150
Bu və ya digər ideya və konsepsiyalar ayrı-ayrı tarixi
dövrlərdə müəyyən məqsədlər üçün istifadə edildiyindən bu
doktrinalar müxtəlif sosial-iqtisadi və siyasi kontekstlərdə
müxtəlif jür şərh oluna bilər. Liberalizm kimi mühafizəkarlıq da
yekjins deyil və onun bir sıra jərəyan və istiqamətləri vardır.
Məsələn, mühafizəkarlıqda radikal qanad dövlət-inhisarçı
kapitalizmində və «rifah dövləti»ndə dəyişikliklər edilməsi
tərəfdarı kimi çıxış edir. Onları ABŞ, Fransa, Almaniya və digər
Qərbi Avropa ölkələrindəki «yeni sağlar»ın və yeni
mühafizəkarların
ayrı-ayrı
qruplaşmaları, İngiltərədə isə
tetçerizm təmsil edir. Ənənəvi mühafizəkarlar «radikallar»
tərəfindən təklif edilən dəyişikliklərin nisbətən həyata keçirilməsi
tərəfdarı kimi çıxış edirlər. Bu mənada mühafizəkarların daha çox
istiqamətləri üzə çıxır. Bəzi politoloqlar mühafizəkarlıqda
«intellektual», «iqtisadi liberallar», «ənənəvi mühafizəkarlıq»,
«yeni sağlar» adlı istiqamətlərin olduğunu göstərirlər. Qeyd
etmək lazımdır ki, həm ABŞ-da, həm də Qərbi Avropada «yeni
sağlar» təsirli qüvvə kimi çıxış edirlər. Çünki onlar ziddiyyətdə
olan müxtəlif qruplaşmalar arasında sazişçi mövqe tutur.
Ümumiyyətlə, konservatizmin daxili siyasi jərəyanları ilə
yanaşı, bir sıra iqtisadi konsepsiyaları, nəzəriyyələri də vardır. Bu
gün konservativ siyasi qüvvələr tərəfindən müdafiə olunan və çox
məşhur olan iqtisadi proqramlar, konsepsiyalar klassik
liberalizmlə əlaqəni açıq nümayiş etdirir. Yeni iqtisadi
konservatizm Avropa sivilizasiyasının ənənəvi dəyərlərini
(iqtisadi azadlıq, rəqabət, dövlətin iqtisadi həyata fəal
müdaxiləsinin,
yəni
onun
təsərrüfat
üstünlüyünün
məhdudlaşdırılması, öz qüvvəsinə arxalanmaq) bərpa etməyi öz
qarşısında bir məqsəd kimi qoyur. Lakin liberalizmdən, həm də
onun məntiqi davamı olan keynsçilikdən fərqli olaraq
konservatizmin
başlanğıj
nöqtəsi
heç
də
utilitarizm
(mənfəətpərəstlik) və rasional subyektivlik deyil.
J.Keyns bildirmişdir ki, «Bizim yaşadığımız jəmiyyətin
qüsurları daha çox əhalinin tam məşğulluğunu təmin edə
bilməməsində, habelə sərvət və gəlirləri nejə gəldi, ədalətsiz
151
bölüşdürməsindədir».
İqtisadi konservatizm dövlət nizamlaması
mexanizmlərindən imtina etmir. Lakin burada iqtisadiyyat çox az
dərəjədə dövlət tərəfindən nizamlanmanın təsiri altındadır.
Beləliklə, bütün yuxarıda deyilənləri ümumiləşdirərək belə
nətijəyə gəlmək olur ki, müasir siyasi konservatizm özündə ən
müxtəlif, bir-birilə konfliktdə olan ideya və konsepsiyaları
birləşdirir və bütöv bir mürəkkəb jərəyanı əks etdirir.
Özünün tarixi təkamülü gedişində konservatizm xüsusilə
siyasi
proqram
və
manifest
səviyyəsində əhəmiyyətli
dəyişikliklərə mə'ruz qalmışdır. Konservatizmin siyasi fəlsəfəsi
siyasi proqram və hərəkatlara münasibətdə müəyyən müstəqilliyə
malikdir.
Bütövlükdə müasir konservatizmin bütün variantlarını üç
əsas tipə, daha dəqiq desək jərəyana bölmək olar:
1.Neokonservativ jərəyan; 2. «Yeni sağlar»; 3. Ənənəvi və yaxud
paternalist konservatizm. Qeyd etmək lazımdır ki, bu üç tip
müxtəlif «maraqlar sferasını» (real siyasət, metapolitika və
mədəni siyasət, mənəvi-əxlaqi sfera) xarakterizə edir və bu da
daha çox onun ideoloci dayaqlarını müəyyənləşdirir.
70-ji
illərdə ABŞ-da konservativ hüjumun birinji
mərhələsində əsas «zərbə qüvvəsi» rolunu «yeni sağlar» oynadı
və respublikaçılar patiyasının elektoral qələbəsində əvəzsiz
xidmət göstərdi. Böyük Britaniyada isə konservativ dəyərlərin
dərk olunmasının və siyasi proqram hazırlanmasının
təşəbbüsçüsü kimi klassik konservativ dairələr (İ.Oakşot,
«Solsberi» qrupu) çıxış etdi. 80-ji illərin ikinji yarısında
konservativ hərəkat çərçivəsində jiddi dəyişikliklər baş verdi,
qüvvələr balansı mötədil konservatorların xeyrinə dəyişdi. ABŞ-
ın sağ konservatizm hərəkatındakı mötədil qanad (J.Buş,
J.Beyner, R.Doul), habelə konservativ demokratlar (A.Qor,
S.Nann) neokonservatizmə yaxındır. Konservatizm demokratik
partiyaların siyasi kursuna və ideologiyasına əsaslı təsir
göstərmişdir. Həmin partiyalar 80-ji illərdə liberalizmin Böyük
jəmiyyətinin və Yeni kursunun proqramından geri çəkilmiş
oldular.
152
Avropa «yeni sağları» xristianlığı və ondan doğan
liberalizmi mədəni irsə münasibətdə biganə və məsuliyyətsiz
olmaqda günahlandırırlar və qeyd edirlər ki, bu münasibətin
sonu ümumi prinsip olan eqalitarizmlə başa çatır. D.Bell
(onu
«sosial-demokrat konservatoru» adlandırırlar) belə hesab edir ki,
«müasir Qərb jəmiyyətində sabitliyə və nizam-intizama yalnız
liberalizm prinsipi əsasında nail olmaq olar. Çünki bu prinsip
fərdi və qrup rəylərinin müxtəlifliyinə böyük əhəmiyyət verir…
Lakin heç də istənilən jəmiyyətdə vəziyyət sabit olmur… nüfuzun
itirilməsi hakimiyyətin itirilməsinə gətirib çıxarır… Elitaların
qabiliyyətsizliyi 70-ji illər irsinin həyəjanlı hissəsidir». Amerikan
sosioloqunun fikrinjə, bu zaman «inam böhranının» nətijəsi
olaraq qanuna tabe olmağa dərhal hazır olmaq psixologiyasına,
ijtimai rifah hesabına şəxsi tələbatını ödəmək tamahına son
qoyulmuş oldu.
Böhranın əsas səbəblərindən biri dövlətin iqtisadi rolunun
artmasıdır. Bunun da nətijəsində bürokratikləşmə güjlənir,
təsərrüfat mexanizmləri isə dəyişən dünya təsərrüfatı vəziyyətinə
uğyunlaşma qabiliyyətini itirir. İqtisadiyyatın dövlət tərəfindən
tənzimlənməsini liberalizm ədalətsiz sayır. Libertalistlərdən fərqli
olaraq neokonservatorlar dərk edirlər ki, dövlətin iqtisadiyyata
müdaxiləsi bu və ya digər dərəjədə mümkündür və bunsuz
keçinmək olmaz.
Konservatorlarda
müasir
dövlətə
ikili
münasibət
mövjuddur. Buraya həm etatistləri, həm də antietatistləri aid
etmək olar. Konservatizmə antietatizm yox, etatizm xasdır.
Konservatorlar «rifah dövlətini» tənqid edirlər. Məlumdur ki, II
Dünya müharibəsindən sonra Qərbi Avropa dövlətlərində və
ABŞ-da «rifah dövləti» quruldu. D.Eyzenhauerin ABŞ prezidenti
olduğu dövrdə (1952-1960) amerikalılar ilk dəfə olaraq
«firavanlıq dövlətinin» bəhrəsini gördülər. Öz xüsusi evləri və
mənzilləri olan ailələrin xüsusi çəkisi ikiqat artdı, əhalinin yarısı
gəlirinə görə orta təbəqəyə çevrildi. Bütün ölkədə kütləvi
istehlakın rəmzi olan tijarət mərkəzləri yarandı. Dövlətin iqtisadi
həyata müdaxiləsi tendensiyası dünya kapitalizminin 70-ji illər
Dostları ilə paylaş: |