Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə58/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   54   55   56   57   58   59   60   61   ...   78

 
174 
qoymağı,  habelə  onların  hüquq  və  imkanlarının    bərabərliyini», 
insanların  ya  istehsal  vasitələri  sahiblərindən,  ya  da  siyasi 
hakimiyyətə  sahib  olanlardan  asılılığının  aradan  qaldırılmasını 
nəzərdə  tutur;  həmrəylik  «insanların  birliynin  və  ədalətsizliyin 
qurbanlarının  halına  yananların  hisslərinin»  praktik  ifadəsi  kimi 
başa  düşülür.  Bu  prinsiplər  bir  yerdə    demokratik  sosializm 
adlanan jəmiyyətin modelini xarakterizə edir.   
Sosializmin  iqtisadi  əsasları  haqqında  danışarkən  sosial-
demokratlar  ijtimailəşmənin  və  qarışıq  iqtisadiyyat  çərçivəsində 
ijtimai  mülkiyyətin    tərəfdarı  kimi  çıxış  edir.  Sosial-
demokratların  ideoloci  nəzəriyyəsi  Qərbi  Avropa  ölkələrinin  
inkişafının  tarixi  təjrübəsinə  söykənir  və    beynəlxalq 
münasibətlərin 
beynəlmiləlləşməsi 
 
və 
qloballaşmasının 
qanunauyğunluqları,  müasir  sosial  tərəqqi  ilə  texnoloci 
inqilabların  qarşılıqlı  əlaqəsi    haqqında  dünya  sosial  fikrinin 
qəbul etdiyi  müddəalardan çıxış edir.   
Bütövlükdə  qabaqjıl  Qərb  jəmiyyətləri  şəraitində  bir  sıra 
sosialist  ideyalarının  nəzəri  inkişafında  və  praktikasında  sosial-
demokratiyanın  böyük  töhfəsini  qəbul  etməmək  bu  gün  çox 
çətindir.  
Sosial-demokrat  ideologiyası  indi  də  sosializm  ideyasının 
kommunist şərhinə qarşı durur. AVSP-nin 1989-ju il qurultayında 
onun  mərhum  lideri  V.Brandt  demişdir:  «Kommunistlərin  əsas 
düşməni  kimi  sosial-demokratlar  daha  çox  dərəjədə,  başqaları 
kimi onların əleyhinə ideya mübarizəsi aparırlar». 
«Sosializm  nədir?»  sualına  kommunist  belə  javab  verir: 
«Sosializm  tarixin  mərhələsidir  (sonunju  formasiyadır).  Tam 
ijtimailəşdirilmiş  və  vahid  plan  əsasında  idarə  olunan,  bütün 
imtiyazların  ləğv  edildiyi  ijtimai-siyasi  quruluşdur».  Sosial-
demokratın isə bu suala  javabı belədir:  «Sosializm jəmiyyəti öz 
təjrübəsi  və  inkişaf  səviyyəsindən  asılı  olaraq  müxtəlif 
formalarda  təzahür  edən  təşkilatlanma  prinsipidir.  Yəni  insanlar 
bərabər hüquqlara malikdirlər və həyatın bütün sahələrində iştirak 
edirlər». 


 
175 
«Dövlət  və  demokratiya  nədir?»  sualına  kommunist  belə 
javab  verir:  «Dövlət  iqtisadi  baxımdan  hakim  olan  sinfin 
hökmranlıq  alətidir».  Sosial-demokratın  isə  bu  suala    javabı 
belədir: «Dövlət bütün jəmiyyətin tələblərini ödəməyə borjlu olan 
aparatdır.  Demokratiya  sosializmə  aparan  yeganə  yoldur, 
sosializmin üzvi tərkib hissəsidir». 
Demokratiyanın 
sosial-demokrat 
modeli 
 
müasir 
məzmununa  görə  deyil, 
yalnız 
öz  mənşəyinə 
görə  
demokratiyanın  eyniyyət  modelidir.  Məlumdur    ki,  sosial-
demokratiya  ilk  əvvəl  demokratiyanın  sinfi  konsepsiyasına 
istiqamətlənmişdi 
və 
şəxsiyyətin 
yox, 
sinfi 
birliyin 
üstünlüyündən,  onun  vahid  marağından    çıxış  edirdi.    Liberal 
konsepsiya  istiqamətində  təkmilləşsə  də  özündə  kollektivçi 
elementləri saxlamışdır. 
Məlumdur  ki,  sosial-demokratiya  konsepsiyası  özündə 
demokratiyanın  sosializmlə  birləşməsini  əks  etdirir.    Onun 
azadlıq,  ədalət  və  həmrəylik  kimi  dəyər  prinsipləri  də  buradan 
irəli  gəlir.  Bu  o  deməkdir  ki,    məhsul  istehsalı  və  bölgüsü 
üzərində  hakimiyyət  bütün  xalqın  əlindədir;  vətəndaşlar  onların 
nəzarətində  olmayan  müxtəlif  növlü  hakimiyyət  qruplarının 
asılılğından  xilas  olur.  Sinfi  əsaslar  üzərində  qurulmuş  jəmiyyət 
öz yerini azad və bərabər əməkdaşlıq edən insanlara verməlidir.   
Demokratiyanın 
sosial-demokrat 
modelinin 
liberal 
modeldən fərqli olan əlamətləri aşağıdakılardır: 
-demokratiyanın 
əsası  kimi  vətəndaş  jəmiyyətinin 
tanınması. Demokratik həyat öz başlanğıjını demokratik vətəndaş 
jəmiyyətindən götürür.  
-demokratik  hüquq  və  azadlıqların  həyata  keçirilməsində 
dövlətin roluna xüsusi əhəmiyyət verilməsi. Dövlət,  bir tərəfdən, 
bir  neçə  sosial-demokrat  partiyası  ilə  birlikdə  sinfi  hökmranlıq 
aləti  kimi  qəbul  edilir,  digər  tərəfdən  isə  insan  hüquq  və 
azadlıqlarını təmin edən orqan kimi, demokratik əsasda vətəndaş 
jəmiyyətinin  funksiya  göstərməsi,  bazarın  dağıdıjı  təsirindən 
demokratiyanı müdafiə edən orqan kimi qəbul edilir.  Belə halda 


 
176 
vətəndaş jəmiyyətinə və demokratik münasibətlərə neqativ təsirlə 
bağlı problemlərin mümkünlüyü də dərk edilir; 
-dövlət  ideologiyasını  inkar  edən  ideoloci  və  siyasi 
plüralizm  də  tanınır;    ümumi  və  bərabər  seçki  hüququ, 
parlamentarizm, hakimiyyətin bölgüsü, federalizm, sosial, hüquqi 
dövlət,  dövlət  idarəetməsi  ilə  özünüidarənin  bağlılığı  kimi  
prinsiplər və demokratiya institutları da qəbul edilir. 
Sosial-demokratik modelin bütün bu qeyd olunan əlamətləri 
və elementləri onun kompleks xarakterindən məlumat verir; onda 
demokratiyanın  kollektivçi  və  liberal      elementləri  də 
birləşmişdir.  Müxtəlif  partiyaların  proqram  və  praktik 
fəaliyyətində  bu  elementlərin  qarşılıqlı  münasibətləri  eyni  jür 
deyildir.  
Dövlət  sosializmi  ölkələrində  demokratiyanı  sözün  tam 
mənasında  eyniyyət  demokratiyası  adlandırmaq  olar.  Liberal 
nəzəriyyə və demokratiya baxımından bu jür demokratiyanın real 
varlığı  inkar  edilir.    F.Hayek  onu  «totalitar  demokratiya» 
adlandırır. Bu jür termindən görkəmli Qərb politoloqu Bobbio da 
istifadə edir. Bu və ya digər nəzəriyyəçilər və siyasətçilərin nejə 
münasibət  bəsləməsindən  asılı  olmayaraq  eyniyyət  demokratiya 
konsepsiyası    nəinki  marksistlərin  əsərlərində  nəzəri  formada 
mövjüddur,  bu  jür  demokratiya  sovet  jəmiyyətində  mövjud 
olmuş, sosialist istiqamətli ölkələrdə indi də mövjuddur. Hazırda 
dövlət  sosializmi  ölkələrində  demokratiyanın  aşağıdakı  əsaslı 
prinsipləri  həyata  keçirilir:  çoxluq  və  nümayəndəlik,  seçki 
sistemi,  yerli  özünüidəretmə.  Jəmiyyətdə  bir  partiyanın    inhisarı 
və  birpartiyalı  ideologiyanın  hökmranlığı    sözsüz  ki,  recimi 
totalitar 
və 
avtoritar 
etmişdir. 
Seçkinin 
nətijələrinin 
saxtalaşdırılması    bir  məqsədə  xidmət  edir:  hazırki  recimin 
formal-demokratik  legitimləşdirilməsinə  nail  olmaq.  Seçijilərə 
partiya-ideoloci təzyiq göstərmə və onların ələ alınması aşağıdakı 
formalarda  gedir:  ijtimai  rəylə  manipulyasiya  etmək,  vətəndaş 
müharibəsi  təhlükəsi  ilə  ijtimai  rəyi  qorxutmaq  (əgər  onlar 
hakimiyyət  blokuna  səs  verməsələr,  konstitusiyanın  prezident 
layihəsinii dəstəkləməsələr və s.).  Dövlət başçısı vətəndaşların az 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə