Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə24/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   20   21   22   23   24   25   26   27   ...   78

 
71 
müqavilə, ikinjisi qərar adlanır. Xüsusi müqaviləyə görə ayrı-ayrı 
fərdlər  sabit  məqsəd  ətrafında  birləşir.  Sonra  isə  özləri  üçün 
münasib  olan  idarəetmə  forması  təşkil  etmək  məqsədilə  qərar 
qəbul  edirlər.  Bu  qərarda  nəzərdə  tutulur  ki,  adamların  azad 
surətdə  özlərinə  seçdikləri  başçı  xalqın  qayğısına  qalmalıdır, 
vətəndaşlar  isə  hakimiyyətə  tabe  olmalıdır.  Xalq  tərəfindən 
seçilən başçının hakimiyyəti yeganə ali hakimiyyətdir, ona qeyri-
məhdud  səlahiyyətlər  verilir  və  prinsip  etibarilə  öz  hərəkətləri 
üçün məsuliyyət daşıyır. 
Liberalizmin  tarixdən  əvvəlki  dövrü,  klassik  liberalizm  və 
yaxud  da  ki,  libertarizm  dövrü  İntibah  və  protestant 
Reformasiyası  (kilsənin  yenidən  qurulması)  zamanı  özünün 
kulminasiya nöqtəsinə çatdı.  İntibah dövründə klassik təlimlərin 
və  humanizmin  yenidən  kəşfi  Orta  əsrlər  dövrünün  yerinə  Yeni 
dövrün gəlməsi hesab olunur. Məşhur romançı Ayn Rend İntibah 
dövrü dedikdə onu liberalizmin rasionalist, fərdiyyətçi və dünyəvi 
müxtəlifliyi  kimi  izah  edir.  Orta  əsrlər  dövrü  mistisizm,  kor-
koranə  inam,  etiqadın  ağıldan  üstün  olması  haqqında  doqmaya 
sədaqətlilik  dövrü  idi.  İntibah  ağılın  yenidən  dirçəlişi,  insan 
ağlının azad olması, rasionallığın mistisizm üzərində qələbəsi idi 
ki, bu qələbə elmin, fərdiyyətçiliyin, azadlığın doğuluşuna gətirib 
çıxardı.  Lakin  tarixçi  Ralf  Rayko  belə  hesab  edir  ki,  İntibah 
dövrünün liberalizmin inkişafındakı rolu şişirdilir. Onun fikrinjə,  
hüquqlar  və  müstəqil  hüquqi  institutların  müstəqilliyi  haqqında 
orta 
əsrlərin 
sənədləri 
İntibah 
dövrünün 
prometeyçi 
fərdiyyətçiliyinə  nisbətən  azadlıq  üçün  daha  geniş    imkanlar 
açmışdır. 
Devid  Boyz  isə  İntibah  dövrünün  tarixdə  liberal  ideyaların 
inkişafındakı  rolunu  daha  üstün  tutur.  D.Boyzun  fikrinjə, 
protestant islahatçılar olan Martin Lüter (alman protestantizminin 
–  lüterançılığın  banisi)  və  Can  Kalvini  (onun  təlimi  Fransada 
yayılmış,  onun  ardıjılları  isə  quqenotlar  adlanmışlar)  liberal 
adlandırmaq düzgün olmasa da,  katolik kilsəsinin inhisarına son 
qoymaqla  onlar  özləri  də  bilmədən  protestant  sektalarının 
inkişafına yol açmışlar. Məsələn, bu sektalardan olan kvakerlər və 


 
72 
baptistlər  liberal  fikrin  inkişafında  mühüm  rol  oynamışlar
Kvakerlər  İngiltərədə    J.Foks  tərəfindən  yaranmış  dini  xristian 
ijmasının  üzvləri  olmuş,  «daxili  işıqlanma»  haqqında  mistik 
təlimi təbliğ etmişlər. Təqiblərə məruz qalan kvakerlərin bir çoxu 
1760-jı  ildə  Amerikaya  mühajirət  etmişlər.  Baptistlərin  birinji 
vətəni  İngiltərə,  ikinji  vətəni  isə  ABŞ-dır.    Baptistlər  dinin 
dövlətdən  ayrılmasını  tələb  edir,  siqaret  çəkməyin,  spirtli  içkilər 
qəbul  etməyin  əleyhinə  idilər.  Onlar  hesab  edirdilər  ki,    həqiqi 
kilsə  –  etiqad  edənlərdən  ibarət  olmalıdır  və  onlara  kilsə 
iyerarxiyası lazım deyildir. Baptistlərin dini ehkamları yoxdur, öz 
hərəkatlarının    ideoloci  əsasını  Yevangeliyada  -  İsa  haqqında 
rəvayətlərdə («yevangeliye» yunanja «şad xəbərlər» deməkdir və 
Azərbayjan dilində ona «İnjil» deyilir) axtarırlar. 
Reformasiya  dövründəki  dini  müharibələrdən  sonra  
insanlar  «jəmiyyət  bir  dinə  malik  olmalıdır»  fikrinə  şübhə  ilə 
yanaşmağa başladılar. Əvvəllər isə hesab olunurdu ki,  vahid dini 
və  əxlaqi  hakimiyyət  olmasa  jəmiyyət  dağıla  bilər.  Bu  dərin 
konservativ  ideya  uzun  bir  tarixə  malikdir.    Onun  kökləri  bu  və 
ya  digər  dərəjədə  Platona  gedib  çıxır.  Filosof  göstərirdi  ki,  ideal 
jəmiyyətdə  hətta  musiqini  də  nizamlamaq  lazımdır.  Bizim 
dövrümüzdə  bu  ideyanı  göylərə  qaldıran  sosialist  Robert 
Heylbroner  yazır  ki,  sosializm  kollektiv  əxlaqi  məqsədlər  tələb 
edir,  çünki  «razılaşdırılmamış  hər  bir  səs  təhlükə  yaradır».  O 
hətta  yaşadığı  Virginiya  ştatının  Ketlett  şəhərinin  buddist 
məbədinin  tikintisindən  ehtiyatlanan  əhalinin  işlətdiyi  bu  sözləri 
sitat gətirir: 
«  Biz  bir  həqiqi  Allaha  inanırıq  və  bu  yalançı  dindən 
qorxuruq, çünki o bizim uşaqlara pis təsir edə bilər». 
1555-ji ildə Auqsburq sazişi ilə Avropada katolik kilsəsi ilə 
yanaşı  protestant  kilsəsi  də  yarandı.  Reformasiyadan  sonra 
insanların çoxu gördü ki, jəmiyyətdə dinlərin və əxlaqi baxışların    
müxtəlifliyi  (lüteran,  kalvin,  anqlikan  kilsəsi)  jəmiyyətin 
dağılmasına  gətirib  çıxarmadı.  Əksinə,  müxtəliflik  və  rəqabət 
jəmiyyəti daha güjlü etdi. 


 
73 
XVI  əsrdə  dövlətin  kilsə  tərəfindən  müdafiə  olunmasına 
yox,  daxili  parçalanma  və  Reformasiya  hərəkatı  nətijəsində 
zəifləyən  kilsənin  dövlət  tərəfindən  dəstəklənməsinə  daha  çox 
ehtiyaj  yarandı.    Kilsənin  zəifləməsi  kral  mütləqiyyətinin 
güjlənməsi  ilə  özünü  biruzə  verirdi.  Bu  öz  əksini  Fransada  XIV 
Lüdovikin,  İngiltərədə  isə  Stüartlar  sülaləsinin  idarə  etməsində 
daha  aydın  göstərdi.  Monarxlar  öz  bürokratiyasını  yaratmağa, 
yeni  vergilər  qoymağa,  nizami  ordunun  əsaslarını  yaratmağa  və 
özlərinə daha çox hakimiyyət tələb etməyə başlamışdılar. Özünü 
günəş-kral  adlandıran  XIV  Lüdovikin  «dövlət  -  mənəm»  fikri 
tarixə düşmüşdür. O, protestantlığı qadağan etmişdi və Fransada 
katolik  kilsəsinin  başçısı  olmağa  jəhd  göstərirdi.  Təqribən  70  ilə 
yaxın  hökmdarlıq  etmiş  XIV  Lüdovik    Fransanın  nümayəndəli 
orqanı  olan  Baş  ştatları  bir  dəfə  də  olsun  çağırmadı.  Onun 
maliyyə  naziri  merkantilizm  siyasəti  yeridərək  iqtisadiyyata 
nəzarət  edir,  onu  planlaşdırır,  istiqamətləndirir,  ona  maliyyə 
yardımı  göstərir,  müəssisələri  milliləşdirir  və  ya  onları  qadağan 
edir,  üstün  imtiyazları,  qiymətləri  və  keyfiyyət  standartlarını 
müəyyənləşdirirdi. 
İngiltərədə  hakimiyyətdə  olan  Stüartlar  sülaləsi  də  mütləq 
monarxiya  qururdu.  Onlar  ümumi  hüquqları  inkar  etməyə  və 
İngiltərənin  nümayəndəli  orqanı  olan  parlamentin  razılığı 
olmadan  vergiləri  artırmağa  jəhd  göstərirdi.  Lakin  İngiltərədə 
vətəndaş  müharibəsi  və  parlamentin  təsiri  kontinentə  nisbətən 
güjlü  olduğundan  Stüartlar  I  Yakovun  hakimiyyətə  gəlməsindən 
təqribən  40  il  sonra  hakimiyyətdən  getməli  oldu.  Mütləqiyyətə 
müqavimətin  kulminasiyası  1649-ju  ildə  Yakovun  oğlu  I  Karlın 
edamı oldu. 
Bu 
dövrdə 
Fransa 
və 
İspaniyada 
mütləqiyyət 
möhkəmlənmişdi,  Niderland  isə  dini  dözümlüyün,  azad 
kommersiyanın  və  məhdudlaşdırılmış  hakimiyyətin  olduğu  bir 
ölkəyə  çevrilmişdi.  XVII  əsrdə  İspaniyadan  öz  müstəqilliyini 
almış  Niderland  şəhərlərin  və  vilayətlərin  konfederasiyasını 
yaratmış,  əsrin  aparıjı  tijarət  dövlətinə  və  təqiblərdən  qaçanların 
isti  yuvasına  çevrilmişdi.  İngilis  və  fransız  dissidentləri  holland 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə