Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə33/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   29   30   31   32   33   34   35   36   ...   78

 
98 
saxlayır  və  öz  avtoritar  keçmişindən  yaxa  qurtarmağa  çalışan 
jəmiyyətlərdə siyasi fikrə xüsusilə güjlü təsir göstərir. 
 
 
2.3.  XVIII  əsr  liberal  fikrin  böyük  əsri  kimi.  Fransız 
maarifçiləri  və  filosofları,  ingilis  filosofları  və  utopik 
sosialistlərinin  sosial-siyasi görüĢləri 
 
Məhdudlaşdırılmış  hakimiyyət  İngiltərəyə  çiçəklənmə 
gətirdi. Yüz il bundan əvvəl liberalları Hollandiya ruhlandırmışdı, 
indi  liberal  mütəfəkkirlər  əvvəljə  kontinentdə,  sonra  isə  bütün 
dünyada  ingilis  modelinə  istinad  edirdilər.  Maarifçilik  dövrünün 
başlanğıjı  kimi  1720-ji  ili  götürmək  lazımdır,  çünki  həmin  vaxt 
fransız  yazıçısı  Volter  fransız  tiranlığının  əlindən  qaçaraq 
İngiltərəyə  gəlmişdi.  Burada  Volter    dini  dözümlülüklə, 
nümayəndəli  hakimiyyətlə  və  çiçəklənən  orta  siniflə  rastlaşdı. 
Volter  belə  bir  jəhətə  diqqət  yetirdi  ki,    Fransada  aristokratlar 
tijarətlə  məşğul  olanlara  yuxarıdan  aşağı  baxdıqları  halda,  
Fransadan  fərqli  olaraq  İngiltərədə  tijarətə  böyük  hörmətlə 
yanaşırlar.  O,  habelə  müşahidə  etmişdi  ki,  insanlar  tijarət  edən 
zaman şəxsi maraq (fərdi qazanj) zehniyyəti sıxışdırır. Bu haqda 
Volter fond bircasının (tijarət və maliyyə sazişləri bağlamaq üçün 
vasitəçi  idarə)  məşhur  təsvirini  verən  «Fəlsəfi  məktublar»ında 
danışır:  «Siz əgər  London bircasına – bir  çox kral saraylarından 
daha  hörmətli  ləyaqətli  etibar  edilən  yerə  –  gəlsəniz  burada 
insanların 
mənafeyi 
naminə 
yığışan 
bütün 
xalqların 
nümayəndələrinin  toplusunu  görəjəksiniz:  burada  yəhudilər, 
müsəlmanlar  və  xristianlar  bir-birilə  elə  münasibətə  girirlər  ki, 
əgər onlar bir dinə mənsub olsaydılar yalnız  müflis olmuş adamı 
«dinsiz,  mürtəd»  adlandırardılar.  Burada  presviterianlar 
(İngiltərədə  protestant  məzhəblərindən  birinin adı)  anabaptistlərə 
(dini  reformasiya  jərəyanlarından  biri  )  etibar  edir,    ingilis  isə 
kvakerin (İngiltərədə kilsə  mərasimlərini inkar  edən xristian  dini 
təriqətinin üzvü) vədlərini qəbul edir.  Bu azad və dinj məjlisdən 
ayrılanların  biri  sinaqoqa  gedir,  digəri  içməyə…  başqası  isə 


 
99 
papağı başında  öz kilsəsinə gedir ki,  ilahi ilham alsın,  - hamısı 
da istisnasız olaraq taleyindən razı şəkildə. 
XVIII əsr liberal fikrin böyük əsri idi. Lokkun ideyaları bir 
çox  müəlliflər  tərəfindən,  o  jümlədən,  Jon  Trençard  və  Tomas 
Qordon 
tərəfindən  inkişaf  etdirilmişdir.  Onlar  Roma 
respublikasını  Yuli  Sezarın  hakimiyyətə  iddiasından  müdafiə 
edən Kiçik Katonun (e.ə. 95-46) şərəfinə  «Katon» imzası ilə bir 
çox  qəzet  oçerki  nəşr  etdirmişdilər.  Mövjud  hakimiyyəti 
ingilislərin  hüquqlarını  pozmaqda  davam  etdirdiyinə  görə 
günahlandıran  bu  oçerklər  «Katon  Məktubları»  adı  ilə  məşhur 
olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, Kiçik Katon Roma ədəbi 
nəsrinin  banisi,  dövlət  xadimi,  latın  dilində  yazmış  ilk  Roma 
tarixçisi  Böyük  Katonun  (e.ə.  234-149)  nətijəsidir.  Kiçik  Katon 
xalq  tribunu  olmuş,  I  Triumvirat  dövründə  Sezarın  əleyhdarı 
olmuşdur.  Romada  vətəndaş  müharibəsi  dövründə  Pompeyin 
tərəfində durmuş, Sezarın Tapse yaxınlığında qələbəsindən sonra 
isə özünü öldürmüşdür.  
XVIII əsr müəllifləri arasında Roma respublikası dövrünün 
ləqəbləri  çox  məşhur  idi.  Məsələn,  ABŞ-ın  əsasını  qoyan 
Alekvandr  Hamilton,  Jeyms  Medison  və  Jon  Jeyin  «Federalist» 
curnalında  çıxan  oçerkləri  (jəmi  85  esse  çıxmışdır)  «Publiy» 
ləqəbi  ilə  çıxırdı.  Federalistlər  –  A.Hamilton,  J.Jeyn,  J.Medison 
ABŞ-ın 1787-ji ildə qəbul edilmiş Konstitusiya layihəsinə qarşı o 
vaxtki  hüjumların  qarşısını  almaq  üçün  ijtimai  kampaniyaya 
başlamışdılar.  Bu  dövrdə  Konstitusiyanın  tərəfdarları  – 
«federalistlər»,  əleyhdarları  isə  «antifederalistlər»  adını 
almışdılar.  J.Medisonun  hazırladığı  Konstitusiya  layihəsi 
Konqresdə 
təsdiq 
olunarkən 
çətinliklərlə 
üzləşmişdi. 
Antifederalistlər (T.Jefferson və b.) Konstitusiya layihəsinə qarşı 
çıxaraq 
mərkəzləşdirilmiş 
hökumətin 
hakimiyyətinin 
məhdudlaşdırılmasını,  Konstitusiyanın  əsas  insan  hüquqlarına 
təminat  verməsini  tələb  edirdilər.  Bu  dövrdə  xalq  arasında 
idarəetmənin  respublika  formasının  səmərəsinə  şübhəylə 
yanaşanlar  da  kifayət  qədər  idi.  Antifederalistlər  bildirirdilər  ki, 
Amerika  qədim  dövrdəki  kiçik  Afina  deyil  və  heç  bir  hökumət 


 
100 
ölkədəki  saysız-hesabsız  qrupların  mənafeyini  ortaq  məxrəjə 
gətirə  bilməz.  Yaranmış    fraksiyalar  öz  mənafelərini  güdməklə 
ölkəni  parçalayajaqlar.  Çoxluğu  təmsil  edən  fraksiya  azlığın 
mənafeyini  nəzərə  almadan  öz  maraqlarını  təmin  etməyə  jəhd 
göstərəjəkdir.  Çoxpartiyalılıq  demokratiyasından  ABŞ-ın  birinji 
prezidenti  Jorj  Vaşinqton  da  ehtiyatlanırdı  və  milləti  partiyalara 
bölməməyə çağırırdı. O öz fikrini belə əsaslandırırdı ki, «partiya 
ruhu  insan  şüuruna  xas  olan  ehtiraslarda  kök  salır.  O,  dövlətin 
idarə  işini  zəiflədir,  jəmiyyətdə  bütövün  bir  bölümünü  digərinə 
qarşı qaldırır, gözlənilməz üsyanlara və qiyamlara gətirib çıxırır, 
xariji  təsirə  və  korrupsiyaya  yol  açır».  Federalist  J.Medison  isə 
bildirirdi  ki,  fraksiya  labüd,  qaçılmaz  bir  bəladır,  elə  bir  bəladır 
ki, istər istəməz onunla barışmaq lazım gəlir. Çünki demokratiya 
çoxluğun  hakimiyyəti,  özü  də  azlığın  hesabına  olan 
hakimiyyətidir.  Deməli,  fraksiyaları  qadağan  etmək  üçün  ya 
azadlığı qadağan etmək, ya da bütün insanları eyni jür düşünməyə 
və  eyni  maraqlarla  yaşamağa  məjbur  etmək  gərəkdir.  Bu  isə 
demokratiyanı  məhvə  doğru  aparır.  J.Medison  bildirirdi  ki, 
fraksiyaları ləğv etmək olmaz, lakin onlara Konstitusiya vasitəsilə 
nəzarət etmək mümkündür.  
Liberalizmin  sosial-siyasi  əsasını  parlamentli  dövlət 
modelinin yaradıjısı olan J.Lokkun əsərləri ilə yanaşı, jəmiyyətin 
inkişafını  siniflər  və  sinfi  ziddiyyətlər  prizmasından  tədqiq  edən  
Fransa  Bərpa  dövrünün  tarixçilərinin  –  Minye,  Gizo  və  Tyerin 
əsərləri təşkil edir.                                       
Bəşəriyyətin 
tərəqqisi 
prosesində 
liberal 
dəyərlər 
özünəməxsus  rol  oynamışdır.  Liberalizm  əsasən  ABŞ-da 
müstəmləkə  zülmündən  azad  olmaq  uğrunda  gedən  burcua 
hərəkatı  (1775-1783)  zamanı  bərqərar  olmuşdur.    1776-jı  ildə 
qəbul  edilmiş    “İstiqlaliyyət  Bəyannaməsi”    adlı  sənəddə  bütün 
vətəndaşların  azadlıq  və  bərabərlik  hüquqları,  yəni  liberalizm 
dünyagörüşünün əsasında duran, sonralar bütün qabaqjıl ölkələrin 
konstitusiyalarında  öz  əksini  tapmış  hüquqlar  irəli  sürülürdü. 
İstiqlaliyyət  müharibəsi  dövründə  ABŞ-ın  siyasi  və  hüquqi 
ideologiyasının  ən  böyük  nümayəndələri  Tomas  Peyn,  Tomas 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə