Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə52/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

 
156 
tədbirlərini hətta hakimiyyət başında duran sol partiyalar da qəbul 
etməyə məjbur olmuşlar. 
Neokonservatorlar  etnik,  milli  münasibətlərə  yeni  baxışlar 
sistemini  ortaya  qoydular.  Onlar  iddia  edirdilər  ki,  etnik  və  irqi 
mənsubiyyətindən asılı olmayaraq hamı üçün eyni şərtlər mövjud 
olmalıdır.  Anjaq  nəzərə  alınmalıdır  ki,  milli  azlıqlarla  əsas 
etnosun başlanğıj imkanları bərabər deyil və buna görə də dövlət 
milli  münasibətlərə  müdaxilədən  imtina  etməməlidir.  Eyni 
zamanda  bu  müdaxilə  hansısa  etnosu  himayə  xarakteri 
daşımamalıdır. Azlıqlara biznes sahəsində, işlə təmin olunmaqda 
şərait  yaradılmalıdır.  Bu  istiqamətdə  konservatizmlə  liberalizm 
arasında  bəzi  yaxınlaşmaların  ortaya  çıxdığı  da  müşahidə 
olunur. 
Mühafizəkarlığın  ideya-siyasi  konsepsiyasında  jəmiyyət 
həyatının  çox  sahələrini  bilavasitə  tənzimləyən  güjlü  dövlət 
ideyası  həllediji  yer tutur.  Bununla  əlaqədar olaraq,  demokratiya 
və azadlıq şəxsiyyətin sosial mövjudluğunun təzahürü deyil, onun 
dövlətə  itaətinin  təzahürü  kimi  nəzərdən  keçirilir.  Lakin  qatı 
ənənəçiliyin  jəmiyyətin  qarşılaşdığı  mürəkkəb  problemləri  həll 
etmək yollarını göstərməkdə ajiz olduğunu görən mühafizəkarlar 
tədrijən  öz  baxışlarını  xeyli  dərəjədə  dəyişdirməyə  məjbur 
olublar.  Belə  ki,  liberalizm  kimi  mühafizəkarlıq  da  dövlətin 
ijtimai  həyatın  bütün  sahələrinə,  xüsusilə  də  iqtisadi  sferaya 
müdaxiləsinin  qeyri-rasionallığını  təsdiqləyərək  öz  prinsiplərini 
mövjud reallıqlara uyğunlaşdırmaq  zərurəti ilə razılaşmalı oldu. 
Obyektiv  proseslərin  təsiri  altında  mühafizəkarlıqda  liberal 
meyllərin  güjlənməsi  onun  yeni  təzahür  formasının  -  yeni 
mühafizəkarlığın 
ortaya 
çıxmasını 
şərtləndirdi. 
Yeni 
mühafizəkarlıq ideologiyasında mühafizəkarlığın ənənəvi, sənaye 
dövrünə qədərki dəyərləri – ailə, din, əxlaq postsənaye dövrünün 
xüsusiyyətləri  ilə,  o  jümlədən  yaradıjı  əmək,  şəxsiyyətin 
təkrarolunmazlığı,  sosial  sahənin  sürətli  inkişaf  etdirilməsi  və  s. 
bu kimi ideyalarla uğurla qovuşur. 
İjtimai  əlaqə  və  münasibətlərin  yüksək  dəyişkənliyi,  sosial 
həyatın təşkilinin texniki amilinin rolunun artması şəraitində yeni 


 
157 
mühafizəkarlıq  jəmiyyətin  vəhdətini  və  sosial  sabitliyini  təmin 
etməyin  yeni  prinsiplərinin  –  yəni  dövlətlə  vətəndaşın  qarşılıqlı 
mənəvi  məsuliyyətinin  güjləndirilməsini,  dövlət  qaydalarının  və 
intizamının  möhkəmləndirilməsini  təklif  edir.  Fərdin  rolunun 
artırılmasını  nəzərdə  tutmaqla  yanaşı,  eyni  zamanda  yeni 
mühafizəkarlar 
dövlətin  əxlaq  prinsiplərinə  əsaslanması, 
şəxsiyyətin  həyatı  üçün  qanun  çərçivəsində  bütün  zəruri  şəraiti 
yaratması prinsiplərinə üstünlük verir. Vətəndaşla dövlətin bu jür 
qarşılıqlı  əlaqəsinin  inkişafına  meydan  açan  ən  əlverişli  siyasi 
quruluş forması kimi demokratiya qəbul edilməsinə baxmayaraq, 
J.Bell,  Z.Bcezinski  və  b.  kimi  yeni  mühafizəkarlıq  ideoloqları 
jəmiyyətin  idarə  olunmasının  kütlələrin  həddən  ziyadə  siyasətə 
jəlb 
olunmasından 
əziyyət 
çəkdiyini 
nəzəri 
jəhətdən 
əsaslandırmağa,  elitizmi  müdafiə  mexanizmini  təkmilləşdirməyə 
böyük intellektual qüvvə sərf etmişlər. 
Neokonservatizmin  öz  tarixi  kökü  klassik  konservatizmdir. 
Neokonservatizm    müasir  dövrdə  ideologiyanın  geniş  yayılmış 
növlərindən  biridir.  Neokonservatizm  ənənəvi  ideyalar,  ideallar 
və prinsiplərə malikdir və ənənə əsasında dəyişən, eyni zamanda 
tədrijən  yeniləşən  və    janlı  orqanizm  olan  jəmiyyətin    istənilən 
inqilabi yolla devrilməsinin əleyhinədir. 
Bir  sıra  tədqiqatçılar  neokonservatizmin  əsasında  duran  və 
konservatizmi xarakterizə edən üç əsas ideya blokunu ayırırlar: 
-Birinji idea blokuna görə, jəmiyyəti başa düşməkdə, sosial 
proseslərin tam mənzərəsini dərk etməkdə insan ağlının imkanları 
məhduddur. Buna görə də siyasət, sosial institutlar hər hansı plan 
və  ya  layihənin  məhsulu  deyil,  digər  mümkün  variantlarla 
mübarizədə  daha  çox  effektiv  mövjudluqdur  və  onlar  daha  çox 
dərəjədə  layihələrin  reallaşması  yox,  insanların  fəaliyyətinin 
məhsuludur.  Neokonservatorlar  filosof  və  sosioloq  K.Popperə 
əsaslanırlar.  K.  Popper    ijtimai  elmlərin  vəzifəsini  qarşılıqlı 
əlaqələrin, tarixdəki qanunauyğunluqların rasional izahında deyil 
(onun  fikrinjə  bu,  utopizmdir),    siyasət  sahəsində  nəyi  və  nejə 
etməyə dair suallara javabın axtarışında, insanların məqsədyönlü 
fəaliyyətinin  guman  olunan  nətijələrinin  aşkara  çıxarılmasında 


 
158 
görür.  İnsan  ağlının  məhdudluğu  haqqında  ideya  konservatorları 
tarixi  təjrübəyə,  ənənəvi  dəyərlər  və  normalara,  varislik  və 
yeniləşməyə  sadiqlik  konsepsiyasına  gətirib  çıxarır.    İqtisadiyyat 
sahəsində  –  azad  bazar,  rəqabət  və  xüsusi  sahibkarlıq 
konsepsiyasına, sosial və mənəvi həyat sahəsində isə  hər şeydən 
əvvəl  əxlaq  və  dinin  qorunması  konsepsiyasına  gətirib  çıxarır. 
Neokonservatizm  sınamaq  və  səhv  etmək  metodunu  üstün  tutur, 
rasional 
surətdə  əsaslandırılmış  sosial-siyasi  layihələrin 
reallaşmasına  isə  əhəmiyyət  vermir.  Neokonservatizm    Fransa 
inqilabını  kəskin  tənqid  edən  və  konservatizmin  banisi  Berkə 
sadiqdir. 
-İkinji  ideya  bloku    fərd,  jəmiyyət  və  dövlət  arasında 
münasibətlər  haqqındadır.    Öz  mövqeyini  liberalların  və 
sosialistlərin  mövqeyinə  qarşı  qoyan  neokonservatorlar  dövlət 
fərdin  hamisidir  konsepsiyasını,  eyni  zamanda  sosial  ədalət 
prinsipini  inkar  edirlər,  insanların  sosial-iqtisadi  bərabərliyini 
tanımırlar,  yalnız  vətəndaşların  hüquqi  jəhətdən  bərabərliyinin 
zəruriliyini  tanımaqla  məhdudlaşırlar.  Konservatorların  fikrinjə, 
bərabərliyə  jəhd  həm  etik  normalara,  həm  də  iqtisadi  rifaha 
ziddir.  Dövlətə  münasibətdə  isə  neokonservatorlar  dövləti 
jəmiyyətdə  qayda-qanunun,  sabitliyin  təminatçısı  kimi  qəbul 
edirlər.  Lakin  onlar  dövlətin  iqtisadi  həyata  müdaxiləsinə  və 
bürokratizmə 
qarşı  çıxırlar.  Neokonservatorlar    nüfuz 
hakimiyyəti,  qayda-qanun  tərəfdarıdırlar.  Onlar  göstərirlər  ki, 
demokratiyanın    anarxiya  ilə  heç  bir  əlaqəsi  olmamalıdır.  Fərd 
azaddır,  o,  jəmiyyətdən  asılı  olmamalıdır.  Konsrevatizmin  əsas 
kredosu  belədir:  «əvvəl-ijtimai  borj  hissi,  sonra  isə  şəxsi 
azadlığın  təmin  edilməsi».  Eyni  zamanda  onlar  liberallar  kimi 
hesab  edirlər  ki,  əsas  vəzifə  şəxsiyyətin  azadlığını  təmin 
etməkdir, borj və vəzifəyə gəldikdə isə, onlar şəxsiyyətin azadlığı 
və hüquqları ilə razılaşdırılmalıdır». 
-Üçünjü  ideya  bloku    sosial  dəyişikliklərin  inqilabi 
formasına  prinsipial  neqativ  münasibətdir.  Fransa  inqilabına 
münasibətdə  liberallar  və  konservatorlar  bir-birindən  ayrılırlar
Varislik  və  yeniləşmə  konsepsiyası  inqilab  ideyasına  birbaşa  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə