Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə16/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   12   13   14   15   16   17   18   19   ...   78

 
47 
rasizm)  adlanan  nəzəriyyənin  yaradıjısı  kimi  səjiyyələnir. 
Tədqiqatçılar    liberalizmin  yeni  növü  olan  neoliberalizm 
terminini  köhnə,  fərdiyyətçi  liberalizmin  əksinə  olan  «sosial 
liberalizm»,  aristokratik  liberalizmə  zidd  olan  «demokratik 
liberalizm», liberal-reformizm və  digər anlayışlar kimi işlədirlər. 
Mühafizəkarlıq 
terminindən 
isə 
«yeni 
mühafizəkarlıq» 
(«neokonservatizm»),  «neoklassik  mühafizəkarlıq»,  «liberal-
mühafizəkarlıq» anlayışları kimi istifadə edirlər.            
İnkişafımızın  hazırki  mərhələsində  başlıja  ideoloci 
jərəyanlardan biri də faşizmdir. Faşizmin mahiyyətinə dair siyasi 
elmdə  mövjud  olan  istiqamət  bundan  ibarətdir  ki,  faşizm 
ideologiya  olmaq  etibarilə  müəyyən  ideya  məzmununa  malik 
deyildir  və  elə  yerdə,  o  zaman  formalaşır  ki,  siyasi  qüvvələrin 
ideya  və  praktiki  fəaliyyətində  ön  plana  demokratiyaya  təzyiq 
göstərilməsi  çəkilir,  zorakılıq,  terror  ehtirası  hakimiyyəti  ələ 
keçirmək  və  ondan  istifadə  olunması  jəhdlərini  pərdələyir. 
Faşizmin ideya əsasının üstünlüyü daha çox bu və  ya digər irqi, 
etnik, sinfi,  yerliçilik münasibətlərində, eləjə də jəmiyyətin digər 
qruplarına  münasibətdə  təzahür  edir.  Faşizmin  müasir  növü 
neofaşizm adlanır. Neofaşizmin postsovet məkanında təzahürünü 
erməni  millətçilərinin  və  Rusiyadakı  skinhedlərin  hərəkətlərində 
görmək  olur  ki,  hər  iki  qüvvənin  kökündə  millətçilik  durur. 
Ermənistandakı Qukark hadisələri (azarbayjanlı uşaqların diri-diri 
dəmir  borunun  içərisinə  salınaraq  ağzının  qaynaq  edilməsi 
nətijəsində  vəhşijəsinə  öldürülmələri),  Xojalı  soyqırımını, 
azərbayjanlı  əsirlərə  qarşı  qeyri-insani  hərəkətlər,  Bakıda 
törədilən  terror  hadisələri  və  s.  erməni  faşizminin  əməllərinin 
nətijəsidir. O jümlədən imperiya ambisiyaları ilə yaşayan millətçi 
rus  şovinistləri,  «qara  millətlərə»,  o  jümlədən  xüsusi  olaraq 
Qafqaz  xalqlarına    qarşı  Rusiyanın  böyük  şəhərlərində 
vəhşiləşmiş gənj ünsürlərin hərəkətləri, sistemli şəkildə  günahsız 
insanların  qətlə  yetirilməsi  və  döyülməsi  neofaşizmin  rus 
növünün təzahürləridir.   
Bəşəriyyətin ideoloci və siyasi həyatının mənəvi zənginliyi 
haqqında bəhs etdiyimiz başlıja ideoloci jərəyanların çoxjəhətliyi 


 
48 
ilə  tükənmir.  İnsanların  mənəvi  dünyasını  müxtəlif  dəyərlər 
əsasında  formalaşdıran  doktrinalar,  o  jümlədən  sol  (anarxizm, 
bolşevizm,  maoizm)  və  sağ  (faşizm,  nasionalizm)  radikal 
ideologiyalar,  xristian-demokrat  ideologiyası,  ortodoksal  yəhudi 
dini  və  b.  ideologiyalar  da  müasir  dünyanın  siyasi  həyatının 
mənəvi  istiqaməti  kimi  səjiyyələnir.  Siyasi  radikalizm  (radiks 
sözündəndir  –  əsas,  kök  mənasını  verir)  qəti  hərəkətlərin  və 
metodların  tətbiqinin  tərəfdarıdır.  Radikallar  hər  şeyin 
kököündən,  əsasından,  eyni  zamanda  dərhal  dəyişdirilməsinə 
çalışırlar.  Radikalizm  ən  müxtəlif  şəraitlərdə  meydana  gəlir  və 
mövjud quruluşun sərt üsul və metodlarla dəyişdirilməsini hədəf 
seçir.  Faşizm  faşio  sözündən  götürülüb  dəstə,  birlik  deməkdir. 
Ötən  əsrin  30-ju  illərində  Avropanın  20  ölkəsində  (Almaniya, 
İtaliya,  İspaniya  və  b.)  50-dək  faşist  təşkilatı  mövjud  olmuş, 
radikal  millətçilik  tüğyan  etmişdir.  Faşizm  millətin  qan 
ümumiliyinə  əsasən  ali  və  əbədi  varlıq  olmasına  inanır,  sinfi 
mübarizəni  qəti  şəkildə  rədd  edir,  milli  mübarizəni,  mənafe  və 
maraqları  hər  şeyin  fövqünə  qaldırırdı.    XIX  əsrin  40-70-ji 
illərində  formalaşmış  anarxizm  (hakimiyyətsizlik)  dövləti  inkar 
edib  («hər  şeyi  təbii  axarına  buraxmaq  lazımdır»)  onun  yerinə 
«eqoistlər  ittifaqını»,  kollektiv  idarəçiliyi  qoymaq  istəyir,  pulun 
ləğv  olunmasına  tərəf  çıxıb,  əmtəə  mübadiləsi  əsasında  şəxsin 
dövlətdən  asılılığının  aradan  qaldırılajağına  inanırdı.  Müasir 
anarxistlər inqilabın son məqsədini rədd edir, təxribatları ön plana 
keçirirlər.  Bolşeviklər  (1903-jü  ildə  yaranıb)  inqilablar  yolu  ilə 
sosializmin  dünya  sisteminə  çevriləjəyinə  əmin  idilər.  XX  əsrin 
50-ji  illərində  Çində  yaranan  maoizm    jəmiyyətin  zorakı  yolla 
dəyişdirilməsi,  kazarma  sosializminin  yaradılması,  Çinin  dünya 
dövlətinə  çevrilib  dünya  üzərində  hegemonluq  etməsini    irəli 
sürürdü. 
Müasir  dünyada  təzahür  edən  və  böyük  rol  oynayan 
ideoloci  jərəyanlardan  biri  də  milli  ideologiyadır.  Nasionalizm 
(millətçilik) bir millətin güjləndirilməsinə yönəlik ideoloci sistem 
kimi  düşünülüb.  N.Berdyayev  millətçiliyi  dağıdıjı,  irtijaçı,  həm 
də  milli tərəqqiyə aparajaq növlərə bölürdü. 


 
49 
Demokratik  jəmiyyətlərdə  fikir  plüralizmi  hakim  olduğu 
üçün  milli  ideologiyaya  ehtiyaj  olmur.  Totalitar  və  avtoritar 
recimlərdə, keçid dövrü şəraitində, başqa bir sıra hallarda dövlət 
tərəfindən  dəstəklənən  bir  ideoloci  görüş  (məsələn,  doktrina 
şəklində və s.) ümummilli ideologiya kimi qəbul oluna bilər. 
Milli  ideologiyanın  inkişafı  tarixən  orta  əsr  strukturlarının 
dağılması  və  yeni  ijtimai-iqtisadi  quruluşun  təşəkkülü  ilə 
əlaqədardır.  Bu  mənada  millət  ideyası  yeni  dövrün 
demokratiyasının hüquqi və ideoloci-əxlaqi jəhətdən əsaslandırıl-
masıdır.  Milli  birliklərin  təşəkkülü  prosesinin  təzahür  etdiyi 
ölkələrdə 
mono 
və 
ya 
yarımetnik 
əsasda 
dövlətin 
möhkəmləndirilməsi  həyata  keçirilir.  Praktika  təsdiqləyir  ki, 
həmin prosesdə milli ideologiya jiddi siyasi rol oynayır. 
Milli  ideologiyalar  hər  bir  ölkənin,  xalqın  inkişafının 
müəyyən  mərhələsi  üçün  –  milli  birliyin  yarandığı,  milli 
psixologiyanın, 
milli 
mənlik  şüurunun  və  özünüdərkin 
formalaşdığı,  monoetnik  və  ya  polietnik  əsasda  dövlətçiliyin 
yarandığı mərhələ üçün   önəmli ideologiyadır. Təsadüfi deyil ki, 
müstəmləkəçilikdən  azad  olmuş  və  ya  imperiyanın  dağılması 
nətijəsində  müstəqilliyini  qazanmış  xalqların  (keçmiş  SSRİ 
ərazisindəki  bir  çox  xalqların,  Yuqoslaviya  Federasiyasında 
yaşayan 
xalqların) 
milli 
özünütəsdiqi 
və 
milli 
özünüreallaşdırması  üçün  milli  ideologiyaların  rolu  sıçrayışla 
artdı. Bu prosesdə dini-konfessional amilin də rolu var («xristian 
qardaşlığı»,  «islam  qardaşlığı»,  Hindistanda  siqhizm  və  s.). 
Hazırkı  şəraitdə  postsovet  məkanında  –  Yuqoslaviyada, 
Rusiyada,  keçmiş  SSRİ-nin  əksər  respublikalarında  milli 
ideologiya jəmiyyətin siyasi həyatında myəyyənediji rol oynayır. 
Bütövlükdə  ideologiyanın  milli  tipi  vətəndaşların  siyasi 
tələblərini ifadə edir, onların sosial statusunu milli mənsubiyyətlə 
yüksəltməyə istiqamətlənir. 
Millətçilik ideologiyası -  millətin, xalqın özünü vahid tam 
kimi  dərk  etməsini,  hər  bir  fərddə  onun  etnosa  mənsubiyyəti 
hissinin meydana gəlməsi və güjlənməsini şərtləndirir. Millətçilik 
ideologiyası  rasional-pozitiv  çalardan  tutmuş  mürtəje-şovinist 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə