Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə40/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

 
119 
konstitusiyalı  monarxiyanın  saxlanmasına  yol  verirdi.  Burada 
millət  müəyyən  psixologiya  və  şüura  malik  olan  insanların 
tarixən  yaranmış  sosial-iqtisadi  və  mənəvi  birliyi,  dövləti  təşkil 
edən  vətəndaşların  sosial  jəmiyyəti  kimi  başa  düşülür. 
«Bəyannamə»nin birinji maddəsində deyilirdi ki,  «insanlar azad 
və  hüquqja  bərabər  doğulurlar».  Bütün  vətəndaşlar  şəxsən  və  ya 
nümayəndələrinin  vasitəsilə  qanunların  qəbul  edilməsində iştirak 
etmək hüququ əldə edirdi. Lakin inqilabın sonunju ilində – qanlı 
yakobin  diktaturası  dövründə  (1793-1794)  liberal  prinsiplərdən 
uzaqlaşma  baş  verdi.  İnqilabdan  sonrakı  illərdə  də  liberal 
prinsiplərdən  uzaqlaşma  davam  etdi.  Xariji  ölkələrin  (Avstriya, 
Prussiya,  İngiltərə)  müdaxiləsini  dəf  etdikdən  sonra  Fransanı 
qəsbkarlıq  müharibələri  aparmağa,  qonşu  torpaqların  ərazisini 
qəsb  etməyə  çağıranların  sayı  artdı.  Böyük  Fransa  inqilabı 
Avropada mütləqiyyətə və feodalizmə ən güjlü zərbə  endirsə də, 
liberal  prinsiplərdən  uzaqlaşma  B.Napolenun  imperiyasının 
yaranmasına,  həmin  imperiyanın  Avropanı  işğal  etmək  xəyalına 
və  nətijədə  böyük  məğlubiyyətinə  gətirib  çıxarmışdır.  Bu 
səbəbdən,  millətçiliklə  liberalizm  arasında  paralellik  olduğunu 
irəli  sürənlər  liberal  millətçiliklə  Yakobin  və  Bonapartçı  «milli 
mənafe  –  milli  birlik»  baxışlarını  bir-birindən  kəskin 
fərqləndirirlər. 
Əlbəttə,  millətçilik  monarxiyaya  və  imperializmə  bir 
reaksiya olaraq yaranmış, mürtəje, mühafizəkar jərəyan kimi yox, 
müdafiə  məqsədli  jərəyan  kimi  ortaya  çıxmışdır.  Doğrudan  da, 
liberalizmin  azadlıq  təməlinin  məntiqi  kökləri  anti-imperializmə 
gedib  çıxır.  XVIII  və  XIX  əsrlər  Avropasında  Habsburqlar 
imperiyası,  Rusiya  imperiyası  kimi  monarxiyalarla  yanaşı  milli 
müstəqillikləri  əllərindən  alınmış  və  başqa  dövlətlərin  işğalı 
altında  olan  Polşa,  Majarıstan,  Çexiya,  qismən  də  İtaliya  kimi 
geniş  ərazilər  var  idi.  Liberalizmlə  millətçilik  arasında  əlaqənin 
olduğunu  bildirənlər  Avropanın  bu  mənzərəsinə  uyğun  olaraq 
fikirlərini əsaslandırmalıdır. 
B.Napoleonun  1815-ji  ildəki  son  məğlubiyyəti  ilə  liberal 
millətçiliyin  1789-ju  il  idealizminin  təkrar  janlandığını  irəli 


 
120 
sürənlər  liberal  millətçiliyə  «yurdsevərlik,  sədaqət,  fədakarlıq, 
alijənablıq  duyğuları  ilə  yanaşı  müstəqillik,  insan  haqları, 
xalqların  öz  müqəddəratını  təyin  etmək  hüququ,  sülhsevərlik  və 
bəşərilik  prinsiplərinə  əsaslanan  bir  toplum  şüuru»  kimi  tərif 
verirlər.  Bu  tərifdə,  insan  haqları  və  xalqların  öz  müqəddəratını 
təyin  etmək  hüququ  ilə  yanaşı,  sülhsevərlik  və  bəşərilik 
prinsiplərinin 
öz 
əksini 
tapması 
liberal 
millətçiliyin 
antiimperialist xarakterini göstərir. 
Liberal millətçilik ABŞ vətəndaş müharibəsinə (1861-1865) 
də öz təsirini göstərmişdir. Bu millətçilik liberalizmin müstəqillik 
bayrağını gəzdirmiş şimallıların quldarlığın  hələ də qaldığı jənub 
ştatlarına qarşı qanlı, çətin bir mübarizəsinə səbəb olmuşdur. Belə 
ki, XIX əsrin ortalarında ABŞ-ın jənub ştatlarında hələ də mövjud 
olan quldarlıq ölkənin siyasi və sosial-iqtisadi inkişafında əngələ 
çevrilmişdi.  Məhz  vətəndaş  müharibəsinin  gedişində  quldarlığın 
ləğv  edildiyi  elan  olundu.  Vətəndaş  müharibəsi  başa  çatandan 
sonra  isə  Konqres  zənjilərin  vətəndaşlıq  hüquqları  haqqında 
qanun  qəbul  etdi,  zənjilər  ağlarla  bərabər  mülki  və  siyasi 
hüquqlar  aldılar,    dərisinin  rəngindən  asılı  olmayaraq  kişi 
jinsindən  olan  amerikalılara  seçki  hüququ  verilməsi  haqqında 
düzəliş qüvvəyə mindi. 
XIX əsrin II yarısında İtaliya və Almaniyanın birləşdrilməsi 
uğrunda  mübarizə  milli  birlik  uğrunda  mübarizə  çərçivəsində 
millətçilik  jərəyanının  mahiyyətini  dəyişdirir,  daha  doğrusu,  
liberal  prinsiplərdən  uzaqlaşma  baş  verir.    Çünki  bu  zaman 
millətçilik jərəyanı imperialist və şovinist bir mahiyyət kəsb edir.  
Sözsüz  ki,  İtaliyada  Viktor  İmmanuel,  Almaniyada  Bismark 
dövründəki  millətçilik  jərəyanının  liberal  millətçiliklə  əlaqəsi 
yoxdur.  Avropanın  1870-ji  il  hadisələri  zamanı  liberal    anti-
millətçiliyin yerini imperialist görüşlər tutur, bu zaman millətçilik 
imperializmin  vasitəçisinə  çevrilir.  Bütün  bunların  ardınja  I 
Dünya  müharibəsi,  sonra  isə  millətçiliyi  özünə  bayraq  edən 
İtaliya,  Almaniya  və  İspaniya  faşizmi  gəlir.  Məhz  faşizm    və 
marksizm    dünyanın  mənzərəsini  dəyişmək    imkanlarına  malik 
olan  və  kütləvi  surətdə  yayılan  «total»  ideologiyalar  kimi  ortaya 


 
121 
çıxır. Vahid siyasi sistem, recim  yuqoslavları, çex və slovakları, 
keçmiş  sovetlər  birliyi  xalqını  homogen  edə  bilmədi.    Sovet 
imperiyasında  yaşayan  qeyri-rus  xalqlarının  50%-i  sovet 
hakimiyyətini  özlərinə  yad  olan  imperiya  hakimiyyəti  hesab 
edirdi.  XX  əsrin  80-ji  illərin  sonu-90-jı  illərin  əvvəllərində 
keçmiş  sovet  ittifaqında  yaşayan  ayrı-ayrı  millətlərin  qardaşlığı 
haqqında kosmopolitik arzular puç oldu. Avropada hakim xalqlar 
digərlərini assimilyasiya edə bilmədi. Eyni zamanda, kommunist 
və faşist recimləri uzunömürlü  ola bilmədi.  
Millətçilik  ideologiyasının    əsasını  özünü  etnik  birlik  kimi 
dərk  edən  insanların  ümumi  mənafe  və  tələbatlarının 
reallaşmasına  xidmət  göstərən  siyasi  dəyərlər,  norma  və 
prinsiplər təşkil edir. Bu ideologiya millətin, xalqın özünü vahid 
tam kimi dərk etməsini, hər bir fərddə onun etnosa mənsubiyyəti 
hissinin meydana gəlməsi və güjlənməsini şərtləndirməklə ijtimai 
tərəqqini  sürətləndirən  təsirli  sosial-psixoloci,  mənəvi-emosional 
amil rolunu oynayır. 
İdeya-siyasi    jərəyanlar  bir-birindən,  hər  şeydən  əvvəl,  öz 
prinsipləri  ilə    fərqlənir.  Məsələn,  liberalizmin  əsas  prinsipləri 
vətəndaşların  hüquq  bərabərliyi,  dövlətin  müqavilə  əsaslarında 
təşkilindən  ibarətdir.  «Yeni  liberalizm»  (neoliberalizm) 
ideologiyasının ümumfəlsəfi əsasında şəxsiyyətin qrup, sinfi, dini 
və  digər  mülahizələrdən  azadlığı,  insanın  ən  ali  sərvət  kimi 
dəyərləndirilməsi, 
habelə 
 
kosmopolitizm, 
humanizm, 
fərdiyyətçilik  kimi  prinsiplər  durur.  Siyasi  sahədə  –  liberalizm 
antik  siyasi  mədəniyyətdə  formalaşmış  xalq  hakimiyyəti, 
şəxsiyyətin  siyasi  azadlıqları  və  hüquqlarının  tanınması 
ideyalarına  əsaslanır.  Liberalizmə  görə  şəxsiyyətin  mənəvi 
jəhətdən  azad  olması  onu  jəmiyyət  qarşısında  mənəvi 
məsuliyyətdən  azad  edə  bilməz  .  Hüquqi  dövlət  şəxsiyyətin 
azadlığı  ilə  onun  sosial  məsuliyyətinin  vəhdəti  zəminində 
bərqərar ola bilər. 
Liberalizm 
ideologiyasının 
əsasını 
təşkil 
edən 
fərdiyyətçilik,  azadlıq  və  iqtisadi  sərbəstlik  yalnız  Qərb 
jəmiyyətlərinə  xas  düşünjə  tərzi  deyildir.  Tarixin  bütün 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə