144
Konservativ doktrinada «nüfuz hakimiyyəti» konsepsiyası
ilə demokratiya haqqında təsəvvürlər sıx bağlıdır. Bu doktrinaya
görə, demokratiya nə qədər səbirli, dözümlü olarsa, o qədər
həyat qabiliyyətli olar. Mühafizəkarların fikrinjə, təjrübə,
səlahiyyət və istedad tələb olunan yerdə demokratiya
qəbuledilməz olur. Tam özünüidarəetmə kimi başa düşülən
demokratiya mifdir, heç bir sosial reallığa uyğun gəlmir, belə ki,
siyasət səlahiyyətli elitanın fəaliyyət dairəsidir. Kaltenbrunnerin
ideyası ilə səsləşən konservativ nəzəriyyə azadlıq nəzəriyyəsidir.
Bu nəzəriyyəyə görə azadlıq anlayışı reallığa maksimal dərəjədə
uyğun gəlməlidir və azadlıq anlayışı insanın ikili təbiətindən irəli
gəlir. Hələ E.Berk deyirdi ki, o, yeganə bir azadlıq tanıyır – bu,
qayda-qanunla bağlı olan azadlıqdır. O qeyd edirdi ki, azadlıq
qayda-qanundan asılı olmadan mövjud deyil, yəni sosial xarakter
daşıyır. Buna görə də həqiqi konservatizm azadlığın abstrakt,
qeyri-tarixi
modelindən imtina etməlidir. Geniş liberal
azadlıqların tərəfini saxlamaqla nə onu mütləqləşdirmək, nə də
«təbii
insan
hüquqları»
konsepsiyasına
əsaslanmaqla
ideallaşdırmaq olmaz. Unutmaq olmaz ki, liberal demokratiyaya
görə də istənilən fərdi maraq o zaman reallaşır ki, öz şəxsi
mənafeyindən yüksəkdə dura bilsin.
Konservatizmə görə, hər bir insanın hüququ, o jümlədən,
şəxsi azadlıq eyni zamanda həm təbii, həm də sosial xarakter
daşıyır: təbiidir ona görə ki, Allah tərəfindən yaradılmış insana
mənsubdur, sosialdır, ona görə ki, insan bu hüquqlardan yalnız
təşkil olunmuş jəmiyyətdə istifadə edir. Müasir konservatizmin
hərdən fərdi azadlıq bayrağı altında çıxış etməsinə baxmayaraq
(qeyd etmək lazımdır ki, bu daha çox iqtisadi doktrina üçün
xarakterikdir), ona fərdiyyətçilik nəzəriyyələri yaddır.
Çətin həll edilən problemlərdən biri azadlıq və ədalətin
uyğunlaşdırılmasıdır. R.Xiqqins qeyd edir ki, «azadlıqla qayda-
qanun, azadlıqla ədalət, bərabərliklə təşəbbüs, fərdiyyətçiliklə
həmrəylik arasında konfliktlərin həll edilməsi üçün praktikada
yoxlanılmış göstəriş mövjud deyildir». Bu fikirlə konservativ
müəlliflərin əksəriyyəti razılaşır. Konservatizm ilk növbədə
145
liberal modelə əsaslanan rasional seçim prinsipi əleyhinə çıxış
edir. Məsələn, D.Bell ijtimai müqavilə haqqında tezisi formal
qəbul edərək hesab edir ki, bu, yalnız aşağıdakı əsasda
mümkündür: a) keçmişə hörmətlə yanaşmaq; b) məhdudlaş-
dırılmayan arzular üzərində fərdi və sosial tələbatların
prioritetliyini etiraf etmək; j) bütün insanlarda onların jəmiyyətə
mənsubluğu hisslərini aşılayan ədalət konsepsiyasının etirafı
haqqında müqavilə. D.Bellə görə, mövjud olan, eyni zamanda
insanlara fayda gətirən bərabərsizlik ədalətlidir. Çünki istənilən
rifah və dəyər dərhal hamının malına çevrilməzsə, eqalitar şüur
ondan imtina etməyi tələb edir. Bu jür şüur keçmiş tarixi məhv
edir və jəmiyyətin gələjək nailiyyətlərinə mane olur. Ədalətli
bərabərsizlik kimi ədalətliliyin konservativ anlayışı ənənəsinin
əsasını Berk qoymuşdur. O, hesab edirdi ki, «hamının bərabər
hüququ olsa da, hər halda eyni deyildir». Bundan nətijə çıxaran
müasir konservatorlar radikalizm dərəjəsinə görə bir-birində
fərqlənirlər. Avropa «yeni sağları» fərqlərin etirafının və
dərkinin mürəkkəb iyerarxiyalar üçün perspektivlər açması kimi
qəbul edirlərsə, mötədil konservatorların əksəriyyəti möhkəm
iyerarxiyalaşmış jəmiyyətlərə şübhə ilə yanaşırlar.
Aydındır ki, müasir konservatizm düzgün və tam işlənmiş
doktrina təsiri bağışlamır, bu doktrina çoxüzlü və çox paradoksal
xarakter daşıyır. Amerikan konservatizminin tədqiqatçısı Allison
qeyd edir ki, «konservatorlar eyni zamanda həm fərdiyyətçi, həm
də kollektivçi, həm nüfuz və həm də azadlığın ardıjılları, həm
mistik, həm də ağıllı praktik insanlar rolunda çıxış edirlər».
Konservatizmin ideologiya, o jümlədən siyasi ideologiya
kimi inkişafının qeyri-iradiliyini onun reallığa adekvat münasibət
göstərməsi ilə əlaqələndirən liberalizm jərəyanı olmuşdur. Bir
çox tədqiqatçılar təsdiq edir ki, müasir konservatorları
neoliberallar, konservativ liberallar və ya liberal konservatorlar
adlandırmaq olar. Liberalizm və konservatizmin qarşılıqlı təsiri
öz ifadəsini klassik sosial fikrə münasibətində də tapır. Belə ki,
liberallar E.Berkin ideyalarını qəbul edir, konservatorlar isə
146
klassik liberalizmin irsini mənimsəyir. İ.Kristol qeyd edir ki,
«neokonservatorlar Lokka hörmətlə yanaşır».
Baş vermiş dəyişikliklərə qiymət verilməsi sahəsində
konservativ
fikrin
öz daxilində vahid mövqe yoxdur.
Konservatorları indiyədək liberalizmin sosial islahatçılığı,
qanunçuluq məsələlərinə hədsiz dərəjədə «liberal» münasibəti,
ijtimai əxlaq sahəsində hər şeyi məqbul sayması heç jür qane
etməmişdir. İnteqrativ şüur liberalizmə yad, konservatizmə isə
xas şüurdur. Bu şüura görə dövlətin, millətin mənafeyi fərdi və
qrup maraqlarından üstündür. Konservatizm üçün ijtimai borj
hissləri birinji yerdədir, şəxsiyyətin azadlığı onunla həmahəng
olmalıdır. Liberalizm üçün isə şəxsiyyətin azadlığının təmin
olunması əsasdır, ijtimai borj və vəzifələr fərdin azadlığı və
hüquqları ilə razılaşdırılmalıdır. Konservatorlar liberalizmin
siyasi
fəlsəfəsinə qarşı çıxırlar. İqtisadiyyatda bazar
münasibətlərinin azadlığını müdafiə edən konservatorlar, eyni
zamanda, bu prinsiplərin bütövlükdə jəmiyyətə keçirilməsinə
qarşı çıxırlar.
Lakin XX əsrin 70-80-ji illərində mühafizəkarlar öz
strategiyasını ideoloci jəhətdən əsaslandırmaq məjburiyyəti
qarşısında qalmış oldular. Mühafizəkarlığın ən mühüm
müddəaları ona əks olan ideya-siyasi jərəyandakı dəyişikliklərə
javab reaksiyası kimi əmələ gəlmiş və təkamülə uğramışdır.
Doğrudan da mühafizəkarlıq liberalizmə, burcua reformizmi və
sol radikalizmin müxtəlif formalarına, sosial-demokratiyaya
münasibətdə həmişə ikinji dərəjəli xarakter daşımışdır.
Əgər liberalizm və sosializm ilk başlanğıjdan sinfi ideya-
nəzəri jərəyan kimi əmələ gələrək, burcuaziya və fəhlə sinfinə
arxalanırdısa, konservatizmin bu mənada işi çox mürəkkəb
olmuşdur. Siyasi şüur tipi kimi və ideya-siyasi istiqamət kimi
konservatizm o siniflərin, təbəqə və qrupların ideologiyasıdır ki,
məhz onların mövqeyini ijtimai-tarixi və sosial-iqtisadi inkişafın
obyektiv meylləri təhlükə altına alır. Bu jür imkanlı sosial qruplar
nəinki daim artan çətinliklərin və demokratik qüvvələrin
təzyiqinə, habelə əhalinin az-çox dəyişkən nümayəndələrinin də
Dostları ilə paylaş: |