Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə50/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   46   47   48   49   50   51   52   53   ...   78

 
150 
Bu  və  ya  digər  ideya  və  konsepsiyalar  ayrı-ayrı  tarixi 
dövrlərdə  müəyyən  məqsədlər  üçün  istifadə  edildiyindən  bu 
doktrinalar  müxtəlif  sosial-iqtisadi  və  siyasi  kontekstlərdə 
müxtəlif jür şərh oluna bilər.  Liberalizm kimi mühafizəkarlıq da 
yekjins  deyil  və  onun    bir  sıra  jərəyan  və  istiqamətləri  vardır.  
Məsələn,  mühafizəkarlıqda  radikal  qanad  dövlət-inhisarçı 
kapitalizmində  və  «rifah  dövləti»ndə  dəyişikliklər  edilməsi  
tərəfdarı kimi çıxış edir.  Onları ABŞ, Fransa, Almaniya və digər 
Qərbi  Avropa  ölkələrindəki  «yeni  sağlar»ın  və  yeni 
mühafizəkarların 
ayrı-ayrı 
qruplaşmaları,  İngiltərədə  isə  
tetçerizm  təmsil  edir.    Ənənəvi  mühafizəkarlar  «radikallar» 
tərəfindən təklif edilən dəyişikliklərin nisbətən həyata keçirilməsi 
tərəfdarı kimi çıxış edirlər. Bu mənada mühafizəkarların daha çox 
istiqamətləri  üzə  çıxır.  Bəzi  politoloqlar  mühafizəkarlıqda 
«intellektual»,  «iqtisadi  liberallar»,  «ənənəvi  mühafizəkarlıq», 
«yeni  sağlar»  adlı  istiqamətlərin    olduğunu  göstərirlər.      Qeyd 
etmək  lazımdır  ki,  həm  ABŞ-da,  həm  də  Qərbi  Avropada  «yeni 
sağlar»  təsirli  qüvvə  kimi  çıxış  edirlər.  Çünki  onlar  ziddiyyətdə 
olan müxtəlif qruplaşmalar arasında sazişçi mövqe tutur. 
Ümumiyyətlə,  konservatizmin  daxili  siyasi  jərəyanları  ilə 
yanaşı, bir sıra iqtisadi konsepsiyaları, nəzəriyyələri də vardır. Bu 
gün konservativ siyasi qüvvələr tərəfindən müdafiə olunan və çox 
məşhur  olan  iqtisadi  proqramlar,  konsepsiyalar  klassik 
liberalizmlə  əlaqəni  açıq  nümayiş  etdirir.    Yeni  iqtisadi 
konservatizm  Avropa  sivilizasiyasının  ənənəvi  dəyərlərini 
(iqtisadi  azadlıq,  rəqabət,  dövlətin  iqtisadi  həyata    fəal 
müdaxiləsinin, 
yəni 
onun 
təsərrüfat 
üstünlüyünün 
məhdudlaşdırılması, öz qüvvəsinə arxalanmaq)   bərpa etməyi öz 
qarşısında  bir  məqsəd  kimi  qoyur.  Lakin  liberalizmdən,  həm  də 
onun  məntiqi  davamı  olan  keynsçilikdən  fərqli  olaraq 
konservatizmin 
başlanğıj 
nöqtəsi 
heç 
də 
utilitarizm 
(mənfəətpərəstlik) və rasional subyektivlik deyil. 
J.Keyns  bildirmişdir  ki,  «Bizim  yaşadığımız  jəmiyyətin 
qüsurları  daha  çox  əhalinin  tam  məşğulluğunu  təmin  edə 
bilməməsində,  habelə  sərvət  və  gəlirləri  nejə  gəldi,  ədalətsiz 


 
151 
bölüşdürməsindədir».
 
İqtisadi  konservatizm  dövlət  nizamlaması 
mexanizmlərindən imtina etmir. Lakin burada iqtisadiyyat çox az 
dərəjədə dövlət tərəfindən nizamlanmanın təsiri altındadır.  
Beləliklə,  bütün  yuxarıda  deyilənləri  ümumiləşdirərək  belə 
nətijəyə  gəlmək  olur  ki,  müasir  siyasi  konservatizm  özündə  ən 
müxtəlif,  bir-birilə  konfliktdə  olan  ideya  və  konsepsiyaları 
birləşdirir və bütöv bir mürəkkəb jərəyanı əks etdirir.  
Özünün  tarixi  təkamülü  gedişində  konservatizm  xüsusilə 
siyasi 
proqram 
və 
manifest 
səviyyəsində  əhəmiyyətli 
dəyişikliklərə  mə'ruz  qalmışdır.  Konservatizmin  siyasi  fəlsəfəsi 
siyasi proqram və hərəkatlara münasibətdə müəyyən müstəqilliyə 
malikdir.  
Bütövlükdə  müasir  konservatizmin  bütün  variantlarını  üç 
əsas  tipə,  daha  dəqiq  desək  jərəyana  bölmək  olar: 
1.Neokonservativ jərəyan; 2. «Yeni sağlar»; 3. Ənənəvi və yaxud 
paternalist  konservatizm.  Qeyd  etmək  lazımdır  ki,  bu  üç  tip 
müxtəlif  «maraqlar  sferasını»  (real  siyasət,  metapolitika  və 
mədəni  siyasət,  mənəvi-əxlaqi  sfera)  xarakterizə  edir  və  bu  da 
daha çox onun ideoloci dayaqlarını müəyyənləşdirir. 
70-ji 
illərdə  ABŞ-da  konservativ  hüjumun  birinji 
mərhələsində  əsas  «zərbə  qüvvəsi»  rolunu  «yeni  sağlar»  oynadı 
və  respublikaçılar  patiyasının  elektoral  qələbəsində  əvəzsiz 
xidmət  göstərdi.  Böyük  Britaniyada  isə  konservativ  dəyərlərin 
dərk  olunmasının  və  siyasi  proqram  hazırlanmasının 
təşəbbüsçüsü  kimi  klassik  konservativ  dairələr  (İ.Oakşot, 
«Solsberi»  qrupu)  çıxış  etdi.  80-ji  illərin  ikinji  yarısında 
konservativ  hərəkat  çərçivəsində  jiddi  dəyişikliklər  baş  verdi, 
qüvvələr balansı mötədil konservatorların xeyrinə dəyişdi. ABŞ-
ın  sağ  konservatizm  hərəkatındakı  mötədil  qanad  (J.Buş, 
J.Beyner,  R.Doul),  habelə  konservativ  demokratlar  (A.Qor, 
S.Nann)  neokonservatizmə  yaxındır.  Konservatizm  demokratik 
partiyaların  siyasi  kursuna  və  ideologiyasına  əsaslı  təsir 
göstərmişdir.  Həmin  partiyalar  80-ji  illərdə  liberalizmin  Böyük 
jəmiyyətinin  və  Yeni  kursunun  proqramından  geri  çəkilmiş 
oldular. 


 
152 
Avropa  «yeni  sağları»  xristianlığı  və  ondan  doğan 
liberalizmi  mədəni  irsə  münasibətdə  biganə  və  məsuliyyətsiz 
olmaqda  günahlandırırlar  və  qeyd  edirlər  ki,  bu  münasibətin 
sonu ümumi prinsip olan eqalitarizmlə başa çatır.    D.Bell 
(onu 
«sosial-demokrat konservatoru» adlandırırlar) belə hesab edir ki, 
«müasir  Qərb  jəmiyyətində  sabitliyə  və  nizam-intizama  yalnız 
liberalizm  prinsipi  əsasında  nail  olmaq  olar.  Çünki  bu  prinsip 
fərdi  və  qrup  rəylərinin  müxtəlifliyinə  böyük  əhəmiyyət  verir… 
Lakin heç də istənilən jəmiyyətdə vəziyyət sabit olmur… nüfuzun 
itirilməsi  hakimiyyətin  itirilməsinə  gətirib  çıxarır…  Elitaların 
qabiliyyətsizliyi 70-ji illər irsinin həyəjanlı hissəsidir». Amerikan 
sosioloqunun  fikrinjə,  bu  zaman    «inam  böhranının»  nətijəsi 
olaraq  qanuna  tabe  olmağa  dərhal  hazır  olmaq  psixologiyasına, 
ijtimai  rifah  hesabına  şəxsi  tələbatını  ödəmək  tamahına    son 
qoyulmuş oldu. 
Böhranın  əsas  səbəblərindən  biri  dövlətin  iqtisadi  rolunun 
artmasıdır.  Bunun  da  nətijəsində  bürokratikləşmə  güjlənir, 
təsərrüfat mexanizmləri isə dəyişən dünya təsərrüfatı vəziyyətinə 
uğyunlaşma  qabiliyyətini  itirir.  İqtisadiyyatın  dövlət  tərəfindən 
tənzimlənməsini liberalizm ədalətsiz sayır. Libertalistlərdən fərqli 
olaraq  neokonservatorlar  dərk  edirlər  ki,  dövlətin  iqtisadiyyata 
müdaxiləsi  bu  və  ya  digər  dərəjədə  mümkündür  və  bunsuz 
keçinmək olmaz. 
Konservatorlarda 
müasir 
dövlətə 
ikili 
münasibət 
mövjuddur.  Buraya  həm  etatistləri,  həm  də  antietatistləri  aid 
etmək  olar.  Konservatizmə  antietatizm  yox,  etatizm  xasdır. 
Konservatorlar  «rifah  dövlətini»  tənqid  edirlər.  Məlumdur  ki,  II 
Dünya  müharibəsindən  sonra  Qərbi  Avropa  dövlətlərində  və 
ABŞ-da «rifah dövləti» quruldu. D.Eyzenhauerin ABŞ prezidenti 
olduğu  dövrdə  (1952-1960)  amerikalılar  ilk  dəfə  olaraq 
«firavanlıq  dövlətinin»    bəhrəsini  gördülər.  Öz  xüsusi  evləri  və 
mənzilləri olan ailələrin xüsusi çəkisi ikiqat artdı, əhalinin yarısı 
gəlirinə  görə  orta  təbəqəyə  çevrildi.  Bütün  ölkədə  kütləvi 
istehlakın rəmzi olan tijarət mərkəzləri yarandı.  Dövlətin iqtisadi 
həyata  müdaxiləsi  tendensiyası  dünya  kapitalizminin  70-ji  illər 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə