Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

 
131 
plüralizmi  müdafiə  etmək  məqsədilə  «demokratik  fond» 
yaratsınlar». 
1976-jı  il  martın  26-da  Ştutqart  şəhərində  Avropa  Liberal 
Demokrat    İslahat  Partiyaları  İttifaqı  yarandı.  İttifaq  özündə 
Avropanın 30-dan çox ölkəsinin 50 partiyasını birləşdirir. Burada 
qəbul  edilmiş  «Ştutqart  bəyannaməsi»  üç  istiqamətdə  fəaliyyət 
nəzərdə  tutulmuşdur:  1.  Avopa  birliyində  və  Avropada  liberal-
demokratik  hərəkatı  güjləndirmək;  2.  Avropadakı  liberal-
demokrat  siyasətçilərin  bir-birilərini  daha  yaxşı  tanımalarına, 
ortaq  siyasi  baxışlar  formalaşdırmalarına  yardım  etmək;  3. 
Avropa  Parlamentindəki  seçkilərdə  ortaq  seçki  platforması 
hazırlayıb  iştirak  etmək.  ALDİPİ  2001-ji  ildə  seksual  azlıqların 
məsələsi ilə bağlı qətnamə də qəbul edib. 
Qeyd etmək lazımdır ki, 2006-jı ildə Azərbayjanın Müsavat 
Partiyası    Avropa  Liberal  Demokrat    İslahat  Partiyaları 
İttifaqının üzvü olmuşdur.  
İlk  liberal  partiya  XIX  əsrdə  meydana  gəlib.  Liberal 
partiyalardan  ən  böyüyü  və  dünyada  populyar  olanı  1828-ji  ildə 
ABŞ-da  yaranan  Demokratlar  partiyası,  1832-ji  ildə  İngiltərədə 
fəaliyyətə  başlayan  liberallar  partiyasıdır.  Hazırda  dünyanın  89 
ölkəsində  100-ə  yaxın  siyasi  partiya  liberalizm  ideologiyasının 
daşıyıjısıdır. 
Sosializm, faşizm və liberalizm ideyaları XX əsrdə müxtəlif 
dövlətlərdə  tarixi  təjrübədən  keçmişdir.  Bu  ideyaların, 
ideologiyaların  başlanğıj  amalı  xoşbəxt  jəmiyyət  qurmaq 
olmuşdur.  Sosializmdə  kütləni  xoşbəxt  etməklə  onun  içərisində 
fərdi  xoşbəxt  etmək,  liberalizmdə  isə  əksinə,  fərdi  xoşbəxt 
etməklə  kütləni  xoşbəxt  etmək  ideyası  hədəfə  götürülmüşdür. 
Faşizm  ideologiyasının  əsasında  ali  irqi  hakimiyyətə  gətirməklə 
jəmiyyətdaxili  ziddiyyətlərə  son  qoyaraq  xoşbəxt  jəmiyyət 
yaratmaq  ideyası  durmuşdur.  XX  əsrdə  bu  ideyaların  hər  biri 
praktikada  sınandı.  Kommunizm  və  faşizm  ideyaları  tarixin 
sınağından  çıxmayaraq  məhv  oldu,  liberalizm  isə  bütün 
sınaqlardan uğurla çıxdı.  


 
132 
XX  əsrin  sonu  liberalizmin  önə  keçməsi,  neoliberalizm 
dövrünün  başlanğıjı,  libertarizmin  (klassik  liberalizmin)  yenidən 
dirçəlməsi  kimi  xarakterizə  olunur.    1995-ji  ildə  Devid  Brouder 
«Vaşinqton post» qəzetində yazırdı ki, amerikanların çoxu üçünjü 
bir  partiyanın  meydana  çıxmasını  alqışlayırlar.  Yeni  seçijilərin 
düşünjələrinin  əsasını  libertarizm    təşkil  edir.  Bu  seçijilər 
demokratları  böyük  dövlətlə  eyniləşdirərək,  onlara  şübhə  ilə 
yanaşır. Eyni zamanda respublikaçılar partiyasının daxilində dini 
sağların  təsirinin  artması  onların  bu  partiyaya  inamını  azaldır. 
Sual  ortaya  çıxır:  KİV-də  libertarizmə  qəflətən  marağın 
artmasının  səbəbi  nədir?  «USA  Today»  qəzeti  bunun  səbəbini 
libertarizmin gənjləri özünə jəlb etməsində görür. Belə ki, gənjlər 
ümumi  qəbul  edilmiş  baxışları  şübhə  altına  alır  və  etatistlərin 
köhnəlmiş ideyalarını inkar edirlər. 
Libertarizmə  görə  hər  bir  adam  başqalarının  hüququna 
hörmətlə  yanaşmaqla  istədiyi  kimi  yaşamaq  hüququna  malikdir. 
Libertaristlər    dövlətin  mövjudluğundan  asılı  olmayaraq,  hər  bir 
insanın  əvvəldən  malik  olduğu  yaşamaq,  azadlıq  və  mülkiyyət  
hüququnu  müdafiə  edir.  Liberatarizm  dünyagörüşünə  görə 
insanlar  arasında  bütün  münasibətlər  könüllü  qurulmalıdır. 
Qanunla  məhdudlaşdırıla  biləjək  yeganə  fəaliyyət  -  güj  tətbiq 
etməyən  adama  güj  tətbiq  edən  fəaliyyət  ola  bilər  (ölüm, 
zorakılıq,  qarətçilik,  insanların  oğurlanması  və  fırıldaq,  hiylə, 
adam aldatma, dələduzluq).  Libertaristlərə görə, dövlət insanların 
hüquqlarını, bizə güj tətbiq edəndən bizi  qorumaq üçün mövjud 
olmalıdır.  Əgər  dövlət  başqalarının  hüququnu  pozmayan 
adamlara  güj  tətbiq  edirsə,  onda  o  özü  hüququ  pozmuş  olur. 
Bundan  çıxış  edərək  libertaristlər  senzuranı,  hərbi  xidmətə 
çağırışı,  qiymətlərin  nizamlanmasını,  mülkiyyətin  müsadirəsini 
və insanın şəxsi həyatına müdaxiləni pisləyirlər.  
Bu gün dünyanın hər  yerində azadlıq müdafiəçiləri özlərini 
liberallar  adlandırır.  Jənubi  Afrikada  liberallar  (məsələn,  Helen 
Suzman) irqçilik sistemini və iqtisadi imtiyazları (aparteidi) inkar 
edir,  irqçiliyə  əsaslanmayan  siyasət  və  azad  bazar  tərəfdarı  kimi 
çıxış  edirlər.  İranda  liberallar  teokratik  dövlətə  qarşı  durur  və 


 
133 
Qərb tipində «demokratik kapitalizmi» müdafiə edirlər. Çində və 
Rusiyada liberallar totalitarizm və avtoritarizmə qarşı çıxanlardır, 
azad  bazar  və  konstitusion  hökumət  tərəfdarlarıdır.  Qərbi 
Avropada  «liberal»  sözü    klassik  liberalizmin  yeniləşmiş 
versiyasının  tərəfdarı  kimi  başa  düşülür.  Almaniya  liberalları 
(Azad  demokratlar  partiyası)  sosial-demokratların  sosializminə, 
xristian demokratlarının və paternalizmin korporativizminə  qarşı 
mübarizə  aparanlardır.  ABŞ-da  «liberal»  sözünə  ənənəvi 
yanaşma  mövjuddur.  Belə  ki,    ABŞ-da  Milton  Fridmen  kimi 
liberal  iqtisadçı    hökuməti  tənqid  edəndə  onu  liberal  yox, 
konservativ iqtisadçı adlandırırlar. 
Libertarizm  köhnə  fəlsəfədir,  lakin  onun    qanun 
çərçivəsində və iqtisadi tərəqqi naminə olan  görüşlər sistemində 
azadlığa  münasibəti  bu  fəlsəfəni  bizim  indi  qədəm  qoyduğumuz 
dinamik  dünya  (informasiya  əsri,  üçünjü  dalğa  və  ya  üçünjü 
sənaye inqilabı dövrü) üçün daha gərəkli edir. Deməli, libertarizm  
keçmişin  qalığı  deyil.  Bu,  fəlsəfədən  daha  çox  gələjək  üçün 
praktik plandır. 
Liberatarizmin əsas ideyaları aşağıdakılardır: 
-Fərdiyyətçilik:    Libertarizm  tərəfdarları  belə  hesab  edirlər 
ki, sosial analizin elementar vahidi ayrıja götürülmüş insan və ya 
fərddir.  Yalnız fərdlər seçim edir və öz fəaliyyətinə javabdehdir. 
Libertarizm  fikri  hüquq  və  vəzifələrə  malik  olan  hər  bir  şəxsin 
ləyaqətini  yüksək  qiymətləndirir.  Qadın  ləyaqətinin,  müxtəlif 
dinlərə  və  irqlərə  məxsus  insanların  ləyaqətinin  daim  yüksək 
tutulması  Qərb  dünyasında  libertarizmin  ən  böyük  zəfərlərindən 
biridir; 
-İnsan 
hüquqları: 
Nə  qədər  ki,  insanlar  əxlaq 
daşıyıjısılarıdır,  onlar  öz  hüquqlarını,  azadlıq  və  mülkiyyətlərini 
müdafiə etmək hüququna malikdirlər; 
-Spontan  qayda-qanun:  Sadəjə  olaraq  mövjud  olmaq  və 
özünüreallaşdırmaq  üçün  insanlar  jəmiyyətdə  yüksək  dərəjədə 
qayda-qanunu 
gözləməlidirlər.  Bu  qayda-qanun  heç  də 
mərkəzləşdirilmiş  və  avtoritar  qayda-qanun  kimi  başa 
düşülməməlidir.  Liberatrizmə  görə  jəmiyyətdə  qayda-qanun 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə