Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

 
74 
şəhərlərində öz kitablarını nəşr etdirirdilər. Bu qaçqınlardan biri, 
yəhudi  mənşəli  (onun  valideynləri  Portuqaliyadan  katolik 
təqiblərinə  görə  qaçıb  Niderlanda  gəlmişdi)  Niderland  filosofu  
Benedikt Spinoza (1632-1677)  «Dini-siyasi traktat» əsərində dini 
dözümlülüklə  XVII  əsr  Amsterdamının  çiçəklənməsinin  xoşbəxt 
qarşılıqlı  əlaqəsini  təsvir  etmişdir.  Belə  ki,  XVII  əsrdə  bu 
çiçəklənən  respublikada  bütün  millətlər  azadlığın  bəhrəsini 
görmüşlər.  Amsterdamda  hansı  din  və  sektaya  mənsub 
olmasından  asılı  olmayaraq  bütün  insanlar  böyük  razılıq 
içərisində  yaşayır,  öz  əmlakını  istənilən  adama  etibar  edirdilər. 
Heç  kimin  himayədarlığına  ehtiyajı    olmadığından  bu  insanlar 
şərəflə  yaşayırdılar.  B.Spinozaya  görə  insanların    qarşılıqlı 
köməyə  ehtiyajı  vardır.  Bu  ehtiyaj  onların  mövjudluğu 
vasitələrindəndir.  «Dövlət  insanları  hər  hansı  düşünjə  tərzini  
mənimsəməyə  məjbur  etmək  iqtidarında  deyil»  fikrinə 
əsaslanmaqla  Spinoza  vijdan  və  söz  azadlığı  ideyasını  irəli 
sürmüşdür.  Filosofa görə,  dövlət o zaman qüdrətli olur ki, nəinki 
hər  bir  vətəndaşın  həyatını  qoruyub  saxlayır,  eləjə  də  onun 
mənafeyinin  müdafiəçisi  kimi  çıxış  edir.  Xüsusi  mülkiyyətin  və 
vətəndaşların 
digər  hüquqlarının  toxunulmazlığı  onların 
rahatlığının  zəruri  şərtidir.  Dövlətin  möhkəmliyi  məhz  bundan 
asılıdır.  O,  dövlət  formaları  içərisində  demokratiyanı  daha  çox 
qiymətləndirirdi.  Filosofun  fikrinjə,  demokratik  idarə  forması 
adamların  ümumi  rifahını,  zəkanın  hökmranlığını  və  azadlığı 
lazımi səviyyədə təmin etməyə qadirdir. O, yazırdı ki, demokratik 
dövlət  «daha  təbiidir  və  azadlığı  daha  çox  yaxındır».    Spinoza 
həmçinin  belə  bir  fikri  əsaslandırırdı  ki,  ali  hakimiyyətin 
vətəndaşların  yığınjağından  ibarət  olduğu  digər  idarəetmə 
formalarında  da  zəkanın  və  azadlığın  hökmranlığı  təmin  oluna 
bilər.   
Sosial  harmoniyanın  və  iqtisadi  tərəqqinin  Niderland 
təjrübəsi  İngiltərədə    və  digər  ölkələrdə  protoliberalları 
ruhlandırmışdı.  Bəşəriyyət  liberalizmin  inkişafında  xüsusi  rol 
oynamış olan XVII əsr İngiltərə inqilabı ərəfəsində idi. 
 


 
75 
2.2. Liberalizm ideologiyasının inkiĢafında xüsusi rol 
oynayan Ġngiltərə inqilabı və Jon Lokk 
 
