olunur,  yaxud 
mühajirət  etməli  olur.  II  Karlın  ölməsindən  sonra  1685-ji  ildə 
taxta  çıxan  II  Yakov  ölkəni  parlamentlə  hesablaşmadan  idarə 
edirdi.  Onun  «Dini  dözümlülük  haqqında  bəyannamə»si  əhali 
tərəfindən  İngiltərədə  ən  çox  nifrət  edilən  katoliklyin  bərpa 
olunması  istiqamətində  ilk  addım  kimi  qəbul  olundu.  Bu, 
parlamentdəki  torilər  və  viqilərin  II  Yakova  qarşı  birləşməsinə 
gətirib çıxardı. 
Nətijədə  parlament  1688-ji  il  Şanlı  inqilabı  nətijəsində  II 
Yakovu  devirdi  və  Hollandiya  hakimi  Oranlı  Vilhelmi 
hakimiyyətə  gətirdi.  1689-ju  ildə  parlament  «Hüquqlar  haqqında 
bill»  (Bill  of  rigts)  qəbul  etdi.  II  Vilhelm  ingilislərin  «həqiqi, 
qədim və şəksiz hüquqları»na hörmət edəjəklərinə söz verdi. Bu 
qanun  məhdud  parlamentli  monarxiya  recimini  təsbit  etdi.    Kral 
ordu  və  məhkəmə  üzərində  hakimiyyət  hüququndan  məhrum 
olundu.  O,  parlamentin  qəbul  etdiyi  qanunları  ləğv  etmək,  vergi 
qoymaq,  qoşun  toplamaq  hüquqlarından  da  məhrum  edildi.  


 
85 
«Hüquqlar haqqında bill» parlamentin kral hakimiyyəti üzərində 
üstünlüyünü  təsdiqlədi,  ölkədə  konstitusiyalı  monarxiyanı 
bərqərar etdi. Bundan sonra parlament qanunlar verməklə ölkəni 
idarə  edirdi,  kral  isə  «padşahlıq  edir,  lakin  idarə  etmir»di. 
Nətijədə, parlamentlə mütləqiyyət arasında bir əsrə qədər davam 
edən müharibəyə son qoyuldu. Beləliklə, ölkədə hüquqi, vətəndaş 
jəmiyyətinin rüşeymləri meydana gəldi. İngiltərə inqilabı və onun 
respublika quruluşu, hamının qanun qarşısında hüquq bərabərliyi 
digər Avropa ölkələrinin gələjək inkişafına böyük təsir göstərdi. 
Lakin  «Şanlı inqilab»dan sonra da parlament ölkənin bütün 
əhalisini  təmsil  etmirdi.  Böyük  Britaniyanı  (təminatlı  insan 
haqları  baxımından)  hələ  nə  demokratik,  nə  də  azad  ölkə 
adlandırmaq olardı. Əhalinin yoxsul təbəqələri, eləjə də bəzi etnik 
azlıqlar  və  qadınlar  səsvermə  hüququndan  və  digər  mühüm 
hüquqlardan məhrum  idi. Maraqlıdır  ki,    məşhur  iqtisadçı Adam 
Smit  (1723-1790)  Edinburq  Universitetinin  professoru  olsa  da, 
səsvermə  hüququna  malik  deyildi…  1867-ji  ildə  həyata 
keçirilmiş böyük seçki islahatı nətijəsində səsvermə hüququ olan 
şəxslərin  sayı  iki  milyon  nəfərədək  artdı.  Böyük  Britaniyada 
(ABŞ-da  olduğu  kimi)  ümumi  seçki  hüququ  uzun  mübarizədən 
sonra  yalnız  XX  əsrin  20-ji  illərində  tətbiq  olunmuşdur.  Böyük 
Britaniya qadınları seçki hüququna sonunju olaraq nail olmuşlar. 
Şanlı  inqilab  dövrünü  liberalizmin  doğulması  dövrü 
adlandırmaq  olar.  Jon  Lokk  (1632-1704)  çox  haqlı  olaraq  ilk 
həqiqi  liberal  və  müasir  siyasi  fəlsəfənin  atası  hesab  edilir.  
Lokkun  ideyaları  ilə  tanış  olmadan  bizim  hazırda  yaşadığımız 
dünyanı  başa  düşmək  olmur.  Lokku  parlament  quruluşunu 
bərqərar  etmiş    1688-ji  il  Şanlı  İngiltərə  inqilabının  ideoloqu 
hesab  etmək  olar.  O,  həmişə  Viqilər  partiyasına  (Britaniyanın 
gələjək  Liberal  partiyası)  rəğbət  bəsləmişdir.  Bu  partiya  kral 
hakimiyyətinin  məhdudlaşdırılmasının  tərəfdarı  idi.  Şanlı 
inqilabın  qələbəsindən  sonra  Lokk  yeni  kral  Oranlı  Vilhelmlə 
birlikdə vətənə dönərək təntənə ilə qarşılanır və tezliklə viqilərin 
qəbul etdiyi intellektual liderə çevrilir. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə