134
spontan surətdə yaranır. Yəni minlər və milyonlarla insan öz
xüsusi məqsədlərinə çatmaq üçün fəaliyyətlərini digər insanların
fəaliyyətləri ilə əlaqələndirir və bu hal qayda-qanunun yaranması
ilə nətijələnir. İnsan jəmiyyətinin ən mühüm institutları olan dil,
hüquq, pul və bazar spontan olaraq, mərkəzləşdirilmiş rəhbərlik
olmadan yaranıb, inkişaf etmişdir. Spontan qayda-qanunun digər
nümunəsi insanlar arasında birlik və əlaqələrin vahid mürəkkəb
şəbəkəsi olan vətəndaş jəmiyyətidir; vətəndaş jəmiyyəti daxilində
birliklər müəyyən məqsədlər üçün yaradılır, lakin vətəndaş
jəmiyyətinin özü təşkilat deyildir və ayrıja götürülmüş məqsəd
daşımır;
- Hüququn aliliyi: Libertarizm nə hər şeyin ijazə verildiyi
dəyər, nə də gedonizm (gedonizm – həyatın zövq və səfa üçün
yaranmış olduğunu iddia edən qədim yunan fəlsəfəsi) deyildir.
Liberatristlər qanunlar çərçivəsində azad jəmiyyəti təklif edirlər.
Belə bir jəmiyyətdə insanlar öz həyatlarını yaşamaqda o vaxtadək
azad sayılırlar ki, eyni dərəjədə başqalarının da hüquqlarına
hörmət edirlər. Hüququn aliliyi o deməkdir ki, insanlar ümumi
qəbul edilmiş hüquq normalarına və həmçinin spontan yaranmış
hüquq normalarına tabe olurlar;
- Məhdudlaşdırılmış hakimiyyət: Hüququ təmin etmək
üçün insanlar hökumət yaradır. Lakin hökumət təhlükəli
institutdur. Libertarizm hakimiyyətin mərkəzləşməsinə güjlü
antipatiyaları ilə seçilirlər. Onlar hakimiyyəti bölmək və
məhdudlaşdırmaq istəyirlər. Bu isə o deməkdir ki, libertarizm
hakimiyyətin yazılmış konstitusiyalar ilə məhdudlaşdırılmasını
üstün tuturlar. Libertarizm ideologiyasının əsas siyasi nətijəsi
hakimiyyətin məhdudlaşdırılmasıdır;
-Azad bazar: Azad bazar azad insanlardan təşkil olunmuş
iqtisadi sistemdir. Libertaristlər belə hesab edirlər ki, dövlətin
azad seçim prosesinə müdaxiləsi nə qədər minimuma endirilsə,
insanlar eyni zamanda daha azad olar və daha çox varlana bilər;
-Xeyirxah
istehsal:
Müasir
libertaristlər insanların
qazanmaq hüquqlarını müdafiə edirlər və heç bir istehsalla
135
məşğul olmayan, lakin onların əlindən bu qazanjı alan
siyasətçilərin və bürokratların əleyhinə çıxırlar;
-Maraqların təbii harmoniyası: Libertaristlər belə hesab
edirlər ki, ədalətli jəmiyyətdə dinj surətdə istehsalla məşğul olan
insanların maraqları harmonikdir. Azad bazarın olduğu şəraitdə
fermerlər və tajirlər, istehsal edənlər və idxal edənlər arasında heç
bir konflikt yarana bilməz;
-Sülh: Libertaristlər həmişə müharibə əleyhinə çıxırlar.
Onlar başa düşürlər ki, müharibə özü ilə ölüm və dağıntı gətirir,
ailələri və iqtisadiyyatı dağıdır, hakimiyyətin hakim sinfin əlində
jəmləşməsinə imkan yaradır.
Müasir liberal partiyalar adətən çoxpartiyalılığa, insan
azadlıqları və hüquqlarının maddi əsası kimi xüsusi mülkiyyətə
əsaslanan hüquqi dövlət qurulmasını, koalision hökumət
yaradılmasını, birbaşa prezident seçkiləri keçirilməsini, dövlət və
ijtimai instituların ideologiyasızlaşmasını öz qarşısına məqsəd
qoyur. Bu mövqedə duran partiyalar bir nəfərin iradəsi ilə dövlət
idarəetmə üsulunu inkar edir, istənilən diktatura əleyhinə çıxır,
bir ideologiyanın hökmranlığını, bir partiyanın inhisarını rədd
edir, sağ və sol radikalizmi qəbul etmir, ideoloci fərziyyələrə
deyil, sağlam fikrə əsaslanan düşünülmüş islahatlar tərəfdarıdır.
Liberallar həmişə qanun çərçivəsində fəaliyyət göstərən
bütün partiyalarla əməkdaşlıq etməyə hazır olduqlarını nümayiş
etdirirlər. Onlar jəmiyyətin xalqın dostları və düşmənlərinə
bölünməsini qəbul etmir, milli ayrı-seçkilik əleyhinədir, ümumi
siyasi
tətilləri məqbul saymırlar və ijtimai həyatın
humanistləşməsinin, daxili problemlərin iqtisadi metodlarla həll
edilməsinin tərəfdarı kimi çıxış edirlər.
Siyasi və iqtisadi azadlıq olmadan ümumi bərabərlik
jəmiyyəti qurmaq təjrübəsi XX əsrin 80-ji illərin axırlarında
SSRİ-nin süqutu ilə iflasa uğradıqda Avropa və Amerikanın
demokratik dövlətləri Lokkun liberalizmini və Russonun «yaxşı
dövlət» ideyasını qəbul edərək hərtərəfli inkişafa nail oldular.
İnsanın söz və yığınjaq azadlığına sosial müdafiə hüququ da
əlavə olundu. İnsan hüquqları, bazar iqtisadiyyatı və inkişaf etmiş
136
sosial təminat müasir demokratiyanın başlıja məzmununa
çevrildi. Bizdə isə liberal dəyərlər əsasında yaranan demokratiya
prinsipləri bu illərdə hələ yenijə özünə yer etməyə jəhd göstərirdi.
Keçmiş sovet imperiyasının dağılması prosesində
Azərbayjanda ilk kütləvi təşkilat kimi yaranmış Azərbayjan Xalq
Jəbhəsinin (1989) mahiyyəti həm insanın, həm də xalqın öz
müqəddəratını təyin etməsi uğrunda hərəkatdan ibarət idi. O
zaman AXJ-nin himayəsi altında azad mətbuat yarandı. Qəbul
edilmiş AXJ Proqramı ölkənin siyasi fikir tarixində yeni səhifə,
yeni söz oldu. Azərbayjan xalqı liberal dəyərlərdən ibarət olan
hüquqi dövlət, vətəndaş jəmiyyəti və dövlətin əzməyə hüququ
olmadığı əsas insan hüquqları haqqında ilk dərsi ondan aldı. Bu
gün Azərbayjanda insan hüquqları uğrunda mübarizəni çoxlu
sayda siyasi, ijtimai və hüquq müdafiəsi ilə məşğul olan təşkilat
vardır. Bu təşkilatların, demək olar ki, hamısı, o jümlədən liberal
dəyərlərin daşıyıjıları olan siyasi partiyalar AXJ ümummilli
hərəkatının «bətnindən» çıxıb, onların proqramları isə indiyəjən
özündə Xalq Jəbhəsinin ilk Proqramının (16 iyul, 1989) ruhunu
və «möhürünü» daşıyır. Hazırda Azərbayjanda liberalizm
ideologiyasının daşıyıjıları kimi «Əhrar», Azərbayjan Liberal və
Azərbayjan Liberal-Demokrat partiyaları və b. fəaliyyət göstərir.
Həmin siyasi partiyalar, eyni zamanda demokratik partiyaların
əksəriyyəti öz proqramlarına liberal ideologiyada ilk dəfə işlənib
hazırlanmış müddəaları daxil etmişlər. Bu müddəalara bazar
münasibətlərinin əsası kimi azad rəqabət, hüquqi dövlət,
özünüidarəetmə, şəxsiyyətin azadlığı, söz, mətbuat azadlığı,
siyasi seçki hüququ, azlıqda qalan xalqların dilinə, etiqadına və
adət-ənənələrinə hörmət etmək və s. aiddir.
Beləliklə, Azərbayjanda liberalizm artıq təşkilati siyasi
qüvvə kimi fəaliyyət göstərir və liberalizmin qarşıya qoyduğu
məqsədlərin çoxusunun reallaşmasına misal olaraq göstərə bilərik
ki, respublikamızda vətəndaş jəmiyyətinin və hakimiyyətin
əsasları yaradılmış, parlamentarizm tətbiq edilərək hakimiyyətin
dövlət səviyyəsində bölgüsünün liberal prinsipi həyata
keçirilmişdir. Liberalizmin bir çox müddəaları - dövlət və bazarın
Dostları ilə paylaş: |