Liberalizm  ideologiyasının  yaranmasının  kökləri  ən  qədim 
dövrlərə  gedib  çıxsa  da  XVII  əsr  İngiltərə  inqilabı  bu 
ideologiyanın  inkişafında  xüsusi  rol  oynamışdır.  Bu  inqilab 
bəşəriyyətin  həyatında  Yeni  Tarix  dövrünü  açır.  Həmin  dövr 
feodal  zülmündən  qurtulma,  kapitalist  istehsalının  inkişafı, 
insanların  bərabərlik  və  azadlıqlarını  bəyan  etmiş  liberalizm 
ideologiyasının  çiçəklənməsi  və  mənəvi  yeniləşmə  uğrundakı 
kütləvi  hərəkatlar  dövrüdür.  XVII  əsr  liberallarının  yalnız 
vətəndaşların  ümumi  razılığı  ilə  fəaliyyət  göstərməli  olan  dövlət 
haqqında  və  hakimiyyətin  insan  həyatına  müdaxiləsini 
məhdudlaşdırmaq  barədəki  ideyaları  müxtəlif  sənədlərdə  – 
parlament 
aktlarında, 
üsyana 
qalxmış 
demokratların 
çağırışlarında hərtərəfli əksini tapmışdır. Yüz il sonra bu ideyalar 
liberalizm  məfkurəsini  əvvəljə  Avropaya,  sonralar  isə  bütün 
dünyaya  yaymış,  Amerika  və  Fransa  inqilablarına  ruh  və  təkan 
vermişdir. 
İngiltərə  inqilabı  (1640)  zamanı  levellerlər  tarixdə  birinji 
olaraq  insan  hüquqlarını  dövlətin  müdaxiləsindən  qorumalı  olan 
yazılı konstitusiyanın qəbul olunmasını tələb edirdilər; bu, bizim 
insan  hüquqları  haqqındakı  bugünki  təsəvvürümüzə  uyğun 
şəkildə,  yəni  bu  hüquqların  toxunulmaz  və  ayrılmaz  olması 
uğrunda mübarizə aparan ilk kütləvi hərəkat idi. Levellerlər həm 
mütləqiyyətlə,  həm  də  levellerlərin  təbliğ  etdikləri  azadlıq  və 
seçki hüquqlarının anarxiyaya gətirib çıxarajağından ehtiyatlanan 
parlamentin mühafizəkar üzvləri ilə mübarizə aparmalı olurdular. 
Təhsilli adamların aludə olduqları Platon və Aristotelin «səyləri» 
nətijəsində  demokratiya  sözü  elə  nüfuzdan  düşmüşdü  ki, 
levellerlər  özləri  haqqında  demokratiya  tərəfdarı  kimi  deyil, 
siyasi bərabərliyin tərəfdarı kimi danışırdılar. Levellerlərin «Xalq 
sazişi» 
müddəalarındakı 
ideyalar 
ABŞ-ın 
İstiqlaliyyət 
Bəyannaməsi və Konstitusiyasında öz əksini tapmış oldu. 


 
76 
Yeni 
tarixi 
dövrün  başlanğıjında  İngiltərədə  kral 
mütləqiyyətinə  müqavimət  göstərilməsi  güjlü  intellektual 
narazılığı ortaya çıxarmış və protoliberal ideyaların ilk əlamətləri 
1640-jı il İngiltərə inqilabında aydın surətdə  təzahür etmişdir. 
Özünüifadə  azadlığı  uğrunda  fəal  mübarizə  məhz  İngiltərə 
inqilabı  dövründə  başlanmışdır.  Jəmiyyət  və  dövlətdən 
çəkinməyərək  öz  fikrini  ifadə  etmək  hüququ  –  özünüifadə 
azadlığı insan haqlarının ən mühümü və vətəndaşın dövlətin idarə 
olunması  və  ona  nəzarət  edilməsində  həqiqi  iştirakının  əsasıdır. 
«Özünüifadə  azadlığı»  anlayışı  tarixən  vijdan  və  dini  fəaliyyət 
azadlığı, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq və hökumətə 
şikayət  və  tələblərlə  mürajiət  etmək  hüququnu  özündə  əks 
etdirmişdir.  Yadfikirlilik  tarix  boyu  təqib  olunmuşdur.  Uzun 
müddət  yüzlərjə  intellektual  öz  fikirlərini  azad  şəkildə  ifadə 
etməyə 
jəhd 
göstərdiklərinə 
görə 
dövlət 
tərəfindən 
jəzalandırılmışlar.  Məsələn,  1637-ji  ildə  İngiltərədə  mətbuata 
senzura  qoyulan  il  ingilis  yazıçısı  Uilyam  Prinn  öz  kitabında  
«kraliçaya böhtan atdığına» görə ömürlük həbs jəzasına məhkum 
edilmişdi. 
İngiltərə  inqilabı  zamanı  mübarizəyə  həm  dini  və  siyasi 
xadimlər, həm də elm və injəsənət nümayəndələri qoşulmuşdular. 
Bu mübarizədə ingilis şairi Jon Milton (1608-1674) da fəal iştirk 
etmişdir. Jon Milton bu gün İngiltərədə Vilyam Şekspirdən sonra 
ikinji  böyük  şair  hesab  olunur.  O,  bütün  dünyada  insan  haqları 
uğrunda  mübarizəyə  qalxmış  ən  məşhur  injəsənət  nümayəndəsi 
kimi tanınır. 
Parlamenti  böyük  inamla  müdafiə  edən  Milton  İngiltərə 
inqilabının, demokratiya və mənəvi yeniləşmə uğrunda hərəkatın 
intellektual  liderlərindən  birinə  çevrilmişdi.  O,  vijdan  və  söz 
azadlığını,  boşanma  hüququnu,  təhsildə  demokratik  islahatları 
müdafiə  edirdi.  1637-ji  ildə  İngiltərədə  kral  hökuməti  mətbuata 
qoyduğu  ilkin senzuranı 1640-jı il inqilabı ləğv etsə də parlament 
1641,  1642  və  1643-jü  illərdə  həmin  senzuranı  bərpa  etmişdi. 
Bundan dəhşətə gələn J.Milton 1644-jü ildə parlament qarşısında 
çıxışı  ilə  öz  silahdaşlarını  ölkədə  yeni  repressiya  recimi 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə