Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə34/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

 
101 
Jefferson  və  Aleksandr  Hamilton  olmuşdur.  T.Peyn  və 
T.Jeffersonun  ideyaları  1776-jı  il  Bəyannaməsinin  əsasını  təşkil 
edir.  A.Hamiltonun  görüşləri  1787-ji  il  ABŞ  konstitusiyasına 
həllediji təsir göstərmişdir. 
T.Peyn 
istiqlaliyyət 
uğrunda 
müharibə 
dövründə 
demokratik  siyasi  və  hüquqi  ideologiyanın  daha  radikal 
nümayəndəsi  hesab  olunur.  T.Peynin  siyasi  idealı  burcua-
demokratik  respublikası,  xalqın  suverenliyi  və  ümumi  seçki 
hüququdur.  Onun  siyasi  dünyagörüşünün  əsasını  təbii  hüquq 
nəzəriyyəsinin  demokratik  şərhi  təşkil  edir.  T.Peyn  bu  ideyadan 
istismar  olunanların  üsyan  etmək  hüququnu  nəzəri  jəhətdən 
əsaslandırmaq  üçün  istifadə  etmiş,  insanın  təbii  və  vətəndaş 
hüquqlarını  fərqləndirmişdir.  O,  dövlətin  yaranmasının  yeganə 
mümkün vasitəsini adamların ijtimai müqaviləsində görür və belə 
nətijəyə gəlir ki, bu dövlətdə ali hakimiyyət xalqın özünə məxsus 
olmalıdır.  T.Peyn  göstərirdi  ki,  xalq  idarəetmənin  hər  jür  
formasını təsis etmək və ya aradan qaldırmaq hüququna – üsyan 
və inqilab etmək hüququna malikdir. 
ABŞ-ın  «İstiqlal  Bəyannaməsi»nin  müəllifi,  liberalizmin 
parlaq  nümayəndələrindən  biri  olan  T.Jeffersonun  siyasi 
ideologiyasının  əsasını  isə  təbii  hüquq  nəzəriyyəsinin  mütərəqqi 
şərhi təşkil edir. O, ijtimai müqavilə nəzəriyyəsi mövqeyindən və 
insanın  təbii  hüququ  baxımından  monarxiya  dövlət  formasını 
pisləyir və xalqın suverenliyi ideyasını müdafiə edirdi. Bu siyasi 
xadim  qətiyyətlə  iddia  edirdi  ki,  heç  kim  dövlət  hakimiyyətinin 
təşkili  və  onun  üzərində  nəzarət  etmək  hüququndan  məhrum 
oluna  bilməz.  Əgər  hakimiyyət  xalqın  hüququnu  pozursa,  belə 
halda  xalq  mövjud  hakimiyyəti  nəinki  dəyişdirməyə  səy 
göstərmək,  hətta  öz  mənafeyinə  uyğun  olan  yeni  hökumətlə  əvəz 
etmək hüququna malikdir. Jeffersonun siyasi-hüquqi görüşlərində 
şəxsiyyətin  hüququ  və  demokratik  dövlət  hakimiyyətinin 
yaradılması məsələsi də xüsusi yer tutur. O, belə qənaətə gəlir ki, 
insanın  təbii  hüquqlarının  qorunmasını  məhz  dövlət  təmin 
etməlidir.  Bu  siyasi  mütəfəkkir  dövlətin  şəxsiyyətə  qarşı  hər  jür 


 
102 
yolverilməz  hərəkətlərinin,  özbaşınalığının  məhdudlaşdırılmasını 
məsləhət bilirdi. 
ABŞ-ın  müstəqilliyi  Bəyannaməsinin  mühüm  əhəmiyyəti 
həmçinin bundan ibarətdir ki, o, tarixdə xalq suverenliyi ideyasını 
dövlət həyatının əsası elan edən ilk sənəddir. Xalqın üsyan etmək 
hüququ, onun üçün münasib siyasi formanın təşkil edilməsi məhz 
xalq suverenliyindən irəli gəlir. Buna görə adamları istibdad üsul-
idarəsinə tabe etmək məqsədilə dövlət sui-qəsdə və zorakılığa əl 
atdıqda  onu  devirmək  nəinki  xalqın  hüququdur,  eləjə  də  təbii 
vəzifəsidir. 
Siyasi    liberalizm  XVIII  əsrin  sonundakı  Böyük  Fransa 
inqilabı  zamanı  (1789-1794)    daha  bariz  surətdə  təzahür 
etmişdir.  Bu  zaman  mütərəqqi  burcua  sinfi  liberal  görüşlərin 
bütöv  sisteminə  arxalanaraq  vaxtı  çatmış  zəruri  dəyişiklikləri 
bütün  xalqla  birlikdə  həyata  keçirdi.    Liberalizmin  ümumbəşəri 
və  humanist  xarakteri  də  məhz  bunda  özünü  göstərdi.  Siyasi 
hakimiyyət  uğrunda  hərəkata  qoşulan  Avropa  və  amerikan 
burcuaziyası  bu  hərəkatın  nəzəri  ifadəsini  XVIII  əsrin 
maarifçiliyində  tapmışdır.  Ş.Monteskyenin,  F.Volterin,  C.-C. 
Russonun  və  b.    fransız  maarifçilərinin  əsərləri    klassik 
liberalizmin formalaşması üçün mənbə rolunu oynamışdır.  
Ş.L.Monteskye  maarifçilik  ideologiyasına  dair  ilk  geniş 
siyasi  doktrinanı  işləyib  hazırlamışdır.  O,  «İngiltərədə  dövlət 
quruluşu  haqqında»  (1748)  əsərinin  VI  fəslində  («Qanunların 
təbiəti  haqqında»)  qanunları  insanın  təbii  mahiyyətindən  doğan 
təbii  və  qanunverijilər  tərəfindən  qurulan  pozitiv  qanunlar  kimi 
iki  qrupa  bölürdü.  Monteskyenin  fikrinjə,  ijtimai  ahəngdarlıq  və 
ağıllı qayda o zaman yaranır ki, dövlət tərəfindən formalaşdırılan 
qanunlar xalqın ruhu, davranış qaydaları və adətləri ilə uzlaşır. O, 
yazırdı: «Qanunverijilər xalqın ruhu ilə uyğunlaşmalıdır, çünki bu 
ruh  idarəçilik  prinsiplərinə  zidd  deyil.  Belə  ki,  biz  azad  və 
özümüzün  təbii  zəkamıza  uyğun  gələn  işləri  daha  yaxşı  həyata 
keçiririk».  Monteskyenin  bütün  siyasi-hüquqi  nəzəriyyəsinin  baş 
mövzusu  və  burada  əsaslandırılan  başlıja  dəyər  azadlıqdır
Ədalətli  qanunlar  və  dövlətçiliyin  düzgün  təşkil  edilməsi  bu 


 
103 
azadlığı  təmin  edən  ilkin  şərtlərdəndir.  Monteskye  söz,  mətbuat 
və  vijdan  azadlığını  müdafiə  edir  və  göstərirdi  ki,  azadlıq 
qanunun  ijazə  verdiyi  dairədə  hərəkət  etmək  hüququdur.  O, 
qanunveriji,  ijraediji  və  məhkəmə  hakimiyyətinin  bölünməsi 
nəzəriyyəsini  əsaslandıraraq  idarəçiliyin  əsasının  qanun  olması 
fikrini söyləyirdi. 
Digər  fransız  maarifçisi  Volter  (Fransua  Arue)  özünün 
fəlsəfi  əsərlərində  insanların  bərabərliyi  fikrini  irəli  sürürdü
Lakin  o,  bərabərlik  dedikdə  iqtisadi  bərabərlik  deyil,  siyasi 
bərabərlik,  qanun  və  hüquq  qarşısında  bərabərlik  başa  düşürdü. 
Volterin fikrinjə, sosial və əmlak bərabərsizliyi ijtimai tarazlıq və 
jəmiyyətin normal inkişafı üçün əsas şərtdir. Onun yaradıjılığında 
insanın  siyasi  azadlığı,  iradə  azadlığı,  jəmiyyətin  sosial-siyasi 
jəhətdən  təşkili  və  s.  məsələlər  əsas  yer  tuturdu.  Filosofun 
«Fəlsəfi 
məktublar» 
əsəri 
mahiyyət 
etibarilə 
fransız 
maarifçiliyinin ilk proqram layihəsi sayılır. 
İjtimai fikrin yeni istiqamətinin – siyasi radikalizmin əsasını 
isə  Can-Cak  Russonun    sosial-siyasi  görüşləri  qoymuşdur. 
Russoya    görə  jəmiyyətin  təbii  vəziyyəti  (o,  adamların  təbii 
vəziyyətdə olduğu şəraiti  «qızıl əsr»  adlandırırdı) o deməkdir ki, 
insan  həm  istehsalçı,  həm  də  istehlakçı  kimi  başqalarından  asılı 
olmur.  O,  bu  jür  jəmiyyəti  ideal  jəmiyyət  hesab  edirdi.  Russo 
yazırdı:  «Jəmiyyətin  əsasını  tədqiq  edən  filosofların  hamısı  təbii 
vəziyyətə  yüksəlmək  zərurətini  hiss  edirdilər;  lakin  onların  heç 
biri buna nail ola bilmədilər».  Ona görə ki, Russoya görə, insan 
təbii  vəziyyətdə  hələ  insan  deyil,  onun  insanlığı  və  rasionallığı 
uzun  proses  gedişində  əldə  edilib,  onlar  təbiət  tərəfindən  deyil, 
tarixi  proses  ilə  şərtlənir.  Russonun  fikrinjə,  «ijtimai  müqavilə» 
əsasında meydana gələn jəmiyyətin yeganə idarə edəni «birləşmiş 
xalq»  olmalıdır  və  bu  jür  xalqın  ali  hakimiyyətinin  heç  bir 
təminata  ehtiyajı  yoxdur.  Çünki  xalqın  yüksək  iradəsi  heç  vaxt 
yanılmır,  hər  zaman  doğru  yoldadır.  Elə  buna  görə  də  qanun 
çoxluğun səsi ilə qəbul edilir. 
Böyük  Fransa  inqilabı  Fransada  və  bir  sıra  digər  Avropa 
ölkələrində  kapitalizmin  inkişafına  yol    açdı.  Vətəndaş 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə