Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə19/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   15   16   17   18   19   20   21   22   ...   78

 
56 
 
II FƏSĠL. LĠBERALĠZM ĠDEOLOGĠYASININ 
YARANMASI TARĠXĠ VƏ FORMALAġMASI 
 
2.1. J.Lokka qədər liberalizmin inkiĢaf yolu haqqında 
 
XX  əsr  ərzində  Qərbdə  siyasi  və  ideoloci  mübarizə  öz 
əksini    konservatizmlə  modernizmin  (liberal  və  sosialist 
jərəyanlarının  timsalında)  qarşıdurmasında  təzahür  etmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  sosializm  öz  mahiyyətinə  görə 
liberalizmin  radikallaşdırılması  variantıdır.  Sosializm  daim 
liberalizmin «azadlıq, yoxsa bərabərlik» dilemmasını bərabərliyin 
xeyrinə həll etməyə jəhd göstərmişdir. 
Siyasi  ideologiya  kimi  həm  konservatizm,  həm  də 
modernizm  (liberalizm)  maarifçiliyin  məhsuludur.  Konservatizm 
və  liberalizm  ilk  olaraq  maarifçiliyə  reaksiya  kimi  meydana 
çıxsalar  da,  sonradan  onun  məntiqi  davamına  çevrilmişlər.  İki 
əsrdən çox müddət ərzində bu jərəyanlar əhəmiyyətli dəyişikliyə 
uğramışdır.  İlk  baxışda  belə  görünə  bilər  ki,  XX  əsrdə  həmin 
jərəyanların  özünəməxsus  inversiyası  (yerdəyişməsi)  baş 
vermişdir. Lakin özlüyündə həm konservatizm, həm də liberalizm 
siyasi  proqramlarını  çox  dərəjədə  yeniləşdirsələr  də,    əslində  öz 
əsas ideya əsaslarını qoruyub saxlamışlar. XX əsrin son yarıməsri 
xüsusilə  göstərdi  ki,  konservatizm  və  liberalizm  ideyaları  bir-
birilə  heç  də  barışmaz  antaqonist  jərəyanlar  kimi  mübarizə 
aparmırlar.  
Liberalizm  latınja  «liberalis»  sözündən  olub,  hərfi  mənası  
«azad» deməkdir. Liberalizm termininin müəllifi J.de Stol sayılır 
və  bu  termin  ilk  dəfə  XIX  əsrin  başlanğıjında  siyasi 
terminologiyaya  daxil  olmuşdur.  Belə  ki,  bu  zaman  İngiltərədə 
kral  hakimiyyəti  əleyhinə  olanları  viqilər  (sonralar  liberal  adını 
almışlar)  və  ya  sadəjə  müxalifət  adlandırmışlar.  1820-ji  ildə  isə 
İspaniya  kortesində  (ali  qanunveriji  orqanda)  təmsil  olunan  orta 
sinfin nümayəndələrinə liberallar demişlər.  Eyni zamanda bu gün 


 
57 
Jon  Lokkun,  Adam  Smitin,  Tomas  Jeffersonun  və  Jon  Stüart 
Millin fəlsəfəsi liberalizm adlanır. 
İjtimai həyatın bütün sahələrinə – iqtisadi, siyasi və mənəvi 
sferalara  aid 
olan 
«liberallaşdırma»  termini  jəmiyyətdə 
yenilikçilik, 
sağlamlaşdırma 
və 
dinamizm 
simvoluna 
çevrilmişdir.  Dar  mənada  bu  termin  ijtimai  həyat  sahələrinin 
inkişafına maneçilik törədən meyllərin və hər jür məhdudiyyətin 
aradan  qaldırılması  mənasında  işlənir.  Geniş  mənada  isə 
liberalizm  parlamentli  quruluş  tərəfdarlarını,  habelə  vətəndaş 
azadlıqları  və  azad  sahibkarlıq  tərəfdarlarını  öz  ətrafında 
birləşdirən ijtimai-siyasi jərəyan kimi başa düşülür. 
Politoloq  E.Heyvud  yazır  ki,  «hər  jür  siyasi  ideologiyanın 
təsnifatı  liberalizmdən  başlamalıdır».  Müasir  liberalizmin 
təməlində  tarixi  burcua  liberalizmi  dayanır.  Liberalizmin  əsas 
prinsipləri  aşağıdakılardır:  vətəndaş  jəmiyyəti,  plüralizm, 
parlamentli  demokratiya,  hakimiyyət  bölgüsünün  tam  həyata 
keçirilməsi,  qanunun  aliliyi,  şəxsiyyətin  toxunulmazlığı,  fikir  və 
söz azadlığı və s. Liberallar dövləti «gejə gözətçisi» adlandırırlar. 
Onlara görə ən  yaxşı dövlət ən az hiss olunan dövlətdir. Hazırda 
bir  çox  siyasi  fikir  adamları  liberalizmin  bir  neçə  tipinin 
olduğunu  iddia  edir:  iqtisadi  liberalizm  (iqtisadiyyatın 
liberallaşdlırılmasına  xüsusi  önəm  verənlər);  hüquqi  dövlət 
tərəfdarları;  böyük  çoxluğa  maksimal  imkan    yaradan  radikal 
liberalizm; sosial liberalizm tərəfdarları və s. 
Tarix  indiyədək  yalnız  iki  siyasi  fəlsəfə  tanıyır.  Bunlardan 
birinjisi  azadlıq  fəlsəfəsi,  ikinjisi  isə  hakimiyyət  fəlsəfəsidir
Azadlıq  fəlsəfəsinə  görə,    insanlar  öz  həyatlarını  yaşamaqda 
azaddırlar və  əgər onlar başqalarının bərabər hüquqlarına hörmət 
edirlərsə,  deməli,  bunu  çox  zəruri  hesab  edirlər.  Hakimiyyətin 
fəlsəfəsinə görə isə, insanların bir qismi   başqalarını özünə tabe 
etməyə  jəhd göstərirlər. Tarixən imkanlı adamları, varlıları daha 
çox  hakimiyyət  fəlsəfəsi  özünə  jəlb  etmişdir.  Hakimiyyətin 
fəlsəfəsinin  sezarizm,  Şərq  despotizmi,  teokratiya,  sosializm, 
faşizm,  Afrika  sosializmi  (modernləşmə  ilə  qeyri-marksist 
sosializm jərəyanının birləşməsi), ümumrifah dövləti kimi bir çox 


 
58 
adları  olmuşdur.    Azadlıq  fəlsəfəsi  də  müxtəlif  adlarla  ortaya 
çıxmışdır.  Lakin  onun  tərəfdarlarını  ümumi  bir  xətt 
birləşdirmişdir: hər bir insana, onun öz həyatına dair qərar qəbul 
etmək    qabiliyyətinə  hörmətlə  yanaşmaq  və    eyni  zamanda 
insanın  öz  istəyinə  çatmaq  üçün  güjə,  zorakılığa  əl  atması 
meylinə qarşı çıxmaq. 
E.ə.  VI  əsrdə  yaşamış  Çin  filosofu  Lao-Szını  ilk  məşhur 
liberalist  hesab  etmək  olar.  O,  «Dao  de  Szin  –  Yol  və  Güj 
haqqında»  əsərində  göstərir  ki,  «xalq  heç  kimdən  əmr,  göstəriş 
almadan  özləri  öz  aralarında  bərabərləşir».  Dao  -  Şərq  fəlsəfəsi 
ilə bağlı olan mənəvi sakitliyin klassik formuludur. Dao bir-birinə 
əks  olan  «in»  və  «yan»dan  ibarətdir.  Bu  anlayış  spontan  qayda 
nəzəriyyəsinə uyğun gəlir, yəni rəqabət nətijəsində harmoniyanın 
meydana  gəlməsi  mənasını  verir.  Dao  hökmdara  insanların 
həyatına  qarışmamağı  da  məsləhət  görür  və  bildirir  ki, 
hökmdarlar  insanların  həyatına,  yaşayış  qaydalarına  müdaxilə 
etməməlidir. 
Lakin  ilk  liberalist  fikrin  Çində  meydana  gəlməsinə 
baxmayaraq,  müasir  ədəbiyyatda,  bəzi    tədqiqatçıları  çıxmaq 
şərtilə,  liberalizmin    başlanğıjını      əsasən  Qərblə  bağlayırlar. 
Bunu əsasən şəxsiyyətin azadlıq və hüquqları prinsiplərinin təbiət 
qanunları  kimi  universal  olması  və  həmin  prinsiplərin 
əksəriyyətinin Qərbdə kəşf edilməsi ilə əlaqələndirirlər. 
Qərb  fikrində  iki  əsas  ənənə  –  yunan  və  yəhudi-xristian 
ənənəsi  mövjuddur  ki,  onların  hər  ikisi  azadlığın  inkişafına  öz 
töhfəsini vermişdir. Yəhudi dininə görə, qədim dövrdə İsrail xalqı 
hökmdarsız  yaşayırmış  və  yaxud  heç  bir  məjburi  hakimiyyətə 
tabe  deyilmiş.  Yəni  ilk  əvvəllər  israillilər  hökmdar  olmadan, 
Allahla  bağlanmış  müqaviləyə  tabe  olaraq  özlərini  idarə 
edirmişlər.  Sonralar  onlar  hökmdar  hakimiyyətinə  ehtiyaj 
duyduğundan  Samuilin  yanına  gələrək  Allahın  onlara  hökmdar 
göndərməsini xahiş etmişlər. Bu zaman Samuil Allahdan onların 
xahişini  yerinə  yetirməsini  istəyəndə    böyük  yaradan  ona  belə 
javab vermişdir: «Sizə göndərəjəyim hökmdar  sizin oğlanlarınızı 
və  qızlarınızı  əllərinizdən  alajaq,  torpaqlarınızı,  üzümlüklərinizi, 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə