Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə37/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

 
110 
«Liberalizm» (1902),  Leonard Qobxausun «Liberalizm» (1911), 
Qvido  de Rujeronun  «Avropa  liberalizminin  tarixi» (1927),  J.M. 
Keynsin, B.Kroçenin, D. Dyuinin, F. Hayekin əsərləri şərəfli yer 
tutur.  Fransız tədqiqatçısı E.Faqe adı çəkilən əsərində bildirir ki, 
insan  «anadan  qul  doğulur»  və  sonra  öz  təbii  hüquqları  uğrunda 
mübarizəyə  atılır.    İngilis  tədqiqatçısı  L.Qobxaus    liberalizm 
ideyalarına və bu jərəyanın tarixinə diqqət ayırdıqdan sonra onun 
mahiyyətinin  ətraflı    izahını  verir.    Antologiyada  liberal 
nəzəriyyəyə  dair  ən  dəyərli  əsərlərdən  biri    isə  Q.Rujeronun 
kitabıdır. 
 «Amerikan  Ensiklopediyası»nda  (1976)  göstərilir  ki, 
«Liberalizm  müasir  dünyanın  ən  önəmli  siyasi  doktrinasıdır. 
Demokratiya  və  millətçilik  –  hər  ikisi  liberal  düşünjənin 
məhsuludur.  Sosializm  və  kommunizm,  geniş  mənada, 
liberalizmə  qarşı  olsa  da,  liberal  düşünjələrdən  yaranmış 
doktrinalardır.    XIX  əsr  liberal  millətçilik  dövrüdür.  Lakin 
millətçilik  XX  əsrdə  liberal  xətdən  uzaqlaşaraq,  faşizmi 
doğurmuşdur.  Liberalizm  tarixində    despotizmə  qarşı    öz 
həyatlarını    fəda  etmiş  insanların    əfsanəvi  mübarizəsi    əsas  yer 
tutur. Avropa tarixində liberalizm qaranlıq dünyaya qarşı modern 
dövrün mübarizəni əks etdirir».  
Liberalizm  üzrə  tanınmış  Türkiyə  tədqiqatçısı  K.Berzeg  
göstərir ki, liberalizm nəzəri təməlləri, iqtisadi və siyasi dəyərləri 
özündə əks etdirən bir ideologiyadır. Qərbdəki demokratik inkişaf 
liberal  ideologiyanın  nətijəsidir.  Liberalizm  fərdiyyətçi  və 
azadlıqsevərdir,  insanın  maddi  və  mənəvi  inkişafına  çalışan  bir 
sistemdir.  Eyni  zamanda  plüralizmin  olmadığı  yerdə  liberalizm 
yoxdur. 
Liberalizmə  fəlsəfi-ideoloci  və  siyasi    aspektlərdən 
baxmaq  lazımdır:  tarixi  fəlsəfi  təlim  kimi,  ideologiya  kimi,  yəni 
sosial  qüvvələri  silahlandırmaq  üçün  əsaslandırılmış  proqram 
kimi,  habelə  liberal  partiyaları  və  qrupları  özündə  birləşdirən 
kütləvi  təşkilati  hərəkat  kimi.  Əgər  klassik  liberalizmin  tarixinə 
dair  əsərlərin  məzmununu  ümumiləşdirsək,  belə  nətijəyə  gəlmək 
olar  ki,  liberalizm  bütöv  sosial  hərəkat  kimi  çıxış  edir  və 


 
111 
aşağıdakı xparakterik üstünlükləri vardır: iqtisadiyyatda – sənaye 
kapitalizmi  və  iqtisadi  azadlıq;    sosial  münasibətlərdə  –  orta 
sinfin  maraqlarının  üstün  tutulması;  siyasətdə  –  parlamentli 
demokratiya;  əxlaq  sahəsində  –  fərdiyyətçilik;  milli  məsələdə  – 
millətçilik  (milli  dövlətçiliyin  prioritet  tutulması  mənasında). 
Məhz bu baxımdan liberalizmin tərifi nəzəri-lüğət jəhətdən deyil, 
hər  şeydən  əvvəl,  tarixi  aspektdən  verilir.  Çünki  söhbət  erkən 
burcua inqilabları dövründən başlayaraq müasir  dövrədək davam 
edən  spesifik  tarixi  hərəkatdan  gedir.  Bu  mənada,  müasir 
liberalizm  sosial  manevrlər  vasitəsilə  ijtimai  sabitliyin  qorunub 
saxlanmasına, 
bazar 
təsərrüfatının 
dövlət 
tərəfindən 
tənzimlənməsinə  yönəldilmiş  islahatçı  ideya-siyasi  jərəyan  kimi 
səjiyyələnir. 
Jəmiyyətin  idarə  edilməsinin  liberal  üsulu  hər  bir  fərdin 
siyasi  və  iqtisadi  hüquqlarının  tanınması  üzərində  qurulan  sosial 
münasibətlərin  müəyyən  prinsiplərinə  əsaslanır.  Bu  hüquqlar 
aşağıdakılardır: özünə hökumət seçmək və  onu dəyişmək; siyasi 
partiyalara  üzv  olmaq;  öz  rəyini,  zövq  və  baxışlarını  yazılı  və 
şifahi  şəkildə  bildirmək  hüququ;  işlə  təmin  olunmaq  və  ondan 
çıxmaq  hüququ;  azad  tijarət  hüququ;  azad  sahibkarlıqla  məşğul 
olmaq, yəni pul qazanmaq və onu xərjləmək hüququ  və s.  Lakin 
bütün bu hüquqlar müəyyən hədd daxilində, qanunların fəaliyyəti 
ilə  məhdudlaşdırılan  çərçivə  daxilində  olmalı,  normal 
sivilizasiyalı  insanların  təbii  tələbatlarının  təkmilləşməsi  kimi 
başa düşülməlidir.  
Müasir  liberallar  azadlığın  izahını  maarifçilik  irsi  əsasında 
verirlər.  Əgər  antik  azadlıq  dövlət  hakimiyyətində  iştirak  etmək 
kimi  başa  düşülürsə,  müasir  azadlıq  (erkən  burcua)  dövlət 
hakimiyyətindən azad olmaq kimi anlaşılır. Azadlıq insanın fərdi 
muxtariyyəti,  seçmək  hüququ  deməkdir,  daha  yaxşı  həyat 
səviyyəsini  təmin  edən,  yetkin,  effektli    jəmiyyət  üçün  inkişaf 
yolunun seçilməsi deməkdir.   
Ümumiyyətlə  liberalizm  həmişə  istənilən  inhisarın  -  həm 
mənəvi,      həm  iqtisadi  və  həm  də  siyasi  inhisarın  əleyhinə 
olmuşdur. Bütün dövrlərdə  liberalizm ijtimai fikrin ən yaxşısını 


 
112 
özünə  götürmüşdür.  Liberalizmin  ümumfəlsəfi  əsası  fransız 
maarifçiləri  tərəfindən  işlənib-hazırlanmış  rasionalist  və  təbii-
hüquqi prinsiplərdir. Bu prinsiplər aşağıdakılardır:  1. Hakimiyyət 
allahdan  gəlmir,  o,  insanlar  arasında  bağlanmış  müqaviləyə 
əsaslanır, 2. İjtimai sistem bütün insanların rifahına xidmət etməli 
və  əqləuyğun  olmalıdır, 3.  Azadlıq  insanın  anadangəlmə  hüququ 
olmalıdır.  
 
 
 
Tarixən  köhnəlmiş,  vaxtı  keçmiş  qaydalar    aradan 
qaldırıldığı zaman xalq mütərəqqi ideologiyanı dərhal qəbul edir. 
İlk  əvvəllər  bu  jür  ideologiyanın  qəbul  edilməsi  sadəjə  olaraq 
köhnə  baxışların  inkarı  kimi  ifadə  olunur.  Həyata  keçirilən  ilk 
tədbirlər  sırasında  humanist  idealların  reallaşdırılması  da  tələb 
olunur. Lakin müasir xariji gerçəklik göstərir ki, tez qəbul edilib, 
mənimsənilən  liberal  şüarların  heç  də  hamısı  həyata 
keçirilməmişdir.  Onda  təbii  olaraq  belə  bir  sual  ortaya  çıxır  ki, 
görəsən  nəzəriyyə  ilə  praktikanın  uyğun  gəlməməsinin  səbəbi 
nədir?  Bu  çətinliklər,  əvvələn,  hakim  dairələrin  sinfi 
mənafelərinin  müdafiəsində  liberal  dəyərlərin  məhdudluğu  ilə 
izah  edilir.  İkinjisi,  liberalizmin  ideya  əsaslarının  təkamülü 
prosesində  deformasiyaya  məruz  qalması  ilə  bağlıdır.  Üçünjüsü, 
təşkilati  formaların  ideoloci  məzmuna  heç  də  həmişə  uyğun 
gəlməməsi  ilə;  dördünjüsü,  liberalizmdə  digər  dünyagörüşlərin 
sistemləri  ilə  kompromisə  meylliliklə  izah  olunur.  Beşinjisi,  bu 
həm də liberalizm fəlsəfəsindəki ziddiyyətlə bağlıdır. Belə ki, bu 
fəlsəfə  fərdiliyə  ikimənalı  –  şəxsiyyətin  özünüifadəsi  və  insanın 
iqtisadi müstəqilliyi kimi baxır. 
Liberalizm  siyasi  ideologiyadır,  yoxsa  dövlətin  tarixi 
ənənəsi  və  ya  fəlsəfi  nəzəriyyəsidir?  Liberallar  özlərinin 
şəxsiyyətin  azadlığına,  fərdiyyətçiliyə,  xüsusi  mülkiyyətə 
sadiqliyi  ilə  sosial  və  iqtisadi  bərabərliyə  jəhd  göstərməsi 
arasındakı ziddiyyəti aradan qaldırmağa nail ola bilərlərmi? 
Klassik  liberalizm    ideyası  XVIII  əsrin  ikinji  yarısında  və 
XIX  əsrin  əvvəllərində  siyasi-fəlsəfi  fikrin  böyük  nümayəndəsi 
V.Humboldtun  «Dövlətin  yaranması  haqqında  fikir»  əsərində  öz 
əksini tapmışdır. Ənənəvi liberalizm ideologiyasının mərkəzində 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə