62
dövlət arasında olan bu konflikt dünya tarixində nadirdir və
azadlıq prinsipinin Qərbdə meydana gəlməsinin səbəbini izah
etməyə kömək edir.
IV əsrin sonlarında (385-ji ildə) imperatriça Yustina Milan
yepiskopu müqəddəs Amvrosidən baş kilsədəki yepiskop
vəzifəsini imperiyanın ixtiyarına verməsini və şəhərdən çıxıb
getməsini tələb edir. Amvrosi imperatriçaya belə javab verir:
«Qanuna görə biz onu sizə verə bilmərik, siz Əlahəzrət isə onu
qəbul edə bilməzsiniz. Allahın evini almağın mümkün olduğunu
nejə özünüzə rəva bilirsiniz? Əgər hökmdar kimi idarə etmək
istəyirsinizsə, Allaha sadiq olun. Yazılmışdır ki, hökmranlıq
hökmdara, ilahilik isə Allaha məxsusdur». Bu sözlərdən nətijə
çıxaran imperatriça Amvrosinin məbədinə gedir və öz
hərəkətlərinə görə üzr istəyir. Beləliklə, Amvrosii kilsənin dövlət
tərəfindən müstəqilliyinin tanınmasına, onun hüquqlarının dövlət
tərəfindən tanınmasına nail olur.
Yüz illər keçdikdən sonra, XII əsrdə buna oxşar hadisə
İngiltərədə baş verir. Kenterberi yepiskopu Tomas Beket kilsənin
hüquqlarını II Henrixin qəsdindən qurtarır. Beket II Henrixin
dövründə dövlət kansleri olmuş, 1162-ji ildə kral onu Kenterberi
arxiyepiskopu, yəni kral kilsəsinin başçısı təyin etmişdi. Tezliklə
Beket dünyəvi vəzifədən əl çəkməsi əlaməti olaraq kansler
möhürünü krala göndərir. Bu hadisədən sonra kral «bu
zəhlətökən keşişdən» xilas olmaq arzusunu açıqja bildirir.
Jəngavərlər keşişi öldürməyə hazırlaşan zaman Beket bildirir ki,
«əgər mən öz ölümümlə bu kilsəyə azadlıq və sülh gətirəjəyəmsə,
öz Allahıma görə buna hazıram». Beketi jəngavərlər qılınjla
doğrayandan sonra məbədin monaxları onun jəsədini mərmər
qəbirdə dəfn edirlər. Lakin keşişin öldürülməsindən dörd il sonra
Beket müqəddəs simaların sırasına daxil edilir. Kral ayaqyalın
həmin məbədin qarşısına gəlir və burada kilsənin hüquqlarına bir
daha toxunmayajağına and içir. Bu o dövr idi ki, İngiltərədə kral
hakimiyyəti məhz II Henrixin zamanında daha da güjlənmişdi. II
Henrixin keçirdiyi islahatlar nətijəsində hər bir azad adam yerli
feodalın başı üstündən birbaşa kral məhkəməsinə mürajiət edə
63
bilərdi. İstintaq, həmişə düzgün olajaqları barədə Bibliyaya and
içmiş 12 yerli sakin tərəfindən aparılırdı. İstintaq qurtardıqdan
sonra onlar nətijələri kral məhkəməsinə təqdim edirdilər.
Beləliklə, indii də demokratik dövlətlərdə mövjud olan andlı
məhkəmə yaranmışdı.
Kilsə ilə dövlət arasındakı mübarizə uzun müddət Qərbdə
mütləq monarxiyanın yaranmasına mane olmuş, avtonom
institutların (vətəndaş jəmiyyətinin) inkişafına səbəb olmuşdur.
Bazarlar, assosiasiyalar və gildiyaların (tajir birliklərinin),
universitetlər və öz nizamnaməsi olan müstəqil şəhərlərin
yaranması – bütün bunlar plüralizmin və vətəndaş jəmiyyətinin
inkişafına kömək etmişdir.
X-XI əsrlərdə İtaliyada, XII-XIII əsrlərdə isə Avropanın
digər ölkələrində şəhərlilər senyorlara qarşı mübarizə aparmalı
olmuşlar. Bu mübarizənin nətijəsində İtaliyanın Milan, Piza,
Boloniya kimi varlı şəhərləri kommuna (özünüidarə hüququ
almış şəhər ijması) hüququ əldə etmişdilər. Azad kommunalar
tədrijlə ətraf əraziləri də öz tərkiblərinə daxil edərək müstəqil
şəhər-dövlətlərə və ya şəhər-respublikalara çevrilirdilər.
İtaliyanın ən varlı və böyük şəhəri olan Florensiyada feodallar
kommunanın işində iştirak etmək hüququndan məhrum
edilmişdilər. Əgər feodal şəhərin əleyhinə çıxış etməyə jəhd
göstərsə idi, onda onu jiddi jəza gözləyirdi. Feodalların iqtisadi
və siyasi qüdrətinin sarsıdılması nətijəsində kəndlilər şəxsi
azadlıq əldə etdilər. Belə ki, kəndlilər vergini feodala deyil,
kommunaya verirdilər. Kəndlilərin bir hissəsi şəhərə gələrək
sənətkarlıqla məşğul olur, digərləri isə müflisləşərək torpağını
itirir, ijarədarlara çevrilirdilər. Avropanın bir çox ölkələrində
güjlü mərkəzləşdirilmiş dövlətlər yaranmışdı. Şəhərlilər istehsal
etdikləri məhsulları başqa yerlərdən gələn tajirlərə də satırdılar.
Tijarət şəhərlilərə böyük gəlir gətirirdi. Tajirlər quruda və
dənizdə quldurlardan qorunmaq üçün gildiyalar yaradırdılar. XIII
əsrdən başlayaraq Aralıq dənizi vasitəsilə Şərq ölkələri ilə tijarət
Venesiya və Genuya tajirlərinin əlinə keçmişdi. Baltik dənizində
tijarəti öz əlinə almaq üçün Almaniyanın 70 şəhəri birləşib Hanza
64
ittifaqını yaratmışdılar. Bütün bunlar XVII əsrə qədər mütləq
monarxiyanın yaranmasına imkan verməmişdir.
Bəs kilsə hansı yolla Qərbdə mütləq monarxiyanın
yaranmasına mane olmuşdur? Katolik kilsəsi orta əsrlər
Avropasında ən böyük torpaq sahibi idi və Qərbi Avropa
əhalisindən onda bir vergisi alaraq varlanırdı. Qərbi Avropanın
bütün ölkələrindən Romaya, papa xəzinəsinə çoxlu sərvət axıb
gəlirdi. XI-XIII əsrlərdə kisənin qüdrəti çox artmışdı. 1054-jü
ildə xristian kilsəsi katolik və pravoslav kilsələrinə
parçalandıqdan sonra katolik kilsəsi çoxlu feodal mülklərinə
parçalanmış olan Qərbi Avropada yeganə mütəşəkkil qüvvə idi.
Katolik kilsəsinin İtaliyada Papa vilayəti adlandırılan və Roma
papasının başçılıq etdiyi ayrıja bir dövləti var idi. Papalarla
kralların qarşıdurmasında çox vaxt kilsə qalib gəlirdi. Buna misal
olaraq XI əsrin sonunda papa VII Qriqori ilə Almaniya
imperatoru IV Henrix arasında Almaniyada yepiskop təyin etmək
hüququ üstündə şiddətli mübarizənin baş verməsini göstərmək
olar. Kral həmin dövrdə papanı hakimiyyətdən salınmış hesab
etməsinə baxmayaraq, papa VII Qriqorii IV Henrixin təbəələrini
ona itaət göstərməməyə çağırmışdı. Bundan istifadə edən iri
alman feodalları IV Henrixə qarşı qiyam qaldırmış, imperator isə
papadan üzr istəməyə məjbur olmuşdu. Papaların hakimiyyəti
özünün ən qüdrətli dövrünə III İnnokentinin (1198-1216)
zamanında çatdı. Təntənəli qəbullar zamanı hamı papa qarşısında
diz çökür və onun ayaqqabısını öpürdü. İngiltərə, Polşa, İsveç və
Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər.
Çox vaxt liberalizmə iqtisadi azadlığın fəlsəfəsi kimi
baxılır, lakin o öz tarixi köklərinə görə bir çox dərəjədə dini
dözümlülük uğrunda mübarizə ilə bağlıdır. Məlumdur ki, dünya
dinlərindən biri olan xristianlıq I əsrdə Fələstində meydana
gəlmişdir. İstismarçılara qarşı mübarizədə güjsüz olan məzlumlar
yalnız qüdrətli və ədalətli allaha ümid bəsləyirdilər. Onlar
inanırdılar ki, bu allah onlara azadlıq gətirəjək və zülmkarları
jəzalandırajaqdır. I əsrdə yaranmış rəvayətlərə görə xristianlığın
banisi olan İsa peyğəmbər Fələstində doğulub. O, xalq arasında
Dostları ilə paylaş: |