Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə26/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

 
77 
yaratmaqdan  çəkindirməyə  çalışdı,  onları  bununla  bağlı 
təhlükədən  xəbərdar  etdi.  Həmin  ildə  Jon  Milton  dini  azadlığın 
müdafiə  edilməsi  və  mətbuatın  rəsmi  lisenziyalaşdırılması 
əleyhinə  parlaq  çıxışını  özündə  əks  etdirən  «Areopaqitika» 
(Areopaqitika - yunanja «qədim Afinada Ali Məhkəmə (Areopag) 
qarşısında  deyilən  nitq»  deməkdir)  oçerkini  nəşr  etdirdi.  İndi  də 
insanların  beyinlərini  düşündürən  azadlıq  və  xeyirxahlığın 
əlaqəsindən  bəhs  edən  Milton  yazırdı:  «Azadlıq  –  ən  yaxşı 
xeyirxahlıq məktəbidir». O deyirdi ki, xeyirxah o zaman xeyirxah 
olur  ki,  o,  bunu  azad  surətdə  seçir.  Söz  azadlığı  haqqında  isə 
bildirirdi ki,  «həqiqətin azad və açıq mübarizədə məğlub olması 
halına  kimsə  rast  gəlibmi?».    Miltonun  çıxışında    söylədiyi 
«…mənə  hər  jür  azadlıqlardan  əvvəl  bilmək,  danışmaq  və  öz 
məsləkimə  uyğun  olaraq  sərbəst  fikir  yürütmək  azadlığı  verin» 
fikri    çox  diqqətəlayiqdir.  O,  bildirirdi  ki,  senzura  jəmiyyətin 
inkişafına  zərər  gətirir,  daha  çox  isə  o,  azad,  yaradıjı  insanların 
ləyaqətini  təhqir  edir,  çünki  belə  insanlar  üçün  onların 
yaradıjılığına nəzarət etməkdən artıq təhqir yoxdur.  
Milton senzorları «kitab qatilləri» adlandıraraq öz çıxışında 
deyirdi: «…yaxşı kitabı öldürmək yaxşı adamı öldürmək kimi bir 
şeydir».  O,  hər  bir  kitabın  qətlə  yetirilməsini  isə  bütöv  bir 
dünyanın məhv edilməsinə bərabər tuturdu. İnsanın hərəkətlərinə 
bu  alçaldıjı  nəzarəti  rədd  edən  Milton  böyük  əminliklə  bildirirdi 
ki,  əgər  insanlara  istənilən  problemi  azad  müzakirə  və  tədqiq 
etmək  imkanı  verilərsə,  həqiqət  istənilən  halda  özünə  yol 
tapajaqdır.  Şair  senzuranı  «elmə  və  elm  adamlarına  qarşı  edilə 
biləjək  ən  ağır  zorakılığın  və  təhqirin  təmsilçisi»  hesab  edirdi.  
İlkin  senzura  şairin  ölümündən  20  il  sonra  -  1694-jü  ildə 
özünüifadə azadlığı tərəfdarlarının təzyiqi ilə ləğv olundu. Lakin 
bundan  sonra  söz  azadlığının  təqib  edilməsi  məhkəmələr 
vasitəsilə  davam  etdirildi.  XVIII  və    XIX  əsr  İngiltərəsində  kim 
nə  istəsə  danışa  bilərdi,  lakin  buna  görə  məhkəmədə  javab 
verməli idi. 
XVII  əsr  İngiltərə  inqilabı  bəşəriyyətin  həyatında  Yeni 
Tarix  dövrünü  açır.  Bu,  feodal  zülmündən  qurtulma,  kapitalist 


 
78 
istehsalının  inkişafı,  insanların  bərabərlik  və  azadlıqlarını  bəyan 
etmiş  liberalizm  ideologiyasının  çiçəklənməsi  və  mənəvi 
yeniləşmə  uğrundakı  kütləvi  hərəkatlar  dövrüdür.  İngiltərə 
inqilabına  gətirib  çıxarmış  ən  böyük  səbəb  İngiltərədə  mövjud 
olan  mütləqiyyət  və  feodal  qaydalarının  mövjudluğu  idi. 
Hakimiyyətə  gələn  andan  Stüartlar  sülaləsinin  ingilis  parlamenti 
və  puritan  kilsəsi  ilə  münaqişəsi  başlamışdı.  Puritanlar  (latınja 
«purus»  -  təmiz  deməkdir)  dəbdəbəli  kilsə  ayinlərinə  və 
mərasimlərinə  qarşı  çıxan  dini  məzhəb  idi.  Kral  I  Yakov 
vergilərin  müəyyən  edilməsi  hüququnun  parlamentə  məxsus 
olmasını  qəbul  etmək  istəmirdi.  1625-ji  ildə  İngiltərə  taxtına 
çıxmış  I  Karl  da  atası  kimi  təsərrüfatı  kapitalistjəsinə,  yəni 
muzdlu  əmək  tətbiq  etməklə  təşkil  edən  yeni  zadəganların  və 
burcuaziyanın  mənafeyi  ilə  razılaşmaq  istəmirdi. Buna  görə  də  I 
Karlla  parlament  arasında  kəskin  münaqişə  baş  verdi.  Az  sonra 
kralın  və  onun  əyanlarının  özbaşınalığı  ölkədə  və  parlamentdə 
jiddi narazılıqlar doğurdu.  
Xalq parlamentin razılığı olmadan vergi ödəməkdən imtina 
etdiyinə  görə  parlament  yenidən  çağırıldı.  Deputatlar  kraldan 
Magna  Çarta-da  müəyyən  edilmiş  və  parlamentin  razılığı 
olmadan  vergi  toplamağı  krala  qadağan  edən  parlament 
hüquqlarını  və  İngiltərə  xalqının  azadlıqlarını  təsdiq  edən 
«Hüquqlar  haqqında  Petisiyanı»  (Petition  of  Rigts)  qanuna 
mindirməyi  tələb  etdilər.  Qəzəblənmiş  kral  növbəti  dəfə 
parlamenti  buraxdı  və  düz  on  bir  il,  yəni  1640-jı  ilə  qədər  onu 
toplamadı.    Ölkədə  əsl  terror  başlamışdı  –  vergi  verməkdən 
boyun  qaçırma,  hakimiyyətin  hər  hansı  şəkildə  tənqidi  kral 
məhkəmələri  tərəfindən  qəddarjasına  jəzalandırılır,  müxalifət 
rəhbərləri həbs edilirdilər. Zülm və təqiblərdən  yaxa  qurtarmağa 
jan atan on minlərlə dindar dissident-puritan – əsasən sənayeçilər 
və  tajirlər Amerikaya mühajirət etməyə  məjbur  oldular  ki,  bu  da 
istehsalın  kəskin  azalmasına  və  kütləvi  işsizliyə  gətirib  çıxardı. 
Lakin  güjlü  təzyiq  və  irtijaya  baxmayaraq  kral  yenə  də  əhalini 
xəzinəyə kifayət qədər vəsait verməyə məjbur edə bilmədi. İngilis 
azadlıq  ənənələrinə  sadiq  qalan  əhali  özünün  parlamentdəki 


 
79 
nümayəndələrinin  razılığı  olmadan  vergiləri  ödəməkdən  boyun 
qaçırırdı.  Dövlətin  xəzinəsi  boşalmışdı.  Xalqın  narazılığı  günü-
gündən  güjlənir,  repressiyalar  və  iqtisadi  böhran  ölkəni  üsyan 
həddinə  gətirib  çıxarırdı.  Ölkədə  ajlıq  çəkən  əhalinin  qiyamları, 
Londonda küçə iğtişaşları baş verirdi.  
1640-jı  ildə  şotland  protestantlarının  qiyamını  boğmaqda 
ajiz qalan I Karl yenidən parlamenti topladı, çünki ona pul lazım 
idi.  Lakin  deputatlar  kral  nazirlərinin  məhkəməyə  verilməsini 
tələb  etdi.  Kral  üsyan  hədəsi  altında  bu  tələbləri  qəbul  etməyə 
məjbur oldu.  Kral nazirlərinin məhkəməyə verilməsi parlamentin 
mütləqiyyətə  vurduğu  ən  ağır  zərbə  idi.  Parlament  bir  sıra 
islahatlar  keçirdi:  ən  çox  nifrət  oyadan  məhkəmələr  –  Ulduzlu 
palata  və  Ali  komissiya  ləğv  edildi;  kilsə  məhkəməsi  dünyəvi 
şəxsləri  mühakimə  etmək  hüququndan  məhrum  olundu;  kral 
yanında  Məxfi  şuranın  ali  məhkəmə  hüququ  ləğv  edildi. 
Parlament  İjmalar  palatasının  yalnız  onun  özünün  razılığı  ilə 
buraxılması haqqında qanun qəbul etdi, kralın bütün qeyri-qanuni 
fərmanlarını  və  vergilərini  ləğv  etdi.  Lakin  parlament  bununla 
kifayətlənmədi,  indii  o,  artıq  kraldan  nazirləri  təyin  etmək  və 
vəzifəsindən  götürmək,  habelə kralın bütün hərəkətlərinə nəzarət 
etmək hüquqlarını,  yəni konstitusiyalı monarxiyanın qurulmasını 
tələb etdi. Belə olduqda kral Londonu tərk etdi, varlı   feodal  və  
zadəganlardan    ibarət    qoşun    yığmağa   başladı.  1642-ji   ildə  I 
Karlın  parlamentə  müharibə  elan  etməsi  ilə  vətəndaş  müharibəsi 
başlandı. 
Parlament  də  öz  növbəsində  Yeni  tipli  ordu  (New  Model 
Army) adlandırdığı qoşunu təşkil etdi. Yeni tipli ordunun əsgər və 
zabitləri  arasında  levellerlər  (levellers  –  ingilisjə  «bərabərçilər», 
«bərabər hüquqların tərəfdarları») adını almış radikal demokratlar 
hərəkatı  nümayəndələrinin,  o  jümlədən  Jon  Lilbernin    ideyaları 
geniş  şöhrət  qazanmışdı.  Lilbernin  tərəfdarlarını  levellerlər 
adlandırırdılar.  Levellerlər  kralın  və  lordlar  palatasının 
hakimiyyətini  ləğv  etməyi,  ali  hakimiyyəti  İjmalar  palatasına  
verməyi  tələb  edirdilər.  Levellerlər  parlamentin  ilkin  – 
konstitusiyalı  monarxiya  qurulması  planını  rədd  edirdilər.  Bu, 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə