Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə56/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

 
168 
xüsusilə  sağ  mərkəzçilərin  (Müsavat,  AXJP,  ADP,  AMİP,  YAP 
və  b.)  məqsədi  dövlətçiliyi,  millətçiliyi,  azad  sahibkarlığı, 
istiqlalçılığı  qorumaq  və  inkişaf  etdirməkdən  ibarətdirsə, 
Rusiyada  mühafizəkarın  mütərəqqi  dəyərləri  üstün  tutmaqla 
bərabər,  böyük  dövlətçilik,  Rusiyanın  dağılmasının  qarşısını 
almaq,  federasiyaya  daxil  olan  xalqların  müstəqillik  jəhdlərinin 
qarşısının  alınmasına  bəraət  qazandırmaq,  dövlətin  bu  sahədə 
antihumanist  tədbirlərini  dəstəkləmək,  rus  şovinizmini  üstün 
tutmaq  meylləri  üstün  yer  tutur.  Lakin  bütün  bunlarla  yanaşı, 
konservatizmə elmi maraq da güjlüdür. 
Azərbayjanda 
konservatorlara 
milli-demokratlar, 

jümlədən  radikal  demokratlar  da,  «hakimiyyət  partiyası»  da 
aiddir.  Azərbayjandakı    radikal  demokratlar  ideologiyada  və  
siyasi strategiyalarında həm liberalizm, həm də neokonservatizm 
dəyərlərinə  söykənirlər.  Bu  radikal    demokratların  ideoloci 
mövqeyi  onların  liderlərinin  çıxışlarında,  həm  də  siyasi 
addımlarında  öz  əksini  tapır.  İqtisadiyyatda  xüsusi  mülkiyyətin 
hökmranlığının  dirçəldilməsi  və  iqtisadiyyatın  tamamilə 
dövlətsizləşdirilməsi  kursu;  iqtisadi  və  sosial  tərəqqinin  yeganə 
vasitəsi  kimi  azad  bazarın  və  rəqabətin  tanınması;  fərdiyyətçilik 
mövqeyində durmaq; millətçilik  və dövlətçilik dəyərlərini üstün 
tutmaq;    açıq-aşkar  antikommunizm  mövqeyindən  çıxış  etmək  – 
bütün bunlar bir  yerdə  götürüldükdə Azərbayjan  demokratlarının 
konservatizm  qarışığı  olan  neoliberalizmin    reallaşdırılması 
tələblərində ifadə  olunur. 
 
3.2.  Liberalizm və  sosializm 
 
Siyasi  ideologiyanın  istiqamətlərindən  biri  olmaq  etibarilə 
müasir  dünya  siyasətinə  təsir  edə  bilən  siyasi  ideologiyalardan 
biri  də  sosializmdir.  Mühafizəkarlıq  kimi  sosializmin  də  kökləri 
XVIII  əsrin  ikinji  yarısında  Avropada  baş  vermiş  böyük  siyasi 
dəyişiklərlə bağlıdır. XIX əsrin sonlarından başlayaraq bütöv bir 
əsr ərzində dünyanın siyasi inkişafı sosialist ideologiyasının güjlü 
təsirinə məruz qalmışdır. Sosializm ideyaları hələ qədim dövrdən 


 
169 
məlum olsa da, bu ideyaların nəzəri jəhətdən əsaslandırılması və 
ideoloci baxımdan qanuniləşdirilməsi  XIX əsrə təsadüf edir.   
Sosializm  siyasi  ideologiya  olmaq  etibarilə  kütlələrin 
tarixən  sosial  ədaləti,  həmrəyliyi,  şəxsiyyətin  sosial  müdafiəsini 
həyata keçirən jəmiyyət haqqında arzuları ilə bağlıdır. Sosializm  
müxtəlif  ideya-siyasi  istiqamətləri  özündə  birləşdirir.    Keçmişə 
aid  çoxsaylı  sosial  utopiyalardan  və  eqalitar  nəzəriyyələrdən 
sosializm  onunla  fərqlənir  ki,    bu  nəzəriyyə  sosial  yoxsulluğu 
istehsal  vasitələri  üzərində  mülkiyyət  münasibətləri  və  sosial 
sferada siyasi dəyişikliklərin aparılması  zərurətilə əlaqələndirir.   
«Sosializm» termini ilə ifadə olunan siyasi ideologiyada iki 
başlıja  jərəyan  –  «elmi  sosializm»  və  «sosial-demokratiya» 
jərəyanları  təmsil  olunub.  Elmi  sosializm    1917-ji  il  okyabr 
çevrilişindən sonra Rusiyada, II Dünya müharibəsindən sonra isə 
bir  sıra    Şərqi  Avropa  və  Asiya  ölkələrində,  Kubada  jəmiyyətin 
ijtimai-siyasi  həyatının  elmi  sosializmin  müddəalarına  əsaslanan 
modelinə  uyğun  təşkil  edilərək,  XX  əsrin  90-jı  illərinədək 
dünyanın  siyasi  mənzərəsini  təyin  edən  reallıq  keyfiyyətində 
mövjud olmuşdur. 
Elmi sosializm (yaxud sosializmin marksist-leninçi modeli) 
fərdin iqtisadi və siyasi müstəqilliyinə, iqtisadi və siyasi rəqabətin 
roluna,  əməyi  stimullaşdırma  üsullarına  lazımi  qiymət  vermir. 
Jəmiyyətdə  sosial  tənzimlənmənin  əsas  mexanizmi  sərvətlərin 
mərkəzləşdirilmiş  şəkildə  bölüşdürülməsində  görülür.  Elmi 
sosializm  doktrinasının  əsas  istiqamətləri  fərdin    müstəqilliyini 
kölgədə  qoyan  dövlət,  təşəbbüskarlığı  və  demokratiyanı  boğan 
mərkəzləşmiş idarəçilik, habelə iqtisadiyyat üzərində ağalıq edən 
siyasətdir.   
Siyasi  ideologiyanı  praktikaya  çevirmək  məqsədlərini 
rəhbər  tutan  V.  Lenin  marksizm  doktrinasında  siyasi  zorakılığın 
nəzəri  əsaslarını  verən  fundamentalist  jərəyanın  əsasını 
qoymuşdur.  SSRİ-də,  digər  sosialist  ölkələrində  yeni  jəmiyyət 
qurujuluğunun  əsas  vasitələri  kimi  terrorizmin,  siyasi 
repressiyaların  və  təqiblərin geniş  yayılması  bu  ölkələrdə  leninçi 
fundamentalizmin 
kök 
salmasının 
nətijəsidir. 
Sosialist 


 
170 
fundamentalizminin  titoizm  və  maoizm  kimi  milli  formaları 
mövjud olmuşdur.  
«Marksizm-leninizm»  söz  birləşməsi    K.  Marks    təlimi  və 
V.  Lenin  konsepsiyasının  real  məzmununu  əks  etdirmir. 
Leninizm  –  marksist  dialektik  materializm  metodologiyası 
əsasında  qurulmuş,  lakin  öz  konkret  nəzəri  və  ideoloci 
məzmununa  görə  Marks  və  Engelsin  görüşlərindən  fərqlənən 
fəlsəfi,  sosial-iqtisadi  və  siyasi  görüşlər  sistemidir.  Leninizm 
əsasən  Rusiyada  sosial  inqilab,  proletariat  diktaturası  və  fəhlə 
sinfinin avanqardı kimi kommunist partiyası haqqında təlimdir.  
Leninizmin əsas ehkamlarından biri  keçmiş SSRİ-də dövlət 
hakimiyyətinin 
köməyilə  sosializm  jəmiyyətinin  sürətlə 
qurulması haqqında tezis olmuşdur. Praktikada  bu özünü yalnız 
jəmiyyətin kapitalın himayəsindən dövlət-partiya bürokratiyasına 
keçidində  özünü  doğrultdu.  Nətijədə  xalq  kütlələrinin  kapitalist 
istismarı dövlət bürokratiyasının istismarı ilə  əvəz olundu, insan 
hakim  siyasi  sistemin  azad  fərdinə  deyil,    onun  «vintjiyi»nə 
çevrildi. Kommunist jəmiyyətində insan hüquqları tam mənasını 
itirmiş oldu. 
Marsizm və  leninizmin məhdudluğu həm də istənilən sosial 
nəzəriyyəyə  xas  olan    konkret-tarixi  xarakter  daşıyır.  Sosializm 
ümumdünya-tarixi  tərəqqinin  tələbatıdır.  Marksizmə  hardasa 
bitmiş  nəzəri-ideoloci  sistem  kimi  baxmaq  çox  böyük  səhv  idi. 
Unutmaq  lazım  deyildir  ki,  marksizm-leninizmi  uzun  müddət 
özündə  süni surətdə nəzəri-ideoloci görüşləri, partiya-bürokratik 
ideologiyanı  və  kütləvi  siyasi  şüuru  birləşdirən  ideologiya  kimi 
qələmə  vermişlər.    Makrsizm-leninizmdən  danışarkən  ilk 
növbədə  qeyd  etmək  lazımdır  ki,  kommunist  (sosialist) 
ideologiyası  marksistlərin  özləri  tərəfindən  müasir  dünyada 
dövlət sosializmi modelinin böhran keçirməsi səbəbindən sözsüz 
ki,  tənqidə  məruz  qalan  ideologiyadır.  70-ji  illərdəki    Qərbi 
Avropa  kommunist  hərəkatında  avrokommunizm  yeni  təfəkkür 
konsepsiyası SSRİ-də partiya-dövlət ideologiyasının  (marksizm-
leninizmin)  doqmatizmindən  xilas  olmağın  iki  yolunu  göstərirdi 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə