Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə38/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

 
113 
şəxsiyyət  və  onun  hüquqları  durur.    Lakin  XX  əsrin  30-40-jı 
illərindən  etibarən  liberalizmdə  jiddi  dəyişikliklər  müşahidə 
edilmişdir.  Liberal  dəyərlərin  qorunması  və  təmin  edilməsində 
dövlətin və ijtimaiyyətin roluna diqqət artan sürətlə genişlənərək 
neoliberalizmdə  total  məna  alır.  Müəyyən  mənada  liberalizm  ilə 
konservatizmin  çulğalaşması  baş  verir  ki,  buna  da  «konservativ 
liberalizm»  deyirlər.  Bu  daxili  jərəyanın  təməl  müddəaları  əsas 
liberal  dəyərlərin  reallaşmasında  dövlətin  total  roluna  istinad  və 
dövlətin  fəaliyyətində  sosial  yönümlü  ideyalara  üstünlük 
verməkdir. 
Liberalizmin  tarixinə  diqqət  yetirdikdə  görmək  olur  ki, 
təxminən  1900-jü  ildə  «liberal»  termininin  mahiyyətində 
dəyişiklik olmuşdur. O zaman böyük dövləti müdafiə etmək, azad 
bazarı  məhdudlaşdırmaq  və  onun  üzərində  nəzarət  qoymaq 
tərəfdarları özlərini liberallar adlandırırdılar. Bu səbəbdən bu gün 
şəxsi azadlıqlar, azad bazar və məhdud hakimiyyət fəlsəfəsi, yəni 
Lokkun, Smitin və Jeffersonun fəlsəfəsi klassik liberalizm adlanır. 
Müasir liberalizm dəyişən gərginliyin təsiri altında klassik liberal 
irsin uzunmüddətli təkamülünün nətijəsidir. 
Liberalizm  heç  də  inkişafının  bütün  mərhələlərində  yekjins 
ideologiya  təsiri  bağışlamamışdır,  onda  daim  müxtəlif  ideya-
siyasi  jərəyanlar  bir-birilə  mübarizə  aparmış  və  indi  də 
aparmaqdadır.  Müasir  dövrdə  liberalizmdə  bu  qarşıdurmanın 
ifadəsi  onda  iki  istiqamətin  olması  ilə  müəyyən  olunur.  Bu 
istiqamətlərdən birinin kökü klassik dövrə gedib çıxır. Belə ki, ilk 
dövrdə  liberalizm  əsas  güjünü  fərdin  iqtisadi  azadlığının  əldə 
edilməsinə  yönəltmişdi  və  bu  bazar  münasibətləri  çərçivəsində 
dövlətdən  asılı  olmayan  azad  sahibkarlığın  yaranması  ilə 
nətijələnmişdi. Liberalizmin ikinji istiqəməti isə XX əsrin birinji 
onilliyində  İngiltərədə,  bir  qədər  sonra  isə  Rusiyada  təzahür 
etmişdir. Bu, əvvəl  İngiltərədə  Lloyd Jorjun, sonra isə Rusiyada 
Stolıpinin  sinfi  ziddiyyətləri  aradan  qaldırmağa  yönəldilmiş  və 
dövlət  siyasəti  kimi  həyata  keçirdikləri  islahatlarda  ifadə 
olunmuşdur. 


 
114 
Əlbəttə,  liberalizmin  tarixi  perspektivlərinin  müəyyən 
edilməsində  sənaye  jəhətdən  inkişaf  etmiş  ölkələrin  təjrübəsi 
mütləq  nəzərə  alınmalıdır.  Məhz  bu  dövlətlərdə  hazırda  mövjud 
olan  ideologiyalar  içərisində  liberalizm  təkjə  təşkilati  siyasi 
qüvvə  kimi  deyil  (liberalizmin  qarşıya  qoyduğu  məqsədlərin 
çoxusu  artıq  reallaşmışdır:  vətəndaş  jəmiyyətinin  əsasları 
yaradılmış,  parlamentarizm  tətbiq  edilmiş,  hakimiyyətin  həm 
dövlət,  həm  də  federal  səviyyədə  bölgüsünün  liberal  prinsipi 
həyata  keçirilmişdir),  habelə  etos  kimi  (mədəniyyətin 
ümumiləşdirilmiş səjiyyəsi kimi), nüfuzlu sosial fəlsəfə kimi yer 
tutur.  İngilis  politoloqu  E.Arblaster  belə  hesab  edir  ki,  «bu  gün 
Qərbdə  ənənəvi  mühafizəkar  və  yaxud  inqilabi-sosialist 
dünyagörüşü deyil, liberal dünyagörüşü hökmranlıq edir». 
Liberal-demokratiya  ideyalarının  məşhurlaşdırılmasını  və 
onun  Qərb  dünyasında geniş  yayılmasını  şərtləndirən  hadisələrin 
saf-çürük  edilməsinə  ehtiyaj  olduğunu  nəzərə  alaraq,  həmin 
fenomenin səbəblərini təhlil edək: 
Birinjisi,  Qərbin  siyasi  partiyalarının    əksəriyyəti  öz 
proqramlarına  liberal  ideologiyada  ilk  dəfə  işlənib  hazırlanmış 
müddəaları  daxil  edirlər.  Bu  müddəalar  aşağıdakılardır:  iqtisadi 
sahədə  bazar  münasibətlərinin  əsası  kimi  azad  rəqabət,  sosial-
siyasi  sahədə  –  hüquqi  dövlət,  özünüidarəetmə,  şəxsiyyətin 
azadlığı, söz, mətbuat azadlığı, siyasi seçki hüququ, azlıqda qalan 
xalqların dilinə, etiqadına və adət-ənənələrinə hörmət etmək və s. 
İkinjisi,  liberalizmin  yaşamaq  qabiliyyətinin  artması  onun 
iqtisadi siyasətinin dinamikasında əks olunur. Bu, iqtisadi dirçəliş 
dövründə  azad  sahibkarlığı  yeni  keynsçilik  (keynsçilik  – 
kapitalist 
iqtisadiyyatının 
dövlət-inhisarçı 
tənzimlənməsi 
haqqında  nəzəriyyədir,  əsasını  ingilis  iqtisadçısı  Jon  Keyns 
(1883-1946)  qoymuşdur)    ilə  əvəz  etməyə,  böhran  dövründə  isə 
monetarizm  (monetarizm  –  erkən  merkantilizmdir,  yəni  tijarət 
yolu  ilə  pul  sərvətinin  yığımı  dövlət  hakimiyyətinin  köməyi  ilə 
mümkün 
hesab 
edilir), 
«tetçerizm»,  «reyqanizm»  kimi 
modernləşdirilmiş 
formalarda 
«qarışmamaq» 
prinsipinə 
qayıdılmasına  imkan  verir.  Liberalizm  əgər  humanitar  ritorikada 


 
115 
«sol»  mənasını  verirsə,  dar  iqtisadi  mənada  «sağ»  ideologiya 
hesab olunur. 
Üçünjüsü,  inkişaf  etmiş  kapitalist  ölkələrində  (ABŞ, 
Almaniya, Böyük Britaniya və b.) hakimiyyətə yeni mühafizəkar 
qüvvələrin 
gəlməsi 
klassik 
liberalizm 
müddəalarının 
əksəriyyətinin yeni mühafizəkar ideyalarda öz əksini tapmış şərhi 
ilə müşayiət olunur. 
Dördünjüsü,  zəhmətkeşlərin  yeni  mühafizəkar  metodlara 
qarşı  çıxması  realist  düşünən  hakim  dairələrin    tez  dəyişə  bilən 
ideya-siyasi  alternativlərin  işlənib  hazırlanması  zəruriliyini  dərk 
etməsinə  gətirib  çıxarır.  İdeoloqların  əksər hissəsi bunun əsasını 
liberal layihələrdə, müddəalarda görür. 
Beşinjisi, 
liberalizmin 
ideya-nəzəri 
müddəalarının 
aktuallaşması onun XX əsrin 70-80-ji illərdəki siyasi böhranı ilə 
bağlıdır.  Məhz  bu  böhran  göstərdi  ki,  liberallar  praktikada  öz 
humanist konsepsiyası və şüarlarını tam həyata keçirə bilmədilər. 
Bu  da  həmin  ideologiyaya  yenidən  baxılmasını  zəruri  etmişdir. 
Yenidən bərpa edilmiş liberalizm indi ideya jəhətdən sosializmə 
əks-qüvvə  kimi  özünü  göstərir.    Z.Bcezinski  1970-ji  ildə  Nyu-
Yorkda  çapdan  çıxmış  «İki  əsr  arasında.  Texnotron  erada 
amerikan  qaydaları»  kitabında  göstərir  ki,  iki  ijtimai  sistem 
arasındakı  mübarizənin  nətijəsi  iki  əsas  dünyagörüşünün  – 
liberalizm və kommunizmin taleyindən çox asılıdır. 
Altınjısı, 
liberalizm 
ideyalarının 
sosial-demokrat 
ideologiyasına  daxil  olması,  «leyborist  liberalizminin»  əmələ 
gəlməsi  tələb  edir  ki,  sosial-demokratlar  və  liberallar  qarşılıqlı 
əməkdaşlığın inkişaf  etdirilməsi  zərurətini dərk etsinlər. 
Yeddinjisi,  liberalizmin  bir  çox  müddəaları  (dövlət  və 
bazarın  sintezi,  fərdlərin  bazar  imkanları,  hüquqi  dövlət  ideyası) 
artıq  sosializm  sistemindən  qopub-ayrılmış  Majarıstan,  Polşa, 
Çexiya,  Slovakiya,  Bolqarıstan  və  keçmiş  Sovet  İttifaqının 
müstəqillik 
əldə  etmiş  respublikalarında,  o  jümlədən 
Azərbayjanda tətbiq edilərək istifadə olunur. 
Bəşəriyyətin  tərəqqisi  və  liberal  dəyərlər  bir-birindən 
ayrılmazdır.  Tarix  sübut  etmişdir  ki,  iqtisadi  çiçəklənmə,  sosial 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə