Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə15/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   11   12   13   14   15   16   17   18   ...   78

 
44 
İjtimai  rəy  amilinin  yalnız  müsbət  planda  qiymətləndiril-
məsi  və  onun  imkanlarının  qeyri-məhdud  olmasını  düşünmək 
yanlış  olardı.  İjğimai  rəy  həqiqi  mənzərəni  müxtəlif  sosial-
psixoloci  hadisələrin  təsiri  altında  təhrif  də  edə  bilər  (kütləvi 
qorxu,  liderlərin  imijinin  təsiri  və  s.).    Praktikada  ijtimai  rəyə 
manipulyasiya  hadisələri  az  qeydə  alınmamışdır.  Belə  ki  ,  anket 
sorğusu  yolu  ilə  alınmış  rəy  ya    problemdən  xəbəri  olmayanlar 
arasında, ya siyasi oyun qaydalarına uyğun olmayaraq aparılır, ya 
da nətijələr təhrif edilir. 
Qeyd  etmək  lazımdır  ki,    siyasi  görüşlərin  və  fikirlərin 
formalaşmasında  insanların  siyasi  praktikası  əsas  rol  oynayır.  
Praktik fəaliyyət gedişində onlar dəyişir, real siyasi münasibətləri 
yaradır.  Elmi  ədəbiyyatda  göstərilir  ki,  siyasi  nəzəriyyənin 
mənimsənilməsi üçün kütlələrin özünün siyasi təjrübəsi lazımdır.  
Azadlıq  uğrunda  inqilabi  mübarizə  təjrübəsi    zəhmətkeşləri 
sosializmin  əsaslarını  öyrənməyə  məjbur  etmişdi.  Lakin  inqilabi 
ideallar  adı  altında    antidemokratik,  avtoritar-bürokratik  həyat 
formasının  saxlanması  kütlələrdə  sosializm  ideyasına  neqativ 
münasibət  formalaşdırmışdır.  Praktik  siyasi  fəaliyyət  siyasi 
baxışların  və  fikirlərin,  görüşlərin  formalaşmasına  daha  effektiv 
təsir  göstərir.  Sosial-siyasi  təjrübə  və  kütlələrin  siyasi  tərbiyəsi  
ilə  janlı  praktikanı  və  ideya-nəzəri  işin  bir-birindən  ayrılmasına 
istənilən  jəhd  tərəqqi  üçün  neqativ  nətijələrə  gətirib  çıxarır. 
Politoloqlar  sübut  edir  ki,  siyasi  ideyaların  işlənib  hazır-
lanmasında iştirak etməyən kütlə siyasi stereotipləri qəbul etməyə 
həmişə meylli olur.         
İdeologiyalar  daxili  strukturlarına  görə  də  bir-birindən 
ayrılır.  Buraya  ilk  növbədə  dini  ideologiyalar  aiddir.  Dinin 
siyasətə  təsiri  böyükdür.  Bir  çox  imperiyalar  (Ərəb  xilafəti, 
Osmanlı  imperiyası,  Teymurilər  imperiyası)  dinin  güjü  ilə 
yaranıb, digərləri isə dinin təsiri ilə dağıdılıb (Bizans imperiyası, 
Sasanilər  imperiyası).  Eyni  zamanda  din  bir  sıra  xalqların  öz 
varlıqlarını qoruyub saxlamasında həllediji rol oynayıb. Məsələn, 
məhv  olmaq  təhlükəsi  ilə  üzləşən  yəhudilərin  bir  millət  kimi  öz 


 
45 
mövjudluqlarını  qoruyub  saxlamasında,  sonralar  isə  müstəqil 
dövlət qurmalarında (1948) iudaizmin rolu əvəzsizdir.  
Tarixdə dinlərə, habelə dinin  hakimiyyətə, jəmiyyətə, ayrı-
ayrı  fərdlərə  təsirinə  münasibətlər  də  birmənalı  deyil.  Alman 
filosofu  F.Nitsşe  yazırdı  ki,  xristianlıq  «tövbə»ni  ijad  etməklə 
insanları  kölə  halına  saldı,  Avropanın  sərt  jəngavər  ruhunu 
sındırdı. Nitsşe xristianlığı Avropanı sındırmaq üçün yəhudilərin 
ortaya atdığı bir ideologiya hesab edirdi. Qeyd etmək lazımdır ki, 
bir sıra mütəfəkkirlər xristianlığı əhaliyə eqalitarizm (bərabərçilik 
psixologiyası) 
ruhunu 
 
aşılamaqda  da  günahlandırırlar. 
Protestantlarda isə düşünjə bir qədər fərqlidir. Protestan əxlaqına 
görə  insan  ona  görə  var-dövlət  əldə  etməyə  çalışmalıdır  ki, 
Tanrıya  məmnuyyətini  və  möminliyini  ifadə  etsin.  Bu,  ibadətin 
bir formasıdır. Protestant olmayanlar isə fərqli fikirləşirlər. Onlar 
kapital toplamağın əsasında hərisliyin, tamahkarlığın dayandığını 
düşünürlər.  Xristianlıqdan  fərqli  olaraq  İslam  dininə  görə  sələm 
günah sayılır və buna görə də islam ölkələrində sələmlə gəlir əldə 
etmək qadağandır. Bəzi mütəxəssislər İslam dünyasını tərəqqidən 
saxlayan amillərdən biri də budur. 
Dinin strukturuna dini şüur, dini fəaliyyət və dini təşkilatlar 
daxildir.    Dini  şüur  ijtimai  şüurun  spesifik  forması  olub,  dini 
ideologiya  və  psixologiyanı  özündə  birləşdirir.  Din  hazırda  bir 
sıra  ölkələrin  siyasi  həyatına  jiddi  təsir  edən  amillərdən  biridir. 
İnkişaf  etmiş  xristian  ölkələrinin  özündə  də  dinin  siyasi 
hakimiyyətə  təsiri  açıqja  hiss  olunur.  Dini  fəaliyyət  sosial-siyasi 
fəallığa  aiddir.  Dini  təsəvvürlər  insanları  müəyyən  qrup  halında 
birləşdirir.  Bir  sıra  ölkələrdə  dini  ideologiyaya  dayanan  siyasi 
partiyalar  fəaliyyət  göstərir  (məsələn,  Azərbayjan  İslam 
partiyası).  Din  milli-azadlıq  hərəkatlarında  bəzən  həllediji  rol 
oynamışdır.  Almaniyada  Reformasiya  (XVI  əsr),  Sudanda 
mehdiçilik  (XIX  sr),  İranda  babilik  (XIX  əsr)  və  şah  üsulu-
idarəsinin  devrilməsi  (1979)  və  b.  ölkələrdəki  hadisələr 
dediklərimizə  sübutdur.  Bundan  əlavə,  dini  zəmində  formalaşan 
beynəlxalq təşkilatlar da var. Məsələn, İslam Konfransı Təşkilatı, 
İslam  Liqası,  Ümumdünya  Kilsə  Şurası,    Ümumdünya  Buddist 


 
46 
Qardaşlığı, Ümumdünya Sionist təşkilatı və s. Dünyada çoxsaylı 
institutlar dinin siyasətə təsirini öyrənməklə məşğuldur. 
Qeyd  etmək  lazımdır  ki,  Asiya  və  Afrikanın  28  ölkəsində 
islam rəsmi dövlət kimi tanınır. Bir sıra ölkələrdə isə islam sözü 
hətta  dövlətlərin  rəsmi  adlarına  da  əlavə  olunmuşdur  (İranda, 
Pakistanda, Mavritaniyada və b.). 
Din  və  siyasətin  qarşılıqlı  təsirinə  dəlalət  edən  əsas 
amillərdən  biri  də  dini  zəmində  baş  verən  münaqişələr, 
müharibələrdir.    Hazırda  əsasında  dini  motivlər  dayanan 
terrorçuluq fəaliyyətləri də dünyanı narahat edən məsələlərdəndir. 
Müasir  dünyada  təhlükəli  tendensiyalardan  biri  də  İslamla 
terrorun  eyniləşdirilməsi  jəhdləri,  intensiv  şəkildə  «islam 
terrorizmi»  termininin  işlənməsidir.  Bu,  İslam  dünyası  ilə 
Xristian  dünyası  arasında  soyuqluq  yaradır,  dinlərarası  dialoqu 
çətinləşdirir,  qarşılıqlı  inamsızlığı  güjləndirir.  Dindən  siyasi  alət 
kimi,  terrorçuluq  vasitəsi  kimi  istifadə  etmək  jəhdləri  də,  İslamı 
terrorçuluqla  eyniləşdirmək  jəhdləri  də  eyni  dərəjədə  ziyanlı  və 
təhlükəlidir.  Onu  da  unutmaq  olmaz  ki,  dini  zəmində 
münaqişələr,  terror  hərəkətləri  Xristian  dövlətlərinin  özündə  də 
yox  deyildir.  Sadəjə  olaraq  bu  jür  neqativ  əməlləri  «xristian 
terrorizmi»  kimi  qələmə  vermək  yox,  onu  aradan  qaldırmaq, 
kollektiv iradə  nümayiş  etdirmək  tələb olunur.  İstənilən  formada 
dini  ekstremizmin,  fundamentalizmin  qarşısını  yalnız  biliklə, 
maarifləndirmə yolu ilə almaq mümkündür. 
Hazırda  eyni  siyasi  sistemdə,  eyni  dövlət  çərçivəsində 
müxtəlif  ideya-siyasi  jərəyanlar  və  onların  əhatə  etdiyi  siyasi 
qüvvələr  yanaşı  mövjuddur.  Müasir  dövrün  ideya-siyasi 
mənzərəsini  liberalizm,  konservatizm,  sosial-demokratiya, 
millətçi ideologiyalar  müəyyənləşdirir.  Bu ideologiyalardan hər 
biri  öz  mənbələri,  sosial  bazasının  xüsusiyyəti,  nəzəri-
dünyagörüşü  prinsipləri  və  sosial-siyasi  ideyaları  ilə  xarakterizə 
olunur.  Konservatizm  və  liberalizm  jərəyanlarının  sol  qanadı 
sosializmin, kommunizmin və sol radikalizmin («yeni sollar», sol 
ekstremizm)  müxtəlif  doktrinaları  ilə  təmsil  olunursa,  sağ  qanad 
ümumiləşmiş sağ radikalizm (faşizm və neofaşizm, «yeni sağlar», 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə