153
böhranına qədər davam etdi. Rifah dövlətini tənqid etmək
sahəsində Avropa sağları daha kəskin mövqedən çıxış edirlər.
Belə mövqe onların liberalizmi və sosializmi tənqid etmələrindən
irəli gəlir.
«Nekonservatizm» termini bütövlükdə yeni konservativ
hərəkatı xarakterizə etmək üçün deyil, bu hərəkatda müəyyən
istiqaməti – siyasi-ideoloci istiqaməti xarakterizə etmək üçün
işlənir. Qeyd etmək lazımdır ki, konservatizmlə liberalizmin bir-
birindən əxz etdiyi dəyərlər çoxdur. Məhz XX əsrin 70-ji illərində
bir çox liberal dəyərləri qəbul edən mühafizəkarlıq
neokonservatizm adlandı və iqtisadiyyatla bağlı dəyərləri (azad
bazar, azad rəqabəti) qəbul edərək islahatçı xarakter daşıdı.
Eyni zamanda digər demokratik dəyərləri qəbul edərək
tərəqqinin düşməni olmadığını sübut etdi. Qərb ölkələri
çərçivədən çıxan azadlıqların jəmiyyətə nejə zərbə vurduğunun
50-60-jı illərdə şahidi olmuşdu. O vaxtlar bolluq jəmiyyəti olan
«rifah dövlətində» fərdiyyətçiliyin önə keçməsi nətijəsində
əxlaqsızlıq baş alıb gedir, ailələr dağılırdı, kütləvi mədəniyyət
jəmiyyət üçün parazitlərə çevrilən narkomanları, alkoqolları,
tüfeyliləri,
homoseksualistləri,
diggerləri,
hippiləri,
başıqırxıqları, metallistləri və b. yetişdirdi. Məhz bu neqativ
halların və yaranmış ideoloci boşluğun qarşısını 70-ji illərdə
konservatizm ideologiyası aldı.
Beləliklə, 70-ji illər Qərbi Avropa və Şimali Amerika
ölkələrində siyasi konservatizmin mövqeyinin güjlənməsi ilə
əlamətdar olmuşdur. Belə ki, konservatizm jərəyanına mənsub
partiyalar seçkilərdə qalib gələrək hakimiyyət başına keçmiş və
jəmiyyətdə nüfuz qazanmışdılar. Eyni zamanda sosial-reformist
qüvvələr əvvəlki siyasi təsirlərini itirərək ikinji dərəjəli rol
oynamağa başlamışdılar. Bu dövrdə «sağa dönüşün» siyasi
səbəblərini bəzi tədqiqatçılar praktik siyasət sferasında axtarırlar.
Ümumiyyətlə, konservatizmin ideya sferasındakı uğurları bu
sosiomədəni fenomenin daha dərin təhlilini tələb edir. Bu
danılmaz faktdır ki, əgər Qərb jəmiyyətlərində konservatizmin
mədəni, mənəvi əsası, o jümlədən bazası güjlü olmasaydı, onda
154
bu jərəyan sosial-iqtisadi, siyasi və ideya sferalarında qələbələr
qazana bilməzdi.
Konservatizmin yenidən dirçəlməsi mədəni böhran
dövründə baş vermişdir. Bu elə bir dövr idi ki, «yaranmış yeni
şərait» gündəliyə Avropa sivilizasiyasının əsasında duran son iki
əsrlik mədəni paradiqmaya yenidən baxmaq məsələsini
qoymuşdu. Amerikan neokonservatizminin doğulması da 70-ji
illərin sonuna təsadüf edir. Bu zaman ABŞ-da neoliberalların bir
hissəsi sağa doğru meyl edərək siyasi konservatorlarla, habelə
liberal dəyərləri bölüşdürən konservatorlarla ittifaq yaratmaq
üçün imkanlar axtarırdı. 80-ji illərin əvvəllərinədək liberal
konservatorların əksəriyyəti ABŞ-da demokratik partiyalara
meyllənmiş oldu. Hərəkat elə də geniş xarakter almasa da, ABŞ-
ın hər iki böyük partiyasına mühüm tə’sir göstərdi. Qeyd etmək
lazımdır ki, Amerikan konservatizminin bir çox müddəaları
Şimali Amerika siyasi mədəniyyətindən daha çox Britaniya siyasi
mədəniyyətinə
yaxındır.
Təsadüfi deyil ki, amerikan
konservatizminin nümayəndələri daha çox E.Berkin irsinə böyük
diqqət verirlər.
Avropada
neokonservatorlar
ən iri sağ mərkəzçi
partiyalarda təmsil olunmuşlar. Lakin onlar həmin partiyalarda
üstünlük təşkil etmirlər. Böyük Britaniyada konservativ partiya
öz sıralarında neokonservatorları və ənənəvi konservatorları
birləşdirir. Almaniyada Xristian Demokratik İttifaqı (XDİ) sosial
liberallarla konservativ jərəyanlar arasında qarşıdurmanı aradan
qaldıra biləjək qüvvə rolunu oynamağa iddia edir və bütün
xristian-demokratik qüvvələr kimi konservativ hərəkatda xüsusi
mövqeyə malikdir.
Neokonservatorlar müasir konservatizmin mötədil qanadını
özündə əks etdirir. Bu onunla bağlıdır ki, onların əksəriyyəti üçün
əsas maraq sahəsi real siyasət və iqtisadiyyat sahəsidir. Lakin
neokonservatorların əksəriyyəti iqtisadiyyatı əsas nizamlayıjı
mexanizm kimi qəbul etmirlər. Neokonservatorlara bəzən
antietatistlər də deyirlər. Neokonservatorlar liberallar kimi
dövlətin
iqtisadi
azadlıqlara
müdaxiləsinin
maksimum
155
azaldılmasını istəyirdilər. İqtisadi dəyişiklikləri əsas prioritet kimi
götürən M.Tetçer belə hesab edirdi ki, «sahibkarların demokra-
tiyası» məqsəd deyil, vasitədir, vahid güjlü millətə doğru yoldur.
Alman liberal konservatoru L.Şpetin fikrinjə, «etik və ya
jəmiyyətin dəyər normaları həmişə texnika sahəsində bu və ya
digər inkişafın tanınması üçün dəyər ölçüsüdür». M.Tetçerin
«sahibkarların demokratiyası» şüarı yalnız xüsusi biznesə geniş
yol açmaq deyil, bu həm də özəlləşdirməyə, xüsusi sahibkarlıq
prinsipinin tətbiqinə (sosial xidmət sahəsində), əksər insanların öz
işlədikləri müəssisələrin sahibkarına çevrilməsinə imkan
yaratmağı özündə əks etdirirdi.
1980-ji il prezident seçkilərində qalib gəlmiş R.Reyqan da
öz növbəsində ABŞ-ın II Dünya müharibəsindən sonrakı
tarixində dönüş yaratdı. Reyqan «Mühafizəkar inqilab» xəttini
irəli sürərək, F.Ruzveltin dövlətin iqtisadiyyatı tənzim etmək,
sosial kompromislərə yol verilməsi taktikasından imtina etdi.
Reyqan
özü bazar iqtisadiyyatı şəraitində sahibkarlığı
janlandırmaq yolu ilə istehsalı yüksəltmək xəttini götürdü.
Həmin xətti həyata keçirmək üçün ilk növbədə gəlir vergiləri
azaldıldı. «Reyqanomika» proqramının həyata keçirilməsi
nətijəsində iqtisadi böhran dayandırıldı, inflyasiya və işsizlik
aşağı salındı, iqtisadiyyyatın yüksəliş səviyyəsi sürətləndi, tətil
hərəkatının qarşısı alındı. Bütün bunlar Reyqanın 1984-jü il
prezident seçkilərində yenidən qələbəsini təmin etdi. Reyqandan
sonra prezident seçilmiş mühafizəkar Jorj Buş (1988-1992)
Reyqan xəttini davam etdirdi, oğul J.Buş da (2000-2008) bu xəttə
sadiq idi. 2008-ji ildə hakimiyyətə gəlmiş demokrat Barak
Obama prioritetlərin dəyişdiyini bildirdi.
Bütövlükdə qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə
hakimiyyət
başında
duran
konservatorlar
dövlətin
iqtisadiyyatdakı rolunu əhəmiyyətli dərəjədə zəiflətmişlər. Bu,
yalnız özəlləşdirmə nətijəsində deyil, dövlətin iqtisadiyyata
müdaxiləsində direktiv metodlarla idarəetmədən imtina etməyin
nətijəsində mümkün olmuşdur. Konservatizmin bu və ya digər
Dostları ilə paylaş: |