Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə41/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

 
122 
mərhələlərində  və  dünyanın  hər  yerində  insanlar  bu  düşünjələrə 
sahib  olmuşlar.  Son  üç  əsr  ərzində  Qərb  təfəkkürü  bəşəriyyətin 
tarixi  ərzində  mövjud  olmuş  bu  düşünjələri  sistemləşdirmişdir. 
Demokratik  hüquqi  dövlət,  yəni  insan  hüquqlarının  və 
azadlıqlarının  qorunduğu  dövlət  modeli  məhz  liberal  ideoloci 
əsasda ortaya çıxmışdır.    
Qeyd  etmək  lazımdır  ki,  liberalizm  dəyərlərinə  biz  islam 
dinində də rast gəlirik. Lakin həm İslam dinini ön plana çəkənlər, 
həm  də  ateist  mövqedən  çıxış  edənlər  İslam  dininin  Qərb 
demokratiyası  ilə,  liberalizmlə,  insan  haqları  prinsipləri  ilə 
əlaqəsi  olmadığını  irəli  sürürlər.    Lakin  hər  iki  mövqedən  çıxış 
edənlər yanlış təsəvvürdədirlər. Çünki liberalizmin insanın maddi 
və  mənəvi  varlığını  üstün  tutan,  insanı  yüksəldən,  onun  ağlına 
güvənən fərdiyyətçilik prinsipləri İslamın insana verdiyi qiymətlə 
oxşardır.  Belə  ki,    İslam  əqidəsinə  görə  insan  azad  bir  iradənin 
daşıyıjısıdır.  Allah  insanı  yaradarkən  ona  iradə  vermiş  və 
hərəkətlərində  sərbəst  buraxmışdır.  İslam  dinində  məjburiyyət 
yoxdur.  Hər  bir  kəsin  etiqadına,  inamına  başqası  müdaxilə  edə 
bilməz.  İslam  dininin  bu  yanaşması  da  liberalizmin  azadlıq 
prinsipi  ilə  uyğun  gəlir.    K.Berzeg  yazır:  «İslam  dinində  «qul 
haqqı» anlayışı vardır. Bu  anlayışa görə başqasına zülm etmək, 
zülmə göz yummaq haramdır.  Qul haqqına sahib olma anlayışına 
görə  qadınla  kişi,  müsəlmanla    qeyri-müsəlman    bərabərdir. 
İslamın  qul  haqqı  anlayışı  ilə  liberalizmin  insan  haqları  və 
azadlıqları  arasında  paralellik  vardır.  İslama  görə  mülkə  sahib 
olmaq qanuni, miras isə halal sayılır. İslam müsəlmanı çalışmağa, 
qazanmağa,  varlı  olmağa  sövq  edir.  Liberalizmin  mülkiyyətə 
sahib olmaq prinsipi də İslamla uzlaşır ».  
Xristian  dinində  katolik  kilsəsinin  islah  olunması  uğrunda 
reformasiya  hərəkatının  nətijəsində  əmələ  gəlmiş  protestant 
etikası  da  bu  mövqedən  çıxış  edirdi.  Məsələn,  Jenevrədə  kalvin 
kilsəsini yaratmış  Can Kalvin öz ardıjıllarına məsləhət bilirdi ki, 
«var-dövlət  yığmaq  üçün  əllərinizi  yanınıza  salıb  durmayın, 
səylə, yorulmadan çalışın. Kim varlana bilmişsə, deməli, o, allah 
tərəfindən  «seçilmiş  adamdır»  və  jənnət  qapıları  onun  üzünə 


 
123 
açıqdır,  qalanlarını  isə  jəhənnəm  əzabı  gözləyir».    XX  əsrin  60-
70-ji illərində Qərb sivilizasiyası böhran keçirən vaxt «protestant 
etikası» fenomeni yenidən yada düşdü. Bu zaman məlum oldu ki, 
Qərbin  böhran  keçirməsinin  mühüm  səbəblərindən  biri  «rifah 
jəmiyyətində»  protestant  etikasının,  yəni  fərdi  əmək  etikasının, 
şəxsi  təşəbbüslərin  və  şəxsi  məsuliyyətin  dağılması,  yox 
olmasıdır. Çünki 60-70-ji illərdə gənjlər arasında əksmədəniyyət 
ideologiyasının  geniş  yayılması  nətijəsində  əməyin  əxlaqi 
mahiyyəti inkar edilmiş, əmək etikasına qarşı total müharibə elan 
olunmuş, Qərbdə fərdi əmək birdən-birə gözdən düşmüşdü. Belə 
olduqda, 
jinayətkarlığa, 
ailələrin 
dağılmasına, 
əxlaqın 
tənəzzülünə  qarşı  kəskin  reaksiya  göstərildi.  Beləliklə,  Qərb 
ölkələri  əhalisinin  «əxlaqın  möhkəmləndirilməsinə»,  «ailələrin 
sabitləşməsinə»,    «əmək  etikasının»  dirçəlməsinə  doğru  meyli 
artdı.  
Liberalizm 
ideya-siyasi 
jərəyanının  müasir  forması  
neoliberalizmdir.  Klassik  liberalizm  ideyası  burcua  inqilabları 
dövrünə  təsadüf  edir.  İnqilabçı  burcuaziyanın  ideologiya  və 
siyasətinin  və  müasir demokratiyanın  xəzinəsinə konstitusiyalı 
dövlətin,  hakimiyyətin  bölgüsü,  bütün  hakimiyyət  institutlarının  
azad  seçkisi,  vətəndaş  hüquq  və  azadlıqlarının  təmin  olunması 
tələbi    kimi  mütərəqqi  konsepsiyaları  daxil  olmuşdur. 
Liberalizmin  meydana  gəlməsindən  indiyədək  keçən  iki  əsr 
ərzində  onun  arsenalında  aparıjı  yeri  xüsusi  mülkiyyət 
təşəbbüslərinə  geniş  yer  vermək  və  iqtisadi  fəaliiyyəti  dövlətin 
himayəsindən azad etmək ideyası tutmuşdur. 
Liberalizmin  klassik  prinsipləri  yeniləşir,  müasirləşir.  
İqtisadi  fəaliyyətin  effektiv  mexanizmi  kimi  azad  bazara  öz 
sadiqliyini  saxlayaraq  liberallar  inhisarların  hökmranlığını 
məhdudlaşdırmaq  və  iqtisadi  konfliktləri  aradan  qaldırmaq  üçün 
dövlətin  iqtisadiyyata  müəyyən  dərəjədə  müdaxiləsini  zəruri 
hesab edirlər.  İngilis iqtisadçısı M.Keynsin təlimi və F.Ruzveltin  
«Yeni  xətti»  liberalizm  ideologiyasında  yeni  fundamental 
ideyalar üçün əsas oldu. Neoliberalizm indi digər ideologiyalara - 
sağlar  və  sollara  qarşı  durur.  Liberalizm    insan  hüquq  və 


 
124 
azadlıqlarını  inkar  edən,  ijtimai  həyatın  bütün  sahələrini  dövlət 
hakimiyyəti fəaliyyətinin orbitinə daxil edən faşizmə qarşı durur. 
Alman faşizmi ideologiyasının nəzəriyyəçilərindən olan Şpenqler 
yazırdı:  «Liberalizm  anarxiyadır,  onda  aydın  məqsəd  ifadə 
olunmamış,  qüvvələrin  azad  oyunu  yox  dərəjəsindədir». 
Neoliberalizm  sosialist  və  kommunist  istiqamətli  ideologiyalarla 
konfrontasiyadadır. Neoliberalizmin  əsas  prinsipi  –  şəxsi  azadlıq 
prinsipi sosialist ideyalarının prinsiplərinə (bərabərlik, ədalətlilik, 
kollektivizm, həmrəylik) qarşı durur. Lakin liberalizm ideyasının 
mahiyyətini  sadələşdirmək  lazım  deyildir.  Belə  ki,  liberalizm 
azad  və  müstəqil  fərdlərin  kollektivizmini,  fərdlərin  hüquq 
bərabərliyini  inkar  etmir.  Müasir  elmi-texniki  tərəqqi  insanın 
fərdi  qabiliyyətinin,  şəxsi  azadlığının  və  məsuliyyətinin    artan 
rolunu  tələb  etdiyindən  neoliberalizm  prinsipləri  həmin 
ideologiyanın  nüfuzunu artırır.  
Yeni  liberalizm  və  yaxud  «neoliberalizm»  XX  əsrdə 
formalaşmışdır.  Neoliberalizm  konsepsiyası  tərəfdarları  liberal 
iqtisadiyyatın  (azad  bazar  iqtisadiyyatının)  inkişafını,  dövlətin 
iqtisadiyyata 
müdaxiləsinin 
azaldılmasını 
zəruri 
sayırlar. 
Neoliberalizmin  görkəmli  təmsilçiləri  Avstriya  iqtisadçısı 
F.Hayek  və  ABŞ  iqtisadçısı  M.Fridmandır.  F.Hayek  bildirir  ki, 
fərd  iqtisadi  jəhətdən  azad  deyilsə,  siyasi  jəhətdən  də  aza  dola 
bilməz.  Demokratiya  «fərdiyyətçi  institut»  kimi  xarakterizə 
olunur  və  şəxsi  mülkiyyət,  azad  rəqabət  prinsiplərinə  əsaslanır. 
Jəmiyyətə kollektivçilik ovqatı hakim kəsiləndə, demokratiyanın 
sonu  çatır.  M.Fridman  da  Hayekin  ideyalarını  inkişaf  etdirərək 
yazır ki, müasir liberalizmin məqsədi dövlət sərhədlərinin aradan 
qaldırılmasıdır. 
Bu, 
kapitalizm 
bazarının 
öz-özünü 
tənzimləməsinə, 
iqtisadi 
azadlıqların 
çiçəklənməsinə, 
iqtisadiyyatın  effektliyinin  artırılmasına,  nəhayət  azad  bazar 
seçiminə gətirib çıxarır.  
Lakin  heç  də  bütün  neoliberallar  dövlətə    münasibətdə    bu 
fikirləri  bölüşmür,  yəni  barışdırıjı  mövqedən  çıxış  edənlər  də  az 
deyil.  Məsələ  burasındadır  ki,  vaxtilə  sənaye  kapitializmi 
çoxsaylı insanları  «bazarın ümidinə» buraxdı və onlar bu şəraitə 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə