Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə12/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

 
35 
siyasət  də  konkret  təbəələrin,  birliklərin  mənafeyinə  xidmət 
göstərir  və  hər  ikisi  hakimiyyət  münasibətlərinə  yönəlməsi  ilə 
fərqlənir.  Siyasi  ideologiya  siyasi  fəaliyyətin  nəzəri  əsası  kimi 
çıxış  edir.  Eyni  zamanda,  siyasi  ideologiya  siyasi  hərəkatı 
birləşdirən amildir. 
XX  əsrin  ortalarından  başlayaraq  beynəlxalq  aləmdə 
gərginliyin  yumşalması  bəzi  alimlərin  ideologiyanın  sonunun 
çatdığını bəyan etməsinə səbəb oldu. Belə bir fikir hakim idi ki, 
ənənəvi  jəmiyyətlərdən  fərqli  olaraq  industrial  jəmiyyətlərdə 
sosial 
stratifikasiyada 
olan 
dəyişikliklər, 
əhalinin 
proletarsızlaşması, sosial qayda-qanunun əsası olan sosial sülhün, 
barışığın  bərqərar  olması  ilə  sosial  münasibətlərdən  ideoloci 
ölçülər də götürülmüş olur, yəni Amerikan təbliğatçısı,  sosioloq 
D.Bellin  sözləri  ilə  desək  «ideologiyanın  sonu  gəlib  çatmışdır». 
E.Şelz isə «ideologiyanın sonu» konsepsiyasını ifadə etmək üçün 
«ideologiyasızlaşma» 
terminini 
elmə 
gətirdi. 
İndustrial 
jəmiyyətin  ideologiyanın  təsirindən  bu  jür  azad  olması 
«ideologiyasızlaşma»  adını  aldı.  Bu  öz  əksini  D.Bellin, 
C.Ellyulun  «ideologiya  nə  qədər  az  olsa,  o  qədər  yaxşıdır» 
prinsipində tapdı. İdeologiyasızlaşma tərəfdarlarının sayı artdı və 
bu sıraya məşhur Raymond Aron da qoşuldu.  
Lakin  70-ji  illərdə  Qərb  dünyasında  yaranmış  yeni  şərait 
postindustrial  inkişaf  ideyalarını  təsdiq  edən  dünyagörüşü 
dəyərlərinin  mühüm  əhəmiyyətini  yenidən  şərtləndirdi.  Nətijədə 
«ideologiyasızlaşma»nı  yenidən  «ideologiyalaşma»  əvəz  etdi. 
D.Bell 
«ideologiyasızlaşma» 
konsepsiyasından 
«ideologiyalaşma»  nəzəriyyəsinə  keçid  zamanı  qeyd  etdi  ki, 
vaxtilə  onu  elə  də  düzgün  başa  düşməmişlər.  Guya  o,  vaxtilə 
ideologiyanın  sonunun  çatdığını  deyil,  «faşist»,  «sovet»  və  b. 
ideologiyalardan  uzaq  olmağın  zəruriliyini  nəzərdə  tutmuşdu.  
80-ji illərdə alman politoloqu U.Mats belə bir fikir irəli sürdü ki, 
ideologiya  jiddi  siyasi  böhranlar  zamanı  səhnəyə  çıxan  dəyərlər 
sistemidir.  Mats  ideologiyanın  aşağıdakı  ideal  növlərini  təklif 
edirdi:  liberalizm,  pozitivizm,  sosializm,  kommunizm,  nasional-
sosializm.  Konservatizmi  o  bu  sırada  görmürdü.  Alman 


 
36 
politoloqu  hesab  edirdi  ki,  konservatizm  öz-özünə  qarşı 
dayandığından  ona  müstəqil  ideyalar  sistemi  kimi  yanaşmaq 
düzgün  deyil.  Matsa  görə  ideal  ideologiya  aşağıdakı  əlamətlərlə 
fərqlənir:  dini  motivasiya,  inqilabilik,  tərəqqipərvərlik,  ideoloci 
prinsipin avtoritarlığı. 
İdeoloci dəyərlərə xas olan xüsusiyyətlər aşağıdakılardır: 
1.
 
Möhtəkirlik  (qarşıya  böyük  məqsədlərin  qoyulması).  Bu 
zaman  ideya  real  problemin  fövqünə  yüksəldilir.  Ümumi 
işə xidmətdə insan özünün dəyərli olduğu qənaətinə gəlir. 
2.
 
Doqmatiklik (ideala inam). Bu idealın şəxsi mənfəət əldə 
etmək üçün xırdalanmış pul olmadığı anlamını verir. 
3.
 
Apoloqetiklik  (ideala  sadiqlik,  bağlılıq).  Nəyin  bahasına 
olursa-olsun  sahib  olduğun  ideyanı,  «həqiqəti»  müdafiə 
etmək, ondan üz çevirməmək. 
4.
 
Avtoritarlıq  (tələbkarlıq).  İdeologiya  tələblərlə  xitab  edir. 
Onun  daşıyıjıları  qarşısında  arası  kəsilməyən  tələblər 
qoyur.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        
Jəmiyyətin postindustrial inkişafa keçidi sinfi ideologiyanın 
yeni  texnokratik  –  «postideologiya»  ilə  əvəz  edilməsinə  gətirib 
çıxarır  ki,  bu  ideologiya  da  elm  və  texnikanın  təsiri  ilə  elmilik 
elementlərinə  malik  olur.  Mövjud  şərait  onunla  səjiyyələnir  ki, 
siyasətsizləşmiş 
ijtimaiyyətin 
mənəvi 
aləminə 
sosial 
antoqonizmlərə son qoymuş texnokratik şüur müdaxilə etmişdir. 
Azadlıq  və  demokratiya  kimi  ümumbəşəri  dəyərlər  bu  gün 
dünyanın  hər  yerində  birmənalı  olmadığı  kimi,  dünyanın  bütün 
siyasi sistemlərinin siyasi simvolu da  müxtəlif ideoloci rəng kəsb 
edir.  Siyasi  həyatın  ideologiyasızlaşmasına  çağırış  əslində  siyasi 
həyatın  yenidən  ideologiyalaşmasını,  yəni  marksist  jərəyanlı 
sosialist  ideologiyasının  öz  sosial  xarakteri  və  istiqamətinə  görə  
başqa  ideologiya  ilə  -  liberal-demokratik,  dini,  antikommunist 
ideologiya ilə əvəz edilməsini nəzərdə tuturdu. 
Hakim  və müxalif  statusa  malik olan ideologiyaların  sosial 
imkanlarının,  sosial  yönümlərinin,  siyasi  məqsədlərinin  (biri 
hakimiyyəti  saxlamaq,  ondan  istifadə  edərək  jəmiyyəti  idarə 
etmək, ikinjisi isə hakimiyyətə  gəlmək məqsədilə iqtidarı tənqid 


 
37 
etmək məqsədini güdür), sosial gerçəkliyə və  ölkədəki vəziyyətə 
münasibətlərinin    (iqtidar  ideologiyası  gerçəklikdəki  müsbət 
jəhətləri  şişirtməyə,  mənfi  jəhətlərəi  isə  kiçiltməyə,  ya  da  heç 
görməməyə,  müxalif  ideologiya  isə  əksinə,  nöqsan  və 
çatışmazlıqları  şişirtməyə,  özünün  təklif  etdiyi  ideya  və 
prinsipləri  utopikləşdirməyə  meyllidir)  müxtəlif,  fərqli,  çox 
hallarda isə zidd olmasına baxmayaraq ideologiyaların funksional 
yükündə  bir  ümumilik  müşahidə  olunur.  Bu  ümumilik 
ideologiyanın funksiyalarını müəyyən etmək üçün zəmin yaradır. 
İdeologiyanın  ümumi  və  siyasi  funksiyaları  vardır.  Bu 
funksiyalara aşağıdakılar aiddir:  
-  tarixi  prosesin  mahiyyəti,  onu  təyin  edən  amillər,  sosial 
qurumlar  və  strukturların  fəaliyyəti  və  idarəetmə  haqqında 
optimal saydığı ideya və prinsiplərin müəyyənləşdirilməsi;  
-  ideologiyanın  daşıyıjısı  olaraq  siyasi  qüvvənin  fəlsəfi-
dünyagörüşü əsaslarının hazırlanması;  
-  keçmişin,  indinin  və  gələjəyin  qiymətləndirilməsi 
meyarının müəyyənləşdirilməsi;  
- rəhbər tutduğu ideya və prinsiplərin doğruluğu və səmərəli 
olajağını əhaliyə təsdiqləmək üçün ijtimai şüura təsir mexanizmi 
və vasitələrinin hazırlanması; 
-  hakimiyyətin  saxlanması  və  fəaliyyəti  (hakim  ideologiya 
üçün),  yaxud hakimiyyətə gəlmə uğrunda (müxalif ideologiyalar 
üçün) mübarizə prosesini təşkil etmək.  
Bu funksiyaların müəyyən edilməsində  ideologiyanın hansı 
məqsəd  və  vəzifələrə  xidmət  göstərdiyi,  jəmiyyətin  həyatında 
oynadığı  rol  əsas  götürülür.    Reallığın  özünəməxsus  obrazının 
yaradılması,  ijtimai  şüurun  zəbt  edilməsi,  ijtimai  şüura  yeni 
dəyərlərin  tətbiq  edilməsi,  təbliğ  edilən  jəmiyyətin  modelinin 
yaradılması  və  s.  ideologiyanın  ümumi  funksiyalarına  daxildir. 
İdeologiya  həmin  funksiyaları  yerinə  yetirməklə  ijtimai  şüurun 
konkret 
forması  kimi    dərketmə,  qiymətləndirmə  və 
proqnozlaşdırma  vəzifələrini  özünəməxsus  şəkildə  həyata 
keçirmiş  olur.  Jəmiyyətin  siyasi  inkişafının  istiqamətlərinin  və 
başlıja  aparıjı  qüvvələrinin  müəyyən  edilməsi,  ideologiyanın 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə